Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın dinc Qarabağ həll konsepsiyası Ermənistan üzərində qlobal qələbə çaldı…

Image


Hərb müstəvisində Azərbaycanın Ermənistanla müqayisədə böyük üstünlüyüə malik olması bu gün beynəlxalq miqyasda, hətta düşmən ölkənin özündə belə açıq etiraf olunur. Elə bu səbəbdən xüsusi olaraq vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli birmənalı şəkildə Ermənistanın məğlubiyyəti, düşmən ölkə üçün böyük fəlakət deməkdir. Bunu “Global Firepower” beynəlxalq şirkətinin dünyanın ən yaxşı ordularının yenilənmiş reytinqi ilə bağlı açıqladığı məlumatlar da təsdiq edir.

Məlumat üçün bildirək  ki, Azərbaycan Ordusu ötən dəfəki reytinqlə müqayisədə irəliləyərək artıq 58-ci pilləyə yüksəlib. Ermənistan ordusu siyahıda 93-cü yeri tuta bilib. Bu reytinq cədvəli Azərbaycanın hərbi cəhətdən də Ermənistanı dəfələrlə üstələdyini aydın nümayiş etdirir. Ekspertlər isə bildirir ki, İrəvan bundan nəticə çıxarmalıdır, əks halda erməni əsgərlərinin güclü Azərbaycan Ordusu ilə üz-üzə gəlməsi qaçılmaz olacaq.

Aparılan araşıdrmalar göstərir ki, Azərbaycan 2000-ci illərin əvvəllərindən hərbi büdcəsini 20 dəfə artırıb. Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar satın alır. Sovet zirehli texnikası və zərbə silahları parkını ölkəmiz getdikcə müasir silahlarla əvəzləyir. Azərbaycan öz silah nümunələrini yaratmaq istiqamətində də mühüm nailiyyətlər əldə edib. Ermənistan isə bunlardan məhrumdur. Bunların nəticəsidir ki, “Global Firepower” hərbi qüdrət reytinqində Azərbaycan 35 mövqe üzrə Ermənistanı qabaqlayaraq, indi 58-ci yeri tutur. Qarşıdakı dövr ərzində ordunun istər şəxsi heyətlə təmini, istərsə də maddi texniki təchizatı sarıdan da Azərbaycan Ermənistanı geridə qoymaqda, fərq nisbətini artırmaqda davam edəcək.  Məhz belə bir vaxtda yayılan məlumatlardan bəlli olur ki, Azərbaycan maddi-texniki təmiant baxımından Ermənistana yeni zərbə vura bilər. Söhbət “İsgəndər” operativ-taktiki kompleksinin Azərbaycan ordusu üçün alına bilməsindən gedir.

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin sözləridən belə bəlli olur ki, Moskva əməkdaşlıq etdiyi ölkələrə bu raketləri daha böyük miqdarda satmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti “İsgəndər” operativ-taktiki komplekslərinin satışı üzrə xarici tərəfdaşlardan alınmış sifarişləri nəzərdən keçirir: “Təsdiq edirəm ki, sifarişlər var, lakin onlar barədə danışmaq hələlik tezdir. “İsgəndər” operativ-taktiki kompleksi yüksək dəqiqliyə malik silahların ən yaxşı nümunələrindəndir. Təbii ki, onun Rusiya Silahlı Qüvvələrinin əlində olması bizi dost hesab etməyənləri sayıq olmağa məcbur edir. Bu ondan xəbər verir ki, bizim ciddi silahımız var və şübhəsiz ki, o, xarici tərəfdaşlarımızın diqqətini cəlb edir. Bizdə həqiqətən də müəyyən qədər sifariş var və bunlar öyrənilir. Rusiyanın “müəyyən filtr”i mövcuddur və bu onun beynəlxalq öhdəlikləri ilə bağlıdır. Həmin səbəbdən xarici ölkələrə silah, o cümlədən “İsgəndər”lərin satışında çox seçkin sifarişlər təmin edilir”.

Bu açıqlamalar fonunda fikirlər səslənir ki, “İsgəndər”ləri Rusiyadan alacaq yeni dövlətlərdən biri məhz Azərbaycan olacaq. Çünki bu vaxta qədər iki ölkə arasında hərb müstəvisində səmərəli əməkdaşlıq qurulub, Azərbaycan Rusiyadan silah idxal edən əsas ölkələrdən biridir. Bu günlərdə müdafiə naziri Zakir Həsənov da bildirmişdi ki, Azərbaycan Rusiyadan yeni silahların alışını həyata keçirə bilər. Yeni silahların, o cümlədən “İsgəndər”lərin alışı isə Azərbaycan və Ermənistan orduları arasında güc nisbətini daha da dərinləşdirəcək və beləliklə reytinq cədvəllərində Ermənistan Azərbaycandan daha çox geridə qalacaq. Aydındır ki, bütün bunlar Azərbaycanın əlavə hərbi üstünlüyü, Ermənistanın isə əlavə təzyiqlərlə qarşılaşması deməkdir. Özü də bütün bunlar o fonda baş verir ki, Ermənistan ordusunun tənəzzül prosesi daha çevik xarakter alır. Bu ordunun maddi-texniki təminatı pisləşməklə yanaşı, döyüş və qeyri-döyüş şəraitində verdiyi itkilər də sürətlə artır. İş o yerə çatıb ki, işğalçı ölkənin ordusundakı qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edir. Valideynlər övladlarını qorumaq üçün cəmiyyətə çağırışlar edir, gəncləri ordudan yayınmağa təhrik edirlər. Əks halda onları real ölüm gözləyir. Xüsusilə Qarabağda xidmətə göndərilənlərin taleyi hamını narahat edir.  Ermənistan ordusunun keçmiş əsgəri David Ariyanın “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazdıqları da vəziyyətin həqiqətən kifayət qədər acınacaqıl olduğunu göstərir: “Ermənistan ordusunda sıravi hərbi qulluqçuların vəziyyəti dəhşətlidir, çoxları zabitlərin davranışlarına dözməyərək intihar edir.  Övladlarının daha bir ay xəstəxanada qalması üçün ailəsinin avtomobillərini, qarajlarını satdığı və ya kredit götürdüyü xeyli sayda oğlan tanıyıram. Cinsindən asılı olmayaraq, hərbi xidmət asan iş deyil. Hərbdəki çətinliklərin öhdəsindən gəlməkdə mənəvi çətinlik çəkən və buna görə də dözməyərək intihar edən insanlar var. Özü də bu yolla ölənlər cəbhədə qarşı tərəfin gülləsindən ölənlərin sayından çoxdur”.

Keçmiş əsgər şəbəkədə xatirələrini bölüşüb, o cümlədən bütün hərbi hissənin bir anda bağırsaq infeksiyasına yoluxduğunu qeyd edib: ”Elə alındı ki, bütün hərbi hissədə hamıda qanaxma oldu. Tibb məntəqəsində mənə dərman verdilər, amma təsiri olmadı. Bağırsaq infeksiyası bütün hərbi hissələrdə yayılırdı. Ayaqyoluna gedə bilmədiyimizdən 20 gün yeməkxanada heç nə yemədik. Evə zəng edib ”Narine” dərmanı göndərmələrini istədim. Xidmətin sonuna qədər ondan içdim. Bu mənə bir qədər kömək elədi, amma indi də qarnımda ağrılar var. Xidmət davam edirdi, ağır fiziki işlər, gecə növbəsi, poliqon... Əsgərlərin sağlamlığı ilə əlaqədar problemlər zabitlərin vecinə də deyildi. Hərbi hissədə ”Kobra” ləqəbli zabit var idi. Ona bu ləqəbi ona görə vermişdilər ki, əlini kobra ilanı kimi tutub əsgərlərin alnına vurardı. Başqa bir zabit isə əsgərlərin alnına əli ilə vurur. Bir neçə dəfə belə halların şahidi olmuşam”. Onun sözlərinə görə, xidmət zamanı ”Çyolka” ləqəbli polkovnik-leytenant Ararat Melkumyan əsgəri döyüb: ”O çox qəddar adam idi. Kəmərləri sıx bağlamayan uşaqları cəzalandırırdı. Əsgərləri yanına çağırır, kəmərin dəmir hissəsi ilə başlarına vururdu. Bir dəfə ayağımdan elə vurdu ki, uşaqlar məni qucaqlarında tibb məntəqəsinə aparmalı oldular. Üç gün yataqda qaldım, bundan sonra isə bir həftə əsa ilə gəzdim”. Onun sözlərinə görə, əsgərlərin bir çoxu aşağılayıcı addımlara dözməyərək intihar edir: ”Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlər səbəbiylə çoxları damarlarını kəsməyə çalışıb. Hətta bir dəfə əsgər başı ilə tibb məntəqəsinin pəncərəsini qırıb özünü aşağı atdı, xoşbəxtlikdən sağ qaldı”. Keçmiş əsgər yazıb ki, xidmət zamanı şəxsi heyət daxilində müharibənin bərpası təqdirində əsgərlərin əvvəlcə geri dönüb öz zabitlərini güllələyəcəyi ab-havası var idi: ”Elə əsgərlər var idi ki, sırf zabitlərini qanına qəltan eləmək üçün müharibənin başlamasını istəyirdi”. Bütün bunlar Ermənistan ordusunun real vəziyyətini əks etdirir.

Belə bir ordu ilə Azərbaycanın qarşısında tab gətirməyin mümkünsüzlüyünü ermənilər özləri də etiraf edir. “Aykakan Jamanak” qəzeti yazır ki, təkcə hərb yox, diplomatiya sahəsində də son illərdə Azərbaycan Ermənistanı çox sıxışdırır. Buna real nümunə kimi qəzet ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqladığı prisipləri göstərir. Ona diqqət yetrilir ki, Hoqlandın açıqlamaları Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında Soçidə keçirilən görüşlə üst-üstə düşüb: “Putin Serj Sarkisyanı qapıda qarşıladı, amma Hoqland arxadan zərbə vurdu. Soçidə Serj Sarkisyan və Vladimir Putinin görüş günündə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının bir neçə prinsipial bəndini təqdim etdi. Hoqlandın bəyanatı Ermənistanda böyük səs-küyə səbəb oldu. Orada göstərilən prinsiplər erməni qulaqları üçün xoş deyildi və Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Edvard Nalbandyan bildirdi ki, bəyanat özündə qeyri-dəqiqlikləri saxlayır. Amma bu hazırda əhəmiyyətsizdir. Daha əhəmiyyətlisi odur ki, ABŞ-dan olan həmsədr erməni tərəfini sıxışdırmağa niyə qərar verdi və niyə bu Sarkisyan-Putin görüşü ilə üst-üstə düşdü”. “Aykakan Jamanak” yazır ki, bu barədə iki fikir var. Birincisi odur ki, iki hadisənin üst-üstə düşməsi təsadüfdir. İkinci fikir bundan ibarətdir ki, qətiyyən təsadüf deyildi. İkinci fikri ifadə edən ekspertlər bildirir ki, Sarkisyan-Putin görüşü ilə eyni gündə verilən bəyanat ABŞ-ın ya özünü xatırlatmaq, ya da Rusiya və Ermənistan prezidentləri arasında hansısa bir birtərəfli razılaşmaların qarşısını almaq üçün idi. Vəziyyəti “Aravot” nəşrinə şərh edən politoloq Anuş Sedrakyan bildirib ki, erməni tərəfinin mövqeyində Putin-Sarkisyan görüşünün nəticələrinə görə heç nə dəyişməyəcək. O bunu erməni rəhbərliyində siyasi, iqtisadi və energetika müstəqilliyinin olmaması ilə izah edib. Ekspert hesab edir ki, bu vəziyyətdə Rusiyanın da yardımı ilə Azərbaycan Qarabağ məsələsində isətyinə nail olacaq. Bunu rus siyasi şərhçi Oleq Kuznetsov da “Vestnik Kavkaza” saytına müsahibəsində təsdiq edir: “Mənə elə gəlir ki, amerikalılar rəsmi şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tamamilə realist yanaşma elan ediblər. Münaqişənin həllində ABŞ-ın iştirakı ilə istənilən cəhd ABŞ-ın xeyrinə olacaq. Böyük beynəlxalq fiqurlar da ABŞ-ın fikirlərini nəzərə almağa hazırdır. Belə ki, ABŞ-ın mövqeyi onlarla üst-üstə düşür. Əlbəttə, Rusiya və ABŞ arasında Dağlıq Qarabağ münaqişəsinin həllinin detalları barədə fikir ayrılıqları qalacaq. Paris isə Rusiya ilə ABŞ arasında tandemin çətinləşməsilə öz mövqeyini onlara diqtə etmək fürsətini gözləyəcək. Bunun üçün müəyyən vaxt tələb olunur. Çox güman ki, bu, ilin sonuna qədər çəkəcək. Hazırda Rusiya, ABŞ və Fransanın əsas mövqeləri birdir: Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən işğal edilmiş rayonları dərhal azad edilməli və yalnız bundan sonra digər ərazilərin taleyi barədə danışıqlar prosesi başlanmalıdır. Tərəflərin mövqeləri detallarda da birləşdikdən sonra münaqişənin sülh yolu ilə nizamlanmasında yeni bir mərhələdən danışmaq mümkün olacaq“.

Bütün bunlar isə Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın tezlikdə ciddi yeniliklərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ