İsrail ordusu Qəzzadakı bəzi bölgələrdən sərhədə doğru geri çəkilməyə başlayıb. Baki-xeber.com bildirir ki, bu barədə İsrail mediası xəbər yayıb. «Al Jazeera» isə mənbələrə istinadən, İsrail tanklarının Rifah, Şecaiyyə, Xan Yunus və Beyt Hanundan çəkilərkən atəş açmaqda davam etdiyini bildirir.
İsraildə nəşr edən «Haaretz» qəzeti isə İsrailin 24 saat ərzində Qəzzadakı bütün tunellərin məhv edildiyini açıqlayacağını iddia edən xəbər yayıb.