Bazar günü günü, 15 noyabr 2026
     

Sentyabrdan sonra dünya gücləri Azərbaycanın müharibəyə başlamasına razılıq verə bilər, əgər...

Image


Bu gün rəsmi Bakının xarici siyasətində prioritet məqamlardan ən birincisi Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllini tapması və bunun dinc müstəvidə olmasıdır. Düzdür, məsələnin hərb yolu ilə həlli də daim gündəmdə saxlanır, amma sülhə ümidlər hələ tükənmədiyindən,  sülh imkanlarından son ana qədər istifadə xüsusi diqqət mərkəzində saxlanmaqda davam edir.

Azərbaycan hesab edir ki, illərdir davam edən konfliktin dinc çözümünə nail olmaq üçün həm vasitəçi ölkələr, həm də dünya ictimaiyyəti səylərini artırmalıdır. Məhz bu halda münaqişə dinc səpkidə həllini tapa bilər.  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  qeyd olunan xüsusda bildirir: “Münaqişələrin beynəlxalq səviyyədə qəbul edilən sərhədlər və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli ən mühüm prinsiplərdən biridir. Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səyləri ikiqat və üçqat artırmaq vacibdir. Burada beynəlxalq səylərin rolu çox vacibdir”.

Beləliklə, Azərbaycan konkret mövqe meydana qoyur və beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinin sülh yolu ilə həllində məsuliyyət daşıdığını açıq bəyan edir. Əks halda Azərbaycan zəbt olunmuş ərazilərini güc yolu ilə azad edəcəyini açıq bildirir və mümkün müharibənin nə ilə nəticələnəcəyinə dair elə erməni tərəfinin maraq doğuran etiraflarının sayının artması müşahidə olunur. Məsələn, işğal altında olan ərazilərdə yerləşən qondarma rejimin qanunsuz “silahlı birləşməsinin əməliyyat şöbəsinin rəisi”, polkovnik Viktor Arustamyan Azərbaycanın Ermənistanla müqayisədə daha güclü silahlara malik olduğunu bildirir. Erməni polkovnik “Hraparak” qəzetinə müsahibəsinə Azərbaycan ordusunun Ermənistandan üstün olduğunu etiraf edib. Bu vəziyyətin 1992-ci ildən indiyədək davam etdiyini qeyd edən Arustamyan vurğulayıb ki, Azərbaycanın tankları istər keyfiyyət, istərsə də say baxımından üstünlük təşkil edir. Polkovnik etiraf edib ki, aprel döyüşlərində 1992-94-cü illərdə olduğu qədər mərmi atılıb. Yeni müharibənin başlanmaması isə Ermənistanın bundan sonra danışıqlar prosesində nə dərəcədə konstruktiv mövqe nümayiş etdirməsindən birbaşa asılı olacaq. Bu mənada Azərbaycan və Ermənistan XİN başçılarının BMT Baş Assambleyasının bu ay Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində baş tutacaq görüşü xüsusi diqqət mərkəzində yer alır. Ümumiyyətlə, bu görüş Qarabağ münaqişəsi ilə bağıl hadisələrin sonrakı inkişaf mərhələsinin hansı istiqamətdə olacağını dəqiq müəyyən edəcək. Məsələyə münasibət bildirən Elmar Məmmədyarov  qeyd edir: “Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi hamıya bəllidir. Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan qoşunları geri çəkilməlidir”. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan isə görüşlə ilgili bildirib: “Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün dəqiq tarixi hələ müəyyənləşməyib. Görüş bu ay  Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək. Yəqin ki, görüş sentyabrın 20-dən sonra baş tutacaq, lakin konkret tarix hələ dəqiqləşdirilir”.

Qeyd edək ki, Elmar Məmmədyarov  müzakirə edilən sözügedən məsələlərin bəlli olmasını deyərkən bu günlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın açıqladığı altı  prinsipi nəzərdə tutur. "Madrid prinsipləri"nə əsaslanan həmin  altı element sülh sazişinin əsas tərkib hissəsi sayılır və onların vahid paket kimi qəbul edilməsi əsas şərt kimi irəli sürülür. Burada birinci element ondan ibarətdir ki, DQ ətrafında işğal olunmuş torpaqlar azad edilir. İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz”in mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element sülhyaratma əməliyyatı da daxil olmaqla təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur. Azərbaycan bu prinsiplər əsasında münaqişənin həllini mümkün sayır və öz razılığını verib. İndi Ermənistan həmin görüşdə barəsində bəhs olunan elementlər əsasında Qarabağ münaqişəsinin çözümünə razılıq verməyəcəyi təqdirdə müharibənin yenidən alovlanma ehtimalı artır. Artıq bu xüsusda beynəlxalq miqyasda da xəbərdarlıqlar olunub. Bu mənada ekspertlər vurğulayır ki, sentyabr  Qarabağ münaqişəsinin hansı müstəvidə çözüləcəyi baxımından kritik ay sayıla bilər.

Baş verənlərlə bağlı Ermənistanın  “İravnuk” qəzeti yazır ki, zaman keçdikcə Azərbaycan Ermənistana Qarabağ təzyiqlərini daha da artırır: “Bu ay Azərbaycan və Ermənistan XİN rəhbərləri növbəti dəfə görüşəcək. Həmin görüş ərəfəsində Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland münaqişənin hansı prinsiplər əsasında tənzimlənəcəyinə dair Ermənistan cəmiyyətində şok effekti yaradan açıqlamalar verdi. İndi həmin məsələlər nazirlərin ABŞ-da baş tutacaq görüşündə müzakirə olunacaq. Ermənistan ya həmin prinsiplərə razılığını verməli, ya da mümkün müharibəyə hazır olmalıdır. Amma görünən odur ki, indi beynəlxalq şərait Ermənistanın lehinə deyil. İrəvana Rusiyadan da, Qərbdən də təzyiqlər var. ABŞ və Rusiya arasında geosiyasi çəkişmə də İrəvanın maraqları çərçivəsində cərəyan etmir”.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin təsirləri Ermənistan üzərində də özünü qabarıq göstərir.  Gürcüstanda keçirilən NATO təlimlərindən Moskvanın göstərişi ilə son anda imtina edən işğalçı ölkəyə həqiqətən də həm Rusiya, həm də Qərbin  təzyiqləri artır.
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bu xüsusda bildirir: “Bizim istəyimiz Ermənistanın suveren qərarlar qəbul edə bilib-bilmədiyindən arxayın olmaq, hansı iqtisadi və siyasi modeli seçdiyini görməkdir”. Bununla o, əslində Vaşinqtonun İrəvan qarşısında son şərtini irəli sürdüyünü göstərir. Həmin şərtin əsas məğzi budur ki, İrəvan Rusiyanın kölgəsi olmaqdan xilas olmalıdır. Əks halda Qərb bu istiqamətdə Ermənistana təzyiqləri artıracaq. Bununla Amerika Serj Sarkisyan hakimiyyətini faktiki olaraq dilemma qarşısında qoyub. Amma real vəziyyətdə İrəvan Rusiyanın qoyduğu çərçivələrdən kənara çıxa bilmir. NATO təlimlərində iştirakdan son anda imtina etməsi bunu bir daha sübut etdi. Lakin Ermənistan ABŞ-dakı erməni diasporu və lobbisinin dəstəyindən, onların göndərdiyi maliyyə yarımından da imtina edə bilmir. Vaşinqtondakı erməni lobbisi ABŞ-ın Ermənistana maliyyə yardımı ayırmasına nail olur. Rusiyadan imtina etmək Sarkisyanın başına dəmir yumruğun endirilməsi, ABŞ-a tamamilə üz döndərmək isə ən yaxşı halda erməni diasporunun zərbəsini yeməkdir. Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, ABŞ səfirinin sözləri İrəvanın Moskva-Vaşinqton qarşıdurmasının burulğanında qaldığını göstərir: “Ermənistanın müstəqilliyini ciddi təhlükələr gözləyir. Faktiki olaraq, ABŞ-Rusiya qarşıdurması ermənilərin müstəqilliyini təhdid edir”. Qəzet noyabr ayında Ermənistanla Avropa İttifaqı arasında yeni çərçivə sazişi imzalanmasının planlaşdırıldığına diqqət çəkib. Qeyd edib ki, rəsmi İrəvan imzaların atılmasında heç bir problemin olmadığını desə də, vəziyyət təhlükəli olaraq qalır: “Mümkündür ki, Putin Sarkisyana bu sazişi imzalamağı qadağan edir, ABŞ da “suveren qərar” deməklə Ermənistana mesaj verir”. Gözləniləndir ki, noyabrda Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamaqdan imtina etsin. Əks təqdirdə, Rusiya Ermənistanı ciddi təzyiqlərə məruz qoyacaq. Ermənistanın Rusiyanın dediklərinə uyğun hərəkəti isə bu dəfə Qərbin ona qarşı təzyiqləri genişləndirməsinə səbəb olacaq. Elə bu səbəbdən erməni mediası indi beynəlxalq vəziyyətin İrəvanın lehinə olmadığını yazır. Bildirilir ki, bu vəziyyət Qarabağ münaqişəsinə də mütləq mənada təsirini göstərəcək. Eyni zamanda o da vurğulanır ki, məhz belə vəziyyət xarici işlər nazirlərinin Nyu-York görüşünə Ermənistanın daha zəif tərəf kimi qatılmasını şərtlənddirəcək. Hesab olunur ki, Ermənistan bu görüşdə "Madrid prinsipləri"nə əsaslanan sülh formulunu qəbul etməsə, beynəlxalq güclər Azərbaycanın hərb yoluna əl atmasına razılıq verəcək. Onların Ermənistanı tək qoyması isə münaqişənin taleyini qısa zaman kəsiyində müəyyən edəcək. Hər halda, hadisələrin məhz bu istiqamətdə inkişf edəcəyini İrəvanda da yaxşı görürlər və bu səbəbdən Nyu-York görüşündə artıq əməli addımlar atılmasının zərurətini aydın dərk edirlər. Azərbaycan isə, necə deyərlər, sülh prosesi üçün Ermənistana son şanslarını verir. Seçim erməni tərəfinindir.

Vəziyyəti dəyərləndirən ekspertlər hesab edir ki, yaranmış vəziyyətdə bir neçə gündən sonra danışıqların yeni mərhələsinin başlanmasını gözləmək olar. Beynəlxalq güclərin, xüsusən də rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırdığını bəyan etməsi münaqişənin həlli istiqamətində irəliləyişin olacağına ümidləri artırır. Erməni tərəfi Azərbaycan və beynəlxalq güclərin iradəsi ilə hesablaşmasa, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan hərb variantına əl atmaq məcburiyyətində qalacaq və bunun nə ilə nəticələnəcyi də artıq heç kimə sirr deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ