Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın qeyri-konstruktivliyi Azərbaycanın hərbi-texniki potensialının artırılmasına yeni-yeni əsaslar yaradır...

Image


Həlli illərdir uzanan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prioritet olsa da, Ermənistanın hələ əl çəkmədiyi qeyri-konstruktiv mövqe səbəbindən məsələnin hərbi müstəvidə çözülmə ehtimalı da kifayət qədər yüksək olaraq qalır. Elə bu səbəbdən Azərbaycan öz ordusunu yeni müasir hərbi texnika ilə təchiz etməkdə davam edir.

Sözügedən fonda Azərbaycanın diqqət mərkəzində saxladığı məqamlardan biri də yeni istifadəyə verilən hərbi texnikaların alışının həyata keçrilməsidir. Bu xüsusda diqqət yetirilən məqamlardan biri də Rusiyada Cənubi Koreya ilə birgə işlənib hazırlanan S-350 “Vityaz” zenit-raket kompleksləri ilə bağlıdır. Rusiya bu kompleksləri 2018-ci ildə xarici sifarişçilərə təqdim etməyə hazırlaşır.

“Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov “İzvestiya” qəzetinə bildirib ki, S-350 komplekslərinin ilk alıcıları Hindistan, Əlcəzair, MDB ölkələri və Yaxın Şərqin S-400 kompleksləri almağa pulu olmayan ölkələri ola bilər: “Bu komplekslər böyük xərc çəkmədən tammiqyaslı hava-raket hücumlarından müdafiə sistemi yaratmaq istəyən dövlətlər üçün aktualdır”. Frolova görə, S-350 kompleksləri müştəri sarıdan korluq çəkməyəcək və bu komplekslər “Buk” zenit-raket kompleksləri ilə ciddi rəqabət yaradacaq. S-350 komplekslərinin işlənib hazırlanmasına 2007-ci ildən başlanıb, kompleks ilk dəfə ictimaiyyətə 2013-cü ildə təqdim olunub. Bu komplekslər S-400 “Triumf” zenit-raket komplekslərindən xeyli ucuz və kompaktdır, onlar geniş çeşiddə hava hədəflərini – təyyarələri, pilotsuz uçan aparatları, qanadlı raketləri və digərlərini 60 kilometr məsafədən və 10 metrdən başlamış 30 kilometrə qədər hündürlükdə məhv edə bilir. Ballistik hədəfləri isə 30 kilometr məsafədən 25 kilometrə qədər hündürlükdə vurur.

Rusiya hərbi mütəxəssisləri bildirir ki, S-350 kompleksləri döyüş imkanlarına görə S-300 zenit-raket komplekslərini üstələyir. Çünki bu komplekslər 12 raket daşıya bilir, böyük sayda hədəf kanalları olduğu üçün eyni vaxtda daha çox hədəfi nişan alır. Kompleksləri “Almaz-Antey” korporasiyası işləyib hazırlayıb. İndi istisna olunmur ki, Azərbaycan Rusiyanın bu silahının əsas alıcılarından birinə çevrilə bilər. Çünki həmin silahların idxalı üçün Azərbaycan lazımi maliyyə resurslarına malikdir. Bununla yanaşı, Azərbaycan S-400 “Triumf” zenit-raket komplekslərinə də maraq göstərir. Eyni zamanda, bu günlərdə Andrey Frolov belə bir açıqlama ilə də çıxış etmişdi ki, Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bir daha xatırladaq ki, S-500 “Prometey” və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. S-500 “Prometey” artıq məşhur olan S-400 zenit-raket sistemlərinin yeni modifikasiyasıdır və ekspertlərə əsasən, istənilən hədəfi vura bilər. Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir: “Artıq Ermənistan mümkün Rusiya-Azərbaycan razılaşması olmadan belə böyük risk altındadır. Bu barədə danışıqların özü belə İrəvan üçün böyük təhlükədir. Elə aprel müharibəsi də bir neçə milyard dollarlıq Rusiya-Azərbaycan hərbi-texniki razılaşmasının qarşısının alınmamasının nəticəsi idi”.

Qeyd edək ki, Azərbaycan S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malikdir. Bu, S-300 raketləri nəslinin ən geniş imkanlara malik olan və ixrac üçün nəzərdə tutulmuş versiyasıdır. Lakin indi S-500 “Prometey” və ya “Antey-4000” kompleksləri də Azərbaycanın marağını cəlb edə bilər. Çünki Azərbaycan Silahlı Qüvvələri istənilən növ hava hədəfinin, o cümlədən raketlərin vurulması üçün özünün hava müdafiə imkanlarını genişləndirir.

Bu arada onu da xatırladaq ki, Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin təchizatına dair əldə edilmiş razılaşma onsuz da Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənməkdədir. Ermənistandakı anti-Rusiya dairələri bildirir  ki, Rusiya Azərbaycanla kifayətlənməyib, ermənilərin digər düşməninə-Türkiyəyə də müasir silahlar satmağa başlayıb. Bu da uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq. Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan hətta iddia edib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 “Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna təlim keçir və dəstək verir. İndi Azərbaycanın özünün Rusiyadan birbaşa S-350 “Vityaz” və S-400 “Triumf” almaq istəyi reallaşarsa, bu, Ermənistanda daha böyük təşvişə səbəb olacaq. Bundan başqa, Azərbaycan İsraildən alınan və göstəricilərinə görə “Vityaz”ları xeyli üstələyən “Barak-8” kompleksləri ilə də  silahlanıb. Bununla belə, Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin hava və raket hücumları əleyhinə yeni nümunələrini yaxından izləyir. Elə Rusiya da belə hərbi texnikaların əsas müştərilərindən birinə çevrilən Azərbaycana satışında maraqlı tərəf kimi çıxış edir. Ermənistan dəfələrlə bundan narazılığını ifadə etsə də, Kremldə İrəvanı sözün əsl mənasında heç kim vecinə almır. Əksinə, Moskva Bakı ilə hərb müstəvisində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Yayılan məlumatlardan aydın olur ki, S-400 “Triumf” zenit-raket kompleksləri ilə yanaşı, Azərbaycan Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə sistemlərinə də maraq göstərir. Həmin silahın nə dərəcədə effektiv olmasını isə hətta ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandiri, ordu generalı Frank Qorenk də təsdiq edir. O etiraf edir ki, Rusiyanın radioelektron mübarizə sahəsində əldə etdiyi nailiyyətlər NATO-nun sahibi olduğu yüksək texnologiyalı silahların bütün üstünlüklərini əlindən alır. General Rusiyanın “Krasuxa” və “Moskva” radiolektron mübarizə komplekslərinin qarşısında aciz olduqlarını bildirib. Onun sözlərinə görə, Rusiyanın ən müasir elektron silahları gəmi, təyyarə və raketlərdə quraşdırılmış texnikanı tamamilə iflic vəziyyətə salır. Rusiyanın radioelektron mübarizə sahəsində tətbiq etdiyi ən yeni kompleksləri ordunun döyüş potensialını 2 dəfədən çox artırıb. Hesab edilir ki, “Krasuxa-4” radioelektron mübarizə sistemlərinin alınması Azərbaycana Ermənistanla müqayisədə daha böyük üstünlüklər qazandıracaq. Ümumiyyətlə, Azərbaycan Rusiyadan yeni müasir silahların alışını davam etdirməyi düşünür. Eləcə də digər ölkələrlə qeyd olunan xüsusda danışıqlar davam etdirilir. Bütün bunlar fonunda ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” bildirir ki, Qarabağ münaqişənin dinc yolla nizamlanması ehtimalı azaldıqca Azərbaycan silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir, Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür:  “Ötən ilin aprelində məlum dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca İrəvanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir. Amma bu hal Moskvada xoş qarşılanmır”. Məhz belə bir vaxtda bəlli olub ki, sentyabrın 3-də Gürcüstanın Axaltsix bölgəsindəki Orfolo hərbi poliqonunda “Agile Sprit 2017” çoxmillətli hərbi təlimləri başlayacaq. Təlimlərin təşkilatçısı ABŞ və Gürcüstandır.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə ABŞ dəniz piyadaları, Gürcüstan, Bolqarıstan, Latviya, Rumıniya, Ermənistan və Ukrayna hərbçiləri iştirak edəcək. Hərbi təlimlər qərargah və səhra fazalarından ibarət olacaq. Başlıca məqsəd NATO-nun çevik reaksiya qüvvələrinin tərkibində ABŞ və digər tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır. Təlimlərin bir hissəsi Gürcüstan ordusunun zirehli tank təlim mərkəzində keçiriləcək və 11 sentyabrda başa çatacaq. Bu təlimlər Gürcüstanda üç həftə əvvəl keçirilən irimiqyaslı “Noble partner-2017” təlimlərinin ardınca təşkil olunur. Həmin təlimlərdə də Ermənistan hərbçiləri iştirak etmişdi. İndi də yeni təlimlərə Ermənistanın qatılması Moskvanın ciddi narazılıığna yol açır. Bu narazılıq fonunda Rusiyanın Azərbaycana yeni müasir silah satışını davam etdirməsi tamamilə gözlənilən sayılır. Həmin silahlar isə, aydındır ki, yeni Qarabağ müharibəsində Azərbaycanın üstünlüklərini artıracaq. Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, tanınmış politoloq Aleksey Malaşenko belə bir müharibənin yaxın tezlikdə baş verməsini istisna etmir. Ekspert bu gedişlə Dağlıq Qarabağ münaqişəsinin hərbi həllnin daha real olacağını düşünür: “Hazırda hərbi toqquşmalardan qaçmaq imkanları prioritetdir. Amma bunun özü də münaqişənin həlli deyil. Mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanın görüşündən nəsə gözləntim yoxdur. Bu, sadəcə, çoxsaylı görüşlərdən biri olacaq. Aydındır ki, danışıqlar olacaq, amma konfliktin həll edilməsi üçün real perspektiv yoxdur”. Ekspert Rusiyanın Qarabağ cəbhəsindəki hərbi toqquşmaların qarşısının almasında hansı rol oynaması barədə sualı da cavablandırıb. O bildirib ki, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil: “Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq. Söhbət hakim rolunda çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu mövqe onu tamamilə qane edir”. Lakin Malaşenko Azərbaycanın artıq Qarabağ məsələsinin yaxın tezliklə həllində israrlı olduğunu bildirir. Bunun üçün rəsmi Bakı bütün variantların, o cümlədən hərbi həll yolunun da masa üzərində olduğunu ən yüksək səviyyədə bəyan edib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ