Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycanla Dağıstanın Samur çayı problemi yenidən aktuallaş(dırıl)ır

Image


Azərbaycan Rusiya ilə münasibətlərinin hər zaman yüksək səviyyədə olmasına xüsusi diqqət yetirməkdədir. Elə son dövrlərdə şimal qonşumuz özü də bu məsələyə ciddi önəm verir. Lakin belə görünür, Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasında maraqlı olmayan qüvvələr də var. Hər halda, Dağıstanda azərbaycanlılarla bağlı son olaylar da bunu təsdiq edir.
Daha bir məqam isə Samur çayı ilə bağlı yaradılan gərginlikdir. Özü də bu gərginlik o fonda baş verir ki, tərəflər Samur çayı vasitəsilə əlaqələri genişləndirmək istəyir.
Xatırladaq ki, Samur çayı üzərində Rusiya və Azərbaycanı birləşdirəcək yeni körpü tikiləcək. Sənəd layihəsinin hazırlanması üzrə texniki tapşırığı bu günlərdə Həştərxanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və onun rusiyalı həmkarı Maksim Sokolov imzalayıb. Rusiya-Azərbaycan dövlət sərhədində Samur çayı üzərindən avtomobil yolunun tikintisi 13 avqust 2013-cü il tarixdə Rusiya və Azərbaycan hökumətləri arasında imzalanmış sazişə uyğun həyata keçiriləcək. Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yeni körpü iki hərəkət zolağından ibarət olacaq və hesablama ağırlıq üzrə müasir tələblərə cavab verəcək: "Körpünün və ona gedən yolların uzunluğu təqribən 800 poqon metr, o cümlədən körpünün birbaşa uzunluğu 325 poqon metr təşkil edəcək".
Tərəflər maliyyələşdirməni paritet əsasda həyata keçirmək niyyətindədir. Lakin belə bir vaxtda Dağıstanın Məhərrəmkənd rayonunun sakinləri iddia edir ki, Azərbaycan tərəfi Samur çayından daha çox su götürür və problemlər yaradır. Sakinlərin etirazından sonra Dağıstan hökuməti Azərbaycan tərəfinin Samur çayından normadan artıq su götürdüyünə dair məlumatları araşdırmaq üçün komissiya yaradıb. Qeyd edək ki, Samur çayının su ehtiyatlarından istifadə barədə razılaşma 2010-cu ilin sentyabrında Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri zamanı imzalanıb. Bu razılaşmaya görə, Samur çayının su ehtiyatlarının istifadəsi Rusiya və Azərbaycan arasında bərabər bölünüb. Lakin Dağıstanda bu bölgüdən narazı qalanlar var. Xəbərə görə, Samur, Tahirkənd, Bilbil, Çax-Çax, Qazmalar və Qapir-Qazmalar kəndlərinin rəhbərləri Rusiyanın baş naziri Dmitri Medvedyevə və Dağıstan hökumətinin rəhbəri Abdulsamid Həmidova müraciət göndərərək Samur çayının su ehtiyatlarının bölgüsünə yenidən bpaxılmasını xahiş ediblər.
Müraciətdə deyilir ki, hazırda Rusiya Samur çayından suyun götürülməsini nəzarətdə saxlamır. Kəndlərin şikayətinə görə, iyulun ortalarından başlayaraq çayın məcrasında su kəskin azalıb və sahilboyu Dağıstan kəndləri kəskin su qıtlığı ilə üzləşib. Lakin Dağıstanın Su Ehtiyatları İdarəsindən deyirlər ki, Samur çayından suyun götürülməsinə sutka boyu nəzarət edilir: "Su beynəlxalq razılaşmalar əsasında bölüşdürülür. 30,5 faiz ekosistemin qorunması üçün saxlanır, qalanı yarı bölünür. Su hövzəsində Rusiya Federasiyası tərəfdən sutka boyu növbətçilik var". İdarənin ərazi şöbəsinin rəisi Qazımaqomed Kuramaqomedov bildirib ki, çayın aşağı hissəsindən Azərbaycanın sanksiyalaşdırılmamamış su götürdüyünə dair məlumat var.
Dağıstanın Təbii Ehtiyatlar və Ekologiya Nazirliyindən isə təsdiqləyiblər ki, hökumət bu informasiyaları araşdırmaq üçün komissiya yaradıb. Baş verənləri şərh edən Amerika politoloqu, Rusiya və keçmiş SSRİ dövlətləri üzrə ekspert Pol Qobl bildirib ki, Cənubi Qafqazda keçən isti hava nəticəsində Samur çayının səviyyəsi azalıb. Həmin problem azərbaycanlılar və dağıstanlılar arasında münaqişəyə səbəb ola bilər: "Moskvanı və Bakını da əhatə edəcək münaqişə etnik bir aspektə çevrilə bilər. Samur çayının təqribən 38 kilometri Dağıstan ərazisindən keçir. Bura, həmçinin, Rusiya və Azərbaycanın sərhədidir. İki dövlət arasında 2010-cu ildə imzalanmış sənədə əsasən, çayın normal istifadəsi ilə bağlı razılığa gəlinib. Həmin vaxt Samur çayı ilə bağlı heç bir narazılıq yox idi. Amma son günlər havanın çox isti keçməsi nəticəsində çay quruyub və sakinlərin suvarma işlərini həyata keçirməsinə imkan tükənib. Amma bu problem Azərbaycan və Rusiya prezidentlərinin görüşündə müzakirə edilməyib".
Samur çayı ilə bağlı problem həm də o vaxt qabarır ki, Dağıstanın Dərbənd rayon administrasiyasının sədri bu respublikanın Ramzan Abdulatipovun istefa barədə tələbinə tabe olmayan Qurban Qurbanova qarşı təzyiqlər başlayıb. Xatırladaq ki, avqustun 8-də özlərini Rusiya DİN-in Dağıstan üzrə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən naməlum şəxslər Dərbənd rayon administrasiyasına daxil olaraq bütün sənədləri aparıblar. Q.Qurbanov bildirib ki, sənədlər aparıldığından administrasiyanın işi iflic olub. Q.Qurbanov deyib ki, Dağıstan rəhbəri administrasiyasının məmurları ona təzyiq edirlər: "Administrasiyanın fəaliyyəti tam iflic olub, çünki 2007-ci ildən bu yana olan bütün sənədlər götürülüb".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ