Bazar günü günü, 15 noyabr 2026
     

Bakı növbəti dəfə Rusiya-Qərb münasibətlərini müharibə həddindən geri çəkən arenaya çevrilir

Image


Sentyabrın 7-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

“Trend” Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını və onun beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib strateji tərəfdaşı olduğunu qeyd edərək, yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Bakıda keçirilən Gerasimov-Pavel görüşü barədə öncədən maraqlı şərhlər verilib

"Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü oyun qaydalarının razılaşdırılması, gündəmdə olan məsələlərin müzakirəsi, bir-birinin mövqelərinin anlaşılması baxımından strateji məqsəd daşıyır". Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, “Komsomolskaya pravda” qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranets dünən Bakıda keçirilən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin görüşünü şərh edərkən deyib.

"Bildiyiniz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır", - deyə V.Baranets vurğulayıb.

Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir

Onun sözlərinə görə, Bakıda Rusiya-NATO görüşündə çoxsaylı məsələlər müzakirə olunacaq: "Bunlar, sözsüz ki, Rusiya-NATO münasibətləri, Şərqi Avropada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyada hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Suriya münaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələləridir. Gündəmdə olan məsələlər həddən artıq çoxdur".

V.Baranets son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunub. O bu ilin əvvəlində Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşünün keçirildiyini xatırladıb: "Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi belə qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Bu birinci məqamdır. İkinci məqam isə Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda - nəzərə alsaq ki, Suriya Bakıya çox da uzaq deyil - Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Ona görə ki, biz dəfələrlə Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın və Suriya hökumət qüvvələrini dəstəkləyən Rusiya Hərbi Kosmik Qüvvələrinin necə fəaliyyət göstərdiyini demişik. Biz dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara qarşı Suriyada vahid cəbhədə mübarizə aparmasını təklif etmişik. Lakin heç bir cavab almamışıq. İndi isə Suriyada terrora qarşı mübarizədə mühüm mərhələ yaşanır. İŞİD-in ikinci paytaxtı hesab edilən Deyr-əz-Zor bölgəsində həlledici döyüşlər gedir. Suriya ordusu Rusiyanın köməyi ilə artıq şəhərin mühasirəsini yarıb. Bildiyiniz kimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD-a qarşı mübarizə aparır. Ordan qaçan terrorçular isə Suriyaya axın edirlər. ABŞ-ın bu fəaliyyəti İraqdakı terrorçuların Suriyada cəmləşməsinə səbəb olur. Ona görə də bu məsələdə razılığa gəlmək lazımdır. Elə etmək lazımdır ki, terrorçulara qarşı mübarizədə Suriya ordusuna, Rusiyaya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya ziyan gəlməsin.

Bakı görüşü Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda gələcək fəaliyyətini müəyyən edəcək

Üçüncü vacib məqam isə Bakı görüşünun Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda bundan sonrakı fəaliyyətini müəyyən etməsidir. Bu görüşdə təkcə söhbət Suriyadan getməyəcək. Müzakirə olunacaq məsələlərdən biri də İsrailin Suriyaya zərbə endirməsidir. İsrail faktorunu Suriya münaqişəsində nəzərə almamaq qeyri-mümkündür. İsrailin ABŞ-ın diktəsi ilə hərəkət etdiyini bilirik. Anlamaq istəyirik ki, İsrail Suriyaya zərbə endirməklə nəyə nail olmaq istəyir? Çünki İsrailin Suriya münaqişəsinə daxil olmağı mövcud vəziyyəti daha da gərginləşdirəcək. Suriya ordusu İsrailə cavab verməyə məcbur olacaq. İsrail Suriyanı bu yolla təxribata çəkir. İstəyir ki, Suriya ona layiqli cavab versin. Bu məsələ Gerasimov-Pavel arasında keçiriləcək Bakı görüşünün əsas müzakirə mövzularından biridir".

Generallar Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək

Rusiyalı hərbi ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Rusiya və NATO generallarının görüşündə müzakirə olunub-olunmayacağına da münasibət bildirib: "Hesab edirəm ki, görüş Bakıda keçirildiyindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də qaldırılacaq".

V.Baranets rəsmi İrəvanın Rusiya ilə Qərb arasında ikili oyun oynamasını da şərh edib: "Rusiyanın Ermənistanı hərbi və təhlükəsizlik sahəsində müdafiə etməsinə baxmayaraq, son vaxtlar erməni generallar və siyasətçilər Ağ Evdən və Pentaqondan mədəd umur, silahlar almaq üçün pul istəyirlər. Ermənistan ikitərəfli oyun oynayır, iki stulda oturmağa cəhd edir".

NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisi Bakıda nələri müzakirə etdi…

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında dünən Bakıda görüş keçirilib.

APA-nın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər kontaktları davam etdirməyə qərar veriblər.

"Valeri Gerasimov və Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşün gedişində tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər", - deyə məlumatda bildirilir.

NATO nümayəndəsi isə TASS-a bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov və NATO-nun Hərbi komitəsinin sədri Pyotr Pavelin Bakıdakı görüşü Rusiyanın Şimali Atlantika alyansı ilə hərbi əlaqələrinin saxlamasında qarşılıqlı marağın olduğunu göstərdi: "Bu şəxsi görüş NATO-nun şəffaflıq və Rusiyanın ali rəhbərliyi ilə siyasi səviyyədə davam edən dialoq siyasətinə uyğun olaraq hərbi kommunikasiya xətlərini saxlamağa qarşılıqlı marağı aydın nümayiş etdirdi".

Onun sözlərinə görə, general Pavel və general Gerasimov gələcəkdə hərbi kommunikasiya xətlərinin istifadəsini davam etdirmək barədə razılığa gəliblər.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ