Bazar günü günü, 29 noyabr 2026
     

Qərbin Azərbaycana son baxışları: "ikili"dən çoxüzlü standartlara qədər...

Image


Yeni müstəqillik tarixində Azərbaycanın beynəlxalq miqyasda qarşılaşdığı ən böyük problemlərdən və haqsızlıqlardan biri də ikili standartlarla bağlıdır. Bunun ən real nümunəsini isə Dağlıq Qarabağ münaqişəsi timsalında görmək olar. Məsələn, bu gün Ukraynanın ərazi bütövlüyünün pozulmasına Qərb çox sərt reaksiya verir, buna görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
Lakin Qarabağ münaqişəsilə bağlı eyni addımlar atılmır. Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdiyi kəskin dəstəyin Azərbaycana göstərilməməsi Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsinin ən real təsdiqlərindən biridir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin ABŞ başda olmaqla, Qərb dairələri Azərbaycana bu məsələdə real dəstək vermir. Elə bu da Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşmasının göstəricisidir.
Rəsmi Bakı dəfələrlə dünya ictimaiyyətini Ermənistana sanksiya tətbiq etməyə çağırıb. Konkert formada bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əsas hədədir. Azərbaycan torpaqlarının Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi dünyada sülh prosesinə də ciddi təhdid yaradır. Bu fonda Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar qəbul olunduğu kimi, Ermənistana qarşı da belə sanksiyalar tətbiq edilməlidir. Özü də BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib. Ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Bütün bunlar beynəlxalq ictimaiyyətin ikili standart aparmasının nəticəsidir. Məhz bundan irəli gəlir ki, ABŞ, Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatları Ermənistana qarşı heç bir tədbir görmür. Bunun nəticəsidir ki, Qarabağ münaqişəsi həllini tapmır, cəzasızlıq mühitində Ermənistan yeni işğalçılıq iddialarını reallaşdırmağa çalışır.
Prezident Barak Obamanın, ABŞ Konqresinin, ABŞ-ın digər aparıcı siyasi xadimlərinin Ukrayna ilə bağlı beynəlxalq qanunların pozulmasını fəal şəkildə pisləməsi, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi fonunda ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə analoji dəstək vermir.
Obama neçə dəfə "Rusiya Ukraynadan əl çəkməsə, onun axırı pis olacaq" kimi qeyri-diplomatik, loru dildə hədələyib?! Belə bəyanatın heç yarısı qədər də Ermənistana səslənməyib, üstəlik, hücuma məruz qalan Azərbaycanla təcavüzkar Ermənistana eyni baxıb. ABŞ İsraili azmı dəstəkləyib?
Dünən Kerrinin bəyanatını yada salaq. Deyib ki, Qəzzanı terrorçulardan təmizləmək İsrailin haqqıdır. Elə isə niyə bu haqq Azərbaycan üçün tanınmır? Bir az keçmişə qayıtsaq, ABŞ üçün rüsvayçı faktlar ortaya çıxır. 1982-ci ildə bir İsrail səfirinin həyatına baş tutmayan qəsdə görə İsrail ordusu Fələstin Azadlıq Təşkilatının düşərgələrini məhv etmək üçün Livanın cənubunu məhz ABŞ və Avropa dövlətlərinin xeyir-duası ilə işğal etdi, 2000-ci ilə qədər oranı nəzarətdə saxladı. Müqayisə edək, bu gün Azərbaycanın öz işğal olunmuş torpaqlarından erməni əsgərləri azmı Azərbaycan əsgərlərini, dinc sakini, uşağı, qadını güllələyib? Bu terrorçuları cəzalandırmaq haqqı Azərbaycana niyə tanınmır? 2008-ci ildə cəmi 6 nəfər İsrail əsgərinə görə Livan alt-üst edildi. Biz də razılaşırıq ki, İsrail öz əsgərlərinə belə dəyər verməkdə haqlıdır. Ancaq nə əcəb Azərbaycanın son həftədə öldürülmüş 13 əsgərinə görə təcavüzkar Ermənistana cəza verdirmək haqqı tanınmır? "Krım Ukraynanın tərkib hissəsidir" deyən NATO ölkələri nədən "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və qaytarılmalıdır" bəyanatını bir dəfə səsləndirməyiblər?
Qərbin ikili standartları insan haqları məsələsində də özünü açıq büruzə verir. Məsələn, insan haqları ilə məşğul olan hansısa beynəlxalq qurum Ermənistanda 6 il əvvəl baş verən qanlı mart hadisələrini seçkinin nəticələrinə etiraz edənlərin hüquqlarının pozulması kimi yox, mövcud siyasi rejimin qorunması kimi qabardır. Azərbaycanda isə əksinə, ən xırda insidenti siyasi hakimiyyətin əleyhinə yönəldirlər. Bütün bunların sonucunda başqa bir beynəlxalq təşkilat Ermənistanı insan potensialının inkişafı səviyyəsinə, insan haqlarına əməl edilməsi dərəcəsinə və digər məqamlara görə Azərbaycandan xeyli irəlidə göstərir.
Azərbaycanda Qərbin "siyasi məhbus" oyunu davam edir. Ancaq Ermənistanla bağlı bu müşahidə olunmur. Bunun fonunda Ermənistanda azərbaycanlıların niyə "yoxa çıxdığı" heç kəsi maraqlandırmır. İndi Ermənistanda bir ovuc milli azlığın haqları haqqında danışan yoxdur. 20 ildən çoxdur Azərbaycan Ermənistanın təcavüzünə məruz qalsa da, işğalçı dövlət dünya birliyinə, BMT-yə meydan oxuyur. Azərbaycan illərdir dünyaya haqq səsini, qaçqın və köçkünlərinin səsini çatdırmaq istəyir. Onların nüfuzlu mətbuatı, televiziyaları, insan hüquqlarının "müdafiəsi" ilə məşğul olan təşkilatları isə yüz minlərlə qaçqın və məcburi köçkünümüzün taleyi və pozulmuş insan hüquqları, ermənilərin çoxsaylı vandalizm cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə, hansısa bir qanun pozuntusuna görə həbs olunmuş insana siyasi məhbus adı verib, onun azadlığa buraxılmasını tələb edir. Bu da Qərbin ikili oyununun daha bir nümunəsidir.
Yaxud da digər MDB ölkələrinə nəzər salaq. Məlumdur ki, "Qızıl gül" inqilabından sonra Qamsaxurdiya və Şevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatmaqdadır. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşvilinin həbsi ilə bağlı qərar çıxarır, onun tərəfdarlarını sıxışdırır, media orqanlarına təzyiq edir. Onu da qeyd edək ki, 2 il əvvəl Saakaşvilinin partiyasının məğlubiyyətindən sonra, sabiq baş nazir də daxil olmaqla, onlarla sabiq hökumət işçisi səlahiyyətdən sui-istifadə və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Prezident Saakaşvili də səlahiyyət həddini aşmaqda ittiham olunur.
Artıq ikinci hakimiyyət dönəmi sona çatan Saakaşvili 4,5 milyonluq Cənubi Qafqaz ölkəsini tərk edib. Saakaşvili, həmçinin, 2007-ci ilin noyabrında paytaxt Tiflisdə aksiyanı yatırtmaq üçün zor tətbiq etməkdə və televiziya stansiyasına hücum çəkməkdə ittiham olunur. Saakaşvilinin tərəfdarları da sabiq liderlərinin həbsinin siyasi məqsəd daşıdığını bildirib. Eyni mənzərəni Ukraynada da görmək olar. Ukraynanın hazırkı hakimiyyəti Yanukoviçə yaxın olan siyasətçiləri sıxışdırır, qətllər törədilir, qanuni təsisatların fəaliyyətinə xitam verilir, hətta parlamentin buraxılması üçün tədbirlər görülür. Əvvəlki hakimiyyətə yaxın olan medianın isə ən sərt şəkildə fəaliyyəti dayandırılır. Lakin Qərb, nədənsə, bunları görməzdən gəlir.
Əslində, Qərbin özündə də insan haqları ilə bağlı vəziyyət o qədər yaxşı deyil. Məsələn, hüquq müdafiəçilərinin hesabatlarında Avropa dövlətlərində qaraçıların, miqrantların və qaçqınların hüquqlarının pozulduğu həmişə qeyd olunur. Avropada irqçiliyin və dini dözümsüzlüyün getdikcə artdığı vurğulanır. Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Məsələn, Almaniyanın özündə insan haqları ilə bağlı ciddi problemlər var. 100-dən artıq hüquq müdafiə təşkilatının olmasına baxmayaraq, Almaniyada insan hüquqları çox tez-tez kobud şəkildə pozulur. Ekspertlərin sözlərinə görə, 2001-ci ildən indiyə qədər Almaniyada insan haqlarının pozulması halları 10 minə çatıb. Bu sırada alman yoxsullarının hüquqlarının pozulduğu tez-tez qeyd edilir. Son zamanlarda Almaniyada faşizmin və nasizmin yenidən baş qaldırdığı və kəskinləşdiyinə dair çoxlu faktlar üzə çıxır.
Qərbin daha bir ikili standartı bəzi ərəb ölkələrinə yanaşmada özünü göstərir. Məsələn, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və ya İordaniya kimi ölkələrdə insan hüquqları haqqında heç danışmağa dəyməz. Yəməndə prezidentin tənqid edilməsi hətta "ərəb baharı"ndan sonra da qanunla qadağandır və rəsmən cinayət sayılır. Səudiyyə Ərəbistanında günahı yalnız və yalnız kralı Vaşinqtonla ittifaqa girdiyi üçün tənqid etməkdən ibarət olan şiə lideri Nimr əl-Nimri istintaqsız-məhkəməsiz güllələnib. Lakin Qərb təşkilatları onları tənqid etmir. Buna səbəb onların ABŞ-la yaxın müttəfiq olmasıdır.
Qərbin Azərbaycanla bağlı ikili yox, əslində çoxüzlü standartları son hadisələrdə daha çox göründü. Bir hüquq müdafiəçisinin ciddi ittihamlarla məhkəməyə qədər həbs edilməsinə o qədər hay-küylə yanaşdılar ki, erməni girovluğunda qətlə yetirilən bir kəlbəcərli sivilin faciəsinə laqeyd münasibətin qeyri-insaniliyi heç bir siyasi etikaya sığmır.Bütün bunlar Qərbin Azərbaycanla bağlı siyasətində ikili standartların hökm sürdüyünü açıq göstərir. Məhz bu səbəbdən Azərbaycan ictimaiyyəti Qərbin bu mövqeyinə qarşı çıxır. Qərb Azərbaycanda nüfuzunun itirilməsinə görə öz siyasətinə korrektə etmək barədə düşünməlidir. Bəlkə də buna görədir ki, bu gün bir neçə müxalifət fəalından başqa heç kim Qərbin siyasətini dəstəkləmir. Acı da olsa, sonluq keçilən yolun məntiqinə uyğun deyilmi?



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ