Bazar ertəsi günü, 28 iyul 2025
     

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı”nın “mütəşəkkil Azərbaycan yalanları” Sorosun özü ilə birgə ifşa edilir... - YENİLƏNDİ

Image

"Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram qatıb: "Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar. Ancaq yalanın ömrü az olar, ayaq tutar, yeriməz. Onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanıb, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür: "Soros isə qoy cavab versin, maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!"

Əli Əhmədov: “Azərbaycana şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin və QHT-lərinin “sevimli” məşğuliyyətinə çevrilib”

Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrilib. Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının “sevimli” məşğuliyyətinə çevrildiyi heç kimə sirr deyil: "Bu “məşğuliyyətin” müxtəlif yollarla və formalarda Azərbaycana çatdırılan “məhsulların” dinamikası onu deməyə əsas verir ki, burada böyük “fayda” var. Ona görə də “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin və “Guardian” qəzetinin fantaziyasının məhsulu olan və yenə də Azərbaycana və onun rəhbərinə böhtan atması ilə diqqəti cəlb etməyə çalışan yazıda son illərin məlum trendi baxımından qeyri-adi heç nə yoxdur: kiçik fərqlə eyni sifariş, eyni sifarişçi, eyni icraçılar (personallar dəyişsə də mahiyyət dəyişməyib). Lakin diqqəti cəlb etmək üçün “məhsula” yeni inqrediyentlər qatılması gərəkdir və bu zaman həqiqətən bütün çərçivələr aşılıb. Doğrudan da, məntiq tükənən yerdə böhtan başlayır. Bu dəfə icraçılar (bəlkə sifarişçilər də) Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar. Azərbaycana qarşı hazırlanan hesabatdan və yazıdan belə məlum olur ki, Avropa Şurası Parlament Assambleyası çox ciddi siyasi qərarlarını, yumşaq desək, hədiyyələr əsasında qəbul edir. Bu, həqiqətən AŞ PA üçün çox ciddi ittihamdır və qurum onu həzm etməyə hazırdırmı?"

Baş nazirin müavini bildirib ki, lakin əsas məsələ bu ritorik sualda deyil: "Əgər doğrudan da, sözügedən hesabatda iddia olunduğu kimi, AŞ PA 2013-cü ildə Azərbaycana qarşı qərəzli tənqidi hesabatı deputatlara verilən hədiyyələrə görə rədd edibsə, demək bu qurum Azərbaycana qarşı dəfələrlə qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnamələri də maraqlı tərəfin verdiyi hədiyyələrə görə qəbul edib. Sağlam təfəkkürlə bu məntiqə qarşı çıxmaq, düşünürəm ki, mümkün deyil. Belə olan halda AŞPA-nın hansı qətnaməsinin ədalətli, əsaslı, obyektiv, hansının isə sifarişli olduğunu təyin etmək, sadəcə, qeyri-mümkündür. Hesabatın məntiqindən belə çıxır ki, Avropanın mötəbər qurumu bütünlüklə korrupsiyalaşıb".

Onun sözlərinə görə, sübut etməyə ehtiyac yoxdur ki, hesabatın və yazının müəlliflərinin əsas hədəfi Azərbaycan və onun gündən-günə müsbətə doğru dəyişən imicidir: "Onların və onlar kimilərin bütün cəhdlərinə baxmayaraq bu və ya digər beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan beynəlxalq qurumların nümayəndələri ölkəmiz haqqında onlarda məqsədli şəkildə formalaşdırılmış stereotiplərdən xilas olmağa məcburdurlar. Son illərdə Azərbaycanda yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərin sayının artması sözügedən stereotiplərdən xilas olan beynəlxalq qurumların nümayəndələrinin sayının da hiss olunan dərəcədə artması ilə müşayiət olunur və nəticədə Avropanın nüfuzlu təşkilatlarında ölkəmiz haqqında həqiqətləri bilən və açıq şəkildə onu dilə gətirən insanların sayı da çoxalır. Belə bir vəziyyət məlum dairələri ciddi şəkildə narahat edir və onlar çıxış yolunu bu cür insanları şantaj edərək həqiqətin yanında olmaqdan çəkindirməkdə görürlər. Bur neçə gün bundan əvvəl işıq üzü görmüş hesabatın və yazının əsl mahiyyəti və məqsədi məhz bundan ibarətdir: şantaj, qorxutmaq yolu ilə həqiqəti etiraf etmək istəyənləri susdurmaq və Avropa mətbuatında və ictimai rəyində Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın şəksiz hökmranlığını təmin etmək".

Ə.Əhmədov əlavə edib ki, hesabat və yazı müəlliflərinin başqa bir və yenə də əsas sayıla biləcək məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycanın son zamanlar hiss olunan diplomatik, təbliğati və əsasən də hərbi üstünlüyü ələ almasından xoflanaraq ölkəmizə qarşı mahiyyət etibarilə ikinci cəbhə açmaqdır: "Məqalənin ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən hazırlanması və münaqişənin həll edilməsi istiqamətində Minsk qrupu həmsədrləri tərəfindən səsləndirilən optimist bəyanatlarla eyni vaxta düşməsi bu tezisin ciddi əsaslara söykəndiyini təsdiq edən dəlillərin yalnız bir qismidir.

Nəhayət, onu da vurğulamaq istərdim ki, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici antiazərbaycan və islamofobiya xəstəliyinə tutulmuş dairələri rahat buraxmır. Azərbaycanın müasir və tolerant imici onların yalan və böhtan üzərində qurulmuş təbliğat konstruksiyasına uyğun gəlmir. İslamofobiyanın bir çox hallarda vüsət aldığı indiki şəraitdə Azərbaycana qarşı əsassız hücumlar təkcə, necə deyilər, ümumi tendensiyaya qoşulmaq istəyi deyil, həm də konkret məqsədlərə xidmət göstərən məkrli planın bir parçasıdır".

Baş nazirin müavini vurğulayıb ki, yalan və böhtan heç bir mətbuat orqanına yaraşmır: "Bunu illər boyu ad qazanmış “Guardian” qəzeti kimi mətbuat orqanı edirsə, bu artıq böyük faciədir. Lakin, görünür, bu böyük faciənin arxasında həm də böyük maraqlar var. Özü də ciddi maddi dəyəri olan maraqlar".

Deputat: “Bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü zərbə altında qoyur”

Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil. Bunu Milli Məclisin deputatı Zahid Oruc OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materialla bağlı açıqlamasında deyib.

Z.Oruc bildirib ki, Azərbaycandan əvvəl ayrı-ayrı dövlətlərə qarşı da bu cür qarayaxma kampaniyaları həyata keçirilib: “İstənilən ölkə və onun siyasi elitası haqqında belə xəbərləri uydurmaq çox asanlıqla mümkündür və hazırki reallıqda bu həyata keçirilir”.

Deputat vurğulayıb ki, əslinə baxanda bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü, onların siyasətçilərini, parlamentarilərini zərbə altında qoyur: “Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür. Bəs onların öz mövqelərinə sadiqliyi, əqidələrində dönməzliyi, hüququn aliliyi harada qalır?! Bəs Avropanın maliyyə nəzarətini həyata keçirən ən müxtəlif orqanları var, onlar harada qalır?! Xüsusilə 11 sentyabr hadisələrindən sonra hər bir maliyyə vəsaiti üzərinə mikroskopik nəzarət həyata keçirirlər, hansı ki maliyyə ilə bağlı bəyannamə verilməlidir, mənşəyi ilə bağlı məlumatlar təqdim olunmalıdır və s. Buradan aydın görünür ki, yayılan məlumatlar tamamilə əsassızdır və məqsəd tamamilə başqadır”.

Z.Oruc bildirib ki, burada məqsəd birinci növbədə Azərbaycan hakimiyyətini təsir altına almaq, iqtidarı onlarla hesablaşmağa məcbur etməkdir: “Azərbaycanın dövlət başçısının demokratik bir lider olduğuna heç kəsin şübhəsi yoxdur. Biz bu illər ərzində İlham Əliyevin siyasi kursunun xarakterinin belə olduğunu görmüşük. Azərbaycan idarə olunan dövlət deyil və şübhəsiz ki, bu, müxtəlif mərkəzləri qane etmir. Onlar da bununla bağlı “mübarizə” aparırlar. Ancaq yenə təkrar edirəm ki, daha çox özlərini ifşa edirlər, zərbə altında qoyurlar. İndiyə qədər Azərbaycana qarşı bu təzyiqlər çox olub və heç biri də məqsədinə çata bilməyib”.

“Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub”

Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir. Bunu Milli Məclisin deputatı Asim Mollazadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.

Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsinin getdiyini deyən A.Mollazadənin sözlərinə görə, bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır.

A.Mollazadə hesab edir ki, bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi, onların, Ermənistanın sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub: “Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Azərbaycan bu müharibədə layiqli cavablar vermək üçün peşəkar beynəlxalq təcrübədən istifadə etməlidir".

“Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq”

“Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq. Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır”. Bunu isə Milli Məclisin deputatı Aydın Mirzəzadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.

A.Mirzəzadə qeyd edib ki, həmin təşkilat ittiham irəli sürsə də, hər hansı bir sübut ortaya qoya bilmir: “Bu gün Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri xaricdə müəyyən antizərbaycan mərkəzləri ölkəmizlə bağlı ya iqtisadi, ya da siyasi planları həyata keçmədiyindən çox ciddi narahat edir. Bu zaman ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında əlbəttə ki, antiazərbaycan dairələri və erməni diasporu durur. Məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmizdə “5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir”.

Deputat vurğulayıb ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparılır: “Ona görə də növbəti dəfə Azərbaycana qarşı bu qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır”.

Əflatun Amaşov: "Vaşinqton post"un mövcud dəst-xətti heç şübhəsiz siyasi amillərlə bağlıdır"

"Vaşinqton post" kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur. Hər şeydən öncə söhbət jurnalistikadan gedir. Jurnalist peşəkar olmalıdır. Peşəkarlıq isə qərəzsizliyə söykənir. Həssaslıq da mühüm şərtdir. Bu mənada "Vaşinqton post"un təqdimatı tam yarıtmaz xarakter daşıyır". APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.

Ə. Amaşov qeyd edib ki, mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır.

"Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar.

«Vaşinqton post»un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilimələrinə toxunması, məsələ ilə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır. Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, «Vaşinqton post» məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. «Vaşinqton post»un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir.

Dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da. Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib", - deyə MŞ sədri bildirib.

Bəhruz Quliyev: Faktlar OCCRP-nin feyk qurum olduğunu sübuta yetirmiş olur

“Son dövrlər biz yenidən bir sıra anti-Azərbaycan mərkəzlərinin fəallaşması fonunda bir sıra siyasiləşmiş QHT-lərin, hüquq müdafiə təşkilatlarının, o cümlədən media qurumlarının ermənipərəst mövqelərdən çıxış edərək, şər-böhtan kampaniyalarına start verilməsinin şahidlərinə çevrilməkdəyik. Xüsusilə, ölkəmizdə mühüm ictimai-siyasi hadisələr, seçkilər, əhəmiyyətli tədbirlər ərəfəsində adıçəkilən mərkəzlərin fəallaşması arxasında dayanan bir neçə məqamlar var ki, onlardan biri və ən əsası Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürütməsi, söz sahibinə çevrilməsidir”. Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev OCCRP adlanan qurumun ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı" layihəsi) şantaj xarakterli “hesabatı” kontekstində bir sıra KİV-də yayılmış materiallara münasibət bildirərkən deyib.

B.Quliyevin sözlərinə görə, məhz Azərbaycanın bir sıra post-sovet ölkələrindən fərqli olaraq qətiyyətli və müstəqil siyasət yürütməsi ölkəmizi forpost, marionet ölkələrdən kəskin şəkildə fərqləndirir: “Bu faktor isə sözügedən mərkəzlərdə qıcıq yaratmağa başlayır. Belə ki, bu mərkəzlərin təməli funksiyasında erməni lobbisi və bu lobbinin maliyyə yardımları dayanmaqdadır. Eyni zamanda, bir müddət Azərbaycanda da ofisi olmuş, lakin bəlli səbəblərə görə fəaliyyətinə xitam verilmiş milyarder Corc Sorosun da adı bu məsələlərdə tez-tez hallanmaqdadır. Əbəs yerə deyil ki, OCCRP də daxil olmaqla, “BBC News”, “The Guardian”, “Washington Post”, “France 2”, “Sərhədsiz Reportyorlar” və s. kimi bir-birindən fərqlənməyən media qurumlarının Azərbaycan əleyhinə çirkin kampaniyalara qoşulmaları arxasından imperialist maraqları ilə seçilən Corc Sorosun adı çıxır. Misal üçün, “Washington Post” qəzetində Azərbaycana qarşı verilən şantaj xarakterli məqalənin müəllifi bilavasitə ermənidir və onun həmin materialla çıxış etməsini təmin edən də neoimperialist mövqeli Corc Sorosdur. Çünki bu adam bir sıra keçmiş ittifaq respublikalarında süni şəkildə yaratdığı rəngli inqilabları sayəsində Qərbin pərdə arxası siyasət yürütməsinə şəraitlər yaratmışdı. Müstəqil Azərbaycanda isə nə onun, nə də ona dəstək göstərən digər siyasi güclərin maraqları gerçəkləşməmişdi. İndi, o bir növ OCCRP adı altında Azərbaycandan intiqam hissi alır. Lakin onun göstərdiyi çabaları hər zaman olduğu kimi, bu dəfə də nəticəsiz qalmaqdadır. Əlbəttə ki, onun bu uğursuzluqlarına söykənən bir sıra səbəblər mövcuddur”.

B.Quliyev bildirib ki, digər tərəfdən, bu gün OCCRP həqiqətən də ədalət carçısı olduğunu var gücü ilə bağırırsa, eyni zamanda korrupsiya faktlarını araşdıran real bir şəbəkədirsə, onda buyursun Qarabağ işğalı faktını da ictmailəşdirsin, bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü bəyan etsin, eləcə də Ermənistan rəhbərliyinin korrupsiyalaşmış məmurlarının işğal altındakı ərazilərimizdə hansı oyunlardan çıxdıqlarını hesabatlarına daxil etsin:

“Bu gün erməni lobbisi Dağlıq Qarabağın işğalını qanuniləşdirməsi üçün ABŞ, Fransa, Rusiyada siyasətçilərini böyük məbləğlər vasitəsilə ələ alır və bu korrupsiya faktları barədə nədənsə bir kəlmə olsa belə, yazılmır: “Əlbəttə, bu faktlar OCCRP-nin feyk qurum olduğunu sübuta yetirmiş olur. Yəni OSSRP birbaşa ölkəmizə açıq düşmən münasibəti ilə seçilən xarici siyasi dairələrin informasiya müharibəsində vasitə rolunu oynayır. Çox təəssüfedici haldır ki, sapı özümüzdən olan baltalar bənzər şantajlarda xüsusi canfəşanlıqlar göstərirlər”.

Siyasi ekspert hesab edir ki, heç vaxt Sorosun, erməni lobbisinin oynadığı oyunların reallaşmasına imkan verilməyəcək: “Azərbaycanda Prezidentinə, dövlət siyasətinə güvənən xalq-iqtidar birliyi mövcuddur və bu birlik əsaslı şəkildə mənfur mərkəzlərin maraqlarını alt-üst edir, onların ölkəmizlə bağlı qurduqları xam arzuları, xülyaları puç olur”.

“Qərb mediasında Azərbaycanla bağlı yayılan dezinformasiyanın arxasında ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır”

Son günlər qərb mediasında Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında düşmən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır. Bunu isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Azərbaycanın nüfuzunun hər gün daha da artdığını, milli dövlətçiliyimizin möhkəmləndiyini deyən H.Babaoğlu qeyd edib ki, Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamafob mərkəzlərin xoşuna gəlmir. Ona görə də onlar vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər: “Çünki erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Belə olan halda, ermənipərəst mərkəzlər və onların havadarları Azərbaycanı daxildən parçalamağa cəhd göstərir, guya ölkəmizdə korrupsiya, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Çox təəssüf ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin birbaşa iştirakı var. Eyni zamanda məşhur milyarder və siyasi hoqqabaz C.Sorosun da bu işdə dəsti-xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi hazırda ABŞ-da C.Sorosun terrorçu elan edilməsi üçün petisiya hazırlanıb və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terrorru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə işbirliyində olması olduqca təbiidir”.

H.Babaoğlu əlavə edib ki, Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir: “Lakin bu mümkün deyil. Çünki Azərbaycanın diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmi dəyişməyə çalışır”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

28.07.2025 / 10:22
Makronun düşməni Avropa İttifaqını "topa tutdu" - Bu, fiaskodur!

28.07.2025 / 10:17
Şahin Diniyevin oğlu Türkiyə klubundan ayrıldı

28.07.2025 / 10:12
50-dən çox uşaq üzərək Mərakeşdən İspaniyaya keçib

28.07.2025 / 10:05
Paşinyan yenə məzuniyyətə çıxdı - bu dəfə avqustun 15-dək

28.07.2025 / 10:03
"Spartak" "Beşiktaş"dan bu futbolçunu transfer edir

28.07.2025 / 10:01
Suriya payızda parlament seçkilərinə hazırlaşır

28.07.2025 / 09:44
Rusiya bu gecə Kiyevə PUA-larla hücum edib

28.07.2025 / 09:31
Bu ölkədə 100 ilin ən yüksək temperaturu qeydə alınıb

28.07.2025 / 09:22
Asiya İnkişaf Bankı Azərbaycanı da əhatə edən yeni Departament direktoru təyin edib

28.07.2025 / 09:18
Qəbələdə itkin düşən şəxs tapılıb - FHN məlumat yaydı

28.07.2025 / 09:12
Ronaldo həmyerlisini "Əl-Nəsr"ə gətirir - transfer qiyməti 50 milyon avrodur...

28.07.2025 / 09:04
Diktatorun bacısından Cənubi Koreyaya rədd cavabı...

28.07.2025 / 09:00
Kaliforniyada təyyarə okeana düşüb, 3 nəfər ölüb

28.07.2025 / 08:53
Qazaxıstanda niqab taxmaq niyə qadağan edildi?

28.07.2025 / 08:50
Məşhur aktyor 74 yaşında vəfat edib

27.07.2025 / 21:32
NATO-nun məşhur kəşfiyyat təyyarəsi Kalininqrad səmasında - Rusiya Qərbi nüvə silahı ilə hədələdi…

27.07.2025 / 17:18
Ukraynadan Rusiyaya daha bir zərbə - yüksək rütbəli alay komandiri öldürüldü…

27.07.2025 / 16:35
BRİCS öz kağız pulunu çıxardı - üstündə 5 quşun şəkli var…

27.07.2025 / 15:26
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

27.07.2025 / 15:03
Rusiya Ukraynaya genişmiqyaslı hücumlara hazırlaşır - ABŞ institutundan xəbərdarlıq...

27.07.2025 / 14:25
ABŞ-ın vitse-prezidenti və dövlət katibi 2028-də prezidentliyə namizəd ola bilər...

27.07.2025 / 13:37
Tovuzda qardaşı tərəfindən baltalanan qadın xəstəxanada öldü

27.07.2025 / 12:44
Xocavənd, Şuşa və Xocalıda yanğınlar söndürüldü...

27.07.2025 / 09:10
"Arsenal" 73 milyon avroya futbolçu transfer etdi

27.07.2025 / 09:00
Sabah Monteneqroda matəm günü elan olundu

27.07.2025 / 04:21
Rusiya Dnepri bombaladı, çay fabriki yandı -TƏCİLİ

26.07.2025 / 21:08
Ukraynanın Rusiyaya qarşı əks-hücum planı necə pozuldu? - İlon Maskın Kiyevə xəyanətinin üstü açıldı...

26.07.2025 / 20:25
Trampdan Putinə növbəti xəbərdarlıq – Vaşinqton daha sərt addımlar ata bilər...

26.07.2025 / 19:40
Ermənistandakı nüvə stansiyası ilə bağlı qorxunc xəbərdarlıq - Hər an partlaya bilər...

26.07.2025 / 19:20
"Biz həm də erməni xalqı ilə sülh sazişi bağlamaq istəyirik" - Hikmət Hacıyev Almaniya mediasına danışdı...

26.07.2025 / 19:14
ANAMA işğaldan azad edilmiş ərazilərdə yanğınlarla bağlı vətəndaşlara çağırış etdi

26.07.2025 / 19:04
Polşa müharibəyə hazırlaşır... Varşava Ottava Konvensiyasından çıxdı...

26.07.2025 / 17:59
Banklar istehlak kreditləri sahəsində əsl faiz xaosu yaradıblar...

26.07.2025 / 17:50
Azad rayonlarda asayiş, əmlak və ekoloji təhlükəsizlik inanılmaz səviyyədədir - polis cəmi 5 ildə...

26.07.2025 / 17:42
Zəngəzurda Ermənistanın "suverenliyini" Fransa səfiri qoruyur - Paris ABŞ-a qarşı...

26.07.2025 / 17:35
İran Ermənistanı Azərbaycan PUA-larından qoruyur?

26.07.2025 / 14:51
Prezidentin köməkçisi ABŞ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib...

26.07.2025 / 14:50
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib

26.07.2025 / 14:16
Hikmət Hacıyev: "Azərbaycan Rusiyadan AZAL təyyarəsi ilə bağlı faciəvi insidentə görə məsuliyyəti üzərinə götürməsini gözləyir"

26.07.2025 / 14:08
"Ermənistanın Azərbaycana kompensasiya ödəməsi danışıqların müzakirə mövzusu deyil" - Prezidentin köməkçisi

26.07.2025 / 13:56
Hikmət Hacıyev: "Minsk qrupu tarixin arxivinə göndərilməlidir"

26.07.2025 / 13:46
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub

26.07.2025 / 13:33
Abşeronda oğurluq edən şəxslər saxlandı

26.07.2025 / 13:20
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev

26.07.2025 / 13:05
Metsamer AES region ölkələri üçün ciddi təhlükə mənbəyidir - NTV telekanalı

26.07.2025 / 12:52
Qaydalara biganəlik – həyatımıza təhlükədir! - FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi

26.07.2025 / 11:06
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik etdi

26.07.2025 / 11:03
Qazaxda çətənə kolu yetişdirən qadın yaxalanıb

26.07.2025 / 10:25
Gəncə sakini dəm qazından boğularaq ölüb

26.07.2025 / 10:18
"Real"ın dünya çemionatındakı qazancı açıqlandı

26.07.2025 / 10:06
Rusiya bu gecə Xarkovu bombalayıb

26.07.2025 / 10:01
Məşhur aktyor "Arka sokaklar"da

26.07.2025 / 09:53
2100-cü ilə qədər 1 milyard insan susuzluqdan ölə bilər - alimlərdən XƏBƏRDARLIQ!

26.07.2025 / 09:45
Naxçıvanda 3 kəndin içməli su təchizatı dayandırılıb

26.07.2025 / 09:27
Klinikalar süni mayalanma əməliyyatını da çəkib paylaşırlar - "Medipoint"də baş verənlər...

26.07.2025 / 08:41
Dövlətin əsl müdaxilə vaxtıdır - ehsandan imtinanı sürətləndirmək lazımdır, hələlik 1-2 rayon...

25.07.2025 / 22:22
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə

25.07.2025 / 22:10
Ceyhun Bayramov və Hakan Fidan Ermənistanla sülh danışıqlarını müzakirə etdi...

25.07.2025 / 21:23
Bütün Fransa Makronun qəsdinə durdu - ölkə yeni aksiyalara hazırlaşır...

25.07.2025 / 21:08
Millət vəkili Mehriban Vəliyeva Aydın Quliyevi təbrik etdi

25.07.2025 / 21:06
65 yaşda "Əməkdar jurnalist" adı almaq mənim günahım deyil...

25.07.2025 / 21:05
EKO-nun Xankəndi zirvəsi Rusiyanı niyə bu qədər narahat edir?

25.07.2025 / 20:49
Sülhü pozan Ermənistan, hədəf Azərbaycan - Fransa parlamentindən absurd qərar...

25.07.2025 / 20:34
Zəngəzur dəhlizi məsələsinə NATO da qarışdı...

25.07.2025 / 20:19
Paşinyan həbs etdiyi rus oliqarxı barədə beynəlxalq məhkəmə qərarını da heçə saydı...

25.07.2025 / 20:12
Ermənistanın hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

25.07.2025 / 20:04
Paytaxt köçürülə bilər - su qıtlığı daha kəskin problemə çevrilir...

25.07.2025 / 19:49
Paşinyanın siyasəti Elçibəyin 90-cı illərdəki Qərbyönlü siyasətinə bənzədildi...

25.07.2025 / 19:35
ABŞ-ın Zəngəzur planı Rusiya layihəsindən kəskin fərqlidir - Zaxarova narahatdır...

25.07.2025 / 19:22
Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

25.07.2025 / 19:16
Bakıda DİN müşavirəsində sərt tələb - “icra olunmalıdır”

25.07.2025 / 19:09
Qubanın şəhid ailələri təklif etdilər - hər şəhid barədə kitab yazılsın...

25.07.2025 / 19:01
MM-in Korsikaya Dəstək Qrupundan Fransa parlamentinə sərt cavab - bu onları qıcıqlandırır...

25.07.2025 / 18:58
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

25.07.2025 / 18:55
Tələbə təqaüdləri artırıldı - 300, 450 manat...

25.07.2025 / 18:50
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi

25.07.2025 / 18:41
Rusiya Aİİ çərçivəsində Ermənistanı iqtisadi sanksiyalarla hədələdi...

25.07.2025 / 18:35
Mixail Qusmanın Azərbaycan boyda səmimi və doğma ailəsi var – Cavid İsmayıl yazır

25.07.2025 / 18:30
Şuşa Media Forumu qlobal mətbuatda

25.07.2025 / 18:27
Nazirlər Kabineti 2018-də söz vermişdi ki, yaxın 3 ildə 100 faiz olacaq - hanı bəs?

25.07.2025 / 18:14
Kreml rəsmisi Zəngəzur dəhlizindən imtina etdi - şok...

Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910