Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan Qarabağ irəliləyişində Rusiya və ABŞ-ın eyni fikrə gəlməsindən bərk narahat olmağa başlayıb…

Image


Bu gün dünya miqyasında nüfuz, imic, qurulan əməkdaşlığın səviyyəsi baxımından da Azərbaycan və Ermənistan  arasında fərqin gedərək artması müşahidə olunur. Azərbaycanla ən müxtəlif sahələr üzrə əməkdaşlığını genişləndirmək istəyən dövlətlərin sayı artdığı halda, Ermənistanla münasibətlərdə bunun əksi müşahidə edilir.

Azərbaycan onunla əməkdaşlıq edən ölkələrə böyük dividendlər gətirdiyi halda, yenə Ermənistanda bunun əksi qeydə alınır. Elə bu səbəbdəndir ki, dünya miqyasında özünü qabarıq göstərən ziddiyyətlərin çözülməsi üçün Azərbaycan, onun paytaxtı görüş məkanı olaraq seçilir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavelin Bakı görüşü də qeyd edilənlərin daha bir təsdiqi oldu.

Dünya miqyasında da aydın etiraf olunur ki, bu, Bakıya olan yüksək etimadın konkret təzahürüdür. Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun bu xüsusda fikirləri də qeyd edilənlərin daha bir təsdiqi hesab oluna bilər. O, “vestikavkaza” saytına açıqlamasında bildirir ki, görüş yeri kimi Azərbaycanın seçilməsi təsadüfi deyil: “İlk növbədə Azərbaycanın yaxşı infrastrukturu, gözəl hava limanı, çox gözəl mehmanxanaları var. Lakin əlbəttə ki, əsas olan bu dialoqda Azərbaycanın dəqiq, aydın neytral mövqe tutmasıdır. Buna görə hər iki tərəf, düşmən olsalar belə, Bakıda rahat şəkildə dialoq qura bilir. Həm Rusiya, həm də NATO bilir ki, Bakıda istənilən görüşə yaxşı şərait yaradılacaq və görüşdə müzakirə edilənlərlə bağlı heç bir informasiya itkisi olmayacaq”. Onun fikrincə, Bakı potensial sülh yaradan məkan kimi güclü mövqeyini formalaşdırır: “Bakı Qafqazın Cenevrəsinə, Azərbaycan isə İsveçrəsinə çevrilir.  Bakıda hərbçilər görüşdü və onların müzakirəsi siyasi fikir ayrılıqlarını aradan qaldırmayacaq. Lakin ən azından, hərbiçilər siyasi fikir ayrılığının hərbi nəticələrə gətirib çıxarmasının qarşısını ala bilər”. Elə bu fikirlər bir daha dünya miqyasında Azərbaycana yüksək etimadın real təzahürüdür. Ermənistan isə belə etimadı, necə deyərlər, heç yuxusunda da görə bilməz.

Məsələnin daha bir maraqıl tərəfi həm də ondan ibarətdir ki, Azərbaycana göstərilən yüksək etimad onun üzləşdiyi problemlərə dünya dövlətlərinin indi daha həssas yanaşmasına rəvac verir. Belə problemlərin başında isə ilk olaraq Dağlıq Qarabağ münaqişəsi gəlir. Əslində, son dövrlərin mənzərəsi də bu qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ konflikti indi daha tez-tez beynəlxalq gündəmə gəlir. Bu münaqişənin həllinin tezləşməsinin vacibliyi xüsusi olaraq qabardılır, eyni mövqe həmsədrlər, daha doğrusu, məsələnin çözümünə böyük təsir qüvvəsinə malik Rusiya və ABŞ tərəfindən də sərgilənir. Hər halda, bu ölkələrdə Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi barədə səslənən fikirlər də belə qənaətə gəlməyə əsas verir.  Rəsmi Bakının İrəvandan fərqli olaraq həm Moskva, həm də Vaşinqton üçün etibarlı tərəfdaş olmasını artıq reallıqda dəfələrlə sübuta yetirməsi də bu prosesə əlavə təkan verən amillərdən sayılır. Amma Ermənistan son dövrlərdə atdığı addımlarla Rusiya və ABŞ-ın yanında səmimi partnoyr olmadığını növbəti dəfə göstərmiş oldu. Elə bu səbəbdən həmin ölkələrin Ermənistanla münasibətdə fərqli addımlar atacağı, bunun Qarabağ konfliktinə də öz təsirini göstərəcəyinə dair İrəvanda indi həyəcan təbili çalınır. Hətta fikirlər səslənir ki, artan beynəlxalq təzyiqlər üzündən İrəvanın Qarabağ məsələsində öz mövqeyini sonadək qoruya biləcəyi artıq ciddi sual altındadır. Ermənistanın “Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, yaxın vaxtlarda Qarabağla bağlı ciddi hadisələr olacaq: “Lakin konkret nəyin baş verəcəyini demək hələlik çətindir. Bu faktdır ki, ABŞ, Avropa İttifaqı və Rusiyanın şəxsində Ermənistanla bağlı ciddi proseslər gedir. Onların hər biri Qarabağ münaqişəsində öz maraqlarını təmin etməyə çalışır”. Qəzet qeyd edir ki, İrəvanda müxtəlif səviyyələrdə Qarabağla bağlı qapalı müzakirələr aparılır: “Serj Sarkisyanın Qarabağa 4 günlük səfəri də təsadüfi deyildi. Doğrudur, Sarkisyan rəsmi tədbirlərdə iştirak üçün ora getdi, lakin onun 4 gün Qarabağda qalması münaqişə ilə bağlı aparılan danışıqların müzakirə edilməsi məqsədi daşıyırdı”. Qəzet təmas xəttində təhlükəli sakitliyin hökm sürdüyünə diqqət çəkir və bunun Ermənistan üçün ciddi təhdid olduğunu vurğulayır: “Azərbaycan son iki ayda hərbi variantı arxa plana keçirib və Bakının belə taym-aut götürməsi Ermənistan üçün heç də yaxşı deyil. Ehtimal ki, Ermənistanın qarşısında Qarabağla bağlı sonuncu şərt qoyulub və Bakının gözləmə mövqeyi də bununla bağlıdır”.

Düşmən ölkədə hesab edilir ki, ABŞ və Rusiya, aralarındakı ziddiyyətlərə baxmayaraq, Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasında həmfikirdir və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir. Artan təzyiqlər fonunda İrəvanın sülh yolu ilə münaqişənin həllinə razılıq verməkdən başqa çarəsinin qalmadığı da xüsusi olaraq vurğulanır. Belə bir vaxtda düşmən ölkədə o məqam da diqqət mərkəzində yer alır ki, İrəvan bir-birinin ardınca yol verdiyi yanlışlıqlarla Moskvanı daha çox qəzəbləndirir. Bu addımlardan biri Ermənistanın indi də Çindən hərbi texnika almaq niyyətidir. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Pekində olarkən Çin silahlarının alınmasında maraqlı olduqlarını bildirib. Halbuki, bu vaxta qədər Ermənistanın əsas silah aldığı ölkə Rusiya olub. Özü də bu silahlar güzəştli qiymətlərlə, ya da Rusiyadan alınan kreditlər hesabına Ermənistana gətirilib.  İndi pul tapa bilməyən İrəvanın birdən-birə Çindən silah almaq niyyəti Moskvada xoş qarşılanmır. Bununla belə, Vigen Sarkisyanın özünün sözlərinə görə, İrəvanın əsas müttəfiqi olan Moskva ilə imzalanan silah müqavilələri onun Çinlə hərbi əməkdaşlığına mane olmur. Rusiyanın Hərbi və Siyasi Araşdırma İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin əmindir ki, İrəvanın bütün bu hərəkət və bəyanatlarının əsas məqsədi dünyada müasir silahların tək ixracatçısı olmadığını Rusiyaya yumşaq şəkildə xatırlatmaqdır: “Belə bəyanatlar ilk növbədə Rusiyanın şantajına yönəlib. Çindən silah alınması ehtimalını istisna etmirəm. Bu ağlasığmaz görünsə də, təklif çox əlverişli olacağı halda mümkündür”. Aleksandr Xramçixin əlavə edib ki, Ermənistana silah çatdırılması Çinin özü üçün də reklam baxımından maraqlı ola bilər: “Bununla bütün dünyaya nümayiş etdirmək olar ki, o, Rusiya üçün ənənəvi olan silah bazarlarına soxulur”. Ancaq Texnologiyalar və Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko Ermənistan-Çin hərbi əməkdaşlığı üçün o qədər nikbin düşünmür. Onun sözlərinə görə, İrəvan ödəmə qabiliyyətinin məhdud olması baxımından Pekin üçün cəlbedici olmaya bilər: “Sözsüz ki, Ermənistan uyğun gördüyü ölkədən silah əldə etmək hüququna malikdir. Amma məsələ ondadır ki, çinlilər pulu saymağı bacaran praqmatik insanlardır və onlar silah sazişlərini maksimum əlverişli şərtlərlə bağlamağa çalışırlar. Burada həm sürətli maliyyə marağı, həm də resurslara maraq ola bilər. Məsələn, Afrika ölkələri Pekinə resurslar nöqteyi-nəzərindən maraqlıdır. Ermənistanda isə faktiki olaraq bunlardan heç biri yoxdur. Çindən hər hansı güzəştlərə nail olmaq çox çətin olacaq”. Bundan başqa, o qeyd edib ki, Çin və Rusiya silahının bir çox növlərinin genetik oxşarlığına baxmayaraq, genişmiqyaslı alınmalar halında Ermənistan maddi-texniki təminatının bütün sistemini yenidən qurmalı olacaq. Ekspert bildirib ki, İrəvan bunun üçün böyük miqdarda pul xərcləməlidir.  Ermənistanın  isə bu qədər pulu yoxdur. Digər yandan məsələnin geosiyasi tərəfləri də var. Ermənistanın Rusiyanın icazəsi olmadan Çindən silah almaq niyyəti Kremldə müsbət qarşılanmır. NATO təlimlərində Rusiyanın icazəsi olmadan Ermənistanın iştirakının ardınca indi İrəvanın üzünü Çinə tutması Kremli xeyli qəzəbləndirib. Belə vəziyyətdə İrəvanın cəzalandıırlması artıq Moskva üçün xüsusi önəm daşıyır. Ermənistanı cəzalandırmağın yollarından biri isə Qarabağ məsələsindən keçir. Rusiyanın ən azından döyüş meydanında Ermənistanı yalnız buraxmasının öz belə, düşmən ölkə üçün ən böyük cəza deməkdir. Bundan başqa, erməni mediası yazır ki, Moskva, faktiki olaraq, müəyyən güzəştlərin olması üçün də Ermənistana təzyiqləri xeyli artırıb. Erməni siyasi şərhçi Sarkis Artsruni də yazır ki, Moskva Ermənistanla bağlı siyasətini dəyişib və İrəvana təzyiqləri gücləndirib. O,  bu məsələdə Kremlin Rusiyada olan və nəzarətdə saxlanan ermənilərdən də istfiadə etdiyini vurğulayır:  Elə bu günlərdə İrəvandakı “Mariott” otelində Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rus və erməni sahibkarlarının birgə toplantısı keçirilib. Toplantı rəsmi xarakter daşısa da, yarıqapalı olması ilə diqqət çəkib.
Ən diqqətçəkən məqam isə toplantıda Rusiya nümayəndəsinin tərkibində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın da iştirak etməsidir. Abramyan Rusiyada ən varlı ermənilərdən biridir və Kremlə yaxın şəxsdir. Abramyan, həmçinin, ötən ilin oktyabrında Rusiya tərəfindın Avrasiya əməkdaşlığı üzrə beynəlxalq komissiyanın sədri təyin olunub. Irəvanda oteldəki toplantıya da məhz bu statusla qatılan Abramyan Rusiya emissarı olduğunu gizlətmir. O, Ermənistan siyasətinə birbaşa müdaxilə etmək istəmir, əvəzində Rusiya “desantı” kimi çıxış edir. İrəvandakı oteldə keçirilən toplantının pərdəarxasında isə Putinin Ermənistanla bağlı yeni planları dayanır. Bura Dağlıq Qarabağ münaqişəsi də aiddir”.

Beləliklə, Azərbaycanla yüksək münasibətlərdə olan Rusiya və ABŞ Qarabağ məsələsində müəyyən yeniliklərin olmasına maraq göstərir. Buna Ermənistanın ciddi müqavimət göstərə bilməsi isə inandırıcı sayılmır. Elə bu səbəbdən yaxın tezlikdə konfliktin həlli istiqamətində ciddi yeniliklərin olması gözlənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ