çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanın BTQ və “Şimal-Cənub” dəmir yolu Ermənistanın “Şimal-Cənub” avtoyoluna ümidlərini dəfn etdi

Image


Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsindən artıq iki həftədən çox vaxt keçsə də, Ermənistanda bu xətlə bağlı narahatlıq hələ də səngimək bilmir. Belə görünür ki, bu dəmir yolu xəttinin Ermənistana vuracağı zərərin miqyasının kifayət qədər geniş olduğunu qarşı tərəf hələ indi-indi tam dərk edir.  Məsələ burasındadır ki, Bakı-Tiflis-Qars təkcə Ermənistanın regionda iqtisadi təcridini dərinləşdirmir.

Real vəziyyətin təhlili göstərir ki, Bakı-Tiflis-Qarsın işə düşməsi Ermənistanın həyata keçirmək istədiyi bir sıra layihələrin üstündən də birdəfəlik xətt çəkib. Elə erməni mediası da etiraf edir ki, Bakı-Tiflis-Qars  dəmir yolunun istifadəyə verilməsi Ermənistandakı bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına imkan verməyəcək. Artıq bir neçə layihə iflasa uğrayıb.

“Camanak” qəzeti yazır  ki, Bakı-Tiflis-Qarsın açılışından sonra Ermənistanda həyata keçirilən və ya reallaşdırılması nəzərdə tutulan layihələrin bir neçəsi aktuallığını itirib. Bildirilir ki, bu ölkə üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” avtomagistralı layihəsinin reallaşacağı artıq şübhə doğurur. Diqqət ona yönəldilir ki, hələ 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə bu yolun tikintisi üçün kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, magistral yolun tikintisi 2016-cı ildə başa çatdırılmalı idi. Amma tikinti işlərinə müqavilə imzalandıqdan üç il sonra başlanıb. 2012-ci ildə yolun az bir hissəsi tikilib, layihənin qiyməti isə artıb. 2012-ci ilin sentyabrında layihənin qiyməti 1 milyard ABŞ dolları olsa da, indi 2 milyard dollardır. Hazırda hökumət yolun tikintisi üçün əlavə vəsait axtarır. Ermənistanın nəqliyyat naziri Vaan Martirosyan deyib ki, avtomagistralın Ermənistandan keçən hissəsinin tikintisi üçün 1,5 milyard dollar tələb olunur. Yolun tam istifadəsi üçün daha çox vəsait lazımdır.

Ermənistan hökuməti də qəbul edir ki, beynəlxalq maliyyə təşkilatları artıq bu layihəyə investisiya yatırmaq istəmir. Ekspertlərin də fikrincə, “Şimal-Cənub” avtomagistralının tikintisi artıq sual altındadır. Bir neçə ildən sonra isə bu yol ümumiyyətlə mahiyyətini itirəcək. Ona görə ki, bu yol Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməyəcək və rentabelli olmayacaq. Bakı-Tiflis-Qars  dəmir yolunun açılışı və ilk konteyner qatarının mənzil başına vaxtında çatması da Ermənistanı şoka salıb. Əvvəllər Bakı-Tiflis-Qarsın tikilməyəcəyi, beynəlxalq maliyyə qurumlarının bu layihəyə investisiya ayırmayacaqları barədə fikirlər səslənirdi. Amma Azərbaycan hökumətinin qətiyyəti və səyi nəticəsində yolun tikintisi başa çatdırıldı. Bu isə, öz növbəsində, Ermənistanın nəzərdə tutduğu layihələrin iflası deməkdir. Digər tərəfdən, “Şimal-Cənub” avtomagistralının keçəcəyi İran da artıq bu layihəyə maraq göstərmir. İran üçün maraq doğuran “Şimal-Cənub” avtomagistralı yox, “Şimal-Cənub” dəmir yolu xəttidir ki, bu da Azərbaycandan keçir. İranda fəaliyyət göstərən ingilis dilli “Al-Monitor” saytı da indi Tehran üçün Bakı ilə əməkdaşlığın daha maraqlı olduğunu bildirir. Tehranla Bakı arasında münasibətlərin inkişafından bəhs edən “İran Azərbaycanı seçir” sərlövhəli məqalədə qeyd olunur ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani siyasi iradə nümayiş etdirərək iki ölkə arasında əlaqələrin inkişafına nail olublar. Vurğulanır ki, İran Cənubi Qafqaz respublikaları ilə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rəsmi Tehran Ermənistan və Gürcüstanla da əlaqələrin inkişafını diqqətdə saxlayır. Lakin Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan İranın xarici siyasətində prioritet istiqamət kimi müəyyənləşib. Prezidentlər münasibətlərin daha da yüksək səviyyəyə çatdırılmasına çalışır. Son 4 ildə İranla Azərbaycanın dövlət başçıları 10 dəfə görüşüblər ki, bu da çox mühüm göstəricidir. İndiyədək İranla Azərbaycan arasında 103 müqavilə imzalanıb. Bu sənədlər üzrə bir çox işlərin həyata keçirilməsinə başlanıb. Müəllif qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 9 ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Bu rəqəmin qısa müddətə sürətlə artması əlaqələrin intensiv şəkildə inkişaf etdiyini göstərir. Məqalədə, həmçinin nəzərə çatdırılır ki, iki ölkə arasındakı əlaqələr yalnız iqtisadi sahədə əməkdaşlıqla bitmir. Artıq İranla Azərbaycanın müdafiə nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün işçi qrup yaradılıb: “Əlaqələrin inkişafı dövlətlərin qarşılıqlı etimadını da artırır”. Bütün bunlar, öz növbəsində, Ermənistanın İrana olan ümidlərinin puç olması deməkdir. Bakı-Tiflis-Qars  Asiyadan və Asiyaya dəniz yolu ilə baha başa gələn daşımaları aradan qaldırır. Belə ki, Bakı-Tiflis-Qarsla yükdaşımaları aviadaşımalardan iki dəfədən çox ucuz başa gəlir. Elə bu səbəbdən bu dəmir yolu xəttinə maraq böyük olduğundan, Ermənistanın irəli sürdüyü layihələrlə heç kim maraqlanmır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ