Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın “NATO rəqsləri” ilə Qarabağ prosesində açılan yeni nüanslar…

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni bir geosiyasi şəraitin yarandığı getdikcə özünü daha qabarıq formada büruzə verməkdədir. Söhbət işğal siyasətini davam etdirən Ermənistanın Rusiyaya etdiyi xəyanətdən, Moskvanın onu cəzalandırmaq niyyətindən, eləcə də Ermənistanın Qərb dünyasında onsuz da zəif imicinin daha da laxlamasından gedir.

Məlum olduğu kimi, sentyabrın 3-dən 11-dək Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda Gürcüstan və NATO-nun “Agile Spirit 2017” (“Zirək ruh 2017”) çoxmillətli hərbi təlimləri keçirilir.  Əvvəlcədən elan olunmuşdu ki, sözügedən manevrlərin məqsədi ABŞ, Gürcüstan, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistanın qarşılıqlı əlaqələrini yaxşılaşdırmaq və iştirakçıları NATO-nun çevik qüvvələrinin tərkibində birgə əməliyyatlara hazırlamaqdır. Ermənistanda hakimiyyətin nəzarətində olan media orqanları əvvəlcə bu təlimlərin ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirərək, bunu İrəvanın hərbi sahədə müstəqil siyasət aparmasının göstəricisi kimi xarakterizə etməyə başladılar. Hətta Ermənistanın “1in.am”  saytı  “Ermənistan NATO ilə əməkdaşlığı dərinləşdirir: Moskva buna necə reaksiya verəcək” sərlövhəli məqaləsində yazırdı:  “Ermənistan NATO-nun hərbi təlimlərində yenidən, faktiki olaraq, Moskvanın, yumşaq desək, özünə dost dövlətlər sırasına aid etmədiyi ölkələrlə yanaşı iştirak edir. Ermənistanın hakimiyyət orqanları keçən ay Ermənistan elə həmin Gürcüstanda NATO-nun təlimlərində iştirak edərkən, Rusiyanın yarımrəsmi ekspert dairələrinin səsləndirdiyi hədə-qorxu dolu aqressiv ritorikadadan asılı olmayaraq, ölkənin müdafiə siyasətini ardıcıl surətdə şaxələndirir… İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Moskvada, təbii ki, qısqanclıq və narazılıqla qarşılanacaq, məhz ekspert dairələri tərəfindən verilən sərt qiymətlər buna sübutdur. Digər tərəfdən, sivil dünyadan ardıcıl surətdə təcrid edilən Rusiyanın Ermənistanın siyasətinə qətiyyətli təsir göstərmək üçün lazımi resursları yoxdur – üstəlik, Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi sözün geniş mənasında Ermənistanın siyasətinin Qərbə tərəf yönəldilməsini qanuniləşdirib”. Bütün bu gurultulu mövqenin ardınca Ermənistan hakimiyyətinin atdığı addım bir daha onun Rusiya və Qərb arasında manevr etmək imkanından əslində məhrum olduğunu göstərdi. Eyni zamanda bir daha bəlli oldu ki, Ermənistan Rusiya üçün yenə forpost ölkə olaraq qalır. Artıq məlumat verildiyi kimi, İrəvan  “Agile Spirit 2017” çoxmillətli hərbi təlimlərindən iştirakdan imtina edib. Bu, Ermənistan prezidentinin Soçidə rus həmkarı Vladimir Putinlə görüşündən sonra reallaşıb.

Erməni rəsmiləri iddia edir ki, Gürcüstanda keçirilən təlimlər İrəvan üçün prioritet təşkil etmir. Belə fikirlər də səslənir ki, Ermənistan Müdafiə Nazirliyi əvvəlcədən təlimlərdə iştirak üçün hansısa ərizə də verməyib. Amma belə yanaşma erməni ekspert çevrələrində və sosial şəbəkələrdə istehza doğurub. Çünki təlimlərə ev sahibliyi edən Gürcüstanın Müdafiə Nazirliyi Ermənistanın təlimlərdə iştirak üçün hələ iyulun 12-də müraciət etdiyini, Ermənistan bayrağının açılış mərasimində qaldırıldığını, lakin İrəvanın son anda iştirakdan imtina etdiyini açıqlayıb. Nəticədə təşkilatçılar Ermənistan bayrağını təlimlərə qatılan Azərbaycanın bayrağı ilə əvəz ediblər. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə təlimlərdə iştirakdan imtinanı Azərbaycanın iştirakı ilə əsaslandırmağa çalışıb: “Biz adətən elə beynəlxalq təlimlərdə iştirak edirik ki, Azərbaycan və Türkiyə orada iştirak etmir”.  Lakin erməni politoloq Ruben Meqrabyan bu arqumenti gülünc sayır. Onun sözlərinə görə, Ermənistan bundan əvvəlki “Noble partner 2017” təlimlərində iştirak edərək Moskvanı qəzəbləndirmişdi. Nəticədə Moskva bütün rıçaqlardan istifadə edərək İrəvanın NATO, ilk növbədə ABŞ-la hərbi əməkdaşlığı davam etdirməsinə imkan vermədi: “Onlar sadəcə olaraq, istənilən variantlardan istifadə edirlər, Rusiya açıq şantaja keçdi və Ermənistan rəhbərliyini məcbur etdi ki, geri addım atsın. Bax, budur baş verənlərin səbəbi. Özü də bunu son anda etdilər”. Meqrabyan bildirib ki, Ermənistanın təlimlərdə Azərbaycanın iştirakına görə imtina etməsi versiyasını tam istisna edir. Çünki bundan əvvəl dəfələrlə Azərbaycan və Ermənistan beynəlxlq hərbi tədbirlərdə birgə iştirak edib: “Əslində, Azərbaycanın iştirakı son ana qədər açıqlanmamışdı. İkincisi, Sergey Şoyqunun Rusiyada keçirilən tank biatlonudur, nədir, heç kimə lazım olmayan tamaşalarında Azərbaycanla yanaşı Ermənistan sakitcə iştirak edir. Ona görə də mən bu amili istisna edirəm”. Belləiklə, baş verənlər Ermənistanın əslində özünü yenə gülünc duruma saldığını, müstəqil siyasət yürütmək iqtidarında olmadığını aydın nümayiş etdirir. İrəvan Kremldən gələn bir göstərişlə Qərblə əməkdaşlığından yenə imtina etdi. Bu vəziyyətdə baş verənləri şərh edən “İravnuk” qəzeti yazır: “Ermənistan hakimiyyəti son olaylarla müstəqil hərəkət etmək iqtidarında olmadığını, Moskvanın mövqeyinin onun üçün əsas olduğunu bir daha göstərdi. Moskva isə İrəvanın Qərbə yaxınlaşmaq niyyət və əməllərindən onsuz da qəzəblidir. Bu qəzəbi Kreml hələ çox formada İrəvandan çıxaracaq. Məsələn, Rusiyanın istəyi ilə Dağlıq Qarabağ ətrafında ərazilərin bir qismi Azərbaycanın nəzarətinə verilə bilər. Çünki Bakı İrəvanla müqayisədə Moskvaya özünü daha etibarlı tərəfdaş kimi tanıda bilib. Rusiyada bunu mütləq nəzərə alırlar. Ermənistanın isə bundan sonra Rusiyadan gələn göstərişlərə qarşı çıxa biləcəyi qətiyyən inandırıcı sayılmır”. Elə Rusiyanın hakimiyyətyönümlü “Pravda.ru” saytı da yazır ki, Ermənistan Moskvanın xəbərdarlığından sonra NATO təlimlərində iştirakdan imtina edib. Bildirilir ki, Ermənistan KTMT-nin və Avrasiya İttifaqının üzvü olduğu halda bu yaxınlarda Avroatlantika məkanına inteqrasiya yolunu tutaraq NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə başlamışdı: “Və burada Moskva, belə görünür ki, Ukraynada yol verdiyi səhvləri təkrarlamaq istəmədi, İrəvanı durdurdu. Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşması nəinki eyni vaxtda iki stulda oturmaq cəhdi idi, eyni zamanda bu, Rusiyaya qarşı birbaşa satqınlıq idi. Belə olanda demək lazımdır ki, gedin NATO-dan xahiş edin, sizin Azərbaycan və Türkiyə ilə problemlərinizi həll etsin. Ermənilərə ötən ilin aprelində Azərbaycanın Qarabağda hücumlarını Angela Merkelin yox, Vladimir Putinin dayandırdığını da xatırlatmaq lazımdır”.

İndi Ermənistanın Rusiyanın istəyi ilə NATO təlimlərindən imtina etməsindən sonra Moskva gələcəkdə İrəvanın nəzarətdən çıxmaması məqsədilə burada mövqelərini daha da gücləndirmək üçün hərəkətə keçməyi düşünür. Ermənistanda qorxu yaradan məqamlardan biri də məhz budur. Belə şəraitdə hesab olunur ki, İrəvan Moskvanın Qarabağ məsələsində göstərişlərinə ümumiyyətlə müqavimət göstərə bilməyəcək. Moskvanın İrəvanda mövqelərini möhkəmləndirmək üçün hərəkətə keçəcəyini Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev “Vestnik Kavkaza” nəşrinə açıqlamasında təsdiq edir. O hesab edir ki, indi Ermənistanda bütün hökumət təsisatları aşağı legitimlik dərəcəsinə malikdir və bu, Rusiyaya olan münasibətə birbaşa təsir edir: “Erməni cəmiyyəti öz hökumətindən Qərbə doğru dönüş tələb edir və hökumət də buna gedir: burada həm Avropa Şurası ilə inteqrasiyanın yüksək səviyyəsi, həm də NATO ilə dərin əlaqələr var və bunu hərbi təlimlər də təsdiqləyir. Ermənistanda humanitar, infrastruktur və iqtisadi layihələrin Qərb və Rusiya tərəfindən dəstəklənməsi müqayisəedilməzdir və mən qorxuram ki, biz Ermənistanı təkcə itirməyə başlamamışıq, həm də 2-3 ilə Ermənistanın simasında birbaşa düşmən qazana bilərik. Bu cür vəziyyətə yol verilməməsi üçün “yumşaq güc”ün effektiv tətbiqi lazımdır”. Antirusiya əhval-ruhiyyəsindən danışan Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirir: “Biz çoxdan müşahidə edirik ki, Ermənistan hökumət orqanları antirusiya şirkətlərinin xaricdən maliyyələşdirilməsinin qarşısını almaq üçün qətiyyət göstərmir və Qaregin Njde kimi millətçiləri tərifləyərək bu siyasət üçün əsas yaradır. Risqlər kifayət qədər ciddidir. Perspektivdə Ermənistan Rusiyaya daha bir düşmən dövlətə çevrilmək iqtidarındadır:  Ukrayna, Baltikyanı ölkələr, ya da Moldova kimi. Bizdə şübhə yoxdur ki, Ermənistanın da, Ukraynanın da, Moldovanın da əhalisi Rusiyaya müsbət yanaşır. Lakin əhalidən heç kim heç nə soruşmur, hökumətlər isə öz oyununu oynayır”. Məhz bu cür vəziyyət Rusiya üçün sərfəli sayılmır və Kreml burada mövqelərini gücləndirmək məqsədilə daha qəti surətdə hərəkət etməyi düşünür. Bu vəziyyətdə Ermənistanın Rusiyadan gələn göstərişlərə müqavimət imkanları, yuxarıda qeyd olunduğu kimi, əhəmiyyətli dərəcədə zəifləyəcək. Elə bu məqam da Qarabağ münaqişəsinin həllini əhəmiyyətli dərəcədə tezləşdirə bilər. Məsələ burasındadır ki, Rusiya Qarabağ konfliktinin həllində müəyyən irəliləyişlərin olmasında maraqlıdır. Bu, Kremlə həm Azərbaycanla yaxşı münasibətləri qoruyub saxlamaq, həm də Qafqazda mövqelərini gücləndirmək baxımından çox vacibdir. Ermənistanda daha itaətkar qüvvələrin olması fonunda Rusiyanın Qarabağ istəklərinə İrəvanda mütləq müsbət cavab veriləcək.

Digər tərəfdən Ermənistan son gedişləri ilə Qərb dünyasında mövqelərini daha da laxlatdı, nüfuzuna öz əli ilə daha bir zərbə vurdu. Qərb dünyası Ermənistanın etibarlı partnyor olmadığını yenidən gördü. Əvəzində Qərb həm də ona şahidlik etdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan etibarlı tərəfdaşdır və Qərblə işbirliyinə gedərkən Rusiya amilini, eləcə də digər faktorları nəzərə almır. Aydındır ki, bu vəziyyət Qərbin Qarabağ münaqişəsinə yanaşmasına da sirayət edəcək. Bütün bunlar isə nəticə etibarı ilə Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ