Bazar günü günü, 29 noyabr 2026
     

NATO ordusunu Rusiya sərhədlərinə yığır

Image


Rusiyanın Ukrayna sərhədlərinə böyük miqdarda hərbi qüvvə cəmləməsi və istənilən an sülhməramlı əməliyyat adı altında bu ölkəyə müdaxilə etmə ehtimalı Qərbi hərəkətə gətirib. Baş verənlərlə əlaqədar olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Vella Gulf" raket kreyseri növbəti dəfə Qara dənizə göndərilib. Kreyserin Qara dənizə girməsinə səbəb regionda sülh və sabitliyi qorumaqdır. "Vella Gulf" kreyseri 26 qanadlı "Tomaqavk" və "Standart Missile3" raketləri ilə silahlanıb.
Bu raketlər "İcis" radarlarının köməyilə 500 kilometrlik məsafədə və 160 kilometr hündürlükdə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Kreyserin bortuna 2 helikopter də enə bilir.
Digər Avropa ölkələrinin də Rusiya ətrafına əlavə hərbi qüvvələr göndərəcəyinə dair məlumatlar səslənir. Bu da yenə Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi ilə izah olunur. Məhz belə bir vaxtda NATO Rusiyanın "İnsani və ya sülh-mühafizə missiyası" bəhanəsi ilə Ukraynaya müdaxilə edəcəyini istisna etməyib. NATO sözçüsü Oana Lunqesku verdiyi açıqlamada Rusiyanın Ukrayna sərhədində müharibəyə hazır təxminən 20 min əsgər saxladığını bildirib. Qeyd edək ki, xanım Lunqesku vəziyyətdən asılı olaraq rus ordusunun aktivləşəcəyi ehtimalının yüksək olduğunu bildirib. O, ABŞ və Qərb ölkələrindən Rusiyaya qarşı daha sərt addımlar atmağı tələb edib. Bununla yanaşı, Qərb danışıqlar yolu ilə də Ukrayna böhranının həllinə ümid edir. Almaniya nəşri "Deutsche Welle"yə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Rixard Kyunel bildirib ki, Rusiya Ukrayna məsələsinin həllinə cəhd edərsə, Avropa Birliyinin üzvləri Rusiya ilə danışıqlar stoluna oturmağa hazırdır. Kyunel vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların qəbul edilməsi çox diqqətlə işlənmiş addım idi. O qeyd edib ki, sanksiyalar qəbul edilərkən bunun Rusiya iqtisadiyyatına ən güclü zərbəni vurması, Avropanın isə itkilərdən maksimum qaçması prinsipi əsas götürülüb. Amma Kyunel etiraf edib ki, Avropa Birliyinin mənfi nəticələrdən tamamilə qaçması mümkün deyil. Avropa Komissiyasının nümayəndəsi həmçinin deyib ki, Moskva Ukrayna məsələsi üzrə mövqeyini dəyişməsə Avropa Birliyi sanksiyaları genişləndirməyə hazırdır: "Ancaq biz Moskvadan heç bir pozitiv siqnal görmürük. Bu halda isə başqa seçimimiz yoxdur". Qeyd edək ki, Avropa Birliyi və ABŞ 1 avqust tarixindən Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların yeni paketini daxil edib. Bununla bağlı ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, Amerika tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar effektlidir və bu ölkənin iqtisadiyyatına neqativ təsir göstərir: "Sanksiyalar öz nəticəsini verir və Rusiya iqtisadiyyatı üzərində ağır yükə çevrilib". Ukrayna böhranından danışan Obama bildirib ki, Vaşinqton hələlik problemin sülh yolu ilə həllinə ümid edir və Ukraynaya silah göndərmək qərarına gəlməyib: "Biz Ukrayna hökumətinə və ordusuna yardım edirik və onların öz ölkələrini müdafiə edə bilməsi üçün nələrin lazım olduğu barədə müzakirələri davam etdiririk. Lakin Ukrayna üçün edə biləcəyimiz ən yaxşı şey məsələnin siyasi yolla həlli prosesinə qayıtmaq ola bilər".
Rusiya da Qərbə özünəməxsus tərzdə cavab verməyə çalışır. Belə ki, Vladimir Putin ABŞ və Qərbə qarşı sanksiyalarla bağlı fərman imzalayıb. Hökumətə sanksiyaların hazırlanması göstərişini verən Putin bu məsələnin yerinə yetirilməsini rəsmiləşdirib. Verilən qərarda deyilir ki, məqsəd Rusiyanın təhlükəsizliyinin təmin olunmasıdır.
Qərbə qarşı tətbiq olunan sanksiyalar siyahısında, iqtisadi sferalarla yanaşı, daha çox yeyinti məhsullarının Rusiya ərazisinə gətirilməsinin qarşısının alınması yer alıb. Hazırda daha dəqiq və konkret işlərin görülməsi üçün müxtəlif monitorinqlərin aparılmasına göstəriş verilib. Bir məqam dəqiqdir ki, Avropadan meyvə və tərəvəz məhsullarının, ABŞ-dan isə kənd təsərrüfatı təyinatlı ərzağın Rusiyaya gətirilməsinə tam qadağa qoyulub. Qeyd edək ki, Rusiyanın Avropaadan idxal etdiyi meyvə və tərəvəzlərin illik məbləği 2 milyard avrodur.
Ötən həftə Rusiya bu məhsulların Polşadan idxal olunmasına qadağa qoyanda səbəb olaraq ictimai sağlamlıq gətirilmişdi. Amma bu qərar daha çox Polşanın Ukrayna üzrə Qərbi dəstəkləməsinə "cəza" kimi qiymətləndirilib. Bundan başqa, Asiyaya uçuşlar zamanı Rusiya hava sahəsini istifadə edən Avropa hava yolları şirkətlərinin səfərlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Bildirilir ki, Avropa şirkətlərinin uçuşları ya məhdudlaşdırılacaq, ya da tamamilə ləğv ediləcək. Rusiyanın sanksiyaları siyahısında "Air France", "Lufthansa", "Britsh Airways" kimi bir çox avropalı şirkətlər yer ala bilər.
Ekspertlərin qiymətləndirmələrinə görə, Avropa hava şirkətlərinin Şimal xətti üzərindən uçuş saatlarını 3-4 saat uzadacaq. Məsələn, əvvəllər Tokioya uçuş 12 saat idisə, bu vaxt indi 16-17 saata qədər uzanacaq. Bunun nəticəsində aviabiletlərin qiymətinin 50-70 faiz qaldırılması gözlənir.
Qərb və Rusiyanın üzərində belə dartışdığı Ukraynanın özündə isə vəziyyət getdikcə pisləşir. Böyük Britaniyanın "The Guardian" qəzeti yazır ki, Ukraynanın üzərində yeni Maydan kölgəsi görünməyə başlayıb. Qəzet hesab edir ki, Ukraynada inqilabi əhvali-ruhiyyə yorğunluq, laqeydlik və qıcıqlanma ilə əvəz olunur. Böyük Britaniya qəzeti iddia edir ki, hakimiyyətdən narazılıq getdikcə daha aydın hiss olunur: "Ukraynanın inqilabçı arzuları ölkənin şərqindəki müharibədə və siyasi durğunluqda batdı. Prezident Viktor Yanukoviç artıq yoxdur. Amma bu, inqilabçıların nail olduğu yeganə nailiyyətdir. Meydan özünün əsas məqsədinə nail oldu: prezident Yanukoviç devrildi. Amma bir ay sonra Ukrayna Krımı itirdi və ölkənin şərqində vətəndaş müharibəsi başladı". "The Guardian" yazır ki, analitiklər ciddi iqtisadi problemlərin yaxında olması barədə xəbərdarlıq edir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ