Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Rusiyanın Qarabağ münaqişəsinə yanaşmasını ciddi şəkildə dəyişir

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində vasitəçilik edən ölkələr sırasında daha böyük təsir imkanlarına malik ölkə qismində şimal qonşumuz  olan Rusiyanın çıxış etdiyi danılmaz həqiqətdir. Bu mənada Rusiya prezidenti Vladimir Putinlə Ermənistandan olan həmkarı Serj Sarkisyanın Soçi görüşünün Qarabağ konfliktinin həllinə hansı təsirlər göstərəcəyi təbii olaraq aktual müzakirə mövzusudur.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə obyektinə çevirdikləri, eyni zamanda Qarabağ məsələsinə də toxunduqları barədə  məlumatlar yayılıb. Müzakirə mövzuları barədə ətrafl rəsmi məlumatar açıqlanmasa da, aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi görüşün əsas müzakirə predmeti olub.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu görüş Ermənistanın Rusiyaya qarşı atdığı siyasi addımların fonunda təşkil edilib. Məsələn, məlumdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan Gürcüstanda keçrilən və Rusiyanı xüsusi qıcıqlandıran NATO təlimlərində nümayişkaranə şəkildə iştirak etdi. İrəvan gələn ay da keçriləcək növbəti NATO təlimlərinə 100-dən artıq hərbçi göndərməyi düşünür. Bundan əvvəl isə həm Gürcüstan, həm də Ruminiyadakı təlimlərə qatılan işğalçı dövlət gələcəkdə NATO-ya üzv olmaq niyyətini belə gizlətmir.  “Yeni Rusiya” hərəkatının lideri, tanınmış rus politoloq  Nikita İsayev qeyd edir ki, Ermənistanın Avropa İttifaqı, NATO, ümumilikdə Qərblə yaxınlaşması artıq həm iqtisadi, həm də siyasi məkanda kifayət qədər irəliləyib. “Eləcə də NATO ilə əməkdaşlıq İrəvan üçün prioritet hesab edilir. Belə olan halda, Ermənistan öz siyasi və iqtisadi maraqlarını qorumaq, həmçinin öz siyasi və iqtisadi sistemlərini yenidən qurmaq üçün Brüsselin qismində yeni güc mərkəzi axtarır. Ermənistan öz seçimini edib və düşünürəm ki, bundan sonra Ermənistan rəsmilərinin avrointeqrasiya ilə bağlı şərhlərinə və bəyanatlarına təəccüblənməyin heç bir mənası yoxdur. Bu halda Rusiya artıq Ermənistanı özünün “rus dünyası”nın bir hissəsi kimi deyil, avrointeqrasiyanın tərəfdarı kimi qəbul etməli və Ermənistanla münasibətlərini başqa istiqamətdə qurmalıdır”. Elə Soçi görüşünün nəticəsindən asılı olaraq Rusiyanın Ermənistanla, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam yeni bir siyasətə başlaması gözlənir. Çünki Ermənistanın, Rusiyaya vədlər verməsinə baxmayaraq, Avropa ilə yaxınlaşmaq niyyətindən vaz keçməyəcəyi hətta bu ölkənin media orqanlarında belə açıq etiraf olunur. “İravnuk“ qəzeti yazır ki, Ermənistan Avrasiya İqtisadi Birlyinə qatıldıqdan sonra iqtisadiyyatı daha zəif duruma düşüb: “Eyni zamanda Rusiyanın Azərbaycana yeni silahlar satması da Ermənistanı narazı salır. Bu günlərdə rusiyalı hərbi ekspert Andrey Frolov bildirdi ki, Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Andrey Frolovun fikrincə, ən yeni zenit-raket sistemlərinin mümkün sifarişçilərinin siyahısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə şansı yüksək olan əsas ölkələrdən biridir. Bu vəziyyət isə Rusiyanın daha çox köhnə silahlar satdığı Ermənistanı narazı salır. Bu səbəbdən Ermənistan xarici siyasət kursunu dəyişir və daha çox Qərbə meyllənir. Rusiyaya bunun olmayacağı haqda vədlər verilsə belə, İrəvan Qərblə yaxınlaşmasını davam etdirəcək“.

Təbii ki, İrəvanın bu addımlarını Moskva cavabsız qoymayacaq. Elə Soçi görüşündə  Vladimir Putinin bu xüsusda Serj Sarkisyana ciddi xəbərdarlıqlar etməsi istsina deyil. Amma görünən həm də odur ki, İrəvan bu dəfə Rusiyanın istəyinin əleyhinə getməkdə israrlıdır. Bu vəziyyətdə Rusiyanın Ermənistanı ağıllandırmaq üçün təzyiq metodundan istifadə edəcəyi tamamilə real görünür. Bu durumda Moskvanın, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təzyiqlərdən daha çox yararlanma ehtimalı olduqca yüksəkdir. Özü də bütün bunlar elə bir vaxtda baş verir ki, Azərbaycan Rusiya ilə əməkdaşlığını olduqca yüksək bir səviyyəyə qaldırıb. Ermənistandan fərqli olaraq, Azərbaycanın həyata keçirdiyi xarici siyasət Rusiyanın hər hansı etirazı ilə qarşılanmır, əksinə, təqdir olunur. Bunu Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının deputatı Gennadi Züqanov da xüsusi olaraq vurğulayır. O, “Vestnik Kavkaza” saytına verdiyi açıqlamada qeyd edir ki, Bakı beynəlxalq siyasəti, daxili münasibətləri qorumaq üçün ağıllı üsuldan istifadə edir, həm Rusiya, həm də Qərblə əməkdaşlığını uğurla inkişaf etdirir: “Azərbaycan hakimiyyəti son illərdə çox işlər görüb və ona görə də onlara bundan sonra da uğurlar arzu edirik. Rusiyasız isə Qafqazda heç vaxt sülh və dinclik ola bilməz”.

İndi isə görünən odur ki, Rusiya həm Qafqaz, həm də Qarabağ siyasətində ciddi dəyişiklər etməli olacaq və bu dəyişikliklər daha çox Azərbaycanın maraqlarına cavab verən şəkildə olacaq.   Azərbaycanın Ermənistandan fərqli olaraq Rusiya ilə münasibətlərini gedərək daha da yaxşılaşdırması bunu qaçılmaz reallığa çevirir. Ümumiyyətlə, Azərbaycan diplomatiyasının Rusiya ilə münasibətlərdə fəallığı Ermənistan hakimiyyətini çaşqın vəziyyətə salmaqdadır. Ermənilərin rəsmi Bakının Moskva ilə münasibətləri uğurla inkişaf etdirməsindən ciddi narahat olması da bu səpkidə özünü qabarıq şəkildə büruzə verir. Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın getdikcə inkişaf etməsi isə rəsmi İrəvanın daha çox narazı qaldığı məqamlardandır. Ermənistanın narazılığına rəğmən, Moskva Bakıya müasir silahlar satır və bildirir ki, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilən bu ticarət üçüncü ölkəyə qarşı yönəlməyib. Ermənilər isə bu fonda görür ki, Azərbaycan öz müdafiə qabiliyyətini artırır, Rusiya isə milli maraqları çərçivəsində bu prosesdə iştirak edir. Düzdür, Moskvanın satdığı silahların heç biri Ermənistana qarşı hücumda istifadə olunmayıb. Lakin zərurət yaranarsa, Bakı bütün imkanlarından istifadə edərək müdafiə olunacaq və düşmənin layiqli cavabını verəcək. Hadisələrin bu səpkidə inkişafı Azərbaycan diplomatiyasının uğurları kimi də təqdim oluna bilər.

Digər tərəfdən Rusiya özü də Ermənistandan gedərək daha çox narazılıq duyur. İlk növbədə ona görə ki, Ermənistan Qərbin sanksiyaları ilə çətin vəziyyətə düşən Rusiya üçün daha ciddi iqtisadi yük və problem olmağa başlayıb. Kreml görür ki, İrəvan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər Ermənistanın iqtisadi inkiaşfı mümkün olmayacaq və bu ölkə Rusiya üçün əlavə yük olaraq qalmaqda davam edəcək. Bu səbəbdən də, Ermənistanın istəyinin əksinə olaraq, Rusiya artıq Qarabağ məsələsində müəyyən irəliləyişin olmasını istəyir. Yenə də Ermənistanın istəyinin əksinə olaraq, Rusiya iqtisadi cəhətdən də dinamik inkişaf edən Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək niyyətindədir. Kreml aydın görür ki, bu gedişlə  Ermənistan bir dövlət kimi yaxın perspektivdə ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa dövlətçiliyin də taleyinə təsir edəcək. Artıq bunun ilkin işartıları da görünməkdədir.  Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan bildirir ki, ölkənin üzləşdiyi problemlərdən xilas olması üçün Serj Sarkisyan Boris Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir: “Mən xristianam və həqiqətən Sarkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o, sülhlə və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”. Erməni politoloq Serj Sarkisyan apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadları olacağını açıqlayıb: “Bu, cəmiyyətə siqnaldır. Erməni xalqı mövcud olmamaq fikrini qəbul edirsə, onda Sarkisyan qalacaq. Eməni xalqı meşələrin yanmasını, Göyçə gölünün qurumasını istəyirsə, qoy qalsın Sarkisyan. Erməni xalqı balinalar kimi intihar etmək üçün quruya çıxmağı seçirsə, qoy qalsın Sarkisyan. Sarkisyanın qalmasının qiymətini Moskva yaxşı bilir”. Moskva isə, Sarksiyandan daha çox, Ermənistanı forpost kimi itirəcəyindən və bu ölkənin ağır iqtisadi yükə çevrilməsindən narahatdır. Bu səbəbdən Moskva vəziyyəti dəyişmək üçün İrəvanı Qarabağ məsələsində real addımlar atmağa vadar etməyi düşünür. Bu, həm də Rusiyanın Ermənistanın Qərbə meyllənməsinə bir növ cavabı hesab oluna bilər. İndilikdə görünən odur ki, Ermənistan Rusiyanın siyasətini müdafiə etdiyini iddia edir, digər tərəfdən isə ayrı-ayrı beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə fikirlər səsləndirərək, Qərb dövlətləri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bütün bunlar bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı aqressiv, xəyanətkar mövqeyi Rusiyaya qarşı da çevrilə bilər. Bunu Kremldə də yaxşı görürlər. Onsuz da Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Layiqli tərəfdaş” hərbi təlimlərində Ermənistanın iştirakı və bununla da Qərbə üz tutması açıq-aşkar Rusiyaya qarşı demarş deməkdir. Ermənistanın çəkinmədən Avropa Birliyilə assosiativ saziş imzalmağa hazır olduqlarını bəyan etməsi isə Moskvaya meydan oxumaqdır. Rusiya rəsmiləri də yaxşı görür ki, Ermənistan ilk fürsətdə Rusiyanı satmağa hazır bir ölkədir. Eyni zamanda son aylarda baş verənlər fonunda Rusiya Azərbaycanın daha etibarlı və layiqli tərəfdaş olduğunu da bir daha aydın gördü. Təbii ki, bütün bunlar öz növbəsində Qarabağ münaqişəsinə yanaşmada da Rusiyanın mövqeyinə ciddi surətdə təsir göstərəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ