ABŞ prezidenti Barak Obamanın hava hücumuna «yaşıl işıq» yandırmasının ardından ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali İraqda «İraq Şam İslam Dövləti» (IŞİD) terrorçularına qarşı hava hücumu başladıldığını açıqlayıb. IŞİD-i vuran iki döyüş təyyarəsi ABŞ-ın keçmiş prezidenti Corc Buşla eyni adı daşıyan təyyarə gəmisi «USS Corc HW Buhs»dan qaldırılıb.
Pentaqonun açıqlamasına görə, ABŞ ordusu IŞİD-in Ərbili müdafiə edən kürd birliklərini atəşə tutan artileriyasını hədəfə alıb. Hərbi dəniz qüvvələrinə aid iki F-18 qırıcı təyyarəsi hərəkət halında olan topçuları lazerlə idarə olunan bombalarla vurub. Pentaqon sözçüsü Con Kirbi F-18 qırıcı təyyarələrinin IŞİD artileriyasını 226 kq ağırlığındakı lazerlə idarə olunan bombalarla vurduğunu bildirib: "ABŞ prezidentinin açıq ifadə etdiyi kimi ABŞ ordusu, IŞİD Amerika personalı və təsislərinə qarşı təhdid yaradacağı halda birbaşa hərəkətə keçməyə davam edəcək".
Yenə də Buş…
ABŞ-ın İraqda IŞİD terrorçularına qarşı reallaşdırdığı hava əməliyyatlarında əsas mövqeyi yenə "Buş" adı. 1990-1991-ci illərdə Birinci Körfəz Müharibəsində ABŞ-da İraqa "vur" əmrini o dövrün prezidenti Corc Buş (ata Buş) vermişdi.
Səddam Hüseynin devrildiyi İkinci Körfəz Müharibəsi isə 2003-cü ildə reallaşdı. İraqa «vur» əmrini bu dəfə o dövrdə ABŞ prezidenti olan oğul Corc Buş vermişdi.
ABŞ-ın bu gün İraqda reallaşdırdığı üçüncü hərbi əməliyyatda isə, prezident kreslosunda Barak Obama oturur. Ancaq hücum, ABŞ-ın keçmiş prezidenti Corc Buşla eyni adı daşıyan təyyarə gəmisi «USS Corc HW Buhs»dan qalxan qırıcı təyyarələrlə reallaşdırılır.
Dünən də ABŞ təyyarələrinin bölgədə uçduğu xəbərləri gəlmişdi. Ancaq sonradan bunların kəşf uçuşu olduğu bildirilmişdi. IŞİD-dən qaçıb Sincar dağına sığınan yzidilərə dünən ABŞ havadan 8 min paket yemək və içki yardımı etmişdi.
O da bildirilir ki, Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın başladığı hərbi əməliyyatın ardından İraqda humanitar dəhliz yaradılması üçün hazırlıqlara başlayıb.