Türkiyə Cümhuriyyətinin 12-ci prezidentini müəyyənləşdirmək üçün bu gün ümumxalq səsverməsinin nəticəsi ilə bağlı artıq rəqəmlər açıqlanmağa başlanıb. Nurman-xeber.az xəbər verir ki, ilkin açıqlamalara görə,İndiyə kimi səslərin 93 faizdən çoxu sayılıb. Baş nazir Rəcəb Tayyib Erdoğan53 faiz səslə liderlik edir.
AFP xəbər agentliyinə görə, Türkiyə xalqı 91 illik respublika tarixində ilk dəfə səsvermə yolu ilə öz prezidentini seçdi. Baş nazir Rəcəb Tayyib Ərdoğan baş nazirlik postunda ən güclü lider olaraq görülürdü. Prezident seçkilərində favorit namizədin də Ərdoğan olduğunu yazan AFP-ə görə, rəsmi olmayan nəticələrə görə, Ərdoğan səslərin 54,1 faizini alaraq birinci olub.
AP və «Reuters» xəbər agentlikləri də baş nazir Ərdoğanın rəsmi olmayan nəticələrə görə, seçkilərdə qalib gəldiyini bildirir.