Saxtakarlıqla Azərbaycan torpaqlarına yiyələnən ermənilərin Cənubi Qafqazda törətdikləri fitnəkar əməllər tarixə səs salıb. Azərbaycanın müxtəlif ərazilərinə köçürülən ermənilər burada özlərinə yer edib. Azərbaycan türklərinin tarixi torpaqlarına iddialı olan ermənilər havadarlarının dəstəyi ilə buna nail ola bilib. Tarixin qara yarası olan ermənilərin tarixi torpaqlarımıza köçürülməsi xalqımızın həyatında mənfi rol oynayıb.
Ermənilərin tarixi dədə-baba torpağımız və bu gün də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana köçürülməsi siyasəti də əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilib.
Tarixçilər bildirir ki, Çar Rusiyasının erməniləri Şimali Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdı. Onların bildirdiyinə görə, Rusiya bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi.
Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində bildirdi ki, çar I Nikolay (1825-1855) İrəvan və Naxçıvan xanlıqları əsasında qurama "Erməni vilayəti" yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi: "Lakin qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti ləğv etmiş, beləliklə, həmin ideyanın doğru olmadığı təsdiq olunmuşdu. Buna baxmayaraq, 1828-1831-ci illərdə Naxçıvan bölgəsinə xeyli miqdarda erməni köçürülmüşdü.
Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülüb.
Tədqiqatçıların yazdığına istinad edərək qeyd edək ki, Qriqoryevin ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları Şopendən müəyyən qədər fərqlənir. Şopen İrandan Naxçıvana köçürülənlərin ümumi sayının 2387 ailə (Naxçıvan əyaləti üzrə 2137, Ordubad dairəsi üzrə 250 ailə) olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın olur ki, Naxçıvan əyalətinə köçürülən 2285 ailədən 416-sı (18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı. Qalan ailələr Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.
Qriqoryevin təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, o, Naxçıvana köçürülən ermənilərin yaş və cins kimi vacib demoqrafik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürülən ermənilərin (13160 nəfər) 6954 nəfərini (52,8 %) kişilər təşkil edirdi. Kişilərə dair məlumat iki yerə bölünmüş, burada böyüklər və kiçik yaşlılar ayrılmışdı. Bu rəqəmlər də, əslində, ciddi informasiya mənbəyidir. Köçürülən ermənilərin 4459 nəfəri (64,12 %) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik yaşlılar idi. Bu fakt köçürülən ermənilər içərisində demoqrafik artım potensialını göstərir. Köçürülən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi".
Tarixçi qeyd etdi ki, erməni fitnəkarlığının geniş miqyas almasında ermənilərin millətçi partiyalarının rolu daha çox olub. Onun dediyinə görə, ermənilərin Cənubi Qafqazda ərazi iddialarının ideoloji əsası 1885-ci il Fransada yaranmış "Armenakan", 1887-ci ildə Cenevrədə yaradılan "Qnçaq" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olub. Bu partiyalar Osmanlı imperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə, qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdu. "Qnçaq" partiyasının proqramı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq".
"Daşnaksütyun" nasist tipli partiya olub, Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan hələ 30 il əvvəl formalaşdırmış və proqramları bu sözlərdən ibarət idi: "Daşnaksütyun" partiyasının məqsədi bunlardır: 1) silahlı qiyam, 2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək, 3) ermənilərin silahlanması və təşkilatlanması, 4) hökumət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi". "Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri".
"Daşnaksütyun" partiyasının fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: "Daşnaklar gələrkən özləri ilə milli nifrət toxumu gətirdilər. Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərində erməni-müsəlman qan davası və erməni-gürcü müharibəsindən başqa bir şeylə bitə bilməzdi".
Tarixçilər yazır ki, bu elə bir təşkilat idi ki, Rusiya imperiyasının hakim dairələri ilə birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını boğmağa çalışmışdı. Bunun nəticəsi olaraq 1905-ci ildə ilk erməni-azərbaycanlı qarşıdurması baş vermişdi. 1907 və 1912-ci illər ərzində Osmanlı imperiyası ərazilərindən və İrandan təqribən yarım milyon erməni İrəvan və Yelizavetpol qəzalarına köçürüldü. Bölgədə etnik qarşıdurmaları alovlandıraraq hegemonluğu əlinə almaq məqsədi güdən Rusiya hökuməti əhalinin bu axınına susaraq dəstək verdi".
Onu da qeyd edək ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi barədə məşhur şəxslərin fikirləri də çox maraqlıdır.
Belə ki, yazılanlara görə, ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ, əsrlər boyu davam edib".
Tarixçi qeyd edir ki, erməni müəllifi V.İşxanyan XX yüzilliyin əvvəllərində yazdığı da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: "Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yəni Rusiya hüquqlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələnib".
Tarixi mənbələrdə qeyd edilir ki, Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni kilsəsinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi İ.P.Petruşevskiyə görə, "Qarabağ heç bir zaman erməni mədəni mərkəzlərinə mənsub olmayıb". O yazır ki, erməni kilsəsi Albaniyada "Ölkəni erməniləşdirmək aləti olub".
Mütəxəssislərin fikrincə, (prof.S.Onullahi, prof.V.Piriyev və b.) Qarabağ sözünə ilk dəfə Rəşidəddinin (1247-1318) "Cami-əttəvarix" əsərində rast gəlinir. Qarabağ əhalisinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların el arasında adlandırdıqları Qarabağ adı heç bir fərmansız-nəsiz əyalətin hamı tərəfindən işlədilən adıdır. Yəni istər Arsak, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus ifadə olub, onu yabanılaşdırmaq, "özününküləşdirmək" qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırmşıdı.
T.Yusifova tarixi mənbələrə istinadən qeyd edir ki, I Şah Abbasın dövründə Qarabağda yaradılan kiçik inzibati idarə sistemi olan məlikliklər Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq, əl tutun".
Tarixçi vurğuladı ki, yalan uydurmaq ermənilərin genlərindən irəli gələn hal idi: "Məsələn, 1790-cı ildə onlar Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki, 1811-ci ildə Şamaxı xanlığında olan 24 min ailənin yalnız 1500-ü erməni ailəsi idi.
XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımlar vasiətsilə məhv etmişlər.
Ümumiyyətlə, ermənilərin qismən Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə, rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç (1645-1676) və xüsusən də I Pyotrun zamanında daha da istiləşir. Tarix mənbələrdə yazılır ki, erməni Minas 1714-cü ildə Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə müfəssəl məlumat verməklə, Xəzər sahilində kilsə tikmək, sonra isə hərbi əməliyyatlar zamanı ondan qala kimi istifadə etmək barədə təkliflər verir.
Tarixçinin bildirdiyinə görə, yalnız P.D.Sisiyanov 1804-cü ildə Şimali Azərbaycana 16 min assoriləri dəvət edir: "Digər bir fakta müraciət edək, 1806-cı ilin sentybarında Qafqaz ordusunun rus komandanlığına məlumat çatdırılır ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər ruslara bu torpaqları işğal etməkdə yaxından kömək edir.
Azərbaycan türklərinin ərazisinin ikiyə bölünməsində XIX yüzilliyin əvvəllərində buraya kütləvi surətdə köçürülən və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə Osmanlı Kars və Ərzurum vilayətinin erməniləri general A.P.Yermolovdan "priblijenii russkix - naşix spasiteley" barədə xahiş edirdilər.
1804-1813-cü illərdə və 1826-1829-cu illərdə Rusiya-İran və rus-türk müharibələrində erməni katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri M.Vereiyan, Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının işğalında böyük fəallıq nümayiş etdirmişlər. Manuçaryan 4-cü dərəcəli "Georgi", "Vladimir" və "Anna" ordenləri ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində "Türkmənçay" müqaviləsinin 15-ci maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun, demək olar, köməkçisi rolunu oynamışdı".
Tarixçi tarixi mənbələrə istinadən qeyd edir ki, 1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan "Kürəkçay" müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. O deyir ki, yəni həmin vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar bu diyara yenicə köçürülürdü: "1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü-erməni vilayəti təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi.
Beləliklə, son Rusiya-İran və rus-türk müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi surətdə Türkiyədən 84000, İrandan isə 40 mindən çox erməni köçürülərək, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. (Bu fakt Azərbaycan tarixi. IV c., Bakı, 2000, s.49-dan götürülüb-T.Y). 1832-ci ildə Qarabağ əhalisinin 91 %-ni azərbaycanlılar, 8,4 %-ni isə ermənilər təşkil edirdisə, çarizmin XIX əsrin birinci yarısında kütləvi köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı.
Rus müəllifi N.N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi əsərində göstərir ki, bu gün Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali olmayıb, onlar Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndir.
Tarixi mənbələr yazır ki, bu şəkildə 2 əsr ərzində Şimali Azərbaycan torpaqlarında mərhələ-mərhələ yerləşdirilən ermənilər 387-ci ildən, yəni 1531 il keçdikdən sonra, 1918-ci ildə Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə dövlət qurmuş, hətta sovet rejiminin əli ilə Qarabağ ermənilərinə muxtariyyət də "yarada" bilmişlər. 1988-ci ildən başlayaraq Ermənistan və Dağlıq Qarabağın erməni terrorçu, separatçı qüvvələri Azərbaycanın 20 % ərazisini işğal etmiş, 30 min insanı məhv və 50 min adamı şikəst edərək, 1 milyon azərbaycanlını ata-baba yurdundan didərgin salmışlar".
Tarixçi bildirdi ki, I Pyotrun vəsiyyətlərinə dönmədən əməl edən onun xələflərinin məqsədi Ön Asiyaya və ümumən Yaxın Şərqə gələcəkdə rusların çıxması üçün ermənilərdən Şimali Azərbaycan ərazilərində etnik sədd kimi istifadə etmək idi.
O, tarixi mənbələrə istinadən qeyd edir ki, Qasım bəy Zakir İrana, "Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında" olmuş və onunla söhbətdən sonra Araz çayının o tayında on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçüb Tuğ kəndində (Qasım bəy Zakirin 1984-cü ildə nəşr edilən "Seçilmiş əsərləri"ndən sitat) yerləşdirmişdi: "Şuşa şəhərinin əsasını Qarabağ xanı Pənahəli xan qoymuşdu. Şuşa Azərbaycan türkcəsində uca yer, yüksəklik mənası kəsb edir. Bunu erməniləşdirmək cəhdi olsa-olsa cəfəngiyyatdır. Şuşa şəhərindən əvvəl burada Novruz adlı şəhərin olduğunu bildirməkdə və onu Azərbaycanın Təbriz şəhəri ilə müqayisə etməkdə A.Bakıxanov tamamilə haqlıdır.
Beləliklə, gəlmə ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşıyıb".
Tarixçi bildirdi ki, ermənilər bizim torpaqlara saxtakarlıqla sahib olmaqla, həm də öz yalan tarixlərini meydana çıxardılar. Onun sözlərinə görə, saxtakarlıq və yalan üzərində yazılan, təqdim edilən qondarma tarixin gələcəkdə erməni toplumu üçün böyük problem yaradacağı aydın şəkildə görsənir: "Ermənilər bizim tarixi torpaqlarımıza, ərzilərimizə iddia etməklə, əslində, tarix qarşısında özlərini gülünc vəziyyətə salıb. Erməni xalqı yaxşı bilir ki, tarixləri saxta və uydurmadır. Onlar özləri özlərini aldatmaqla məşğuldur".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.