Bazar günü günü, 29 noyabr 2026
     

Putinin mətbuat katibi Soçi prosesinin sirrini qismən açdı

Image


Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən keçən günlər bir-birini əvəzlədikcə prosesə müxtəlif kanallarla bağlı rəsmi şəxslərin ayrı-ayrılıqda verdiyi açıqlamaların müqayisəli təhlili maraqlı nəticələr ortaya qoyur. Onların ən "qanadlı" sayılanlarını yada salaq.
1. Rusiya Xİ naziri cənab Lavrov görüşdən bir neçə gün əvvəl belə dedi: "Bu görüşdə çalışırıq ki, sülh müqaviləsinin əsas prinsiplərini özündə əks etdirən bəyənnamə imzalayaq, hansına ki, neçə illərdir nail ola bilmirik".
2. Görüş günü Azərbaycan Prezidenti cənab İlham Əliyev birbaşa Putinə "Münaqişə hədsiz çox uzandı" deyərək, görüşdən sonra daha bir "qanadlı" fikir işlətdi: "Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var".
3. Görüş günü Putin çox düşündürücü bir bəyanat verdi: "Mənə elə gəlir ki, həm Azərbaycan, həm də erməni xalqının xoş niyyəti var". Bəyanatda düşündürücülüyün nədən ibarət olduğunu bir azdan açacağam.
4. Lavrov görüşdən az sonra diqqətçəkən etirəf etdi: "Əsas məsələlər barədə hələlik razılıq əldə edə bilməmişik." Onun bir qədər "obrazlı-diplomatik" dildə ifadə etdiyi "şeytan detallardadır" sözlərində yetərli ciddi mətləbləri tuta bilməyənlər birbaşa açıq söylənmiş ilk cümləni yadda saxlasalar kifayətdir.
5. Cənab Putinin mətbuat katibi Peskovun dedikləri: "Əsas odur ki, tərəflərə təzyiq göstərilməsin və onlar özləri razılığa gəlsinlər".
6. Azərbaycan Prezidentinin daha bir "qanadlı" fikrini deməklə bizdən sayılı günlər qədər keçmişdə qalmış proses barədə ən maraqlı yanaşmalardan sitat gətirməyi dayandırıram. Cənab İlham Əliyevin Putinin öz iştirakı ilə şəxsən özünə dediklərindən: "Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək".
İndi isə həmin ardıcıllıqla bu fikirlərin hər birinə ayrı-ayrılıqda təhlili nəzər salaq.
1. Cənab Lavrovun birinci bəyanatından başlayaq. Onun kimi peşəkar diplomatın belə görüşdən qabaq onun nəticəsi ilə bağlı birmənalı və qəti fikir söyləyə bilməsi, təbii, mümkün və onun kalibrində olan diplomata yaraşan deyil. Ona görə də "çalışırıq" kimi ikibaşlı söz işlətməklə görüşün hər hansı bir nəticəsi üçün özünü və ölkəsini bu başdan sığortaladı. Sazişin əsas prinsiplərini özündə əks etdirən bir sənədin imzalanmasından danışarkən onun bir neçə hədəfi nişan aldığı şübhəsizdir. Yəni demək istədi ki, hələlik sülh sazişinin özünü imzalamaq əsas hədəfimiz deyil, prinsiplər bəyannaməsi imzalana da bilər, imzalanmaya da bilər, hətta imzalansa belə, prinsiplər bəyannaməsi ilə qəti sülh sazişi arasında neçə ilin keçə biləcəyi açıqdır, nəhayət üstüörtülü olaraq "Azərbaycan ondan gözlənilən nəyisə yerinə yetirsə, həmin bəyannamə imzalanacaq, əks təqdirdə yox" kimi görüşqabağı mesajın verildiyi də istisa deyil. Ən sonuncu ehtimalı daha ciddiyə alsaq, hər hansı prinsiplər bəyannaməsinin imzalanmadığını əsas götürərək Azərbaycan Prezidentinin həmin mesaja baş əymədiyini birmənalı söyləmək mümkündür.
2. Azərbaycan Prezidentinin Sarkisyana yox, məhz cənab Putinə etik və cəsarətli bir eyhamla "münaqişə hədsiz çox uzandı" deməsinin ardınca Rusiyanın xüsusi rolunu önə çəkməsi konkret situasiyanın mahiyyətini tam açır. Məsələn, bu formada - biz Ermənistanı suveren ölkə, Sarkisyanı sanballı söz sahibi olan prezident saymırıq, bilirik ki, guppagup səslərini az qala Soçidə də eşitdiyimiz atəşkəs pozuntusu və ölən günahsız əsgərlər Putin - Sarkisyan həmmüəllifliyinin ortaya qoyduğu ürək parçalayan faciə dramıdır, nizamlanma prosesində xüsusi rolu olanın münaqişəni yaratma prosesində də xüsusi rolu olur. Eyni zamanda, münaqişənin həllinə nail olmaq üçün Sarkisyan kimi oyuncaqla yox, Rusiya kimi əsas oyunçu ilə danışmağın həlledici olduğunu yaxşı anlayırıq. İlham Əliyevin məlum eyhamındakı "qanadların" siyahısını artırmaq da olar, ancaq güman edirəm ki, əsas mətləbi göstərə bildim - Azərbaycan Prezidenti sülh prosesində əsas prinsipial oyunçulardan biri statusuna yiyələnə bilib ki, bu da onu Ermənistan prezidenti ilə xarizmatik olaraq da tam əks qütblərdə bərqərar edir.
3. Ən "qanadlı" mətləblərdən biri də cənab Putinin sözlərindədir. Putin Azərbaycan və erməni xalqlarının hər ikisinin xoş niyyətindən danışmaqda haqlıdır. Azərbaycan xalqı, bəllidir ki, tarixən davakar və ermənilərin üstünə ilk hücumçu mövqeyində olmayıb, bəlkə erməni xalqı da müharibənin əziz övlad, ana, bacı, qardaş itkisi kimi faciələr demək olduğunu və özgə torpaqlarının millətə xoşbəxtlik gətirmədiyini anlayır. Belədə bəzi sadəlövh dairələrdə fikir oyana bilər ki, bəs cənab Putin təzə nə dedi, axı bu dediklərini indi hamı bilir...
Həqiqətən də Putin təzə nesə demədi. Fikrimcə, məhz "təzə"ni gizlətmək üçün "köhnə-məlumu" bir daha təkrarladı. Rusiya Prezidentinin "Azərbaycan və erməni xalqları" əvəzinə "Azərbaycan və Ermənistan hökumətləri" fikrini işlətməsi də tam şüurlu xarakter daşıyır. Çünki "xoş niyyət" məsələsində Azərbaycan və Ermənistan hökumətlərini bir sıraya qoymağın ağ olduğunu o özü də anlayır. Azərbaycanın "xoş niyyəti" necə olmaya bilər ki, heç kimin bir qarış torpağına göz dikməyib və ancaq öz torpaqlarını tələb edir? Ermənistan dövlətinin necə xoş niyyəti ola bilər ki, başqasının torpağını tutub və həyasızlıqla "vermirəm" deyir? İstisna deyil ki, cənab Putin Azərbaycan dövlətinin xoş, Ermənistan dövlətinin isə bəd niyyətliyindən xəbərdar olduğunu ört-basdır etmək üçün bilərəkdən "Azərbaycan və erməni xalqları" ifadəsini işlədərək konkret şəraitdə nə Azərbaycan, nə də Ermənistan rəhbərini incitmək istəmədiyini göstərmək istəyib. Əslində isə bu ehtimal Putinin Azərbaycan Prezidentinə daha sanballı şəxsiyyət kimi baxmasının bir ifadəsi kimi də başa düşülə bilər. Çünki Putin bəd niyyətliyi bütün dünyaya bəlli olan və təpədən-dırnağa qədər Rusiyadan asılmış Ermənistan prezidentinin xətrinə dəyməyin hansı nəticələrindən narahat ola bilər ki?! Putin bilir ki, istəsə, Sarkisyanı indiki statuslu bir dövlət başçısı olaraq uşaq kimi "sambo priyomuna" salıb sözün həqiqi mənasında arxası üstdə yerə çırpa da bilər və qorxulu heç nə baş verməz. Dünya bunu "qəzəblənmiş atanın övladının hansısa şıltaqlığına sərt cavabı" kimi qarşılayar.
4. Lavrovun "əsas məsələlər barədə razılıq əldə edə bilməmişik" sözləri özündə müəyyən səmimiyyət notları daşımış kimi görünsə də, əslində onun görüşdən əvvəlki ikibaşlı bəyanatının mümkün nəticə-variantlarından biri kimi qəbul oluna bilər. Əsas məsələlər barədə ötən 20 ildə heç bir razılaşmanın əldə oluna bilmədiyini söyləyən Lavrov əslində onu demək istədi ki, indiyədək əldə edilmiş xırda-xuruş razılaşmalar mənasızdır və əsas məsələlərin razılaşdırılması, lazım gəlsə, daha bir 20 il də davam edə bilər. Bu məntiqlə tam iddia etmək olar ki, Azərbaycan Prezidenti Soçi prosesində hazırda hər kəsin görə bildiyi həddən artıq güzəştlərə gedə biləcəyi barədə hər hansı davranış nümayiş etdirməyib və qarşı tərəfə ümid verməyib. Bu mənada İlham Əliyevi Soçi prosesinin qalibi saymaq olar, bəzilərinin bu statusu Putinə aid etməsinin əksinə olaraq.
5. Gəldiyimiz bu son məntiqi nəticəni həm də daha möhkəmləndirən faktlar kimi sıra ilə Putinin mətbuat katibinin dediklərinə gəldik: "Əsas odur ki, tərəflərə təzyiq göstərilməsin və özləri razılığa gəlsin". Soçi prosesi kontekstində ən sərrast deyilmiş sözlərdən biri budur. Cənab katibin sərrast sözləri Azərbaycana təzyiqin mümkünsüz, Ermənistana təzyiqin gərəksiz olduğunu anlayan Rusiya rəhbərliyinin bu vəziyyətini dəqiq ifadə etməkdə alternativsizdir. Demək İlham Əliyev Soçi prosesində ona təzyiq göstərməyi istisna edən üz göstərib və məhz buna görə Putinin mətbuat katibi tərəflərə təzyiqin məqbul olmadığını belə ucadan bəyan edir. Dünyada kim bilmir ki, Rusiya - Ermənistan münasibətləri "təzyiq" anlayışının əhatə dairəsində heç vaxt olmayıb və ikinci birincinin, sadəcə olaraq, "heç böyüməyən ən quzusu" statusundadır? Şübhə yeri qalmır ki, cənab mətbuat katibi "təzyiq" barədə açıq bəyanatı ilə məhz Azərbaycanı nəzərdə tutur. Daha doğrusu, sərt üz göstərdiyinə görə Azərbaycanı Ermənistanla baş-başa buraxmaq görüntüsü yaratmaq üçün bundan ideal sözlər tapmaq olmaz. Başqa sözlə desək, "mənimlə razılaşmasan, mənim qoçumla indiki status-kvonu hələ çox yaşamalı olacaqsan".
6. Cənab İlham Əliyevin 6-cı sırada iqtibas etdiyimiz fikri apardığımız təhlili yekunlaşdıra bilər. Azərbaycan Prezidenti şəxsən Putinə "Sizin bu prosesdə iştirakınız danışıqlar prosesinə təkan verəcək" sözlərini təsadüfən yox, dəqiq ölçü-biçi ilə dedi. Yəni "Sarkisyanı üstümüzə salma, sanballı və hər şeyi anlayan dövlət başçıları və əsas oyunçular olaraq özümüz problemi həll edə bilərik". Hadisələr daha çox ona oxşayır ki, Putin əvvəlcə atəşkəsi pozdurub, sonra Soçidə görüşlər keçirməklə hədəfi tam bəlli olan bir oyun ssenarisi göstərdi: "Başım Ukraynada qarışsa da, on altıncı əsrin Livoniya müharibələrindən indiyə qədər düz dörd yüz əlli il dünyanın super dövlətlərindən biri statusunu saxlayan Rusiya köhnə pozisiyalarını heç vaxt və heç kimə güzəştə getməyəcək". Bu oyun ssenarisinin niyə məhz indi oynandığına gəldikdə isə, Putin zamanı da dəqiq hesabla seçdi. Məsələ burasındadır ki, Rusiya Ukrayna məsələsinə görə Minsk Qrupunun digər iki həmsədri ilə gündən-günə kəskinləşən "sanksiyalar müharibəsinin" içindədir. Belə vəziyyətdə olan üç həmsədr - Rusiya, ABŞ və Fransanın Qarabağ məsələsində hansısa vahid mövqeyə gəlməsi necə mümkün ola bilər?! Məncə, Putin Qarabağ məsələsinin formaca Minsk Qrupunun çətiri altında, əslində isə onun özünün formulu ilə həll edilməsi, ya da irəli aparılması üçün yeni imkanların açıldığını göstərmək məqsədilə həmin oyunu icra etdi. Xatırlayırsınızmı ki, Soçi görüşündən əvvəl erməni politoloqları Rusiyanın Qarabağ münaqişəsini Minsk Qrupu formatından çıxarmaq istədiyini demişdilər. Bu fikirdə azacıq həqiqət olduğu üçün cənab Putin özü şəxsən ona cavab verməli oldu və görüşdən sonra Rusiyanın Qarabağ tənzimlənməsi üzrə beynəlxalq formatı qəbul etdiyini birmənalı bəyan etdi. Yoxsa, "qar yağmadısa, qış hardan yada düşdü?!" Əslində mətbuat katibi Peskov cənab Putinin bütün Soçi prosesi ilə demək istədiyini azacıq açıqlıqla təkrar ifadə etdi: "Özünüz razılığa gəlin". Fikrin davamı belədir: "Razılığa gələ bilməsəniz, bunu Putinin vasitəçiliyi ilə əldə edin və bu razılaşmanı Minsk Qrupunun "egidası" kimi həyata keçirək". Bütün bunlardan sonra qəbul etmək lazım gəlir ki, xüsusilə də Qarabağ məsələsinin həllində Rusiya - Azərbaycan münasibətlərinin yeni mərhələsi başlayır. Fikrimcə, bu mərhələnin iki perspektivi mümkün ola bilər - ya Rusiyanın nə istədiklərinin üzərində ciddi-ciddi düşünərək təhlillər aparmaq, ya da Suriya, Ukrayna kimi geostrateji döyüş meydanlarında proseslərin neçə il davam edəcəyini gözləməklə Qarabağdakı hazırkı status-kvoya dözmək. Bu perspektivlərdən hansının seçiləcəyini söyləmək çətin olsa da, mübahisəsiz bəlli olan bəzi reallıqları nəzərdən qaçırmaq olmaz - Qərb Qarabağ prosesinin həlli prosesində dominantlığı Rusiyanın əlindən çıxara bilmədi, Qərb Qarabağın üstündə Rusiya ilə vuruşmayacaq, necə ki, Ukraynanın üstündə Rusiya ilə vuruşur. Reallığın biri də budur ki, Dağlıq Qarabağla yanaşı 7 ətraf rayonun da qeyri-müəyyən müddətə işğal altında qalmağındansa, 7 rayonu, heç olmasa bir neçəsini mümkün qədər tez qaytarmaq Azərbaycan üçün daha faydalıdır. İndi, qarış-qarış da olsa, tutulmuş torpaqların qaytarılmasının Azərbaycan üçün alternativi yoxdur.
Təbii ki, bunlar mümkün subyektiv mülahizələrdir. Ancaq əminəm ki, Qarabağ probleminin həlli prosesində və Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ başlaya bilər, "Soçi prosesi" təsadüfən yaradılmadı və Azərbaycan Prezidenti Rusiya diplomatiyasının "Soçi ssenarisinə" peşəkar anlayış ritorikasını yüksək səviyyədə göstərdi. İlham Əliyevin Putinə dediyi "şəxsən Sizin iştirakınız..." sözləri isə tək bugünkü şəraitin yox, həm də perspektiv vəziyyətin ifadəsi ola bilər...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ