Türkiyə Cümhuriyyətinin 12-ci prezidentini müəyyənləşdirmək üçün bu gün ümumxalq səsverməsi keçirilir. Nurman-xeber.az xəbər verir ki, ilkin açıqlamalara görə, ölkənin baş nazir, hakim AKP-nin namizədi Rəcəb Tayyib Erdoğan öndə gedir. Bununla yanaşı seçkidə çox maraqlı nəticələr ortaya çıxıb. Aydın olub ki namizədlərin, partiya rəhbərlərinin çoxu öz doğma vətənlərində belə, rəqiblərinə uduzublar. 12-ci prezident seçkilərində siyasi partiya liderlərinin vətənlərində Ərdoğan 1 bölgə xaricində böyük fərqlə önə çıxıb. Belə ki, Rəcəb Tayyib Ərdoğan məmləkəti Rizədə 80 faiz səs alaraq Türkiyədə ən yüksək səs toplamış namizəd oldu.
Ekmələddin İhsanoğlunun doğum yeri Yozqatda 66 faiz səs fərqi ilə Ərdoğan ilk sırada yer alıb, İhsanoğlu isə 32 faiz səs ala bilib.
CHP başçısı Kamal Kılıçdaroğlunun məmləkəti Tuncelidə HDP namizədi Səlahəddin Dəmirtaş 48 faiz səslə birinci olub.
MHP başçısı Dövlət Baxçalının doğum yeri Osmaniyədə isə Ərdoğan 49 faizlə ilk sırada yer alıb. Osmaniyədə müxalifətin çatı namizədi Ekmələddin İhsanoğlu isə 47 faiz səs alıb.
HDP sədri Səlahəddin Dəmirtaşın məmləkəti Elazğıda isə yenə Ərdoğan birinci yeri tutur. Səs faizi 73, Demirtaş isə 9,5 faiz.
Səadət Partiyasının sədri Mustafa Kamalakın doğum yeri Kahramanmaraşda da Ərdoğan öndə gedir – 75 faiz.
Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin vətəni Eskişehirdə də Ekmələddin İhsanoğlu 51 faiz səslə ilk sırada yer alır.
Qeyd edək ki, 90 il əvvəl Türkiyə Respublikası qurulandan bəri prezidenti parlament seçirdi. Tarixində ilk dəfə olaraq 2014-cü ildə Türkiyə Cümhuriyyəti prezidentini səsvermə yolu ilə seçir.