Bazar günü günü, 29 noyabr 2026
     

Əli Həsənov Ermənistanın total təxribatının əsas strateji məqsədini aşkar etdi

Image


Şöbə müdiri erməni hökumətinin saysız əsgər itkilərini ört-basdır etməsinin də iki səbəbini göstərdi
Səbatsız və düşmən dəyirmanına su tökən bəzi media resurslarımızın fəaliyyəti PA-nın nəzərindən yayına bilmədi
"Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir"


Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi.
- Əli müəllim, son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində ciddi gərginlik müşahidə olunur. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralanan var. Baş vermiş gərginliyi və mövcud durumda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, iyulun son günlərindən başlayaraq işğalçı Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın ediblər. Bu həmlələr avqustun 1-2-də daha intensiv xarakter daşıyıb və nəticədə milli ordumuzun 13 hərbi qulluqçusu həlak olub. Fürsətdən istifadə edərək şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. İtkinin müqayisəolunmaz ağırlığına baxmayaraq, şəhidlərimizin valideynlərinin, yaxınlarının nümayiş etdirdikləri səbr, təmkin, vətənpərvərlik, vətəndaş mövqeyi həqiqətən də ən yüksək qiymətə layiqdir. Bu dəyanət bütün xalqımız, cəmiyyətimiz və hər bir vətəndaşımız üçün örnəkdir. Qeyd etmək istərdim ki, erməni təxribatçı qruplarının basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinirlər. Bununla yanaşı, bizə məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı və adekvat cavabları nəticəsində ermənilər böyük itki veriblər. Hətta sərt senzura şəraiti olsa belə, Ermənistanın informasiya resursları onlarla hərbi qulluqçunun öldüyünü açıqlayıb.
Bütün bu faktlar bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.
- Gərginliyin səbəbləri kimi müxtəlif versiyalar irəli sürülür. Sizin fikrinizcə, cəbhə xəttində Ermənistanın son həmlələri nə ilə bağlıdır?
- Cəbhə xəttində gərginliyin artmasını bir neçə səbəblə izah etmək olar. İlk növbədə hazırkı gərginlik Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq siyasətinin tərkib hissəsi kimi başa düşülməlidir. Bilirsiniz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazanıb. Biz artıq erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada sıxışdırmağa nail olmuşuq. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırlar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmayıb. Odur ki, Sarkisyan rejimi bir tərəfdən dünya ictimaiyyətinin, ATƏT-in Minsk Qrupunun problemin köklü həlli ilə bağlı onlara ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir. Digər tərəfdənsə, vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı digər yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışır. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi yoxdur və ola da bilməz. Azərbaycan bundan sonra da bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail olacaq.
Digər səbəb Ermənistan hökumətinin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını açıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Bilirsiniz ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də bu gün Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tutur. Ermənistanın rəsmi orqanları etiraf edirlər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq.
Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edir. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt verir.
Ermənistanın son təxribatlarının arxasında həm də beynəlxalq ictimaiyyətin diqqətini MDB məkanında cərəyan edən digər hərbi münaqişələrdən yayındırmaq və onun ağırlıq yükünü başqa müstəviyə keçirmək niyyətinin dayandığı da istisna edilmir.
- Erməni kəşfiyyat-təxribat dəstələrinin çoxsaylı itkilərə gətirib çıxaran son aksiyası Ermənistana qarşı beynəlxalq səviyyədə hər hansı təzyiqlərin artmasına səbəb ola bilərmi?
- Hesab edirəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması çoxdan baş verməli idi. Bu gün Ukrayna hadisələri fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran işğalçı Ermənistana şamil edilməli idi. Beynəlxalq aləmin, BMT qətnamələrinin, ATƏT Minsk Qrupu həmsədrlərinin iyirmi ildən artıq bir müddətdə çağırışlarına zidd olaraq Ermənistan bu gün də cəbhə bölgəsindəki bütün təxribatların müəllifidir. Bu ölkə bu günün özündə də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Ermənistan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərarlarını icra etməkdən boyun qaçırır.
Son günlər məhz onun təxribatının nəticəsi olaraq cəbhə xətti boyunca gərginlik artdı, atəşkəsin tam pozulması və hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yarandı, çox sayda insan həlak oldu, sərhəddə yaşayan dinc əhalinin həyatı təhlükə ilə üzləşdi. Düşünürəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir.
Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ABŞ Dövlət Departamentinin, BMT-nin, Avropa İttifaqının və digər nüfuzlu dövlət və qurumların açıqlamaları Azərbaycan ictimaiyyətinin gözləntilərini doğrultmadı. Beynəlxalq aləm, ATƏT Minsk Qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla, bütün aparıcı beynəlxalq təşkilatlar mövcud situasiyaya diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməli idilər.
- Məlum hadisələr baş verən zaman media qurumları Müdafiə Nazirliyinin informasiya sahəsində qeyri-operativ fəaliyyətindən bir qədər şikayətləndi. Sizcə, MN-in informasiya fəaliyyətindəki bu gecikmənin səbəbi nə idi?
- Bilirsiniz, biz 90-cı illərin əvvəllərində şiddətli hərbi qarşıdurma gedən zaman üzləşdiyimiz informasiya blokadasının və cəmiyyətimizdə yaşanan informasiya özbaşınalığının hansı fəsadlara yol açdığını unutmamışıq. O zaman erməni işğalı, qəddarlığı, qaçqın və məcburi köçkünlərin acınacaqlı durumu haqqında məlumatı beynəlxalq ictimaiyyətə dolğun çatdırmaq əvəzinə, daha çox yerli əhalini əsassız panikaya salırdılar. Həmin dövrdəki hakimiyyətin rəsmi şəxslərinin məlumatları bir-birini təkzib edirdi, mediada isə ciddi anarxiya yaşanırdı. Bu fəaliyyət də, müvafiq olaraq, cəmiyyəti çaşdırır, hərbçiləri ruhdan salırdı, hətta hərbi əməliyyat planları belə qəzet səhifələrinə çıxarılırdı. Bütün bunlar sonda ölkəmizin və müdafiə siyasətimizin əleyhinə işləyirdi. Ola bilsin ki, məsələ ilə bağlı cəmiyyətə daha tez məlumat verilə bilərdi. Ancaq nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi qapalı qurumdur. Hərbi əməliyyatlar, cəbhə xəttindəki insidentlər və digər bu tipli hadisələrlə bağlı informasiyaların ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması da böyük məsuliyyət tələb edən məsələdir. Erməni təxribat qrupları dövlət sərhədi və cəbhə boyu müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə total basqın ediblər. Təbii ki, bütün informasiyaların toplanması, sistemləşdirilməsi, təhlil edilməsi və müvafiq ictimai yükü olan məlumatın hazırlanmasına zaman lazımdır. Buna görə də informasiyanın ləngidilməsi və qeyri-operativliklə bağlı mülahizələri əsaslı hesab etmirəm.
- Ancaq bu informasiya verilənə kimi cəbhə zonasındakı vəziyyətlə, həlak olmuş əsgərlərin sayı ilə və digər məsələlərlə bağlı mediada, sosial şəbəkələrdə həqiqətdən uzaq, olduqca zərərli məlumatlar yayılırdı...
- Hesab edirəm ki, peşəkar media, QHT-lər, siyasi partiyalar, ümumilikdə, tanınmış ziyalılarımız da daxil olmaqla, Azərbaycan ictimaiyyəti cəbhədəki gərginliyə və itkilərimizə təmkinlə yanaşdı və düzgün mövqe tutdu. Bu da bir daha sübut edir ki, heç bir problem Azərbaycanda mövcud olan milli birliyi sarsıtmaq gücündə deyil. Bununla yanaşı, bu və ya digər səbəbdən ümumi tendensiyadan kənara çıxma hallarını da qeyd etməyi özümə borc bilirəm.
Məyusedici hal ondan ibarətdir ki, bəzi siyasi qrupların, onların nəzarətində olan azsaylı QHT-lərin və media nümayəndələrinin iqtidara qarşı ifrat dözümsüzlüyü ən son həddini də keçib.
Xarici anti-Azərbaycan və erməni dairələri tərəfindən idarə olunan bəzi qurumlarsa ən kiçik problemi belə mövcud hakimiyyətin idarəçiliyi ilə əlaqələndirməyə və özünəməxsus məntiqlə qeyri-real iddialar irəli sürməyə çoxdan aludə olublar. Baş vermiş məlum hadisə ilə də bağlı onların tutduğu mövqe bir daha təsdiq etdi ki, bu qrupların iddiaları ilə erməni təbliğatı arasında aydın görünən sinxronluq mövcuddur.
Eyni zamanda o da qeyd olunmalıdır ki, qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmağa xidmət etdilər.
- Belə vəziyyətdə media necə davranmalıdır, hansı mövqeni tutmalıdır?
- Hesab edirəm ki, qlobal şəbəkənin mövcud olduğu, informasiyanın transmilli xarakter daşıdığı müasir dövrdə milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək medianın ən mühüm funksiyalarından biridir. Belə şəraitdə tanınan, ictimai rəyə real təsir imkanlarına malik KİV xüsusi həssaslıq nümayiş etdirərək lokomotivə çevrilməli, cəmiyyətin obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmalıdır. Azərbaycan mediası, jurnalistlərimiz daim vətənpərvərlik mövqeyindən çıxış etməli, milli dövlətçiliyə sədaqətin, milli maraqlar uğrunda prinsipiallığın rəmzi olduqlarını heç zaman unutmamalıdır. Ümid edirəm ki, Azərbaycan jurnalistikası öz şərəfli tarixi ənənəsinə sadiq qalaraq, bütün dövrlərdə olduğu kimi, bundan sonra da Azərbaycan xalqına və dövlətçiliyinə xidmət missiyasını ləyaqətlə davam etdirəcək.
- Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun həbsi barədə nə deyə bilərsiniz? Qeyd edək ki, bəzi xarici təşkilatlar artıq bu həbsləri və ümumilikdə Azərbaycanda insan haqlarının durumunu pisləyən bəyanatlarla çıxış edib.
- Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində öz öhdəliklərinə ardıcıl əməl edən, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına hərtərəfli dəstək verilən ölkədir. Bu gün Azərbaycanda 2500-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiya azad, sərbəst şəkildə fəaliyyət göstərir. Buna görə də ölkəmizdə insan haqlarının durumu, söz və məlumat azadlığı və digər sahələrdə mövcud vəziyyəti mənfi qiymətləndirən müəyyən xarici dairələrin, təşkilatların iddialarını əsaslı hesab etmirəm. Düşünürəm ki, bu iddialarla çıxış edən xarici təşkilatlar öz ölkələrində baş verən neqativ hallara diqqəti artırsalar, daha obyektiv görünərlər.
Konkret olaraq Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüb. Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz. Diqqətə çatdırmaq istərdim ki, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq qanunlar cinayət törətdiyi ehtimal olunan şəxslərin fəaliyyət istiqamətinə görə məsuliyyətdən azad olunma praktikasını nəzərdə tutmur. Hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir.
Digər tərəfdən, açıq-aydın görünür ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan antimilli qrup fəaliyyət göstərir. Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır. Bu qrup daim cəmiyyətdə inamsızlıq mühiti yaratmaq, milli birliyi sarsıtmaq, xaricdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyəti daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir. Onların nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verə bilməz.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ