Bazar ertəsi günü, 16 noyabr 2026
     

Er­mə­nis­tan Qa­ra­bağ mə­sə­lə­sin­də bey­nəl­xalq da­la­na di­rə­nir...

Image


Bu gün Er­mə­nis­tan­dan fərq­li ola­raq, Azər­bay­can re­gio­nun li­der öl­kə­si sta­tu­su­nu da­şı­maq­la ya­na­şı, həm də ötən dövr ər­zin­də özü­nə çox­say­lı müt­tə­fiq­lər qa­zan­ma­ğı ba­ca­rıb. İn­di bir çox bey­nəl­xalq plat­for­ma­lar­da Azər­bay­ca­nın möv­qe­yi­ni dəs­tək­lə­yən, onun­la əmək­daş­lı­ğı ge­niş­lən­dir­mə­yi prio­ri­tet is­ti­qa­mət­lər­dən bi­ri ki­mi qə­bul edən öl­kə­lə­rin sa­yı ki­fa­yət qə­dər­dir.

Mə­sə­lə­nin bu tə­rə­fi­nə nə­zər sa­lan Er­mə­nis­ta­nın "Jo­xo­vurd" qə­ze­ti ya­zır ki, Azər­bay­ca­nın müt­tə­fiq­lə­ri­nin sa­yı­nın art­ma­sı Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə də tə­sir­siz ötüş­mür: "Bü­tün bun­la­rın nə­ti­cə­si­dir ki, bey­nəl­xalq plat­for­ma­lar­da Qa­ra­bağ mə­sə­lə­sin­də yal­nız Azər­bay­ca­nın möv­qe­yi qə­bul olu­nur. Hət­ta bi­zim güc­lü lob­bi­miz be­lə bu mə­sə­lə­də in­di han­sı­sa ye­ni­lik edə bil­mir. Azər­bay­ca­na re­al dəs­tək ve­rən öl­kə­lə­rin sa­yı art­dı­ğı hal­da, Er­mə­nis­tan tək­lən­miş və­ziy­yət­də­dir".

Be­lə bir vaxt­da Er­mə­nis­ta­nı na­ra­hat edən da­ha bir mə­qam Azər­bay­can­la Tür­ki­yə­nin böl­gə­nin gə­lə­cə­yi­ni mü­əy­yən edən iş­bir­li­yi hə­ya­ta ke­çir­mə­si­dir. Ye­nə də "Jo­xo­vurd" qə­ze­ti bu xü­sus­da ya­zır ki, Qaf­qa­zın iq­ti­sa­di mən­zə­rə­si­nin mü­əy­yən edil­mə­sin­də Azər­bay­ca­nın Tür­ki­yə ilə bir­gə hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lə­rin əhə­miy­yə­ti ge­də­rək ar­tır: "On­lar Gür­cüs­ta­nı da bu pro­se­sə da­xil edib­lər. Am­ma mə­sə­lə tək­cə iq­ti­sa­di yox, həm də si­ya­si, hər­bi sa­hə­lə­ri əha­tə et­mə­yə baş­la­yıb". Ye­ri gəl­miş­kən qeyd edək ki, gös­tə­ri­lən xü­sus­da Azər­bay­can və Tür­ki­yə hərb­çi­lə­ri­nin bir­gə ye­ni tə­lim­lə­ri də Er­mə­nis­tan­da bö­yük təş­viş ya­ra­dıb. Mə­lu­mat üçün bil­di­rək ki, Azər­bay­can və Tür­ki­yə Si­lah­lı Qüv­və­lə­ri­nin iyu­nun 12-də Nax­çı­van­da baş­la­yan bir­gə tak­ti­ki tə­lim­lə­ri da­vam edir. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin mə­lu­ma­tı­na əsa­sən, tə­lim­lə­rin ge­di­şin­də Əla­hid­də Ümum­qo­şun Or­du­nun, müx­tə­lif güc struk­tur­la­rı­nın və Tür­ki­yə Si­lah­lı Qüv­və­lə­ri­nin böl­mə­lə­ri tə­li­min sse­na­ri­si­nə əsa­sən "Hə­yə­can" siq­na­lı ilə qal­dı­rı­la­raq tə­lim ra­yo­nu­na çı­xa­rı­lıb. Bir­ləş­mə və his­sə­lər dö­yü­şə ha­zı­rol­ma plan­la­rı­na uy­ğun ola­raq fəa­liy­yət gös­tə­rib, böl­mə­lə­rin tam dö­yü­şə ha­zı­rol­ma və­ziy­yə­ti­nə gə­ti­ril­mə­si üçün mü­va­fiq təd­bir­lər gö­rü­lüb. 5000 nə­fə­rə­dək şəx­si he­yə­tin, 250-dən ar­tıq dö­yüş və müx­tə­lif tə­yi­nat­lı tex­ni­ka­nın cəlb olun­du­ğu tə­lim iyun ayı­nın 16-dək da­vam edə­cək. Er­mə­nis­tan me­dia­sı bu tə­lim­lə­rin heç də əbəs ol­ma­dı­ğı­nı və İrə­va­na təz­yi­qin bir for­ma­sı ol­du­ğu­nu ya­zır. O da qeyd edi­lir ki, ümu­miy­yət­lə, Ru­si­ya ilə mü­na­si­bət­lə­ri­ni yax­şı­laş­dı­ran Tür­ki­yə Qa­ra­bağ mə­sə­lə­sin­də də in­di ol­duq­ca fə­al möv­qe­yə ke­çib. Hət­ta bə­zi er­mə­ni me­dia or­qan­la­rı id­dia edir ki, Tür­ki­yə və Azər­bay­can iş­ğal edil­miş Dağ­lıq Qa­ra­bağ və di­gər əra­zi­lə­rin azad olun­ma­sı üçün bir­gə plan ha­zır­la­yıb. Bu plan­da iş­ğal olun­muş əra­zi­lə­rin azad olun­ma­sı üçün Azər­bay­ca­nın iq­ti­sa­di, si­ya­si və hər­bi sfe­ra­da güc­lən­mə­si, Er­mə­nis­ta­nın bey­nəl­xalq blo­ka­da­ya alı­na­raq zə­if­lə­dil­mə­si, geo­po­li­tik müs­tə­vi­də güc­lən­mək nə­zər­də tu­tu­lur. Er­mə­ni po­li­to­loq İqor Mu­rad­yan "Tür­ki­yə və Azər­bay­ca­nın Qa­ra­bağ pla­nı" ad­lı mə­qa­lə­sin­də ya­zır ki, An­ka­ra bey­nəl­xalq müs­tə­vi­də Ba­kı­nın ma­raq­la­rı­nı sıx şə­kil­də mü­da­fiə edir: "Hər iki öl­kə va­hid si­ya­sət yü­rü­dür və hər iki pay­taxt­da he­sab edir­lər ki, Qa­ra­ba­ğın azad edil­mə­si üçün əl­ve­riş­li mə­qam ye­ti­şib. An­ka­ra hə­qi­qə­tən ça­lı­şır ki, mü­na­qi­şə həll edil­sin və Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü tə­min olun­sun. Bu­nun üçün Tür­ki­yə öz sse­na­ri­si­ni işə sa­lır". Er­mə­ni po­li­to­lo­qa gö­rə, Tür­ki­yə Qərb və Ru­si­ya ara­sın­da ya­ran­mış zid­diy­yət­lə­rə əsas­la­nan kom­bi­na­si­ya qu­rub: "Ya­ran­mış və­ziy­yət be­lə­dir: Av­ro­pa İt­ti­fa­qı Er­mə­nis­ta­na müs­tə­qil­li­yi­ni itir­miş öl­kə ki­mi ba­xır, ABŞ İrə­va­nın NA­TO ilə əmək­daş­lı­ğı­nı is­tə­sə də, ar­tıq bu­nun müm­kün­süz­lü­yü­nü an­la­yıb. Ru­si­ya Er­mə­nis­ta­nın təc­rid olun­muş və­ziy­yə­tin­dən is­ti­fa­də edə­rək, is­tə­ni­lən qə­ra­rı onun boy­nu­na qo­ya bi­lər. Qərb­də əla an­la­yır­lar ki, Ru­si­ya ya­ra­mış im­ka­nı qa­çır­ma­ya­caq və Er­mə­nis­ta­nın ma­raq­la­rı­nı bir kə­na­ra qo­ya­raq, Tür­ki­yə və Azər­bay­can­la ra­zı­laş­ma­ğa ça­lı­şa­caq. Tə­bii ki, hər şey­dən ön­cə söh­bət Qa­ra­bağ mə­sə­lə­sin­də ra­zı­laş­ma­dan ge­dir". Mu­rad­yan pla­nın di­gər his­sə­si­ni də açıq­la­yıb. Onun fik­rin­cə, ikin­ci his­sə­də də nə­ti­cə­lər Azər­bay­ca­nın xey­ri­nə­dir: "Qərb Er­mə­nis­ta­nın müs­tə­qil­li­yi­ni itir­di­yi­ni qə­bul edən­dən son­ra gü­cü Azər­bay­ca­na ve­rir. Yə­ni Ru­si­ya­nın Cə­nu­bi Qaf­qaz­dan sı­xış­dı­rıl­ma­sı üçün bu va­ri­ant­dan is­ti­fa­də edir. Bu asan mə­sə­lə ol­ma­sa da, de­mək olar ki, həll edi­lib. Bu sse­na­ri üz­rə Ru­si­ya Cə­nu­bi Qaf­qaz­da sı­xış­dı­rı­lır, Er­mə­nis­tan isə oyun səh­nə­sin­dən ta­ma­mi­lə yox olur. Ar­tıq Va­şinq­ton­da­kı ana­li­tik­lə­rin qə­na­ət­lə­ri an­la­ma­ğa im­kan ve­rir ki, Ame­ri­ka sse­na­ri­si­nə gö­rə, re­gi­on­da Tür­ki­yə və Azər­bay­can­la irə­li­lə­mək la­zım­dır, bu­nun üçün də Er­mə­nis­tan­la bağ­lı mə­sə­lə həll edil­mə­li­dir. Qərb Ru­si­ya­ya qar­şı si­ya­si və iq­ti­sa­di mü­ha­ri­bə elan edib və bu, Er­mə­nis­ta­nın aman­sız nə­ti­cə­lər­lə üz-üzə qa­la­ca­ğı de­mək­dir. An­ka­ra və Ba­kı ya­ran­mış bu əl­ve­riş­li şə­ra­it­dən is­ti­fa­də edir. Ha­zır­da Er­mə­nis­ta­nın si­ya­si rəh­bər­li­yi son də­rə­cə­də ümid­siz və­ziy­yət­də­dir. Çün­ki Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­na da­xil ol­maq­la Av­ro­pa İt­ti­fa­qı ilə mü­na­si­bət­lər­də­ki "ya­şıl işı­ğı" iti­rib". Be­lə bir və­ziy­yət­də he­sab edi­lir ki, Qa­ra­bağ mə­sə­lə­sin­də Azər­bay­ca­nın İrə­va­na təz­yiq­lə­ri­ni ar­tır­ma­sı qa­çıl­maz ola­caq və Er­mə­nis­ta­nın bu­ra­da mü­qa­vi­mət im­kan­la­rı, de­mək olar, yox də­rə­cə­sin­də­dir.

İqor Mu­rad­yan qeyd edir ki, Er­mə­nis­tan tək­ba­şı­na Azər­bay­ca­na hərb müs­tə­vi­sin­də də mü­qa­vi­mət gös­tər­mək gü­cün­də de­yil. Çün­ki hö­ku­mə­tin son il­lər­də hə­ya­ta ke­çir­di­yi si­ya­sət nə­ti­cə­sin­də or­du da­ğıl­mış və­ziy­yət­də­dir. Bu­nu Əsil­siz Er­mə­ni İd­dia­la­rı ilə Mü­ba­ri­zə Dər­nə­yi­nin (ASİM­DER) rəh­bə­ri Gök­sel Gül­bey də təs­diq edir və bil­di­rir ki, ya­ran­mış və­ziy­yət­də er­mə­ni ana­la­rı öv­lad­la­rı­nı Dağ­lıq Qa­ra­bağ­da hər­bi xid­mə­tə gön­dər­mək­dən im­ti­na edir.  Onun söz­lə­ri­nə gö­rə, er­mə­ni ana­lar 2016-cı il­dən baş­la­ya­raq, iş­ğal edil­miş Azər­bay­can tor­paq­la­rın­da öv­lad­la­rı­nın öl­mə­si­nə qar­şı çı­xır və "bu tor­paq­lar­da nə işi­miz var" de­yə üs­yan edir­lər: "Er­mə­nis­ta­nın Ru­si­ya sa­yə­sin­də iş­ğal et­di­yi Azər­bay­can tor­paq­la­rı­na hər­bi xid­mə­tə ça­ğır­dı­ğı gənc­lər bun­dan im­ti­na edir. Er­mə­ni ana­lar iş­ğal edil­miş Dağ­lıq Qa­ra­bağ­da əs­gər­lik et­mə­yin Ru­si­ya­ya xid­mət ol­du­ğu­nu dü­şü­nür. On­lar 2016-cı il­dən baş­la­ya­raq, Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­ya­na eti­raz edir­lər. Bil­di­rir­lər ki, "Öv­lad­la­rı­mız Qa­ra­bağ­da nə­dən öt­rü öl­mə­li­dir?!". G.Gül­bey qeyd edir ki, Er­mə­nis­tan­da əs­gər­lik ya­şı çat­mış gənc­lər ya Av­ro­pa­ya, ya da Ru­si­ya­ya qa­çır: "Bu­na gö­rə də Er­mə­nis­ta­nın əs­gə­ri get­dik­cə aza­lır. De­mək olar ki, ha­zır­da bu öl­kə­nin sər­hə­di­ni qo­ru­ya­caq əs­gər qal­ma­yıb".

Er­mə­ni or­du­sun­da acı­na­caq­lı və­ziy­yə­ti Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də hər­bi xid­mət za­ma­nı sağ­lam­lı­ğı­nı itir­miş er­mə­ni əs­gər Ar­tur Asan­ya­nın ana­sı Əs­li Asan­ya­nın baş­la­dı­ğı eti­raz ak­si­ya­sı da ay­dın su­rət­də nü­ma­yiş et­di­rir. Mə­lu­mat­la­ra gö­rə, er­mə­ni əs­gə­rin ana­sı Mü­da­fiə Na­zir­li­yin­dən oğ­lu­nun müa­li­cə­si üçün pul tə­ləb edir. Ar­tur Asan­yan 23 ay son­ra hər­bi xid­mət­dən ya­rar­sız ola­raq tər­xis edi­lib. Onun ana­sı de­yir ki, Mü­da­fiə Na­zir­li­yi­nə ge­də­rək, oğ­lu­nun müa­li­cə et­di­ril­mə­si üçün xa­hiş edib. Na­zir­lik­də bir ge­ne­ral isə ona de­yib ki, "si­zin oğ­lu­nuz Qır­mı­zı Xa­çın xəs­tə­xa­na­sın­da ya­tır, ya­şa­ya­caq, la­kin nə qə­dər ya­şa­ya­ca­ğı­nı bil­mi­rik". Bu­na eti­raz edən Əs­li Asan­yan bil­di­rir: "Mən or­du­ya sağ­lam öv­lad ver­dim, onu xəs­tə­lən­dir­di­lər. Mə­nə oğ­lu­mu qay­ta­rın". Po­lis­lər qa­dı­na hö­ku­mət bi­na­sı­nın önün­də otur­ma­maq gös­tə­ri­şi ve­rib­lər. Qa­dın isə heç ye­rə get­mə­yə­cə­yi­ni bil­di­rib: "Mən üç ay əv­vəl hö­ku­mə­tə yaz­dım, ca­vab ver­mə­di­lər. Nə qə­dər ki, mə­nim oğ­lu­mu sa­ğalt­ma­ya­caq­lar, heç bir ye­rə get­mə­yə­cə­yəm". Asan­yan de­yir ki, ki­çik oğ­lu qar­da­şı­nın ba­şı­na gə­ti­ri­lən oyun­lar­dan son­ra or­du­ya get­mək is­tə­mir. Er­mə­ni me­dia­sı isə ya­zır ki, or­du­da bu cür fakt­la­rın sa­yı min­lər­lə­dir və bu sə­bəb­dən or­du­nun dö­yüş qa­bi­liy­yə­tin­dən da­nış­ma­ğa dəy­məz.

Ya­ran­mış du­rum­da Ru­si­ya İc­ti­mai Pa­la­ta­sı­nın üz­vü, po­li­to­loq Ser­gey Mar­kov bil­di­rir ki, Er­mə­nis­tan üçün ən yax­şı hal dinc yol­la Azər­bay­can əra­zi­lə­ri­nin iş­ğa­lı­na son qymaq­dır. Onun söz­lə­ri­nə gö­rə, əks hal­da Er­mə­nis­ta­nı müs­bət heç nə göz­lə­mir: "Dağ­lıq Qa­ra­bağ­da in­di­ki və­ziy­yət son də­rə­cə ne­qa­tiv­dir və hər şey Er­mə­nis­tan və Azər­bay­can ara­sın­da ye­ni mü­ha­ri­bə­nin baş­lan­ma­sı­na apa­rır. Ha­zır­da qüv­və­lər ba­lan­sı 1992-93-cü il­lər­dən çox fərq­lə­nir. Azər­bay­can öz gü­cü­nü mü­qa­yi­səe­dil­məz də­rə­cə­də ar­tı­rıb. Ha­zır­kı və­ziy­yət­dən ye­ga­nə çı­xış yo­lu mü­na­qi­şə­nin sülh yo­lu ilə ni­zam­lan­ma­sı­dır". Onun söz­lə­ri­nə gö­rə, sülh da­nı­şıq­la­rı is­ti­qa­mə­tin­də heç bir ad­dım atıl­ma­sa, bu, möv­cud sta­tus-kvo­nu möh­kəm­lən­di­rə­cək və be­lə­lik­lə mü­ha­ri­bə­ni qa­çıl­maz edə­cək. Bu mü­ha­ri­bə­də isə Er­mə­nis­ta­nı bö­yük fə­la­kət­lər göz­lə­yir.

Er­mə­nis­tan­da "Və­tən­daş­la­rın mə­lu­mat­lan­dı­rıl­ma­sı it­ti­fa­qı" təş­ki­la­tı da bə­yan edir ki, Azər­bay­can­la müm­kün ye­ni mü­ha­ri­bə­də İrə­va­nın məğ­lu­biy­yə­ti qa­çıl­maz ola­caq: "Bi­zə hət­ta Ru­si­ya­dan alı­nan si­lah­lar da kö­mək et­mə­yə­cək. Düz­dür, Ru­si­ya və Er­mə­nis­tan ara­sın­da 200 mil­yon dol­lar­lıq kre­dit sa­zi­şi­nə uy­ğun ola­raq, 10 il müd­də­tin­də si­lah id­xal edi­lə­cək. Ar­tıq 2016-2017-ci il­lər­də bu si­lah­la­rın mü­əy­yən par­ti­ya­la­rı gə­lir. La­kin Ru­si­ya­nın ver­di­yi si­lah­lar ki­fa­yət qə­dər köh­nə­lib, bu si­lah­lar ötən əs­rin 80-ci, 70-ci, hət­ta 60-cı il­lər­dən qal­ma­dır. Yal­nız bə­zi­lə­ri, mi­sal üçün, TOS-1A və "Qa­sır­ğa" sis­tem­lə­ri ki­mi si­lah­lar son 10-20 ilin si­lah­la­rı­dır. Am­ma on­lar da Azər­bay­ca­nın ma­lik ol­du­ğu si­lah­lar­la mü­qa­yi­sə­də han­sı­sa əhə­miy­yət kəsb et­mir". Təş­ki­la­tın sor­ğu­su­na ve­ri­lən rəs­mi ca­vab­dan mə­lum olub ki, Er­mə­nis­tan in­di­yə qə­dər 200 mil­yon dol­lar­lıq kre­dit­dən yal­nız 35,6 mil­yon dol­lar­lıq si­lah alıb. Qeyd olu­nur ki, bu­nun əvə­zin­də Ru­si­ya­nın Azər­bay­ca­na sat­dı­ğı si­lah­la­rın miq­da­rı mil­yard­lar­la dol­lar həc­min­də­dir. Bu ara­da onu da qeyd edək ki, Ru­si­ya­nın Azər­bay­ca­na si­lah sat­ma­sı Er­mə­nis­tan­da ye­ni na­ra­zı­lı­ğa sə­bəb olub. Bi­rin­ci di­ver­si­ya-kəş­fiy­yat dəs­tə­si­nin ko­man­di­ri Vo­va Var­da­nov bil­di­rib ki, Azər­bay­ca­nın is­tə­ni­lən si­la­hı al­ma­sı Er­mə­nis­tan üçün cid­di siq­nal­dır: "Azər­bay­ca­nın ar­se­na­lın­da­kı bu si­lah­lar Er­mə­nis­ta­nın hər­bi his­sə­lə­ri­ni, ya­xud stra­te­ji ob­yekt­lə­ri­ni vu­ra bi­lər. Biz ilk növ­bə­də bu­nu öy­rən­mə­li­yik ki, hə­dəf­də han­sı ob­yekt­lər var. Çün­ki bö­yük ka­libr­li si­lah­lar bö­yük zə­rə­rin vu­rul­ma­sı üçün nə­zər­də tu­tu­lur". O bu­nu Ru­si­ya­nın Er­mə­nis­ta­na növ­bə­ti xə­ya­nə­ti ki­mi qiy­mət­lən­di­rib. La­kin eti­raf edib ki, Er­mə­nis­ta­nın bu pro­se­sin qar­şı­sı­nı al­maq im­kan­la­rı yox­dur. Bü­tün bun­lar fo­nun­da eti­raf edi­lir ki, Azər­bay­can hər­bi və dip­lo­ma­tik müs­tə­vi­də Er­mə­nis­ta­nı ge­də­rək da­ha çox təz­yi­qə mə­ruz qo­yur.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ