Bazar ertəsi günü, 16 noyabr 2026
     

Qa­ra­ba­ğın sülh, ya hərb­lə həl­li iyu­nun 10-dan son­ra da­ha da kon­kret­lə­şə bi­lər...

Image


Ru­si­ya­dan kre­dit he­sa­bı­na al­dı­ğı ye­ni si­lah­lar fo­nun­da er­mə­ni hər­bi rəh­bər­li­yi ye­ni­dən sa­vaş ri­to­ri­ka­sı­na üs­tün­lük ver­mə­yə baş­la­yıb. Qeyd edək ki, Er­mə­nis­tan Ru­si­ya­dan ye­ni ra­ket sis­tem­lə­ri alıb. Öl­kə­nin ha­va hü­cu­mun­dan mü­da­fiə qüv­və­lə­ri­nin rə­is müa­vi­ni, pol­kov­nik Ar­tur Po­qos­yan qeyd edir ki, Ru­si­ya­dan al­dıq­la­rı si­lah­lar "İq­la-S" və "Ver­ba" ze­nit ra­ket­lə­ri­dir.

Po­qos­yan bu si­lah­la­rın 2015-ci il­də Ru­si­ya ilə im­za­lan­mış 200 mil­yon­luq kre­dit mü­qa­vi­lə­si çər­çi­və­sin­də alın­dı­ğı­nı bil­di­rib. Ru­si­ya­nın "Hər­bi" in­for­ma­si­ya agent­li­yi isə ya­zır ki, Er­mə­nis­tan Ru­si­ya­dan al­dı­ğı ra­ket­lə­ri Azər­bay­ca­nın iş­ğal edil­miş Dağ­lıq Qa­ra­bağ böl­gə­si­nə yer­ləş­di­rə­cək: "2016-cı il­də­ki dö­yüş­lər­də Er­mə­nis­tan Dağ­lıq Qa­ra­ba­ğın ha­va mü­da­fiə­sin­də prob­lem­lə­rin ol­du­ğu­nu an­la­dı. Azər­bay­can er­mə­ni hər­bi bir­ləş­mə­lə­ri­nə ağır zər­bə­lər en­dir­di. "İq­la-S" və "Veb­ra" ra­ket­lə­ri aşa­ğı­dan uçan təy­ya­rə və pi­lot­suz apa­rat­la­rı­nı vur­maq üçün nə­zər­də tu­tu­lur, həm­çi­nin, bu ra­ket­lər hə­də­fi is­ti­lik­lə ta­pa bi­lir. "Veb­ra" al­çaq­dan uçan və gö­zə çarp­ma­yan hə­dəf­lə­ri 6,5 ki­lo­met­rə qə­dər vur­maq qa­bi­liy­yə­ti­nə ma­lik­dir". Am­ma Er­mə­nis­tan­da o da eti­raf olu­nur ki, əs­lin­də ye­ni ra­ket sis­tem­lə­ri be­lə er­mə­ni hərb­çi­lə­ri­nə han­sı­sa üs­tün­lük qa­zan­dır­mır. İlk növ­bə­də ona gö­rə ki, Azər­bay­ca­nın ma­lik ol­du­ğu pi­lot­suz apa­rat­lar ki­fa­yət qə­dər hün­dü­rə qalx­maq im­ka­nı­na ma­lik­dir. İs­ra­il­dən alı­nan pi­lot­suz apa­rat­lar isə "İq­la-S" və "Veb­ra" ra­ket­lə­ri­nin hə­də­fi­nə be­lə gəl­mir. Ey­ni söz­lə­ri hər­bi təy­ya­rə­lər ba­rə­də də de­mək olar.

Mə­sə­lə­nin da­ha bir ma­raq­lı tə­rə­fi isə, alı­nan tex­ni­ka­la­ra rəğ­mən, Er­mə­nis­tan­da on­dan is­ti­fa­də edə bi­lə­cək şəx­si he­yə­tin az­lı­ğı və bu prob­le­mi ara­dan qal­dı­ra­caq ix­ti­sas­lı kadr­la­rın yox­lu­ğu­dur. "Jo­xo­vurd" qə­ze­ti ya­zır ki, Er­mə­nis­tan rəh­bər­li­yi si­lah mə­sə­lə­sin­dən da­ha çox şəx­si he­yə­tə diq­qət ayır­say­dı, da­ha mən­ti­qi ad­dım at­mış olar­dı: "Dö­yüş və qey­ri-dö­yüş şə­rai­tin­də ölən er­mə­ni hərb­çi­lə­ri­nin sa­yı dur­ma­dan ar­tır. Ar­tıq Azər­bay­can da da­xil ol­maq­la, dün­ya­da heç ki­mə sirr de­yil ki, Er­mə­nis­tan or­du­su şəx­si he­yət ba­xı­mın­dan prob­lem ya­şa­yır və bu prob­lem öl­kə­də de­moq­ra­fik böh­ra­nın bö­yü­mə­si fo­nun­da ge­də­rək də­rin­lə­şir. Or­du­nu ya­ran­mış və­ziy­yət­də komp­lekt­ləş­dir­mək ge­də­rək çə­tin­lə­şir. Am­ma hərb si­ya­sə­tin­dən ba­şı çıx­ma­yan öl­kə rəh­bər­li­yi­ni bu va­cib mə­sə­lə, gö­rü­nür, qə­ti su­rət­də na­ra­hat et­mir".

Mü­xa­li­fət­də olan "Er­mə­ni Mil­li Kon­qre­si" par­ti­ya­sı­nın sədr müa­vi­ni Le­von Zu­rab­yan da bu mə­sə­lə ilə bağ­lı Er­mə­nis­ta­nın bö­yük prob­lem­lər mən­gə­nə­sin­də ol­du­ğu­nu vur­ğu­la­yıb. Onun söz­lə­ri­nə gö­rə, Er­mə­nis­tan də­rin böh­ran için­də­dir və ya­ran­mış si­tua­si­ya­da im­ka­nı olan­lar öl­kə­ni tərk edir: "Tək­cə son 12 ay­da Er­mə­nis­tan­da dai­mi ya­şa­yan əha­li­nin sa­yı təx­mi­nən 13 min nə­fər aza­lıb. Bu, öl­kə­nin Mil­li Sta­tis­ti­ka Xid­mə­ti­nin rəs­mi mə­lu­ma­tı­dır. Xid­mə­tin yay­dı­ğı son mə­lu­ma­ta gö­rə, bu il ap­re­lin 1-dək Er­mə­nis­tan əha­li­si­nin sa­yı 2 mil­yon 981 min nə­fər olub. Əv­vəl­ki ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də isə əha­li­nin sa­yı 2 mil­yon 994 min nə­fər idi. Qey­diy­yat­da olan və­tən­daş­la­rın sa­yı­nın azal­ma­sı­na de-yu­re ix­ti­sar de­yi­lir. Am­ma əs­lin­də, öl­kə­də­ki de­moq­ra­fik və­ziy­yə­tin re­al di­na­mi­ka­sı­nı il ər­zin­də öl­kə­ni nə qə­dər ada­mın tərk et­mə­si ilə bağ­lı rəs­mi rə­qəm­lər əks et­di­rir. Bu mə­lu­mat­la­ra nə­zər sa­lan­da 2016-cı ilin im­miq­ra­si­ya ba­xı­mın­dan re­kord ol­du­ğu­nu gö­rü­rük və Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın rəs­mi sə­nəd­lə­rin­də bu rə­qəm 54 min nə­fər gös­tə­ri­lir. Be­lə hal öl­kə­də de­moq­ra­fik və­ziy­yə­tin fa­ciə­vi həd­də çat­dı­ğı­nı gös­tə­rir. İn­di bu du­rum­da or­du­nu şəx­si he­yət­lə, tam ol­ma­sa da, qis­mən tə­min et­mək be­lə, cid­di prob­le­mə çev­ri­lib. Tə­əs­süf ki, bu mə­sə­lə­dən Azər­bay­can da yax­şı xə­bər­dar­dır".

Di­gər tə­rəf­dən, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Er­mə­nis­ta­nın bö­yük de­moq­ra­fik prob­lem­lə­ri fo­nun­da or­du­nun dö­yüş və qey­ri-dö­yüş it­ki­lə­ri­nin sa­yı ar­tır. Er­mə­ni me­dia­sı qey­ri-dö­yüş it­ki­lə­ri­nin az qa­la hər gün qey­də alın­dı­ğı­nı ya­zır. Bu­na da­ha bir sü­but ki­mi iyu­nun 8-də Er­mə­nis­tan Si­lah­lı Qüv­və­lə­ri Sülh­mə­rarm­lı qo­şu­nu­nun baş əs­gə­ri, 36 yaş­lı Me­lik Xa­çat­rya­nın özü­nü as­ma­sı gös­tə­ri­lir. Onun hər­bi his­sə əra­zi­sin­də asıl­mış me­yi­ti­ni ora­da qul­luq edən qar­da­şı aş­kar­la­yıb. Erp­mə­ni me­dia­sı ya­zır ki, tək­cə bu il ər­zin­də 10 hərb­çi özü­nü asa­raq in­ti­har edib və ya bu­na məc­bur edi­lib. Di­gər in­ti­har for­ma­la­rı bu­ra da­xil edil­dik­də, 30-dan çox er­mə­ni hərb­çi­si­nin hə­yat­la vi­da­laş­dı­ğı mə­lum olur. Er­mə­ni me­dia­sı ya­zır ki, ca­ri ilin ötən döv­rün­də rəs­mi mə­lu­mat­lar 30-dan çox hərb­çi­nin də dö­yüş şə­rai­tin­də öl­dü­yü­nü gös­tə­rir. Am­ma Azər­bay­can tə­rə­fi­nin he­sab­la­ma­la­rı­na əsa­sən, er­mə­ni tə­rə­fi­nin bu il üçün dö­yüş şə­rai­tin­də it­ki­lə­ri 60-a ya­xın­dır. Tə­bii ki, or­du­nu şəx­si he­yət­lə komp­lekt­ləş­dir­mək­də cid­di çə­tin­lik ya­şa­yan bir öl­kə üçün qı­sa za­man ər­zin­də bu qə­dər hərb­çi itir­mək ki­fa­yət qə­dər bö­yük prob­lem de­mək­dir.

Be­lə bir vaxt­da Er­mə­nis­ta­nın so­si­al şə­bə­kə is­ti­fa­də­çi­lə­ri son bir ne­çə gün ər­zin­də Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də yer­lə­şən düş­mən qo­şun­la­rın­da baş ve­rən ha­di­sə­lər­lə bağ­lı şok pay­laş­ma­lar edib. Mə­sə­lən, qeyd olu­nur ki, iyu­nun 6-da To­na­şen dağ-atı­cı ala­yı­nın Qri­qor­yan so­yad­lı əs­gə­ri ona qar­şı edi­lən qey­ri-in­sa­ni dav­ra­nış­lar­dan be­zə­rək od­lu si­lah­la özü­nə xə­sa­rət ye­ti­rib. Ha­zır­da hos­pi­tal­da hə­kim­lə­rin nə­za­rə­ti al­tın­da sax­la­nan, ağır və­ziy­yət­də olan əs­gər­lə va­li­deyn­lə­ri­nin gö­rüş­mə­si­nə ica­zə ve­ril­mir. İyu­nun 7-də Had­rut­da yer­lə­şən alay­da baş ve­rən qan­lı in­si­dent nə­ti­cə­sin­də 2 hər­bi qul­luq­çu­nun öl­mə­si ba­rə­də də so­si­al şə­bə­kə­lər­də mə­lu­mat­lar ya­yı­lıb. Be­lə ki, Er­mə­nis­tan­dan hər­bi xid­mə­tə ça­ğı­rı­la­raq Qa­ra­ba­ğa gön­də­ri­lən əs­gər ko­man­di­ri tə­rə­fin­dən təh­qir­lə­rə mə­ruz qa­lıb. Fi­zi­ki təz­yiq­lə­rə döz­mə­yən əs­gər əv­vəl od­lu si­lah­la za­bi­ti qət­lə ye­ti­rib, son­ra isə özü­nü gül­lə­lə­yib. Ha­di­sə­dən dər­hal son­ra Xan­kən­di­dən hər­bi his­sə­yə gə­lən is­tin­taq ko­mis­si­ya­sı tə­rə­fin­dən fakt­la bağ­lı araş­dır­ma baş­la­yıb.

So­si­al şə­bə­kə­lər­də ya­yı­lan di­gər xə­bər­lər­də isə iyu­nun 8-də iş­ğal al­tın­da olan Cəb­ra­yıl əra­zi­sin­də yer­lə­şən hər­bi his­sə­lər­dən bi­rin­də əs­gər­lər Tiq­ran Qa­lus­tyan­la İş­xan Mel­kum­yan ara­sın­da məi­şət zə­mi­nin­də mü­na­qi­şə baş ver­di­yi bil­di­ri­lir. İ.Mel­kum­yan sə­rən­ca­mın­da olan av­to­mat­la T.Qa­lus­tya­nı ya­ra­la­ya­raq si­lah­la hər­bi his­sə­ni tərk edib. Tiq­ran Qa­lus­tya­nın or­ta-ağır və­ziy­yət­də Cəb­ra­yıl­da­kı hər­bi hos­pi­ta­la yer­ləş­di­ril­di­yi, di­gər əs­gər İ.Mel­kum­ya­nın isə ax­ta­rış­la­rı­nın da­vam et­di­ril­di­yi bil­di­ri­lir. İn­di er­mə­ni­lər öz­lə­ri eti­raf edir­lər ki, be­lə və­ziy­yət­də hərb müs­tə­vi­sin­də Azər­bay­ca­nın qar­şı­sın­da tab gə­tir­mək, sa­də­cə, qey­ri-müm­kün­dür. Alı­nan ye­ni hər­bi tex­ni­ka­nın da və­ziy­yə­tə han­sı­sa cid­di tə­sir gös­tər­mə­yə­cə­yi vur­ğu­la­nır. Çün­ki Azər­bay­can da­ha müa­sir və özü də də­fə­lər­lə çox həcm­də be­lə tex­ni­ka­la­ra sa­hib­dir. Gö­rü­nür, məhz bu sə­bəb­dən­dir ki, in­di er­mə­ni rəh­bər­li­yi üçün bir nöm­rə­li mə­sə­lə Azər­bay­can­la ye­ni toq­quş­ma­la­rın qar­şı­sı­nı al­maq­dır. Bu fon­də rəs­mi İrə­van ye­ni­dən o mə­sə­lə­ni gün­də­mə gə­ti­rir ki, atəş­kə­sə nə­za­rət me­xa­niz­mi­nin ya­ra­dıl­ma­sı pro­se­si tez­ləş­mə­li­dir. Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Şa­varş Kö­çər­yan da id­dia edir ki, iyu­nun 10-da ATƏT-in Minsk Qru­pu həm­sədr­lə­ri­nin re­gio­na sə­fə­ri fo­nun­da bu mə­sə­lə mü­za­ki­rə olu­na­caq. Elə Er­mə­nis­tan me­dia­sı da həm­sədr­lə­rin sə­fə­ri ön­cə­si atəş­kə­sə nə­za­rət me­xa­niz­mi­nin ya­ra­dıl­ma­sı­nın va­cib­li­yi­ni cən­fə­şan­lıq­la təb­liğ edir. Xa­tır­la­daq ki, ötən ilin 16 may ta­ri­xin­də ke­çi­ri­lən Vya­na gö­rü­şün­də atəş­kə­sə nə­za­rət me­xa­niz­mi mü­za­ki­rə olun­muş­du, la­kin iyu­nun 20-də ke­çi­ri­lən Sankt-Pe­ter­burq gö­rü­şü­nün rəs­mi açıq­la­ma­sın­da bu mə­sə­lə qeyd olun­sa da, əsas mü­za­ki­rə möv­zu­su­nun əra­zi­lə­rin qay­ta­rıl­ma­sı ol­du­ğu mə­lum idi. İrə­van əra­zi­lə­ri qay­tar­ma­dı­ğın­dan, nə­za­rət me­xa­niz­mi­nin ya­ra­dıl­ma­sı da müm­kün sa­yıl­mır. Bu­ra­da bir mə­qa­mı da qeyd edək ki, Ba­kı­nın qar­şı çıx­dı­ğı me­xa­nizm­lə­rin ya­ra­dıl­ma­sı mə­sə­lə­si ötən il "ap­rel mü­ha­ri­bə­si"ndən son­ra gün­də­mə gəl­miş­di. Er­mə­ni­lər ye­ni "ap­rel mü­ha­ri­bə­si"ndən çə­kin­dik­lə­ri üçün be­lə me­xa­nizm­lə­rin ya­ra­dıl­ma­sın­da ma­raq­lı­dır. Am­ma iş­ğal al­tın­da­kı əra­zi­lər qay­ta­rıl­ma­ya­na ki­mi bu me­xa­nizm­lə­rin ya­ra­dıl­ma­sı müm­kün he­sab olun­mur. Be­lə me­xa­niz­min qu­rul­ma­sı Azər­bay­ca­na iş­ğa­lın möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan qə­tiy­yən sərf et­mir. Xa­tır­la­daq ki, bu mə­sə­lə­yə Ru­si­ya da müs­bət bax­mır.

İn­di­lik­də ya­ran­mış və­ziy­yət isə gös­tə­rir ki, həm­sədr­lə­rin sə­fə­rin­dən son­ra Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də re­al ad­dım­lar atıl­ma­sa, sa­vaş qa­çıl­maz ola­caq. Ru­si­ya­lı po­li­to­loq, ta­rix­çi Oleq Kuz­net­sov da bu si­tua­si­ya­da sa­va­şı müm­kün sa­yır: "Azər­bay­ca­nın iş­ğal edil­miş əra­zi­lə­rin­də tam­miq­yas­lı mü­ha­ri­bə­nin baş­la­ma­sı çox ya­xın­dır". Onun söz­lə­ri­nə gö­rə, par­la­ment seç­ki­lə­rin­dən son­ra da Er­mə­nis­tan­da si­ya­si re­ji­min ma­hiy­yə­ti də­yiş­mə­di: "Er­mə­nis­tan ha­ki­miy­yə­tin­də əv­vəl­ki ki­mi Qa­ra­bağ­da­kı qa­nun­suz si­lah­lı qru­pun səh­ra ko­man­dir­lə­ri­nin ya­rat­dı­ğı xun­ta var. Serj Sar­kis­yan kons­ti­tu­si­ya is­la­hat­la­rı ilə özü­nü mə­su­liy­yət­dən azad et­di, in­di əsas mə­su­liy­yət Mil­li Məc­li­sin de­pu­tat­la­rı ara­sın­da bö­lüş­dü­rü­lüb. Bu da o de­mək­dir ki, mə­su­liy­yət­dən azad olan Er­mə­nis­tan rəh­bər­li­yi mü­ha­ri­bə tə­şəb­bü­sü­nü irə­li sü­rə­cək".

O.Kuz­net­sov qeyd edib ki, son za­man­lar Azər­bay­ca­nın hər­bi gü­cü iş­ğal­çı qüv­və­lə­ri də­fə­lər­lə ge­ri­də qo­yub: "Azər­bay­can Er­mə­nis­ta­nın ba­ha­lı hər­bin tex­ni­ka­sı­nı məhv et­di, həm­çi­nin, son za­man­lar er­mə­ni hər­bi bir­ləş­mə­lə­ri­nin möv­qe­lə­ri­nə də­qiq zər­bə­lər en­di­rir. Ba­kı bu­nun fo­nun­da vur­ğu­la­yır ki, Azər­bay­can öz əra­zi bü­töv­lü­yü­nü bər­pa et­mək üçün Dağ­lıq Qa­ra­bağ­da da­ha ra­di­kal ad­dım­lar ata­caq. Bu­nun­la ya­na­şı, Er­mə­nis­tan Qa­ra­ba­ğın "mü­da­fiə or­du­su"nun bir­ba­şa İrə­va­na bağ­lı ol­du­ğu­nu ar­tıq giz­lət­mir. Bu o de­mək­dir ki, mü­ha­ri­bə Azər­bay­ca­nın de-yu­re əra­zi­lə­rin­də yox, iki öl­kə ara­sın­da ola­caq". Özü də bu mü­ha­ri­bə­də Er­mə­nis­ta­nın məğ­lu­biy­yə­ti qa­çıl­maz sa­yı­lır və it­ki­lə­ri­nin ki­fa­yət qə­dər çox ola­ca­ğı vur­ğu­la­nır. Yu­xa­rı­da təs­vir olu­nan er­mə­ni or­du­su­nun Azər­bay­can qar­şı­sın­da tab gə­tir­mə­si­nin müm­kün­süz­lü­yü­nü, əs­lin­də er­mə­ni­lər öz­lə­ri də yax­şı bi­lir və eti­raf edir­lər. İn­di mə­sə­lə qa­lır on­la­rın rəh­bər­li­yi­nin mən­tiq­lə hə­rə­kət edə­rək da­nı­şıq­lar yo­lu ilə Qa­ra­bağ mə­sə­lə­si­nin çö­zü­mü­nə ra­zı­lıq ver­mə­si­nə. Bu, Er­mə­nis­ta­nın ye­ni it­ki­lər­dən, prob­lem­lər­dən də qaç­ma­sı de­mək­dir. Əks və­ziy­yət isə, öz növ­bə­sin­də, ümu­miy­yət­lə, Er­mə­nis­ta­nın bir öl­kə ola­raq möv­cud­lu­ğu­nu da­vam et­di­rə bil­mə­si­ni bö­yük su­al al­tı­na alır. On­suz da elə in­di­nin özün­də be­lə Azər­bay­ca­nın Er­mə­nis­ta­nı təc­ri­det­mə si­ya­sə­ti bu öl­kə­ni xey­li ta­qət­dən sa­lıb. İn­di bu­nun ar­dın­ca Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ye­ni­dən hərb müs­tə­vi­si­nə keç­mə­si Er­mə­nis­ta­nın tam çö­kü­şü­nü qa­çıl­maz edə­cək.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ