Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ prosesini iflic etmiş “status-kvo buzunu” tam sındırdı

Image


Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə dondurulması, status-kvonun saxlanması Ermənistanın xüsusi maraq dairəsində olsa da, Azərbaycanın atdığı addımlar İrəvanın planlarını alt-üst etməkdədir. Xüsusən də işğalçı ölkənin hamilərinin Ermənistana verdiyi dəstəyin azaldılması və ya dayandırılması istiqamətində rəsmi Bakının həyata keçirdiyi fəaliyyətin öz müsbət nəticələrini verməsi indi İrəvanda şok effekti yaratmaqdadır. Düşmən ölkənin siyasi rəhbərliyi, cəmiyyəti gedərək daha yaxşı görür ki, belə vəziyyətdə Ermənistanın işğal siyasətini davam etdirməsi mümkünsüzdür.

Ermənistanda hesab edilir ki, bu gün danışıqlar prosesində mərhələli həll planının daha aktiv gündəmə gəlməsi də təsadüfi deyil və Azərbaycan diplomatiyasının gördüyü işlərin məntiqi nəticəsidir. Bu isə erməni cəmiyyətində illərlə status-kvonun dəyişməyəcəyinə dair möhkəmlənən fikirləri sarsıtmağa başlayıb. Artıq bəzi Ermənistan rəsmiləri və siyasi fəalları açıq şəkildə dilə gətirirlər ki, torpaqları tədricən Azərbaycana qaytarsınlar.Çünki bunu həm də Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən dövlətlər tələb edir.  Beynəlxalq ictimaiyyət və həmsədrlərin son açıqlamaları da göstərir ki, işğal altındakı ərazilərin tədricən boşaldılması variantı predmetli şəkildə müzakirə edilir. Bu fonda Ermənistan cəmiyyəti hazırda böyük təşviş içərisindədir və ölkə rəhbərliyinə qarşı tələblər güclənir. Ermənilərin böyük əksəriyyəti bəyan edir ki,  ötən  25 il ərzində Ermənistan heç nəyə nail olmadı. Əksinə, ölkənin müstəqillyi formal xarakter daşıdı, xaricdən asılılıq halları artdı, sosial-iqtisadi problemlər daha da dərinləşdi, Ermənistanı tərk edənlərin sayı sürətlə artdı. O da vurğulanır ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmayana qədər bu problemlər daha kəskin şəkildə davam edəcək. Elə bunun nəticəsidir ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş nümayəndəsi Riçard Hoqlandın Qarabağ konfliktinin həlli ilə bağlı “Madrid prinsipləri”nə əsaslanan və Azərbaycanın tərəfdar olduğu 6 maddəlik təklifin reallıqda mümkün qədər tez tətbiq edilməsini  Ermənistanda vacib hesab edənlərə də rast gəlmək olar.

Yeri gəlmişkən onu da bildirək ki,  Minsk Qrupunda Riçard Hoqlandı əvəzləyən Endryu Şeffer də açıqlanan məlum 6 maddəlik təklifin reallaşmasında səylərini əsirgəməyəcəyini bildirib. Artıq ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib. Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında  bu xüsusda bildirilir: “ABŞ Minsk Qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir. Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır“. Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini artıq qüvvəyə minən təyinat barədə məlumatlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd deib ki, rəsmi Bakı  ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır: “ATƏT-in Minsk Qrupunun həmsədrləri mandatlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını və məcburi köçkünlərin geri qayıtmasını təmin etməlidir. Lakin bu, Minsk Qrupunun 25 illik fəaliyyəti ərzində təmin edilməyib”. XİN rəsmisi əlavə edib ki, Minsk Qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar da BMT Təhlükəsizlik Şurasının  Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbulunda birbaşa iştirak ediblər. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edir: “Riçard Hoqlanda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri kimi fəaliyyəti və xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə əlaqədar ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi prinsipial mövqeyini ortaya qoyması baxımından təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”. İndi Riçard Hoqlandın səsləndirdiyi fikirlərin həyata keçməsində əsas məsuliyyətlərdən biri Endryu Şefferin üzərinə düşəcək. Belə vəziyyət həm də ABŞ-ın Qarabağ münaqişəsinə diqqətinin daha da artması deməkdir və indiki vəziyyətdə bu, Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir. Amma həm daxili, həm də beynəlxalq təzyiqlər nəticəsində Serj Sarkisyan hakimiyyəti amerikalı həmsədrin səsləndirdiyii təkliflər əsasında münaqişənin həlllinə razılıq vermək məcburiyyətində qalacağını yaxşı bilir. Bunu  “Baze” gənclər düşərgəsinin iştirakçıları ilə görüşdə gənclərin Hoqlandın açıqlaması ilə Sarkisyanın rus həmkarı ilə  Soçidə görüşünün eyni vaxta düşməsi səbəbləri barədə danışan erməni lider özü də etiraf edib. Burada Hoqlandın səsləndirdiyi 6 maddənin Bakının müdafiə etdiyi “mərhələli həll” variant ilə sıx bağlı olmasını isə Sarkisyan belə şərh edib: “Hoqland artıq istefadadır. Onun heç bir qurumdan asılı olmadan öz şəxsi fikir və maraqlarını dilə gətirmək şansı yaranıb və o bu şansdan istifadə edir. Bu haqda 10 ildən çoxdur ki, həmsədr ölkələri də, biz də danışmışıq. Bu sadəcə olaraq məsələyə ümumi yanaşmadır. Hər şeyi sənədlər üzərində sübuta yetirmək lazımdır – günlərlə, aylarla, illərlə. Çünki sənəd üzərində hər bir nöqtənin, hər bir vergülün böyük əhəmiyyəti var”. Bu açıqlamadan aydın görünür ki, hətta Sarksiyan belə, Hoqlandın açıqlamalarını rədd etmir. Rəsmi Bakı isə artıq bu həll prinsipləri üzrə danışıqlara başlamağın vaxtının çatdığını bildirir. Bu danışıqları Ermənistana böyük təsir gücünə malik ABŞ da istəyir.

Eyni sözləri Rusiya barəsində də demək olar. Ermənistan indiyə qədər əsas etibarı ilə Rusiyanın sayəsində Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qorunub saxlanmasına çalışırdı. Amma Rusiya da  artıq məsələyə fərqli yanaşır, konfliktin həlli istiqamətində irəliyə doğru addımların atılmasını zəruri sayır. Digər tərəfdən Rusiya Ermənistanın onu Qərbə satmasını da İrəvana bağışlamaq niyyətində deyil. Məsələ burasındadır ki, Kremlin narazılığna baxmayaraq, Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlıq barədə yeni saziş imzalamağa hazırlaşır. Serj Sarkisyan da bunu təsdiq edib. Onun sözlərinə görə, payızda Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş imzalayacaq: “Payızda imzalayacağıq. Onu imzalamamaq üçün səbəbimiz yoxdur. Bəzi xarici KİV 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olması barədə qərarın “bir gecədə qəbul edildiyini bildirir, bu isə əsassız və sadəcə gülməlidir. 2013-cü ildə Ermənistan həm AAİB, həm də Aİ ilə danışıqlar aparırdı. Əvvəlcə hər iki birlik bildirirdi ki, biri digərinə mane olmur. Lakin Aİ bildirəndə ki, mane olur, bizə nə etmək qalırdı ki?”. Amma elə erməni mediası yazır ki, Rusiya Ermənistanı Avropaya yaxınlaşmasını bağışlamayacaq. ”İravnuk” qəzeti qeyd edir ki, Kreml bu xüsusda İrəvana xəbərdarlıq edib və bu xəbərdarlıqların ardınca təzyiqlər işə salınacaq. Həmin təzyiqlərdən biri də Qarabağ münaqişəsində Ermənistanın indiki mövqeyindən geri çəkilməsinə hesablanıb.

Bütün bunlar xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü ərəfəsində yaşanır. Hesab edilir ki, həmin görüşdə Rusiya və ABŞ-ın təzyiqi ilə Ermənistan mövqelərini dəyişməli olacaq. Xatırladaq ki, Ermənistan indiyədək “Madrid prinsipləri”nə uyğun olaraq münaqişənin mərhələli həll modelini qəbul etməməklə yanaşı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan da boyun qaçırır. Amma indi İrəvanın çıxış yolu qalmayıb.  Serj Sarkisyanın hakimiyyəti ABŞ-ın və Rusiyanın tələblərini danışıqlarda nəzərə almaya bilməz. Çünki əks hal  onun hakimiyyətinə qarşı sərt təzyiqlərin işə salınması ilə nəticələnə bilər və bunu erməni prezident özü də yaxşı bilir. İndiyə qədər Sarkisyan münaqişədə status-kvonu qorumaqla yanaşı, danışıqlarda hər hansı irəliləyişlərə, nizamlanma prosesində məzmunlu və köklü dəyişikliklərə yol verməməyə çalışsa da, artıq vəziyyət dəyişir. Bunun ümdə səbəblərindən biri də aparıcı ölkələrin Qarabağ münaqişəsinə artan diqqətidir. Rəsmi Bakı isə indiyədək dəfələrlə bəyan edib ki, status-kvonun dəyişdirilməsi, münaqişənin mümkün qədər tez həll olunması və regionda dayanıqlı sülhlə təhlükəsizliyin təminatı üçün ciddi danışıqlara hazırdır. Artıq Ermənistanın da analoji mövqedən çıxış etməsi qaçılmaz sayılır. Çünki Rusiya və ABŞ-ın dəstəyindən məhrum olmuş Ermənistan indiyə kimi nümayiş etdirdiyi mövqelərini qoruya bilməyəcək. Eyni zamanda burada Azərbaycanın da təzyiqlərini nəzərə almaq lazımdır. Danışıqların yeni mərhələsinin uğursuzluqla başa çatması ehtimalı isə Ermənistan üçün daha pis nəticələnə bilər. Ən azından ona görə ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyatların yenidən başlanmasına səbəb ola bilər. Hərbi əməliyatların nəticələrinin necə olacağını isə düşmən ölkə kifayət qədər yaxşı bilir və Azərbaycanla güc müstəvisində qarşılaşmağın Ermənistan üçün fəlakət olacağını İrəvanda aydın görənlərin sayı az deyil. Belləiklə, real vəziyyət göstərir ki, Azərbaycan diplomatik və hərbi müstəvidə Ermənistanla müqayisədə artıq böyük üstünlüklər qazanıb.  Bunun nəticələri isə yaxın tezlikdə özünü büruzə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ