çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı-Tiflis-Qars dəmir yolunun Ermənistana sarsıdıcı zərbələri getdikcə daha qabarıq görünür

Image


Yaxın tezlikdə istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycana yeni böyük üstünlüklər vəd etdiyi halda, işğalçı Ermənistanın regionda təcridini daha da dərinləşdirəcək. Elə bu səbəbdən sözügedən dəmir yolu xətti işğalçı Ermənistanda və erməni lobbisi arasında böyük narahatlıqla qarşılanır. Amma bütün narahatlıqlara rəğmən, layihə artıq işə düşməyə hazırdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu günlərdə qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənir. O  bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezeşvili də qeyd edir ki, ilin əvvəlində Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsində mövcud olan bəzi problemlər artıq öz həllini tapıb: “İndi əminliklə deyə bilərik ki, BTQ Bakı-Tiflis-Qarsın Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. Biz Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına bir sıra vacib layihələr həyata keçiririk. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də onlardan biridir. Bu layihə bizə Avropaya birbaşa çıxışla yanaşı, iqtisadi artım, insanlarımıza rahatlıq gətirəcək. Bir sözlə, bu layihənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı başa düşürük. Artıq Azərbaycanda və Gürcüstanda Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyi bütün yollarda lazımi infrastruktur yaradılıb, kommunikasiya qovşaqları qurulub. Bakı-Tiflis-Qarsın Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. Türkiyə tərəfi də işləri başa çatdırmaq üzrədir. Düşünürəm ki, bizə böyük dividendlər gətirəcək dəmir yolunu deyilən vaxtda istifadəyə verə biləcəyik”.

 Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya isə bu fonda bildirir ki, Çindən Avropaya Gürcüstan və Azərbaycan ərazisindən tranzit yükdaşımaları üçün əlverişli mühit var. Nazirin sözlərinə görə, Asiyadan Avropaya tranzit yükdaşımaları üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan nəqliyyatçıları arasında razılaşma var: “Çindən Avropaya yük daşımaları cəmi 40-45 gün çəkir. Bu da onu göstərir ki, Avropa-Asiya dəhlizi əlverişlidir. Ukraynanın da bu prosesə qoşulacağına inanırıq. Bakı-Tiflis-Qars vasitəsilə də əlverişli yük daşımaları həyata keçiriləcək”. Qeyd edək ki, dəmir yolu işə düşdükdən sonra həm Azərbaycan üzərindən yükdaşımaların həcmi artacaq, həm də Azərbaycan dünya bazarlarına öz məhsullarını daha sərfəli qiymətlərlə çıxarmaq imkanı qazanacaq. Digər tərəfdən, Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanması da gözlənir. Ümumiyyətlə, əvvəldən  Naxçıvanın bu yola qoşulması nəzərdə tutulub. Bu mənada həmin layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq. Layihə çərçivəsində Naxçıvanın dəmir yol sistemi də yenidən qurulacaq. Qeyd edilənlər həm də onu göstərir ki, Bakı-Tiflis-Qars yalnız iqtisadi deyil, siyasi və strateji baxımdan da Azərbaycan üçün əhəmiyyətli layihədir. Qeyd olunduğu kimi, Bakı-Tiflis-Qars  Azərbaycanın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxmasına imkan verəcək. Eyni zamanda Orta Asiya ölkələri də Azərbaycan üzərindən Türkiyə və Avropa bazarına çıxmaq imkanı əldə edəcək. Yəni Azərbaycan tranzit ölkə olaraq Orta Asiya ölkələrindən Türkiyə və eləcə də Avropa bazarına gedən malların daşınmasında iştirak edəcək ki, bu da dövlət büdcəsi üçün əlavə gəlir mənbəsinin formalaşması deməkdir. Bu kəmərin digər strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla Türkiyəni Ermənistan ərazisindən keçmədən Gürcüstan vasitəsilə birləşdirir. Bu layihə həm də Dağlıq Qarabağ problemi həll edilməyənə qədər Ermənistanın regional layihələrdən kənarda saxlanması siyasətinin davam etdirilməsi deməkdir. Bu da Azərbaycana imkan verir ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində reallaşmasına yaxın gələcəkdə nail ola bilsin. Eyni zamanda, dəmir yolu  Azərbaycanla Türkiyənin də  iqtisadi, ticari və siyasi əməkdaşlığının genişlənməsinə şərait yaradacaq. Beləcə, dəmir yolu nəqliyyatının  gətirəcəyi etibarlı iqtisadi daşıma modeli Avrasiya bölgəsindəki ölkələrin ticarət həcmlərinin artmasına və zənginləşməsinə kömək olacaq. Burada ən böyük qazanc payına malik ölkələrdən biri qismində isə məhz Azərbaycan çıxış edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ