Bazar ertəsi günü, 16 noyabr 2026
     

Möh­tə­şəm Qa­yı­dış

Image


Döv­rü­mü­zün ic­ti­mai-si­ya­si re­al­lıq­la­rı, geo­po­li­tik mə­kan­da baş ve­rən də­yi­şik­lik­lər bü­tün bu tə­la­tüm­lə­rin föv­qün­də da­ya­nan müa­sir mil­li döv­lət­çi­li­yi­mi­zin mü­kəm­məl bir  mən­tiq­dən - Hey­dər Əli­yev zə­ka­sın­dan yoğ­rul­du­ğu­nu bir da­ha sü­but edir. Ötən hər il Hey­dər Əli­yev dü­ha­sı­nın bö­yük­lü­yü­nü, möh­tə­şəm­li­yi­ni bir da­ha üzə çı­xa­rır. Za­man Hey­dər Əli­ye­vin si­ya­si ba­xış­la­rı­na da­ha də­rin mə­na qa­zan­dı­rır, onun Və­tə­ni­mi­zin in­di­si­nə və gə­lə­cə­yi­nə çox möh­kəm tel­lər­lə bağ­lı ol­du­ğu­nu da­ha ay­dın gös­tə­rir.

Dün­ya ta­ri­xi­nin ən hə­yə­can­lı epi­zod­la­rı­nı göz önü­nə gə­ti­rə­rək Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şı­nı tə­bii və qa­nu­na­uy­ğun hal ki­mi də­yər­lən­dir­mək olar. Çün­ki bü­tün xalq­la­rın ta­ri­xin­də ən ağır sı­naq qar­şı­sın­da bir­ləş­mək və təh­lü­kə­yə qar­şı özü­nün ən bö­yük gü­cü­nü or­ta­ya qoy­maq ins­tink­ti var­dır. Bir qay­da ola­raq, qar­şı­sı­nın alın­ma­sı müm­kün gö­rün­mə­yən re­al təh­lü­kə ərə­fə­sin­də bu ins­tinkt si­ya­si ba­xış­la­rın­dan ası­lı ol­ma­ya­raq cə­miy­yə­tin bü­tün tə­bə­qə­lə­ri­ni ye­ga­nə ümid ət­ra­fın­da bir­ləş­mək üçün so­nun­cu cəh­də sə­fər­bər edir. Ye­nə də bir qay­da ola­raq, ye­ga­nə ümid ro­lun­da top­lu­mun ən müd­rik şəx­siy­yə­ti çı­xış edir və cə­miy­yə­tin bir müd­rik şəxs ət­ra­fın­da küt­lə­vi sə­fər­bər­li­yi həl­le­di­ci gü­cə çev­ri­lir.

Be­lə bir mo­no­lit güc o za­ma­na­dək qey­ri-müm­kün gö­rü­nən bü­tün səd­lə­ri aşır, çı­xıl­maz­lıq­dan çı­xış yol­la­rı ta­pır, cə­miy­yə­tin və döv­lə­tin var­lı­ğı­nı təh­did edən ən bö­yük təh­lü­kə­ni bir an için­də bö­yük mə­sa­fə­yə uzaq­laş­dı­ra bi­lir. Dün­ya ta­ri­xin­də bu­na bən­zər bir sı­ra ib­rə­ta­miz ha­di­sə­lər var. Mə­sə­lən, bi­rin­ci dün­ya mü­ha­ri­bə­sin­də di­di­lib par­ça­lan­mış və ta­ma­mi­lə məhv ol­maq təh­lü­kə­si qar­şı­sın­da da­ya­nan Tür­ki­yə ən çə­tin sı­naq mə­qa­mın­da öz ümi­di­ni türk dün­ya­sı­nın bö­yük şəx­siy­yə­ti Mus­ta­fa Ka­mal Ata­tür­kün zə­ka­sı­na və mə­ha­rə­ti­nə bağ­la­dı və məhz onun şəx­siy­yə­ti üzə­rin­də sə­fər­bər olan ümum­mil­li mü­ba­ri­zə əz­mi Tür­ki­yə­ni qə­lə­bə­yə apar­dı.

İkin­ci Dün­ya mü­ha­ri­bə­sin­də in­gi­lis xal­qı­nın al­man fa­şiz­mi­nə qar­şı mü­ba­ri­zə ru­hu Uins­ton Çör­çil­lin şəx­siy­yə­ti üzə­rin­də öz tə­cəs­sü­mü­nü tap­dı. Ye­nə də İkin­ci Dün­ya mü­ha­ri­bə­sin­də iş­ğal al­tın­da olan Fran­sa­da fran­sız xal­qı­nın azad­lıq mü­ba­ri­zə­si­nin nü­və­sin­də Şarl de Qoll şəx­siy­yə­ti da­yan­dı.

1990-cı il­lə­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da ya­ran­mış hər­bi-  si­ya­si və­ziy­yət sa­da­la­dı­ğım ha­di­sə­lər­dən da­ha gər­gin və da­ha təh­lü­kə­li idi. Za­man da də­yiş­miş­di. Mü­rək­kəb si­ya­si tex­no­lo­gi­ya­la­rın tə­şək­kül tap­dı­ğı, if­rat də­rə­cə­də dif­fe­ren­si­al­laş­mış çox­qütb­lü qlo­bal si­ya­si mə­kan­da ha­di­sə­lə­rin axa­rı­nı is­tə­ni­lən səm­tə yö­nəlt­mək ar­tıq o qə­dər də asan de­yil­di. Be­lə bir mü­rək­kəb və­ziy­yət­də öl­kə­miz­də xal­qın azad­lı­ğı­nı və döv­lə­tin müs­tə­qil­li­yi­ni qo­ru­yub sax­la­maq mis­si­ya­sı Hey­dər Əli­ye­və nə­sib ol­du. Bu döv­rün mü­rək­kəb­li­yi on­dan iba­rət idi ki, dün­ya­nın təş­kil olun­du­ğu iki­qütb­lü qlo­bal si­ya­si sis­tem özü da­ğıl­mış­dı. Bu da­ğın­tı­lar içə­ri­sin­də xalq­la­rın öz azad­lı­ğı­na qo­vuş­maq və öz döv­lət müs­tə­qil­li­yi­ni əl­də et­mək ar­zu­la­rıy­la o za­ma­na­dək dün­ya si­ya­sə­tin­də apa­rı­cı rol oy­na­yan güc sa­hib­lə­ri­nin məq­səd­lə­ri bir-bi­ri­nə tərs mü­tə­na­sib idi. Bö­yük güc sa­hib­lə­ri üçün dün­ya si­ya­si xə­ri­tə­sin­də çox­say­lı xır­da döv­lət­lə­rin mey­da­na gəl­mə­si və on­lar­la ay­rı-ay­rı­lıq­da iş­bir­li­yi qur­maq və ya mü­ba­ri­zə apar­maq məc­bu­riy­yə­tin­də qal­ma­sı bö­yük döv­lət­lə­rin ma­ra­ğın­da de­yil­di. Bir tə­rəf­dən, xalq­la­rın azad­lıq ide­al­la­rı­nı, on­la­rın müs­tə­qil­li­yə qo­vuş­maq ar­zu­la­rı­nı təq­dir edə­rək on­la­rın de­mok­ra­tik dün­ya bir­li­yi­nə can at­ma­sı­nı al­qış­la­sa­lar da, di­gər tə­rəf­dən gün­dən-gü­nə sa­yı ço­xa­lan mil­li döv­lət­lə­ri öz tə­sir dai­rə­lə­rin­də sax­la­ma­ğın çə­tin ola­ca­ğı­nı bi­lə­rək, bö­yük döv­lət­lər bu pro­ses­lə­ri dəs­tək­lə­mə­yə o qə­dər də tə­ləs­mir­di­lər. Di­gər tə­rəf­dən, so­vet im­pe­ri­ya­sı hə­lə özü­nün da­ğıl­ma pro­se­si­nin için­də ikən özün­dən qo­pan mil­li döv­lə­tin ye­ni­dən han­sı yol­la ita­ət al­tı­na sa­lın­ma­sı­nın yol­la­rı­nı dü­şü­nür­dü­lər. Bu məq­sə­di­ni heç ol­ma­sa gə­lə­cək­də hə­ya­ta ke­çir­mək üçün son nə­fə­sin­də olan im­pe­ri­ya müs­tə­qil­li­yə qo­vuş­maq ar­zu­sun­da və ərə­fə­sin­də olan gənc mil­li döv­lət­lər ara­sın­da sü­ni zid­diy­yət­lər ya­ra­dır, on­la­rı im­pe­ri­ya­dan ası­lı sax­la­ya bi­lə­cək bü­tün ip­lə­ri əlin­də sax­la­ma­ğa ça­lı­şır­dı. Bu zid­diy­yət­lər özü­nü SSRİ-nin bü­tün pe­ri­fe­ri­ya­sın­da baş ve­rən lo­kal mü­ha­ri­bə­lər şək­lin­də gös­tə­rir­di. So­vet im­pe­ri­ya­sı­nın pe­ri­fe­ri­ya­sın­da ye­ni­cə ya­ran­maq­da olan mil­li döv­lət­lər­də im­pe­ri­ya si­ya­sə­ti­nin bü­tün bu in­cə­lik­lə­ri­ni an­la­ya­caq qə­dər zən­gin təc­rü­bə, də­rin si­ya­si dü­şün­cə və si­ya­si ira­də sa­hib­lə­ri isə çox az idi.

Mol­do­va­da, Gür­cüs­tan­da, Qa­za­xıs­tan­da və Bal­tik­ya­nı öl­kə­lər­də baş ve­rən ha­di­sə­lər­lə ya­na­şı Azər­bay­can­da cə­rə­yan edən də­rin hər­bi-si­ya­si böh­ran da­ha mü­rək­kəb, da­ha çox­ge­diş­li və müs­tə­qil­li­yi­mi­zi ön­lə­mək ba­xı­mın­dan da­ha təh­lü­kə­li idi. Dağ­lıq Qa­ra­bağ əra­zi­si­nin ta­ma­mi­lə iti­ril­mə­si, ət­raf ra­yon­la­rın mü­ha­si­rə şə­rai­tin­də hər cür kö­mək gös­tə­ril­mək­dən məh­rum ol­du­ğu bir şə­ra­it­də xa­ri­ci qüv­və­lər tə­rə­fin­dən öl­kə­nin müx­tə­lif his­sə­lə­rin­də se­pa­rat­çı­lıq fəa­liy­yə­ti­nin qı­zış­dı­rıl­ma­sı və dəs­tək­lən­mə­si, qey­ri-mü­əy­yən­lik mən­gə­nə­sin­də im­pe­ri­ya cə­sus­la­rı­nın öl­kə­ni və­tən­daş mü­ha­ri­bə­si­nə sü­rük­lə­mə­si Azər­bay­can döv­lət­çi­li­yi­nin möv­cud­lu­ğu­nu cid­di su­al al­tı­na qoy­muş­du.

Məhz be­lə bir təh­lü­kə qar­şı­sın­da bü­tün xalq və elə­cə də bir-bi­ri­nə kəs­kin mü­xa­li­fət­də da­ya­nan si­ya­si qüv­və­lər nə­zər­lə­ri­ni xal­qın ye­tiş­dir­di­yi ən müd­rik şəx­siy­yə­tə - Hey­dər Əli­ye­və yö­nəlt­di­lər. Xao­sun miq­ya­sın­dan dəh­şə­tə gə­lən və xal­qın yek­dil tə­lə­bi qar­şı­sın­da baş­qa çı­xış yo­lu qal­ma­yan o za­man­kı ha­ki­miy­yət is­rar­la Hey­dər Əli­ye­vi ha­ki­miy­yə­tə də­vət edə­rək, da­şı­ya bil­mə­dik­lə­ri yü­kün mə­su­liy­yə­tin­dən ya­xa­la­rı­nı qur­tar­maq üçün ha­ki­miy­yə­ti bu­ra­xıb qaç­dı.

Be­lə­lik­lə, möh­tə­şəm Qa­yı­dış baş ver­di. Əs­lin­də, 1993-cü il­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ikin­ci də­fə ha­ki­miy­yə­tə gəl­mə­si bir qə­dər ge­cik­miş qa­yı­dış ol­du. İde­al və­ziy­yət o ola bi­lər­di ki, Hey­dər Əli­yev so­vet hö­ku­mə­tin­də tut­du­ğu yük­sək və­zi­fə­dən is­te­fa ver­di­yi an Azər­bay­can ha­ki­miy­yə­ti tə­rə­fin­dən mil­li si­ya­sə­tə - müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­luq pro­ses­lə­ri­nə cəlb olu­nar­dı. Tə­əs­süf ki, o za­man­kı Azər­bay­can ha­ki­miy­yə­ti hə­min dövr­də dün­ya si­ya­sə­ti­nin nə­həng si­ma­la­rın­dan bi­ri he­sab olu­nan, xal­qı­mı­zın qəl­bin­də mil­lət ata­sı ki­mi ya­şa­yan Hey­dər Əli­ye­vin ha­di­sə­lə­rə lap baş­lan­ğı­cın­da ikən mü­da­xi­lə et­mə­si­nə şə­ra­it ya­rat­ma­dı. Ək­si­nə, si­ya­sət nə­hən­gi Hey­dər Əli­ye­vin Azər­bay­can­da ak­tiv si­ya­sə­tə qa­yıt­ma­sı­na ən­gəl­lər tö­rət­mək fik­ri­nə düş­dü­lər.

La­kin ha­di­sə­lə­rin son­ra­kı ge­di­şi onu gös­tər­di ki, be­lə bir mü­rək­kəb hər­bi-si­ya­si şə­ra­it­də ha­di­sə­lə­ri ida­rə et­mək və ən baş­lı­ca­sı, Azər­bay­ca­nın ye­ni­cə bər­pa olun­muş müs­tə­qil­li­yi­ni qo­ru­yub sax­la­maq xal­qı bir­ləş­di­rə­cək ye­ga­nə şəx­siy­yət Hey­dər Əli­yev­siz müm­kün ol­ma­ya­caq. Məhz bu­nun dərk olun­du­ğu və öl­kə­nin müx­tə­lif his­sə­lə­rə par­ça­la­na­raq öz döv­lət­çi­li­yi­ni itir­mək təh­lü­kə­si qar­şı­sın­da ol­du­ğu bir za­man­da Azər­bay­can xal­qı yek­dil şə­kil­də Hey­dər Əli­yev şəx­siy­yə­ti ət­ra­fın­da bir­ləş­di. O za­man­kı ha­ki­miy­yə­tin Hey­dər Əli­ye­vi Ba­kı­ya də­vət edib si­ya­si ha­ki­miy­yə­ti ona təh­vil ver­mək­dən baş­qa yo­lu qal­ma­dı.

Bu pro­se­sin özü də ra­hat keç­mə­di. Hey­dər Əli­ye­vin qa­yı­dı­şın­dan son­ra onun ha­ki­miy­yə­ti­nə qar­şı xa­ri­ci və da­xi­li qüv­və­lər tə­rə­fin­dən tö­rə­di­lən təx­ri­bat­lar, plan­laş­dı­rı­lan sui-qəsd­lər diq­qə­ti ya­yın­dı­rır, gər­gin­lik və­ziy­yə­ti­ni ara­dan qal­dır­ma­ğa və öl­kə­ni kri­tik və­ziy­yə­tə sa­lan sə­bəb­lə­rin çö­zül­mə­si­nə cid­di ma­neə ya­ra­dır­dı. Bü­tün bun­la­ra bax­ma­ya­raq, Hey­dər Əli­yev zə­ka­sı Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nə qar­şı yö­nəl­miş xa­ri­ci və da­xi­li təz­yiq­lə­rin, hər­bi mü­da­xi­lə­nin qar­şı­sı­nı ala bil­di. Xalq da məhz bu­nu göz­lə­yir­di və bu­na ina­nır­dı.

Bu ina­mı ya­ra­dan Hey­dər Əli­ye­vin Azər­bay­can xal­qı­nın göz­lə­ri qar­şı­sın­da ke­çən hə­ya­tı və fəa­liy­yə­ti ol­muş­du. Hə­lə 1969-cu il­də Hey­dər Əli­yev Azər­bay­can­da ha­ki­miy­yə­tə gə­lə­nə qə­dər Azər­bay­can So­vet İt­ti­fa­qı­nın tə­nəz­zül için­də bo­ğu­lan ge­ri­də qal­mış əya­lət­lə­rin­dən bi­ri idi. Hə­min il­dən baş­la­ya­raq Azər­bay­ca­na rəh­bər­lik edən Hey­dər Əli­ye­vin fəa­liy­yə­ti nə­ti­cə­sin­də cə­mi on il ər­zin­də öl­kə iq­ti­sa­di, mə­də­ni, so­si­al in­ki­şa­fı­na gö­rə İt­ti­faq da­xi­lin­də ən yük­sək pil­lə­yə qal­xa bil­di. Məhz o dövr­də, İt­ti­faq çər­çi­və­sin­də ol­sa da, Azər­bay­ca­nın mil­li döv­lət­çi­lik struk­tur­la­rı­nın tə­şək­kül tap­ma­sı, Azər­bay­can və­tən­da­şı­nın so­vet­lər bir­li­yi çər­çi­və­sin­də yük­sək mə­də­ni, in­tel­lek­tu­al po­ten­sia­la yi­yə­lən­mə­si baş tu­tur­du.

Bü­tün bun­la­rı za­ma­nın­da hə­ya­ta ke­çi­rən Hey­dər Əli­ye­vin si­ya­si təc­rü­bə­si ye­ni və çox mü­rək­kəb bir şə­ra­it­də Azər­bay­ca­nı son­ra­kı in­ki­şaf yo­lu­na düz­gün is­ti­qa­mət­lən­dir­mək üçün ki­fa­yət qə­dər zən­gin po­ten­si­al ya­rat­mış­dı. Hə­min dövr­də Azər­bay­can xal­qı­nın və döv­lə­ti­nin möv­qe­yi­ni doğ­ru-düz­gün mü­əy­yən­ləş­di­rib or­ta­ya qoy­maq və bu­nu la­zı­mi şə­kil­də dün­ya bir­li­yi­nin diq­qə­ti­nə təq­dim et­mək, dün­ya döv­lət­lə­ri­nin ya­ran­maq­da olan Azər­bay­can döv­lət­çi­li­yi­nə dəs­tə­yi­ni tə­min et­mək baş­lı­ca və­zi­fə idi.

Be­lə bir və­zi­fə­nin öh­də­sin­dən an­caq Hey­dər Əli­yev gə­lə bi­lər­di və 1993-cü il­də Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şı Azər­bay­can xal­qı­na bu na­dir für­sə­ti ver­di. Bu im­kan­dan mə­ha­rət­lə, zər­gər də­qiq­li­yi ilə is­ti­fa­də edən Hey­dər Əli­yev bu və­zi­fə­nin öh­də­sin­dən la­yi­qin­cə gəl­di. O, qı­sa bir müd­dət ər­zin­də atəş­kə­sin əl­də olun­ma­sı­na, qüv­və­lə­rin sə­fər­bər edil­mə­si üçün zə­ru­ri olan təş­ki­lat­lan­ma fəa­liy­yə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə, iq­ti­sa­di tə­nəz­zü­lün da­yan­dı­rıl­ma­sı­na və öl­kə­nin da­vam­lı in­ki­şa­fı­na yol açan sa­bit­li­yin tə­min edil­mə­si­nə na­il ol­du.

Bö­yük si­ya­si mü­tə­fək­kir ki­mi, Hey­dər Əli­ye­vin keç­di­yi hə­yat yo­lu və bü­töv bir xal­qın gə­lə­cə­yi­ni mü­əy­yən edən uğur­lu si­ya­si kur­su­nun kö­kün­də da­ya­nan sə­bəb­lər haq­qın­da çox­say­lı də­yər­li əsər­lər ya­zı­lır. Bu araş­dır­ma­lar­da Hey­dər Əli­yev ye­ni ta­rix­də xal­qı­mı­zın ye­tiş­dir­di­yi ən bö­yük dü­ha sa­hi­bi ki­mi xa­rak­te­ri­zə olu­nur və bu şək­siz­dir. La­kin Hey­dər Əli­yev şəx­siy­yə­ti­nə tək­cə Azər­bay­can kon­teks­tin­də de­yil, da­ha ge­niş miq­yas­da - XX əs­rin qlo­bal si­ya­si ay­na­sın­da bax­maq, dün­ya si­ya­sə­ti­nin for­ma­laş­ma­sın­da mü­hüm rol oy­na­mış si­ya­si xa­dim­lər­lə bir sı­ra­da nə­zər sal­maq onun si­ya­si por­tre­ti­ni da­ha önəm­li ciz­gi­lər­lə zən­gin­ləş­dir­miş olar.

Məhz bu ra­kurs­da biz Hey­dər Əli­ye­vi bü­tün öm­rü bo­yu müa­sir dün­ya si­ya­sə­ti­nin qay­nar mə­ka­nın­da, onun ya­ra­dı­cı­la­rı və yön­lən­di­ri­ci­lə­ri­nin ön sı­ra­la­rın­da gö­rü­rük. Xü­su­sən so­vet döv­rü­nün son il­lə­rin­də, kom­mu­nist ideo­lo­gi­ya­sı­nın tə­nəz­zü­lü fo­nun­da ya­ra­dı­lən Qor­ba­çov si­ya­sə­ti­nə qar­şı çıx­ma­sı və heç kim tə­rə­fin­dən an­la­şıl­ma­yan qey­ri-mü­əy­yən bir si­ya­sə­ti dəs­tək­lə­mək­dən im­ti­na et­mə­si onu döv­rün po­zi­tiv si­ya­si pers­pek­tiv­lə­ri­ni düz­gün mü­əy­yən edə bi­lən ye­ga­nə so­vet si­ya­sət­çi­si ki­mi ta­nı­dır.

Ha­di­sə­lə­rin son­ra­kı in­ki­şa­fı da gös­tər­di ki, so­vet li­der­lə­ri ara­sın­da post­so­vet mə­ka­nın­da müs­tə­qil­ləş­mə epo­xa­sı­nın zə­ru­rət­lə­ri­ni du­yan və si­ya­sət­də ye­ni yo­lun tra­yek­to­ri­ya­sı­nı də­qiq­lik­lə cı­za bi­lən, ye­ni döv­rün qü­sur­suz si­ya­si-ideo­lo­ji kur­su­nu ər­sə­yə gə­ti­rən ye­ga­nə si­ya­sət­çi məhz Hey­dər Əli­yev ol­du. Məhz bu ba­xım­dan, öz döv­rü­nün ən xa­riz­ma­tik döv­lət xa­di­mi və ən praq­ma­tik si­ya­sət­çi­si ki­mi ta­nı­nan Hey­dər Əli­yev ümum­bə­şə­ri də­yər­lə­rin da­şı­yı­cı­sı mis­si­ya­sı­na yük­sə­lən uni­ver­sal şəx­siy­yət ki­mi re­gio­nun coğ­ra­fi sər­həd­lə­ri­nə sığ­ma­ya­raq ümum­dün­ya kon­teks­ti­nə çı­xır.

Hey­dər Əli­ye­vin si­ya­si fəa­liy­yə­ti, əsa­sən, XX əs­rin ikin­ci ya­rı­sı ilə bağ­lı­dır. Bü­töv­lük­də, XX əsr bə­şər ta­ri­xin­də bir çox tə­la­tüm­lü ha­di­sə­lə­rin baş ver­di­yi, iki dün­ya mü­ha­ri­bə­si­nin od ələ­di­yi, çox­say­lı mil­li döv­lət­lə­rin mey­da­na gəl­di­yi, si­ya­si və iq­ti­sa­di böh­ran­la­rın qa­çıl­maz ol­du­ğu və ey­ni za­man­da, dün­ya in­ki­şa­fı­na tə­kan ve­rən pro­ses­lə­rin ya­şan­dı­ğı qlo­bal zid­diy­yət­lər­lə do­lu dra­ma­tik yü­zil­lik ki­mi ta­ri­xə düş­dü. Baş ve­rən bü­tün bu pro­ses­lər dün­ya­nın bu­gün­kü mən­zə­rə­si­ni ər­sə­yə gə­tir­mək­lə ya­na­şı, həm də si­ya­sət­də apa­rı­cı şəx­siy­yət­lə­rin döv­lət­lə­rin və bü­töv­lük­də bə­şə­riy­yə­tin ta­le­yin­də nə qə­dər önəm­li rol oy­na­dı­ğı­nı gös­tər­di. Məhz bu­na gö­rə Azər­bay­ca­nın üz­ləş­di­yi tə­ca­vüz və er­mə­ni­lər tə­rə­fin­dən mil­li ay­rı­seç­ki­lik zə­mi­nin­də et­nik tə­miz­lə­mə si­ya­sə­ti ar­tıq sa­də­cə mil­li təh­lü­kə­siz­li­yi­mi­zi de­yil, ey­ni za­man­da bə­şə­ri də­yər­lə­ri təh­did edən, bey­nəl­xalq hü­qu­qa zidd olan təh­lü­kə­li ten­den­si­ya xa­rak­te­ri al­mış­dı. Be­lə bir mə­qam­da er­mə­ni fa­şiz­mi­nə qar­şı ümum­mil­li cəb­hə­ni for­ma­laş­dı­ra bil­mə­si məhz Hey­dər Əli­yev şəx­siy­yə­ti­nin qüd­rə­ti idi. Xü­su­si­lə 1994-cü ilin ap­re­lin­də düş­mən hü­cum­la­rı­nın kəs­kin­ləş­di­yi mə­qam­da Hey­dər Əli­ye­vin xal­qa mü­ra­ciə­ti­ni xa­tır­la­maq ye­ri­nə dü­şər. Ağ­dam, Tər­tər, Fü­zu­li ra­yon­la­rı is­ti­qa­mə­tin­də er­mə­ni qo­şun bir­ləş­mə­lə­ri­nin aram­sız hü­cum­la­rı­nı dəf et­mək ümum­mil­li sə­fər­bər­li­yin ən yük­sək şə­kil­də təş­ki­li zə­ru­rə­ti­ni ya­rat­mış­dı. Be­lə bir an­da Hey­dər Əli­ye­vin so­yuq­qan­lı və bir o qə­dər də qə­tiy­yət­li, xal­qın və­tən­pər­vər­lik hiss­lə­ri­ni alov­lan­dı­ran mü­ra­ciə­tin­dən son­ra qı­sa za­man ər­zin­də cəb­hə­də əhə­miy­yət­li dö­nüş ya­ran­dı, düş­mən tap­da­ğın­da olan bir ne­çə qə­sə­bə və kən­di­miz iş­ğal­dan azad olun­du. Cəb­hə­də ya­ra­nan dö­nüş tez bir za­man­da düş­mə­ni atəş­kəs sa­zi­şi im­za­la­ma­ğa məc­bur et­di. Məhz bu ta­rix­dən baş­la­ya­raq, Azər­bay­can­da da­ha sis­tem­li və va­hid mər­kəz­dən ida­rə olu­nan or­du qu­ru­cu­lu­ğu­na start ve­ril­di.

Za­man-za­man Azər­bay­can döv­lət­çi­li­yi­nə qar­şı qəsd­lə­rin, döv­lət çev­ri­li­şi cəhd­lə­ri­nin müs­tə­qil­li­yi­mi­zin və gənc döv­lə­ti­mi­zin məhv ol­ma­sı təh­lü­kə­si­ni or­ta­ya çı­xar­dı­ğı an­lar­da Hey­dər Əli­ye­vin föv­qə­la­də çe­vik­lik­lə öz qə­tiy­yət­li möv­qe­yi­ni bir­ba­şa xal­qa ün­van­la­ma­sı və bir an­da bü­tün xal­qı təh­lü­kə­yə qar­şı bir­ləş­dir­mə­yə na­il ola bil­mə­si də onun si­ya­si cə­sa­rə­ti­nin və xalq­la rəh­bər ara­sın­da qar­şı­lıq­lı ina­mın na­dir nü­mu­nə­si­dir.

Hey­dər Əli­yev şəx­siy­yə­ti­nin özü­nə­məx­sus­lu­ğu da xü­su­si əhə­miy­yət kəsb edir. O, bir çox si­ya­sət­çi müa­sir­lə­rin­dən fərq­li ola­raq, tək­cə öz döv­rü­nün de­yil, da­ha ge­niş za­man çər­çi­və­sin­də baş ve­rən ic­ti­mai-si­ya­si pro­ses­lə­rin axa­rı­nı mü­əy­yən edə bi­lən güc­lü si­ya­si ira­də sa­hi­bi, ye­ni dün­ya ta­ri­xi­nin ra­sio­nal si­ya­sət­çi­si, uzaq­gö­rən bir döv­lət xa­di­mi­dir. Hey­dər Əli­yev tək­cə Gə­lə­cə­yi gör­mür, həm də o Gə­lə­cə­yi ya­ra­dır­dı: Sa­ba­ha doğ­ru ge­dən yo­lu açır və in­san­la­rı o yol­la get­mə­yə sə­fər­bər edir­di.

Bü­tün si­ya­si kar­ye­ra­sı bo­yun­ca Hey­dər Əli­ye­və qar­şı qıs­qanc mü­na­si­bə­tin, za­man-za­man edi­lən xə­ya­nət­lə­rin kö­kün­də də məhz onun öz zəh­mə­ti ilə qa­zan­dı­ğı bö­yük nü­fu­zun "təh­lü­kə­si" da­ya­nır­dı. SSRİ-nin so­nun­cu rəh­bə­ri ol­muş Mi­xa­il Qor­ba­ço­vun Hey­dər Əli­ye­və qar­şı qə­rəz­li mü­na­si­bə­ti bu­nun ba­riz nü­mu­nə­si­dir. Ma­lik ol­du­ğu key­fiy­yət­lər­lə tut­du­ğu si­ya­si və­zi­fə­nin mə­su­liy­yə­ti ara­sın­da də­rin uçu­rum olan bu şəx­sin par­laq zə­ka­ya ma­lik bir şəx­siy­yə­tə - Hey­dər Əli­ye­və qar­şı qə­rəz­li mü­na­si­bə­ti də məhz o "təh­lü­kə" duy­ğu­sun­dan qay­naq­la­nır­dı.

Na­haq ye­rə de­yil­mir ki, za­man ta­rix bo­yun­ca əsl hə­qi­qət­lə­ri üzə çı­xa­ran, ki­min kim ol­du­ğu­nu tam çıl­paq­lı­ğı ilə gös­tə­rən ən dü­rüst mi­zan-tə­rə­zi­dir. Ta­ri­xin üzə çı­xar­dı­ğı əda­lət və re­al­lıq isə bun­dan iba­rət­dir: Qor­ba­çov öz adı­nı ta­ri­xə bö­yük bir döv­lə­ti da­ğı­dan, əli qa­na bu­laş­mış ci­na­yət­kar bir şəxs ki­mi, Hey­dər Əli­yev isə Azər­bay­can ad­lı məm­lə­kə­ti ye­ni­dən qu­ran, onun müs­tə­qil­li­yi­ni əbə­di və sar­sıl­maz edən şəx­siy­yət ki­mi yaz­dır­dı. Bu da ta­ri­xin mi­zan-tə­rə­zi­si!

So­vet İt­ti­fa­qı­nın sü­qu­tun­dan son­ra müs­tə­qil­li­yi­ni bər­pa edən döv­lət­lə­rin bu­gün­kü si­ya­si-iq­ti­sa­di du­ru­mu, re­gio­nal və qlo­bal miq­yas­da tut­duq­la­rı yer hə­min döv­lət­lə­rə rəh­bər­lik et­miş şəxs­lə­rin seç­dik­lə­ri si­ya­si xət­lə bir­ba­şa bağ­lı­dır. Bu­nu post­so­vet öl­kə­lə­ri­nin keç­miş rəh­bər­lə­ri­nin fəa­liy­yə­ti­nə və hə­min öl­kə­lə­rin bu­gün­kü si­ya­si-iq­ti­sa­di du­ru­mu­na nə­zər sal­dıq­da da­ha ay­dın gör­mək müm­kün­dür. Be­lə bir mü­qa­yi­sə­də də Hey­dər Əli­yev si­ya­sə­ti öz möh­tə­şəm­li­yi ilə üzə çı­xır. Həm də bir fak­tı nə­zər­dən qa­çır­maq ol­maz ki, Azər­bay­ca­nın yer­ləş­di­yi geo­po­li­tik mə­kan di­gər post­so­vet öl­kə­lə­rin­dən öz mü­rək­kəb­li­yi və həs­sas­lı­ğı ilə fərq­lə­nir.

Hey­dər Əli­yev­dən baş­qa vax­ti­lə So­vet "Po­lit­bü­ro"su­nun tər­ki­bin­də ol­muş bü­tün si­ya­sət­çi­lə­rin ad­la­rı­nı Əla­həz­rət Ta­rix qı­sa müd­dət ər­zin­də yad­daş­lar­dan sil­di. On­lar­dan heç bi­ri­nin si­ya­si ir­si və si­ya­si kur­su ye­ni, müs­tə­qil bir döv­lə­tin hə­yat yo­lu­na çev­ril­mə­di. Dün­ya in­ki­şa­fı­nın pers­pek­ti­vi­ni ay­dın gö­rən, ona doğ­ru ad­dım­la­yan və öl­kə­si­ni, xal­qı­nı ona doğ­ru is­ti­qa­mət­lən­di­rən Hey­dər Əli­ye­vin uzaq­gö­rən si­ya­sə­ti isə müa­sir Azər­bay­ca­nın dün­ya bir­li­yi­nə tə­bii in­teq­ra­si­ya­sı­nı tə­min edə­rək, onun müs­tə­qil­li­yi­ni əbə­di və dön­məz et­di.

Bu si­ya­sət, hər şey­dən əv­vəl, uzun­müd­dət­li sa­bit­li­yin bər­qə­rar olun­ma­sı­na yö­nəl­miş­dir. Bu si­ya­sət za­man çər­çi­və­si ilə məh­dud­laş­mır - gə­lə­cə­yə hə­dəf­lən­miş­dir. Bu si­ya­sət geo­po­li­tik ma­raq­la­rı toq­quş­dur­mur, ək­si­nə, hə­min ma­raq­la­rın Azər­bay­ca­nın mil­li mə­na­fe­lə­ri ilə uz­la­şan ide­al har­mo­ni­ya­sı­nı ya­ra­dır. Məhz bu si­ya­sət hə­lə uzun il­lər Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sət dok­tri­na­sı­nın özə­yi­ni, mil­li in­ki­şa­fı­mı­zın tə­mə­li­ni təş­kil edə­cək­dir. Məhz bu cə­hət­lə­ri Hey­dər Əli­yev si­ya­sə­ti­ni qlo­bal si­ya­sət sə­viy­yə­si­nə yük­səl­dir, onun özü­nü isə dün­ya miq­yas­lı şəx­siy­yə­tə çe­vi­rir.

Hey­dər Əli­yev Azər­bay­can xal­qı­nın ri­fa­hı­nı, mil­li döv­lət­çi­li­yi­mi­zin da­ha da güc­lən­mə­si­ni hər şey­dən üs­tün tu­tan və­tən­pər­vər li­der idi. Xü­su­si­lə öm­rü­nün son on ilin­də Hey­dər Əli­ye­vin fəa­liy­yə­ti hət­ta bir in­san öm­rü­nə sığ­ma­ya­caq qə­dər zən­gin ol­du. Xa­ri­ci öl­kə­lə­rə et­di­yi da­vam­lı sə­fər­lər­lə, da­xi­li və xa­ri­ci si­ya­sə­ti­mi­zin da­yaq­la­rı­nı ya­rat­maq­la, ümu­mən, bü­tün öl­kə­nin ye­ni­dən qu­rul­ma­sı­na rəh­bər­lik et­mək­lə Hey­dər Əli­yev Ye­ni Azər­bay­ca­nın əsa­sı­nı qoy­du. İs­tə­ni­lən xa­rak­ter­li böh­ran­dan sa­bit­li­yə ke­çi­din uzun­müd­dət­li və ağ­rı­lı pro­ses ol­du­ğu şüb­hə­siz­dir. Hey­dər Əli­ye­vin si­ya­si dü­ha­sı­nın bö­yük­lü­yü isə on­da idi ki, uzaq­gö­rən si­ya­si ge­diş­lə­ri ilə bu­gün­kü sü­rət­li in­ki­şa­fı­mı­zın kö­kün­də da­ya­nan sa­bit­li­yi qı­sa za­man kə­si­yin­də bər­qə­rar et­mə­yə na­il ol­du.

Gər­gin iş re­ji­mi­nin səh­hə­tin­də prob­lem­lər ya­rat­ma­sı­na bax­ma­ya­raq, Azər­bay­can uğ­run­da yo­rul­maz fəa­liy­yə­ti­ni bir an be­lə da­yan­dır­ma­dı. Yal­nız Hey­dər Əli­ye­vin gü­cü, qə­tiy­yə­ti, öl­kə­mi­zin ma­raq­la­rı­na xə­ləl gə­ti­rə bi­lə­cək mə­sə­lə­lər­də tut­du­ğu prin­si­pi­al möv­qe­yi Azər­bay­ca­na bey­nəl­xalq miq­yas­da ya­naş­ma­nı də­yiş­di. Məhz onun yo­rul­maz səy­lə­ri nə­ti­cə­sin­də Azər­bay­can kon­ser­va­tiv, ti­pik post­so­vet öl­kə­si ki­mi de­yil, bey­nəl­xalq və re­gio­nal müs­tə­vi­də sa­bit və da­vam­lı in­ki­şaf vəd edən bə­ra­bər­hü­quq­lu tə­rəf­daş ki­mi ta­nın­ma­ğa baş­la­dı.

Hey­dər Əli­ye­vin Azər­bay­can xal­qı qar­şı­sın­da xid­mət­lə­ri, re­gi­on­da sa­bit­li­yin bər­qə­rar olun­ma­sın­da oy­na­dı­ğı rol bir çox ta­nın­mış döv­lət adam­la­rı tə­rə­fin­dən də ay­dın şə­kil­də ifa­də olun­muş və yük­sək qiy­mət­lən­di­ril­miş­dir. ABŞ-ın keç­miş Pre­zi­den­ti Corc Buş onun haq­qın­da de­yir­di: "Hey­dər Əli­yev Cə­nu­bi Qaf­qaz­da uzun müd­dət ər­zin­də ən əsas şəx­siy­yət ol­muş­dur. Onun möv­qe­yi və gös­tər­di­yi səy­lər Azər­bay­ca­nın iq­ti­sa­di in­ki­şa­fı­nı möh­kəm­lən­di­rən bö­yük həcm­li xa­ri­ci sər­ma­yə­lə­rin cəlb olun­ma­sın­da əsas rol oy­na­mış­dır. Bu nai­liy­yət­lər mil­yon­lar­la azər­bay­can­lı­nın hə­ya­tı­nı yax­şı­laş­dır­mış və Azər­bay­ca­nın XXI əs­rə müa­sir döv­lət ki­mi da­xil ol­ma­sı­na şə­ra­it ya­rat­mış­dır". Bu fi­kir­lər Hey­dər Əli­yev tə­rə­fin­dən yü­rü­dü­lən si­ya­sə­tin öl­kə da­xi­lin­də sa­bit­li­yə və iq­ti­sa­di in­ki­şa­fa tə­kan ver­di­yi­ni ifa­də et­mək­lə ya­na­şı, həm də onun bü­töv­lük­də re­gio­nal müs­tə­vi­də sül­hya­ra­dı­cı və qlo­bal in­teq­ra­si­ya­ya yol açan fəa­liy­yə­ti­nin əhə­miy­yə­ti­ni bir da­ha təs­diq­lə­yir.

Bö­yük Bri­ta­ni­ya­nın keç­miş Baş na­zi­ri To­ni Ble­yer də Hey­dər Əli­yev haq­qın­da fi­kir­lə­ri­ni bö­lü­şər­kən sa­bit­lik fak­to­ru­nu xü­su­si­lə vur­ğu­la­yır: "Hey­dər Əli­yev Azər­bay­ca­nın bö­yük li­de­ri idi. O, böh­ran­lar döv­rün­də öz öl­kə­si­nə sa­bit­lik gə­tir­di. Azər­bay­can xal­qı onun qoy­du­ğu irs­lə fəxr edə bi­lər". 

Tür­ki­yə Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan Hey­dər Əli­yev şəx­siy­yə­ti­nə Azər­bay­can, re­gi­on və ümum­dün­ya kon­teks­tin­də ya­na­şa­raq bil­di­rir: "Hey­dər Əli­yev Azər­bay­ca­nın xoş­bəxt­li­yi və fi­ra­van­lı­ğı, böl­gə­də və dün­ya­da sülh na­mi­nə gös­tər­di­yi föv­qə­la­də xid­mət­lər­lə türk və dün­ya ta­ri­xin­də şə­rəf­li yer tut­muş­dur." Doğ­ru­dan da, Hey­dər Əli­yev öz xal­qı­nın ta­ri­xi kök­lə­ri­nə bağ­lı olan elə bir şəx­siy­yət­dir ki, bü­tün si­ya­si fəa­liy­yə­ti ər­zin­də türk dün­ya­sı­nın bir­li­yi­nə, bü­töv­ləş­mə­si­nə və va­hid güc mər­kə­zi­nə çev­ril­mə­si­nə bö­yük inam bəs­lə­miş və bu pro­se­sin da­vam­lı in­ki­şa­fı­na ça­lış­mış­dır.

Son 25 il ər­zin­də Azər­bay­ca­nın həm bey­nəl­xalq si­ya­sət­də və həm də öl­kə­nin iq­ti­sa­di, mə­də­ni, so­si­al və hu­ma­ni­tar in­ki­şa­fın­da əl­də et­di­yi nai­liy­yət­lər hə­min dövr­də Hey­dər Əli­yev tə­rə­fin­dən atı­lan ad­dım­la­rın ye­ga­nə düz­gün çı­xış yo­lu və bu yo­lun da ən uğur­lu yol ol­du­ğu­nu gös­tə­rir. Bu gün Azər­bay­can qlo­bal si­ya­sət­də öz müs­tə­qil si­ya­sə­ti­ni ye­ri­dən, bü­tün is­ti­qa­mət­lər­də öz xal­qı­nın mil­li ma­raq­la­rı­nı tə­min edə bi­lən müa­sir tip­li mü­kəm­məl bir döv­lət­dir. Bu döv­lə­tin iz­lə­di­yi si­ya­si kurs məhz 1993-cü il­də Hey­dər Əli­yev tə­rə­fin­dən tə­mə­li qo­yul­muş si­ya­si kur­sun - döv­lət müs­tə­qil­li­yi­mi­zin əbə­di­li­yi və dön­məz­li­yi kur­su­nun da­va­mı­dır.

Hey­dər Əli­yev şəx­siy­yə­ti o qə­dər zən­gin­dir ki, is­tə­ni­lən as­pekt­dən ya­naş­dıq­da onun in­tə­ha­sız fəa­liy­yə­ti­nin ge­niş okea­nı­na çı­xa bi­lir­sən. Öy­rə­nil­dik­cə öy­rə­ni­lən, heç za­man tü­kən­mə­yən Hey­dər Əli­yev ir­si, onu müa­si­ri ol­du­ğu di­gər dün­ya si­ya­sət­çi­lə­rin­dən fərq­lən­di­rən si­ya­si dü­ha­sı, onun ya­ra­dı­cı zə­ka­sı hə­lə uzun il­lər çox­tə­rəf­li araş­dır­ma­la­rın möv­zu­su ola­caq. Bu şəx­siy­yə­tin ta­rix­də oy­na­dı­ğı əhə­miy­yət­li rol hə­mi­şə da­ha də­rin və da­ha ge­niş məz­mun­da, da­ha kon­sep­tu­al şə­kil­də açı­la­caq. Am­ma bir hə­qi­qət heç za­man də­yiş­mə­yə­cək: Hey­dər Əli­yev müa­sir Azər­bay­ca­nın qu­ru­cu­su ol­maq­la ya­na­şı, tə­rəq­qi və əda­lət, sülh­pər­vər­lik və hu­ma­nizm ide­ya­la­rı­na, bə­şə­ri də­yər­lə­rə əsas­la­nan ge­niş spekt­rli fəa­liy­yə­ti ilə bə­şər ta­ri­xi­nin ye­tiş­dir­di­yi na­dir şəx­siy­yət­lər­dən­dir.

Hey­dər Əli­ye­vin adı qə­lə­bə sim­vo­lu­dur. O, özü­nün bü­tün yaş dövr­lə­rin­də öz zə­ka­sı və əmək­se­vər­li­yi ilə içə­ri­sin­də ol­du­ğu cə­miy­yə­tin ön sı­ra­la­rın­da ad­dım­la­yan, hə­min cə­miy­yə­tin qay­ğı və eh­ti­yac­la­rı­na həs­sas­lıq­la ya­na­şıb, cə­miy­yət qar­şı­sı­na çı­xan prob­lem­lə­rin həl­li­ni öz üzə­ri­nə gö­tü­rən fə­da­kar bir Li­der idi. Bu fə­da­kar­lıq onun öz xal­qı­na olan mə­həb­bə­tin­dən və öz döv­lə­ti­ni və xal­qı­nı hə­mi­şə qa­lib­lər sı­ra­sın­da gör­mək ar­zu­sun­dan irə­li gə­lir­di. Onun hə­yat mis­si­ya­sı məhz bu qa­li­biy­yə­ti tə­min et­mək­dən iba­rət idi.

Za­ma­nın sı­naq anın­da Hey­dər Əli­yev bu mis­si­ya­nı şə­rəf­lə və lə­ya­qət­lə ye­ri­nə ye­tir­di. Məhz onun sa­yə­sin­də bu gün döv­lə­ti­mi­zin müs­tə­qil­li­yi dön­məz və sar­sıl­maz­dır. Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Şəx­siy­yət ob­ra­zı isə Azər­bay­ca­nın əbə­di Qə­lə­bə sim­vo­lu­dur.

Ca­van­şir FEY­Zİ­YEV,
Mil­li Məc­li­sin de­pu­ta­tı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:02
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ