Bazar günü günü, 29 noyabr 2026
     

Türkiyədə Gül-Davudoğlu-Yıldırım rəqabəti başladı

Image


Türkiyədə prezident seçkiləri başa çatsa da, ölkədə siyasi gərginliyin azaldığını söyləmək olmaz. Maraq doğuran məqamlardan biri də bundan sonra baş nazir postuna kimin gətiriləcəyidir. Çünki Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cumhuriyyətinin yeni prezidenti seçilməsindən sonra baş nazir postunu tutacaq şəxs Ədalət və İnkişaf Partiyasının (AKP) bundan sonrakı dönəmdə hakimiyyətdə mövqelərinin güclənməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, seçkilərdən sonra yeni yol xəritəsi üçün çalışmağa başlayan Ərdoğan və AKP nümayəndələri ilk olaraq avqustun 27-də iclas keçirmək qərarını qəbul ediblər. Ərdoğan, AKP-nin sədr müavini Mehmet Əli Şahin və partiya təmsilçisi Hüseyn Çelik iclasda sədr olacaq şəxsin həm də baş nazir olacağını indidən bəyan ediblər. O da vurğulanır ki, baş nazir olacaq şəxsin Ərdoğan kimi güclü və nüfuzlu biri olması da vacibdir. Son məlumatlara görə, AKP ölkənin hazırkı xarici işlər naziri Əhməd Davudoğlunu bu postda görmək istəyir. Ümumiyyətlə isə, Türkiyədə baş nazir postu üçün dörd namizədin adı daha çox hallanır: Əhməd Davudoğlu, Mehmet Əli Şahin, Binəli Yıldırım və Bülent Arınc.
Hazırada əsas rəqabətin Əhməd Davudoğlu və Binəli Yıldırım arasında getdiyi bildirilir. Qeyd edək ki, siyasi partiyalar qanununda edilən dəyişiklikdən sonra baş nazir və partiya başqanı fərqli şəxslər ola bilər. AKP kulislərində iddia edilir ki, Abdullah Gül aktiv siyasətə qayıdarsa, üstünlük məhz ona veriləcək. Lakin baş nazir millət vəkili də olmalıdır. Və Gül parlamentə seçilərsə, AKP başqanı və baş nazir ola bilər.
Abdullah Gül isə gələcək planları ilə bağlı açıqlama verib. Gül Ədalət və İnkişaf Partiyasına qayıdacağını bildirib: "Bu partiyanın qurucusuyam. İlk baş naziri və prezidentiyəm. Partiyaya dönməkdən daha təbii bir şey yoxdur. Türkiyədə çox şeylər dəyişib. Prezidentlik müddətim bitdiyində, şübhəsiz ki, partiyama dönəcəyəm. Pis-yaxşı 7 il keçdi. Bu 7 il ərzində çox şey oldu. Mən keçmişlə o qədər çox məşğul olmaq istəmirəm. Gələcəyə baxıram, səbrlə problemlərin həlli istiqamətində addımlar atıram". Ölkə başçısı AKP-yə qayıdacağı tarixi də açıqlayıb. O bildirib ki, 28 avqust tarixindən sonra partiyaya qayıdacaq. Hesab edilir ki, Gül baş nazir olmaq istəsə, Əhməd Davudoğlu və Binəli Yıldırımın şansı azalacaq.
Türkiyə baş nazirinin köməkçisi Bəşir Atalay isə Gülün partiyaya dönməsindən məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, Abdullah Gül partiyaya yeni güc qatacaq: "Abdullah bəy, təbii ki, partiyamıza gələcək. O, partiyamıza zənginlik, güc qatacaq". Baş nazir müavini sözlərinə onu da əlavə edib ki, partiya qrupunda Gülün yeri danılmazdır: "Həm cəmiyyətdə, həm də partiyamızda, təşkilatımızın formalaşmasında və partiya qrupumuzda Abdullah bəyin əvəzsiz yeri var. Onun partiyaya qayıtmasından daha təbii nə ola bilər?". Atalay Abdullah Gülün açıqlamasına münasibət bildirərkən deyib ki, Gül partiyada ikinci şəxsdir: "Abdullah Gül bu hərəkatın təməl dirəklərindən biridir. Birinci ad Tayyib bəy, ikinci ad isə Abdullah bəydir". Onun sözlərinə görə, Gülün partiyaya gəlməməsi böyük bir səhv olardı: "Abdullah bəyin prezidentlik dövrü bitir. Belə bir şəraitdə onun partiyaya gəlməməsi səhv olar. Bura onun partiyasıdır". Onu da bildirək ki, prezident seçkisindən sonra hər kəsi maraqlandıran "Baş nazir kim olacaq" sualına cavab verməkdə çətinlik çəkən Atalay hələ partiyada bu barədə müzakirələrin getmədiyini bildirib: "Xalqımız ilk dəfə özünə prezident seçdi. Biz bu bayramı qeyd etməliyik. Bu müdhiş bir uğurdur". Seçki nəticələrindəki səs nisbətinin müxalifətə hər şeyi izah etdiyini deyən Atalay nəticələr elan olunduqdan sonra müxalifətdə böyük təlaşın yaşandığını bildirib.
Atalay seçkilərdən sonra hökumətin yenidən qurulacağını bildirib. Onun sözlərinə görə, islahatlar son dərəcə dəqiq yerinə yetiriləcək: "Biz bu işləri çox nizamlı icra edən bir partiyayıq. Bütün vətəndaşlar və təşkilatımızın hər bir üzvü bundan əmin olsun. AKP keçmişdə Özal və Dəmirəl ilə qiymətləndirilirdisə, bundan sonra belə olmayacaq". Atalay Gülün baş nazir olma ehtimalına cavab verərək partiya daxilində qaldırılan bu məsələnin hamı tərəfindən gözləndiyini də istisna etməyib: "Danışmalı heç bir şey qalmayıb. Ən zidd mövzuları soyuqqanlılıqla müzakirə edib yekdil qərar çıxarırıq. Bu səbəbdən də orada bir qərar verildiyində artıq hamımız o qərarın ətrafında köklənirik. Yaxşı müşavirə edirik, çox açıq şəkildə müzakirələr aparılır. Danışırıq, qərar verilir və sonra hər birimiz o qərarın icrası ilə məşğul oluruq".
Baş nazir seçiminə toxunan Atalay ətraflı qiymətləndirmə edəcəklərini bildirib: "Baş nazir seçimlərində fövqəladə müşavirə təyin olunacaq. Hər kəsin razı olduğu bir adı Məclisə çıxaracağıq. Düşünürəm ki, hər şey partiyamızın istədiyi kimi olacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ