Bazar günü günü, 29 noyabr 2026
     

Qarabağda müharibə ehtimalı yenidən artır

Image


İlham Əliyevin bir fikri əsas politoloji təhlillərin mərkəzindən keçir - "bu gün sülh yolu ilə həll edilməsə..."
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Soçidə keçirilən üçtərəfli görüşlərin nəticəsinin necə olacağı geniş müzakirə mövzusu olaraq qalır. Yayılan məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, hələlik problemin həlli istiqamətində istənilən nəticə əldə olunmayıb. Bu isə Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalını artırır.
İndiki mərhələdə müharibənin qarşısını ala biləcək əsas faktor isə Rusiyanın Ermənistana mümkün təzyiqləri ola bilər. "Moscow Times"a qəzeti bu fonda yazır ki, Soçidəki üçtərəfli görüşün Ukrayna böhranına görə Rusiyanın imicinin pisləşdiyi vaxta düşməsi təsadüfi deyil: "Vladimir Putin belə bir görüş keçirməklə Rusiyanın gərginliyi azaltmağa və böhranı həll etməyə qadir olduğunu göstərmək istəyir. Moskvadakı Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Markin deyir ki, Ukrayna böhranı olmadan da Rusiya Dağlıq Qarabağda əsas oyunçulardan biridir. A.Markinin fikrincə, Putin doğrudan da böhranı həll etməyə cəhd edir".
Rusiyalı politoloq Qriqori Trofimçuk isə Soçi görüşünün nəticələrini şərh edərkən Bakının Qarabağ konfliktinin həllində əllərinin tamamən açıldığını bildirib. Ekspert "axar.az" portalına bildirib: "Soçi görüşü, çox təəssüf ki, Qarabağ konfliktinin həllində inkişaf nöqtəsi olmayacaq. O əvvəlki görüşlərə daha çox bənzəyirdi. Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülmüşdü. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Əliyev bir şeyə diqqət çəkdi ki, problemi "sülh yolu" ilə həll etmək istəyir, başqa sözlə desək, bu gün sülhlə həll olunmasa, sabah müharibə ilə həll ediləcək. Serj Sarkisyan açıq bəyan etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib. Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq indiki prosesə xarakterik deyildi. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Ona görə də problemin sülh yolu ilə həllini birbaşa Soçidə danışıqlar zamanı edilən təklifləri məqsədyönlü şəkildə, praktiki detallarına qədər dəqiqləşdirmək lazım idi. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansı idi. Hətta Azərbaycan prezidentinin özü də açıq şəkildə bu şansı ona verdi. Prezident Putin Soçi görüşünün təşəbbüskarı olaraq ondan asılı olan hər bir şeyi etdi ki, Rusiyanın yaxınlığında yaranacaq ikinci müharibənin qarşısını alsın. Amma bu dəfə daha çox şey tələb olunurdu. Belə ssenarinin qarşısının alınması üçün tələb olunan zəmanətin verilməsi qeyri-mümkün idi".
Rusiya Federasiyası İctimai Palatanın üzvü Sergey Markov Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün pozitiv olduğu qənaətindədir: "Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi faktının özü münaqişənin hərbi gərginliyə yol vermədən, problemi müzakirə etməyin mümkün olduğu çərçivədə diplomatik yolla həlli formatına qaytarılmasına şahidlik etməsi baxımından pozitivdir. Ehtimal edilir ki, danışıqların əsas yekunu Dağlıq Qarabağ rayonunda hərbi gərginliyin yaxın vaxtlarda azalması olacaq. Onu da qeyd etmək lazımdır ki, danışıqların güclü iqtisadi səbəbləri var. Rusiya prezidenti Vladimir Putin hər iki ölkə başçısına - İlham Əliyev və Serj Sarkiyana Rusiyanın sanksiya əleyhinə qəbul etdiyi tədbirlər nəticəsində boş qalmış ticarət yerlərini öz məhsulları ilə əvəz etmələrini təklif edib. Azərbaycan və Ermənistan bu şansı itirməməlidir. Dağlıq Qarabağ münaqişəsinin özünə gəldikdə isə, indi vəziyyət dəyişib. Azərbaycanın hərbi və iqtisadi qüvvəsi son illər ərzində kəskin şəkildə artıb və onun rəhbərliyi regiondakı vəziyyətin qüvvələrin yeni nisbətinə münasib olmasını istəyir.
Hətta təkcə iqtisadi aspekti əsas götürsək belə, Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) həcmi Ermənistanınkından çoxdur. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycanın ÜDM-i 76 milyard dollar təşkil edir, Ermənistanda isə bu məbləğ 10 milyard dollardır. Azərbaycan, hər şeydən əvvəl, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmağa çalışır.
Azərbaycanın güclənməsi Dağlıq Qarabağın statusunun dəyişməsinə gec-tez təsir göstərəcək. Burada blokadanın aradan qaldırılması qarşılığında ərazilərin dəyişdirilməsi də bir variant kimi irəli sürülə bilər. Ermənistan Qarabağa bitişik rayonları Azərbaycan və Türkiyə tərəfindən blokadasının aradan qaldırılması əvəzində tədricən Azərbaycana qaytaracaq".
ABŞ-ın "Foreign Policy" məcmuəsi isə qeyd edir ki, indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi qızışır, Azərbaycan isə daha sərt danışır. Qeyd olunur ki, 2004-cü ildən bəri Azərbaycan hərbi xərcləri 493 faiz artırıb və 2013-cü ildə 3 milyard 440 milyon dollara çatdırıb.
Ermənistan 2004-cü ildən bu yana hərbi xərcləri 115 faiz artırıb və keçən il hərbə 427 milyon dollar xərcləyib: " Azərbaycan kimi təbii sərvəti olmayan Ermənistan müdafiə üçün üzünü Rusiyaya tutdu. Rusiya isə əvəzində Ermənistanda böyük hərbi baza istədi. Yaranmış durumda ABŞ və Rusiya Dağlıq Qarabağda son gərginlikdən sonra sakitliyə çağırsalar da, ABŞ-Rusiya münasibətləri hazırda son illərdə ən aşağı səviyyədədir. Ona görə yaxın gələcəkdə Qarabağ probleminin həllində beynəlxalq aləmin əməkdaşlığı gözlənilmir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ