Bazar günü günü, 29 noyabr 2026
     

Əli Həsənov Soçi prosesində Putinin əsas məqsədini dəqiq təhlil etdi

Image


Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü dəyərləndirib. APA Ə. Həsənovun "AzərTAc"-a müsahibəsini təqdim edir.
- Əli müəllim, avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüşün nəticələri haqqında nə demək olar?
- Məlum olduğu kimi, bu görüş iki ölkə başçıları arasında ATƏT Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüşdür. Əlbəttə, hər bir görüşdən müsbət nəticə gözləntiləri olur. Çünki görüşdə də qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən uzun sürən münaqişələrindən biri "statusunu" almaqdadır. 20 ildən artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla kifayətlənməyib, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir. Odur ki, müxtəlif formatlarda, xüsusən də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.
Konkret olaraq Soçi görüşünün nəticələrinə gəldikdə, qeyd etməliyəm ki, son zamanlar Ermənistanın işğalçı qoşunlarının təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab V.Putinin təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Rusiya Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk Qrupunun üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu missiyanı - sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri dərindən anlayır. Cənab V. Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqətini, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorumasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi. Digər tərəfdən, Rusiya Prezidentinin münaqişənin "bu qədər uzanmasını proseslərin müsbət dinamikasına xələl gətirən bir amil" kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinə pozitiv yanaşması kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada belə ifadə etmək olar: mövcud status-kvo tezliklə sülh və danışıqlar yolu ilə aradan qaldırılmalıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, həmişə olduğu kimi, bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda işğal altında olan torpaqların qeyd - şərtsiz azad edilməsi ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürüb. Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə istinad edərək, ilk dəfə Ermənistanı işğalçı dövlət adlandırıb və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan edib.
O ki qaldı Ermənistan Prezidentinin mövqeyinə, bu ölkənin danışıqlardakı "arqument torbası", həmişəki kimi, bu görüşdə də boş idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü "arqumentlər"in heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına kiçik əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks etdirməyən "riyakarlıq buketi"ndən ibarət idi.
Azərbaycanı hansısa "şərtə əməl etməməkdə" günahlandırmaq və Rusiya Prezidentinə "bu qonşu ölkə haqqında kiçik vassal şikayətləri etmək" imperiya dövründə kiçik vassalların Rusiya çarına ünvanladığı "şikayət ərizələrini" və "donoslarını" xatırladır. BMT-nin 4 qətnaməsi ortada ola-ola Azərbaycanı hansısa kiçik bəhanələrlə günahlandırmağa başqa ad da vermək olmur.
O ki qaldı danışıqların ümumi nəticəsinə, analitiklərin fikrincə, Soçi görüşünün nəticələri, ümumən, pozitiv qiymətləndirilə bilər. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcək.
- Serj Sarkisyan görüşdən sonra Ermənistan mətbuatına açıqlamasında Azərbaycanı hədələyib və ölkəsinin Azərbaycanın bütün yaşayış məntəqələrini "Ağdama çevirmək" gücündə olduğunu iddia edib.
- Açığını deyim ki, Sarkisyanın əvvəllər və indi verdiyi bu tipli açıqlamalar Ermənistana ekstremist təfəkkürlü insanların rəhbərlik etdiyini açıq göstərir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində müsahibələrinin birində o etiraf etmişdi ki, ermənilər Xocalı soyqırımını törətməklə azərbaycanlılara qarşı cəza aksiyası həyata keçiriblər. Ancaq Sarkisyan unudur ki, nə indi ötən əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir. Elə həmin açıqlamasında Sarkisyan iqtisadi və hərbi gücün Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, Ermənistan rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı siyasətini davam etdirsin.
- Dünən qardaş Türkiyənin tarixində ilk dəfə birbaşa seçkilər yolu ilə ölkə prezidenti seçildi. Nəticələr artıq bəllidir. Cənab R.T.Ərdoğan bu seçkilərdə qalib gəlib. Bütövlükdə seçkinin nəticələrini və cənab R.T.Ərdoğanın qələbəsini necə dəyərləndirirsiniz?
- Əvvəla, türk xalqını bu seçki münasibətilə ürəkdən təbrik edirəm. Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri cənab R.T.Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi seçkilərdə qazandığı uğura görə cənab Ərdoğanı təbrik edirik və ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil. Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cumhuriyyətinə uğurlar arzulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər sürdürdüyü kimi, bundan sonra da davam etdirəcək. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk xarici səfərini də Azərbaycana etsin.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ