Ukrayna böhranına görə, Rusiyaya təzyiqləri artıran ABŞ Moskvaya qarşı daha bir cəbhə açmağa hazırlaşır. Bildirilir ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı Amerika və Avropa sanksiyalarına Asiya ölkələrini də qoşmağa çalışır. Baki-xeber.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı ABŞ Asiya ölkələrinə emisar da göndərib və danışıqlar aparılır.
Qeyd edilir ki, emisar Sinqapur, Çin, Cənubi Koreyanı ziyarət edib, bir neçə gündən sonra isə Yaponiyaya gedəcək.
Rusiyada belə hesab olunur ki, Asiya ölkələrinin ABŞ və Qərbin Rusiya sanksiyalarına qoşulması mümkün deyil. Xüsusilə, Çin bu problemlə əlaqədar olaraq başdan bəri ABŞ-dan uzaqda dayandı. Üstəlik, Rusiyaya qarşı ilk sanksiyaların tətbiq olunduğu dövrdə onunla 400 milyard dollarlıq qaz müqaviləsi bağladı.