Bazar günü günü, 29 noyabr 2026
     

Rusiyaya ixracın artması Azərbaycanda qiymətləri indidən bahalaşdırmağa başladı

Image


Rusiya və ABŞ arasında getdikcə böyüməkdə olan iqtisadi müharibə artıq konkret ölkələr üçün öz mənfi fəsadlarını verməkdədir. Hər nə qədər qəribə olsa da, indiki durumda Avropa ölkələri özü daha çox zərər etməkdədir. Belə ki, ABŞ və Avropa Birliyi (AB) ilə Rusiya arasındakı "iqtisadi müharibə"dən ən böyük zərbəni hazırda iqtisadi böhranla mübarizə aparan Yunanıstan alıb.
Yunanıstanın Aqrar Kooperativlər Birliyinin sədri Kristos Gıannakakıs Rusiya prezidenti Vladimir Putinin Rusiyaya sanksiya tətbiq edən ölkələrdən qida, kənd təsərrüfatı məhsulları və xammal alışını dayandırması ilə ölkəsində ixracatın böyük zərbə aldığını söyləyib: "Məsələn, şaftalının 60%-i, kivinin 50%-i Rusiya bazarına gedirdi. Çiyələyi də unutmamaq lazımdır. İstehsalın 90%-i Rusiya bazarı üçündür. Yəni gördüyünüz kimi, Rusiya bizim ana bazarımızdır". Hazırda Yunanıstanda anbarlarda Rusiyaya göndərilmək üçün minlərlə ton meyvə qalıb: "Burada təxminən 3 min ton şaftalı soyuducuda gözləyir. Yunan istehsalçılar özlərini Qərblə Moskva arasındakı iqtisadi müharibənin günahsız qurbanları olaraq görürlər".
"İqtisadi müharibə"nin tək qurbanı yunan fermerlər deyil. Yük götürmək üçün Yunanıstana gələn rusiyalı tır sürücüləri də çətinlik içində olduqlarını bildirirlər. Onlardan biri deyir: "Mən yükü götürmək üçün gəlmişdim. Lakin mənə yeni bir qanun çıxdığı və Yunanıstandan alınan heç bir malın Rusiyaya buraxılmayacağı deyildi. Mən də tırı avtoparka çəkdim. İndi nə edəcəyimi bilmirəm. Bir həftədir gözləyirəm. Nə olacağı müəyyən deyil". Yunanıstan Yük maşınları Sürücüləri Assosiasiyasının sədri Apostolos Kenanidis bəzi ixracatçıların zərəri az da olsa kompensasiya etmək üçün əllərində qalan malları Çexiya, Ukrayna, Belarus və Polşa bazarlarına yarı qiymətinə satmağa çalışdıqlarını söyləyib. Yunanıstanın Rusiyaya ixracatının 40%-dən çoxunu kənd təsərrüfatı məhsulları təşkil edir. Polşa, Latviya fermerləri də qarşılıqlı sanksiyalardan şikayətçidir. Moskva isə hələlik qadağalarını geri götürmək niyyətində deyil. Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi sanksiyalarla əlaqədar RF-yə ixracına qadağa qoyulmuş məhsulların tədarük ediləcəyi alternativ ölkələrin siyahısını hazırlayıb. Kənd təsərrüfatı naziri Nikolay Fyodorov deyib ki, Avropa Birliyi, ABŞ və Kanadadan ət məhsullarını Braziliya, Uruqvay, Paraqvay, Argentina və Belarusdan tədarüklər əvəz edə bilər: "Bu işə artıq başlanıb, Braziliyanın 40-dan artıq müəssisəsini akkreditasiyadan keçirmişik". Nazirlik pendir, yağ və quru süd məhsullarını Cənubi Amerika və Yeni Zelandiyadan, tərəvəz məhsullarını Türkiyə, Argentina, Çili, Çin, Özbəkistan və Azərbaycandan, alma və armud meyvələrini Argentina, Çili, Çin və Serbiyadan, albalı, gilas, şaftalı və ərik meyvələrini Özbəkistan, Azərbaycan, Ermənistan, Türkiyə və İrandan, sitrus meyvələrini Misir, Mərakeş, Türkiyə və CAR-dan idxal etməyi planlaşdırır.
Artıq baş verənlər Azərbaycan bazarına artıq təsirini göstərir. Məsələn, şimal rayonlarında istehsal edilən pomidor Rusiyaya getdiyi üçün daxili bazarda bu məhsulun qiyməti iki dəfəyə kimi artıb. Yaxın tezlikdə digər aqrar məhsullar üzrə də eyni vəziyyətin müşahidə olunması gözlənir. Fermerlərimiz Rusiyaya daha çox məhsul göndərməyə başlayıblar və əsas səbəb həmin məhsulların Rusiyada daha baha qiymətə satılmasıdır. Əlbəttə, tək Azərbaycanın istehsal etdiyi məhsullarla 144 milyonluq əhalisi olan Rusiyanın bütün tələbatını ödəmək mümkün deyil. Sadəcə, Avropa Birliyi ölkələrinə, ABŞ-a, Yaponiyaya və İsveçrəyə kənd təsərrüfatı mallarına tətbiq olunan sanksiyalar Rusiya tərəfdən Azərbaycan üçün müxtəlif fürsətlər açır və Rusiya bazarına daha çox mal çıxarmaq üçün imkanlar yaradır. Amma ekspertlərə görə, çox həssas bir məsələ yaxında gündəmə gələ bilər. Belə ki, Avropa Birliyi ölkələri və ABŞ özlərinin tərəfdaşı saydığı ölkələrdən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edə bilər. Bu zaman Azərbaycanın atacağı addımlar maraq doğurur. Hələlik hesab edilir ki, Azərbaycan - Rusiya münasibətinlərdə hansısa neqativ proses baş verməyəcək və Bakı buna getməyəcək. İndiki halda isə ciddi fürsətlər yaranıb və şimal qonşumuza ixrac artır. Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çərşənbə günü ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrdən xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin Rusiyaya gətirilməsinə qadağanın qoyulması barədə fərman imzalayıb. Hökumətə konkret siyahı tərtib etmək tapşırılıb. Sənəd "Rusiya Federasiyasının milli maraqlarının qorunması məqsədi ilə" imzalanıb. Fərman qüvvəyə mindiyi gündən bir il ərzində qüvvədədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ