Krım rəsmiləri Moskvadan xahiş ediblər ki, Rusiya Ukraynadan qida idxalına qoyulmuş qadağanı qaldırsın.Krımın kənd təsərrüfatı naziriNikolay Polyuşkin bildirib ki, xahiş məktubu ötən gün Krıma gələn rusiyalı nazirlərə verilib.
Polyuşkin bildirib ki, Krımla Ukrayna «siam əkizləri» kimidir. Krım süd məhsulları, kartof, mal əti, qarğıdalı və başqa məhsullara tələbatın ödənməsində Ukraynadan asılı vəziyyətdədir.