Bazar günü günü, 15 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Əlimərdan bəy Topçubaşov

Image


Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas Əlimərdan bəy Topçubaşov 4 may 1863-cü ildə Tiflis şəhərində anadan olub. Onun babaları hərbçi olublar və Topçubaşov soyadı onların birindən gəlir. Atası Ələkbər bəy, anası Sevər xanımdır.

Əlimərdan bəy Topçubaşov uşaqkən atasını itirib və onu nənəsi böyüdüb. O, ilk təhsilini Tiflis gimnaziyasında alıb və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Fəqət birinci semestrdən sonra o, hüquq fakultəsinə keçib və 1888-ci ildə bu fakultədən əla qiymətlərlə məzun olub. Əlimərdan bəy universitet diplomunu aldıqdan sonra Qafqaza qayıdıb, vəkil və hakim kimi fəaliyyətə başlayıb və Tiflis Kommersiya məktəbində hüquq fənnini tədris edib.

Əlimərdan bəy Topçubaşov 1894-cü ildə Bakıya köçüb, məhkəmə sistemində və mətbuatda fəaliyyətə başlayıb. Burada Azərbaycan mətbuatının banisi, görkəmli ictimai xadim Həsən bəy Zərdabi ilə yaxından ünsiyyət bağlayan Əlimərdan bəy onun qızı Pəri xanımla ailə həyatı qurub. Bu evlilikdən onların üç oğlu və iki qızı olub.

Əlimərdan bəy jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olub, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında yer alıb və onun başçılarından birinə çevrilib. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Əlimərdan bəy xalqın azadlıq mübarizəsinə qoşulub. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra müraciətlər yazıb, iclas, yığıncaq və mitinqlərdə çıxış edib, onun proqram sənədlərini tərtib edib, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilən I-IV qurultaylar, demək olar ki, onun sədrliyilə keçib, “İttifaqül müslümün” qurultaylar tərəfindən seçilən MK-nın daimi bürosunun üzvü olub.

1905-ci ilin sentyabr ayında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verib. Müşavirəyə nümayəndələr üçün seçkilər keçirildikdə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olub. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılıb və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə edib. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvələnməsindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxarıb. 1906-cı il mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirilib. Azərbaycandan Birinci Dövlət Dumasına İ.Ziyadxanov, M.Əliyev, Ə.Xasməmmədov ilə yanaşı Əlimərdan bəy Topçubaşov da seçilib. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyətdə olub. Əlimərdan bəy Dumada bir sıra məsələlərin müzakirəsində iştirak edib, hökumətin aqrar və köçürmə siyasətini pisləyib, Rusiyadakı azsaylı, xalqlara, əsasən də müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olub. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaradıblar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilab mövqeli Dumanı 72 gün sonra qovub. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-da Vıborqda iclas keçirib və “Vıborq müraciətnaməsi”ni qəbul ediblər. Bu müraciətnaməni imzalayanlardan biri də Əlimərdan bəy Topçubaşov olub. Onun siyasi və ictimai fəaliyyəti 1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənib və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulub.

1917-ci il mart ayının 5-də Bakıda İctimai Təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradılır. Məmmədhəsən Hacınski, İ.Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da komitənin tərkibinə daxil olur. İyul ayında isə komitənin 33 nəfərdən ibarət yeni heyəti təşkil olunur. Əlimərdan bəy yeni komitənin sədri seçilir.1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilir. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçilir. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırılır. Qurultay Əlimərdan bəy Topçubaşovun sədrliyi altında keçir.      

Avqust ayının 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirilir. Burada müşavirədə çıxış edəcək nümayəndəni hazırlayacaq komissiya təşkil edilir. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəyə tapşırır. Əlimərdan bəy müşavirədəki çıxışında qeyd edir ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlayan ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlıq qoruyur və möhkəmləndirir!

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Əlimərdan bəy Fətəli xan Xoyskinin 1918-ci ilin iyun ayında təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyin edilir.

1918-ci il dekabr ayının 7-də ölkədə yaranan çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başlayır. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik edir və onları xalqın mənafeyinin və əminamanlığının müdafiəçisi olmağa çağırır. Eyni zamanda M.Ə.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif edir. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanan Əlimərdan bəy Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilir. Dekabr ayının 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçir. Bu tərkibə Ə.Topçubaşov, M.Hacınski, Ə.Şeyxülislamov, Ə.Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil olur. 1919-cu il yanvarın 20-də Paris Sülh Knfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəlir. Fəqət Fransa hökuməti onların Parisə getmələrinə viza vermir. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirir, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat verir, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş edir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Ukrayna və Gürcüstan nümayəndələri də buraxılmamışdı. Onlar da İstanbulda idilər. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başlayır. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlanır və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim edirlər. Gərgin mübarizədən üç ay sonra Azərbaycan nümayəndə heyəti Əlimərdan bəyin rəhbərliyi altında Parisə yola düşür. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşür və yaranmış vəziyyətlə əlaqədar söhbətlər aparırlar.

1919-cu il may ayının 28-də ABŞ prezidenti V.Vilson Əlimərdan bəyin rəhbərliyi ilə Azərbaycan nümayəndəsini qəbul edir. Əlimərdan bəy ABŞ prezidentinə Azərbaycan haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verir. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Vilson onları əmin edir ki, “Bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində böyük Amerikanın köməyini və yardımını alacaq”.  Əlimərdan bəy Topçubaşovun iştirakı ilə hazırlanmış “Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin Paris sülh memorandumu” sülh konfransının katibliyinə təqdim edilir. Burada konfrans nümayəndələrinə Azərbaycan tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyyəti Əlimərdan bəyin rəhbərliyi ilə öz fəaliyyətini genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimal Qafqaz, Belorusiya, Ukrayna nümayəndələrilə birlikdə 1919-cu il iyunun 13-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə göndərir. 1920-ci il yanvar ayının 15-də Azərbaycan nümayəndələrindən Əlimərdan bəy Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edilrər. Nazirliyin birinci katibi Jul Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirir və Əlimərdan bəy Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanındığına görə təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilən qələbə münasibətilə Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan Respublikasının Baş Naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Bizim azad və müstəqil yaşamaq ümidimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik. Biz xalqımızın müstəqil yaşaya biləcəyinə inanırdıq. Belə dəyərli xoşbəxtliyin qarşısında heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq...”

Gecə-gündüz çalışmalar, ağır zəhmət öz bəhrəsini verməyə başlayırdı. Artıq 1920-ci il yanvar ayının 11-də Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması ilə bağlı xoş xəbər Topçubaşova çatdırıldı. Ancaq bu diplomatik uğur Azərbaycana öz müstəqilliyini əbədiləşdirmək fürsəti vermədi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Cumhuriyyəti Qırmızı Ordu tərəfindən işğal edildi. Həmin ərəfədə Parisdə olan Əlimərdan bəy Cümhuriyyətin süqutundan sonra da öz fəaliyyətini aktiv şəkildə davam etdirirdi. O ümid edirdi ki, dünya dövlətləri bu işğala laqeyd yanaşmayacaq və Azərbaycanın müstəqilliyinin bərpası təmin olunacaq. 1920-ci ilin noyabr ayında Cenevrədə, Millətlər Liqasının kürsüsündə Xalq Cumhuriyyəti parlamentinin başçısı olaraq çıxış edən Topçubaşov Azərbaycanın işğal edildiyini rəsmən bəyan edir. O, bolşeviklərin törətdikləri özbaşınalıqlardan danışır, hər vəchlə işğalın tanınmasına və etirafına çalışırdı...

Tarixi şəxsiyyət Əlimərdan bən Topçubaşov Vətəndən kənarda, bir az unudulmuş, bir az incidilmiş vəziyyətdə, Parisin Sen-Deni rayonunda vəfat etdi və Müqəddəs Kloud qəbristanlığında torpağa tapşırılıb...

Məhəmməd Əmin Rəsulzadə onun vəfatı ilə bağlı sonralar yazacaqdı: “Biz Əlimərdan bəyin timsalında milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçünü itirdik... Vaxt gələcək, ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək...” Vaxt gəldi və Azərbaycan müstəqil oldu. 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti, Ulu Öndərimiz Heydər Əliyev Fransaya ilk səfərində Əlimərdan bəy Topçubaşovun qəbrini ziyarət etdi və Müqəddəs Kloud qəbristanlığında uyuyan Topçubaşovun qəbirüstü abidəsinin qurulması üçün Topçubaşovun uğrunda vuruşduğu müstəqil dövlətin büdcəsindən vəsait ayrılmasına sərəncam verdi...

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ