Almaniyanın «Der Spiegel» dərgisi bildirir ki, Almaniyanın xarici kəşfiyyat idarəsi ABŞ dövlət katibiCon Kerrivə sələfiHillari Klintonla telefon danışıqlarını dinləyib.
Təşkilatın qısa adı BND-dir. Dərgi iddia edir ki, 2012-ci ildə Hillari Klintonun BMT baş katibi Kofi Annanla danışıqları da qeydə alınıb.
«Der Spiegel» mənbəni açıqlamasa da, bildirir ki, bu üç şəxsin səsinin yazılması hədəflənməyib, təsadüfən toplanıb.Bu yazıların dərhal məhv edilməsi tapşırılıb.