Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ məsələsinə Rusiyanın, Türkiyənin və ABŞ-ın diqqətini daha artıq yönəldir…

Image


Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq diqqət mərkəzində olması, bu məsələnin davamlı olaraq dünya gündəminin əsas mövzuları sırasında yer alması bu gün Azərbaycan diplomatiyasının müəyyən etdiyi əsas hədəflər sırasında yer alır. Proseslərin real təhlili rəsmi Bakının qeyd edilən istiqamətdə əslində kifayət qədər uğurlara nail olduğunu göstərir. İlk növbədə ona görə ki, Qarabağ məsələsi davamıl şəkildə beynəlxalq miqyasda müxtəlif tribunalarda gündəmə gətirilir.

Ən əsası isə Azərbaycan regionda maraqlı qüvvələrin bu konfliktə baxışının dəyişməsi, rəsmi Bakının mövqeyinə dəstəyin daha da artırılmasına nail olmaqdadır. Xüsusən də Rusiyanın məsələyə baxış bucağının dəyişməsində son dövrlərdə müsbətə doğru yeniliklər qeydə alınır.

İndinin özündə elə Ermənistanda da ciddi narahatlıq yaradan əsas məsələlərdən biri məhz Bakı və Moskva arasında qeydə alınan yaxınlaşmadır. Ermənistanda hesab edilir ki, bu yaxınlaşma Kremlin İrəvana Qarabağ məsələsində təzyiqlərini daha çox gücləndirməyə rəvac verəcək. Amma erməniləri qorxudan yeganə məqam bu deyil. Məsələnin maraq doğuran digər tərəfi Moskvanın Ankara ilə münasibətlərinin yaxşılaşması fonunda Türkiyənin də Qarabağ məsələsində təsir imkanlarının artırılmasıdır.  

Məlum olduğu kimi, son dövrlərdə Türkiyə  və Rusiya arasında münasibətlər dinamik inkişaf edir.  Tərəflər hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə münasibətlərini əhəmiyyətli dərəcədə yaxınladıra biliblər. Eyni zamanda Yaxın Şərqdə artıq ortaq mövqedən çıxış edərək, tədricən ittifaq yaratmağa doğru gedirlər. Təbii ki, bütün bunlar perspektivdə tərəflərin Qafqazda baş verən hadisələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da ortaq mövqe sərgiləməsinə gətirib çıxaracaq və artıq elə bununla bağlı olaraq Ermənistanda həyəcan təbili çalınır. Xüsusən də  Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilənin imzalanması fonunda ermənilərin bu xüsusda narahatlıqlarının daha da artması müşahidə edilir. Qeyd edək ki, Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, müqavilə hələ qüvvəyə minməyib və bəzi texniki nüanslar qalır. Amma bu prosesin də tezlilə sona çatması gözlənir. Buna rəğmən, Aleksandr Mixeyevin açıqlaması indildən Ermənistanda böyük narahatlıqla qarşılanıb. Erməni siyasi şərhçi Sarkis Artsruni Rusiya ilə Türkiyə arasında keyfiyyətcə yeni əməkdaşlığın Qarabağ problemində yeni çağırış olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyan S-400 sistemlərini Türkiyəyə satması Rusiya-Türkiyə əməkdaşlığında yeni və daha dərin mərhələdir. Siyasi şərhçi hesab edir ki, razılaşma Moskvanın Ankaraya regionda bundan sonra əsas rəqib kimi baxmayacağını göstərir: “S-400 zenit-raket sistemlərinin alqı-satqışı haqqında razılaşma yalnız hərbi-texniki komponentə malik deyil, o həm də özündə siyasi məzmun daşıyır. Moskva razılaşma ilə Ankaraya özünün hərbi texnologiya bazarını açır. Razılaşma, Suriya və başqa regionlarla yanaşı, Cənubi Qafqazda da Rusiya və Türkiyə arasında ikitərəfli əməkdaşlıq üçün əsaslar yaradır. Cənubi Qafqazda bugünkü status-kvo, ümumiyyətlə, ötən əsrin iyirminci illərində imzalanan Moskva və Qars müqavilələrin nəticəsidir”. Sarkis Artsruni hesab edir ki, Moskva və Ankara arasında keyfiyyətcə yeni münasibətlər, xüsusən Qarabağ məsələsində yeni çağırışlara səbəb ola bilər: “Bizdə “dördgünlük müharibə”dən əvvəl mövcud olan təhlükəli presedent var. Xüsusi halda təhlükə var ki, Rusiya və Türkiyə Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunu nizamlanma prosesindən sıxışdırıb çıxararaq birtərəfli razılaşmaya gəlməyə çalışacaq”.

Ekspertlər hesab edir ki, Rusiya və Türkiyənin birgə təzyiqləri nəticəsində Ermənistan Qarabağ məsələsində, nəhayət, konstruktiv mövqeyə gələ bilər. Digər tərəfdən məlumatlar da səslənir ki,  Rusiya prezidenti Vladimir Putin Ermənistandan olan həmkarı Serj Sarkisyanla Soçidə baş tutan görüşündə Dağlıq Qarabağ məsələsində artıq İrəvanın konkret addımlar atmasını istəyib. Bunu politoloq İlqar Vəlizadə də təsdiq edir. Ekspert vurğulayır ki, Soçidə baş tutan görüş zamanı müzakirə olunan ən mühüm məsələ Dağlıq Qarabağ mövzusu olub: “Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə edilib, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqındakı rolundan söz açılıb. Bu görüşdə sentyabr ayında Rusiya baş nazirinin Ermənistana getməsi və iqtisadi əməkdaşlıqla bağlı müəyyən sazişlər imzalanması məsələsi də gündəmdə olub. Görüşün əsas müzakirə obyekti isə Dağlıq Qarabağ problemidir. Rusiya burada gedən proseslərdən öz narahatlığını bildirib. Bu narahatlığın səbəbi Ermənistanın tutduğu mövqedir. Çünki Ermənistan keçən il keçirilən görüşlərdə gündəlikdə olan məsələlərlə bağlı konkret addımlar atmayıb. Hazırda vəziyyət təxminən aprel ayındakı kimidir”.

Aydın məsələdir ki, Moskva Qarabağ məsələsinin ən azından sülh yolu ilə həlli istiqamətində addımlar atılmasını istəyir. Məhz bu şəraitdə Qafqzada Rusiyanın maraqları üçün hansısa təhdid yarana bilməz. O səbəbdən Kreml Ermənistanın Qarabağ məsələsində, nəhayət, real addımlar atmasını istəyir. Eyni zamanda, bu halda Rusiyanın Azərbaycanal münasibətləri daha yüksək səviyyəyə gələcək və Kreml indi bu prosesdə olduqca maraqlıdır.

Daha bir vacib məsələ isə ABŞ-ın Qarabağ məsələsinə yanaşmasıdır. ABŞ-ın Minsk Qrupunda fəaliyyətini başa vuran həmsədri, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə keçmiş köməkçisi Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplərdən ibarət açıqlamialarından belə bəlli olur ki, Vaşinqton konfliktin mümkün qədər tez müddətdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır.  Məhz bu şəraitdə Qarabağ məsələsində Vaşinqton və Moskva arasında əməkdaşlığın mümkünlüyü də gündəmə gəlir. Ermənistanı da narahat edən əsas məqamlardan biri məhz budur. Yeri gəlmişkən onu da qeyd edək ki, Riçard Hoqlandın açıqlamaları erməni tərəfində ciddi narahatlıqlar doğurub. Düzdür, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu prinsiplərdə “yeni heç nə olmadığını” desə də, Amerikadakı nüfuzlu erməni təşkilatı Birləşmiş Ştatların adından açıqlanmış nizamlama prinsplərini əsl qəzəblə qarşılayıb. Xatırladaq ki, Riçard Hoqland münaqişənin əsas prinsiplərindən biri kimi işğal altındakı rayonların qaytarılmasını, bu rayonlar üzərində Azərbaycanın suverenliyinin bərpasının vacibliyini vurğulayıb. Diplomat bildirib ki, Dağlıq Qarabağ bölgəsinə təhlükəsizliyə və muxtariyyətə təminat yaradan araqlı status verilməlidir, bölgənin yekun statusu isə “qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvəyə malik olan səsvermə” yoluyla müəyyənləşdirilməlidir. Diplomat vurğulayıb ki, münaqişənin həllinin bu əsas prinsipləri təkcə ABŞ-ın deyil, digər həmsədr ölkələrin də mövqeyidir. Onu da xüsusi olaraq qeyd edək ki, amerikalı diplomatın bəhs etdiyi prinsiplər 2009-cu ildə dərc edilən “Madrid prinipləri”nə əsaslanır. Ancaq indiki halda Riçard Hoqland işğal altındakı bütün ətraf rayonların qaytarılmalı olduğunu bəyan edib, habelə Dağlıq Qarabağın yekun statusunun məhz qarşılıqlı anlaşma əsasında təşkil ediləcək səsvermə yolu ilə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Erməni tərəfi isə işğal altındakı rayonlardan 5-nin məsələsini müzakirə edib Kəlbəcər və Laçın üzərində nəzarəti saxlamağa çalışır.

Amerikadakı Erməni Milli Komitəsi belə vəziyyətdə Riçard Hoqlandın bəyanatını pisləyərək onun açıqladığı prinsipləri “tamamilə qəbuledilməz və iflasa məhkum” adlandırıb. Komitə bildirir ki, ABŞ administrasiyası Dağlıq Qarabağın “məhv edilməsi üçün” daha bir resept irəli sürüb:  “Görünür, administrasiya hesab edir ki, biz Ermənistanın tarixini başa düşmürük, bizim Dağlıq Qarabağla yüz faizli həmrəyliyimiz çatışmır və geosiyasi maraqlarımızın heç bir mənası yoxdur. Bir sözlə, biz gicbəsərik. Tamamilə qəbuledilməzdir və iflasa məhkumdur”. Komitənin icraçı direktoru Aram Ambaryan ABŞ-da nəşr olunan erməni qəzeti “Armenian Weekly”yə bildirib ki, Hoqlandın bəyanatı Azərbaycanı ruhlandırır və ermənilər üçün yeni risqlər yaradır. Erməni ekspert dairələrində isə bu qənaətdədirlər ki, Birləşmiş Ştatlar diplomatının münaqişənin nizamlanmasına dair 6 əsas prinsipi vurğulamasının Rusiya prezidenti Vladimir Putinlə  Serj Sarkisyan arasında görüşdən dərhal sonra baş verməsi təsadüfi deyil. Amma  Riçard Hoqland həmin bəyanatı müvəqqəti həmsədr kimi fəaliyyətini başa vurması münasibətilə keçirdiyi mətbuat konfransında verib və bunun Moskvadakı görüşlə bağlılığı yoxdur. Amma görünən odur ki, baş verənlər Ermənistanda böyük təlaşa yol açıb. Aydındır ki, Qarabağ məsələsinə Rusiyanın, Türkiyənin, ABŞ-ın diqqətinin artması burada tamam yeni bir vəziyyət yarada bilər. Məhz bu ölkələrin birgə hərəkətə keçməsi kofnliktin dinc müstəvidə həllini əhəmiyyətli dərəcədə tezləşdirmək iqtidarındadır. Belə vəziyyətdə Ermənistanın müqavimət imkanları da əhəmiyyətli dərəcədə azalmış olacaq. Digər tərəfdən ABŞ-ın və Rusiyanın Ermənistana dəstəyinin azalması və ya tamamilə kəsilməsi halında bu ölkə təklənmiş duruma düşəcək. Bu vəziyyətdə Azərbaycan qısa zaman kəsiyində hərb yolu ilə ərazi bütövlüyünü bərpa etmək imkanı qazanacaq. Amma görünən odur ki, böyük ölkələr və regionda digər maraqlı qüvvələr Qarabağ məsələsinin dinc müstəvidə həllinə daha çox diqqət ayırır. Bunun üçün Ermənistana qarşı müəyyən təzyiqlərin işə salınması da tamamilə gözləniləndir. Təbii ki, hadisələrin məhz bu səpkidə inkişafı Azərbaycan diplomatiyasının real uğurlarıdır.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ