çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycanın müasir neft siyasəti bütün dünyada birmənalı dəstəklənməyə başladı…

Image


Dünya neft bazarlarında son proseslər bu məhsulun qiyməti ilə bağlı tamamilə yeni bir vəziyyətin yaranmaqda olduğunu göstərir. Mövcud durumun təhlili bu qənaətə gəlməyə əsas verir ki, hasilatçı ölkələrin bir çoxunun atdığı addımlar nefin qiymətinin ən azı indiki həddə qalmasına, qarşıdakı dövr ərzində isə sürətlə bahalaşmasına rəvac verəcək. Bu istiqamətdə Azərbaycanın da atdığı addımlar yüksək qiymətləndirilir və ölkəmizin mövqeyi    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tərəfindən də təqdir edilir. Elə bu səbəbdən qurum qarşıdakı dövr ərzində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan edir.

Atılan addımlar isə ona gətirib çıxarıb ki, indi birjalarda “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 7 ayın maksimumuna çatıb. Məlumatlara görə,  “Brent” markalı neftin qiyməti 56,91 dollardək bahalaşaraq martın 1-dən indiyədək ən yüksək səviyyəyə qalxıb. Azərbaycan neftinin də qiyməti bahalaşıb. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar bahalaşaraq 59,12 dollar təşkil edib.

Ekspertlərin fikrincə, qiymət artımına səbəb Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada keçirdiyi iclasın müsbət keçməsi və ABŞ-da neft quyularının sayının azalmasıdır. Qlobal neft tədarükünün avqustda azalması, həmçinin OPEK+ sazişinə əməl etmə səviyyəsinin artması da “qara qızıl”ın qiymətinin bahalaşmasındakı əsas faktorlardandır. Son məlumatlara əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 116 faizədək artıb.

Təşkilatın dünən Vyanada keçirilən OPEK+ ölkələrinin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin iclasına dair açıqlamasında bildirilir ki, OPEK+ ölkələri bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklərinə əməl etməkdə davam edib. Sazişə əsasən, OPEK-ə üzv ölkələr ümumi neft istehsalını gündəlik orta hesabla 1,8 milyon barrel azaltmalıdır. Ekspertlər neft istehsal edən ölkələrin dünya bazarında xam neftin təklifinin azaldılması üçün bu enerjidaşıyıcısının istehsalını azaltmağa davam etdirdiklərini vurğulayıblar.

OPEK-in baş katibi Məhəmməd Barkindo Vyanada keçirilən OPEK+ ölkələrinin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin iclasında deyib ki, Azərbaycanın Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliyinə maksimum əməl etməsi təqdirəlayiqdir: “Sazişə əməletmə səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb və avqust ayında maksimum səviyyəyə çatıb. Buna görə də saziş üzrə öhdəliklərini fəal icra edən OPEK-ə üzv ölkələr - Səudiyyə Ərəbistanı, Anqola və Ekvatorial Qvineyanın nümunəvi davranışları və liderlik göstərmələri, həmçinin kartelə üzv olmayan ölkələrdən Azərbaycan, Bruney və Sudanın öhdəliklərinə sadiqliyi, maksimum əməletmə səviyyəsi göstərmələri və fədakarlıq nümayiş etdirmələrini təqdir edirik”. OPEK-in baş katibi bəyan edib ki, saziş imzalanan vaxtdan hər bir iştirakçı ölkə tam şəkildə öz öhdəliyini icra etsəydi, bazar artıq balanslaşmış olardı.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEK-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Belə bir vaxtda o da bəlli olub ki, Nigeriya da neft hasilatının azaldılması ilə bağlı OPEK+ anlaşmasına gələn il martın sonuna qədər qoşula bilər. Ölkənin neft naziri Emmanuel İbe Kaçikva "Bloomberg" agentliyinə açıqlamasında bildirib ki, Nigeriya sutkalıq neft hasilatını 1,8 milyon barrelə  çatdırdıqdan sonra OPEK+ anlaşmasına qoşulacaq. Bu isə neftin qiymətinin daha da yüksəlməsinə gətirib çıxaracaq. İndilikdə isə atılan addımlar qiymətlərin ən azından indiki səviyyədə qalmasına gətirib çıxaracaq.  Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirir ki, dünya neft bazarında hazırkı qiymət diapazonu  istər istehsalçılar, istərsə də istehlakçılar üçün kifayət qədər uyğundur: "Bizim vəzifəmiz OPEK+ anlaşması çərçivəsində neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etməkdir. Lakin hələ də neft ehtiyatlarında artıq həcm qalmaqda davam edir. Əsas məqsəd investorların neft sektoruna inamını bərpa etmək, investisiyaları canlandırmaqdır. Qiymətlər isə bazar şərtləri daxilində formalaşacaq".

Nahid  SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ