Bazar günü günü, 29 noyabr 2026
     

"Milliyet" qəzetindən bütün türk dünyasına xəyanətkar mövqe...

Image


Regionda mövcud şərtlər dəyişməyənə, ən əsası Azərbaycan torpaqlarının işğalına, qondarma "erməni soyqırımı" barədə sərsəm fikirlərə son qoyulmayana, ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları səngiməyənə kimi Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünə dair dəfələrlə fikirlər səslənib. Bu məsələdə Azərbaycan və Türkiyə xalqları həmrəy olduqlarını dəfələrlə əməldə də sübuta yetiriblər.
Elə bunun nəticəsidir ki, indiyə qədər ən müxtəlif cəhdlərə baxmayaraq, Türkiyə və Ermənistan arasında sərhədlər açılmayıb. Lakin belə görünür ki, sərhədlərin açılmasında maraqlı olan və bu istiqamətdə fəaliyyət göstərən qruplar hələ də fəaliyyət göstərməkdə, bu məsələdə geniş təbliğat işləri aparmaqdadır. Hər halda, Türkiyənin "Milliyet" qəzetində sərhədlərin açılması ilə bağlı dərc olunan təbliğati materiallar da bunu göstərir. Eyni zamanda, "Milliyet" qəzetinin bu məsələyə geniş yer ayırması qəzet üçün milli heysiyyət məsələsinin də arxa plana keçdiyini göstərir. Çünki qeyd olunduğu kimi, ermənilər Türkiyəyə qarşı ərazi iddialarından hələ də vaz keçmir, gələn il üçün isə qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı indidən Türkiyəyə qarşı ən müxtəlif zərbə planları hazırlayırlar. Buna rəğmən, "Milliyet" qəzeti qeyd edilənləri arxa plana keçirərək ermənilərlə işbirliyinin qurulmasını təbliğ edir, bunun üçün sərhədlərin açılmasının vacibliyini gündəmə gətirir.
Burada isə təkcə Türkiyəyə yox, bütün türk dünyasına, o cümlədən Azərbaycana qarşı xəyanət elementləri özünü qabarıq formada büruzə verməkdədir. Həmin xəyanətdən danışmazdan öncə bu qəzetin arxasında kimlərin durmasına da diqqət yetirmək vacibdir.
Xatırladaq ki, Türkiyədə böyüklü-kiçikli 20-dən çox media qrupu var ki, onlardan ən böyük olanı və strukturlaşanı Doğan Media Qrupu idi. Türkiyənin ən zəngin iş adamlarından olan Aydın Doğanın yaratdığı və ilk zamanlarda önəmli media quruluşlarından yalnız "Milliyet" qəzetinə sahib olan Doğan Media Qrupu zamanla sahibinin xaricdəki dəstəyi və daxildəki iqtisadi rıçaqları sayəsində böyük bir imperiyaya çevrilməyi bacardı. "Hürriyet", "Milliyet", 2Posta" qəzetləri, "CNN Türk", "Kanal D" və "Star" telekanallarına sahib oldu. Lakin sonradan üzləşdiyi problemlərə görə Doğan Media Qrupu əlində olan bu vasitələri satmağa məcbur oldu. "Milliyet" qəzeti 3 il əvvəl Demirörən qrupu ilə ortaqlığı olan Karacan qrupuna satıldı. Qeyd edək ki, Demirörən qrupu Türkiyədə maye qaz ticarətinin inhisarçılarındandır. Sabiq iqtisadiyyat naziri Fərhad Əliyevlə onun ticari ortaqlığı olub. Demirörən qrupunun lideri Tayfun Demirörən 2005-ci ilin noyabr ayında Bakı aeroportunda həbs edilib, burada bir neçə gün gözaltında saxlandıqdan sonra sərbəst buraxılıb. Bu hadisədən sonra Dəmirörənlər Azərbaycandakı bütün biznes yatırımlarını geri çəkmişdilər. Qəzetin sahiblərindən olan Karacan qrupu ilə Demirörən qrupu arasında ortaqlıq pozulduqdan sonra qəzetə tam olaraq Demirörən qrupu nəzarət edir. Bu qrupun isə Azərbaycana və o cümlədən indiki Türkiyə hakimiyyətinə münasibəti o qədər də yaxşı deyil. İstisna deyil ki, bu məqama görə də Türkiyə və Azərbaycanın əlehinə olaraq qəzet Ermənistanla sərhədlərin açılmasına yönəlik təbliğatı genişləndirir. Lakin qeyd olunduğu kimi, indiki halda bu, regionda sadəcə ermənilərin mənafeyinə xidmət edir. Bunu isə "Milliyet" qəzeti bilməmiş deyil. Deməli, qəzet bu tip matreiallarla açıq xəyanət mövqeyi nümayiş etdirir. İndiki vəziyyətdə ermənilərin mövqeyinə xidmət etmək isə bütün türk dünyasının kürəyinə vurulmuş zəhərli xəncərdir və "Milliyet" qəzeti də buna gedir. Nəzərə almaq lazımdır ki, sərhədlərin açılması məsələsini təkcə Azərbaycana qarşı laqeydlik, yaxud münasibətlərin qırılması, taleyüklü məsələlərdə Azərbaycanı tək qoymaq kimi qiymətləndirmək olmaz. Burada əsas məqam həm də ondan ibarətdir ki, ermənilər Türkiyənin tarixinə ləkə yaxır, türkləri ""vəhşi xalq" adlandırır, qondarma "erməni soyqırımı"nı dünyaya qəbul etdirməyə çalışırlar.
Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə qarşı açıq ərazi iddiaları irəli sürüb. Sarkisyan nəinki işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaq niyyətində olmadıqlarını bildirib, daha da uzağa gedərək Türkiyə ərazisindəki Ağrı dağı bölgəsini ələ keçirməyi gələcək nəsillər qarşında vəzifə kimi qoyub. İndinin özündə də ermənilər bu iddialarından vaz keçməyib. Bunu bilə-bilə "Milliyet" qəzeti ermənilərlə sərhədlərin açılmasını, onlarla işbirliyini gücləndirməyi ön plana çəkir. Bununla həm də tək Azərbaycana yox, Türkiyənin özünə qarşı xəyanətkar mövqe tutur. Görünür, burada biznes və digər maraqlar Vətən, milli maraqlardan üstün tutulur. Özü də bu bilərəkdən edilir. Türk dünyasının birliyində vacib rol oynayan Türkiyə-Azərbaycan birliyinə zərbə vurulmasına cəhd olunur. Qeyd olunduğu kimi isə bu, yalnız düşmənin işinə yaramaqla, türk birliyinə ən böyük xəyanətdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ