Bazar ertəsi günü, 16 noyabr 2026
     

ABŞ-da erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab nəşr olunub

Image


Amerikalı jurnalist Raul Loveri Kontreras (Raoul Lowery Contreras) ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb. “Erməni Lobbisi və ABŞ Xarici Siyasəti” (the Armenian Lobby & U.S. Foreign Policy) başlığı daşıyan və Kaliforniyanın “Berkeley Press” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda təkzibolunmaz sənədlər əsasında erməni lobbisinin uzun illərdən bəri apardığı məkrli fəaliyyətlər, çirkli maliyyə oyunları və bütün bunların fonunda ABŞ-ın xarici siyasəti üçün yaratdığı problemlər qeyd olunur.

Bu səpkidə oxucu öncə ABŞ siyasətində kifayət qədər fəal olan erməni lobbi təşkilatları ilə tanış olur, bu təşkilatların hər birinin fəaliyyət istiqaməti və siyasi-ictimai təsir dairələri barədə etibarlı mənbələrə istinadən geniş informasiya əldə edir. Daha sonra ayrı-ayrı ştatlar və federal səviyyədə sözügedən lobbi təşkilatlarının çirkli məqsədlər üçün böyük məbləğlərdə pullar hesabına törətdiyi təxribatçı əməllər və bu əməllərin ABŞ-ın xarici siyasət maraqlarına mənfi təsirləri izah edilir. Faktlarla zəngin olan bu əsərdə müəllif qondarma “erməni soyqırımı” iddialarından Azərbaycanla əlaqədar 907-ci düzəlişə, ştatlar və federal səviyyədə qəbul edilmiş anti-Azərbaycan və anti-Türkiyə məzmunlu qətnamələrdən şübhəli seçki kampaniyalarına qədər, yaxın tarixdə baş vermiş bir çox gərgin siyasi-ictimai proseslərin əsl iç üzünü açıb göstərir.      

Mütaliə zamanı oxucu aydın şəkildə görür ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin və erməni maraqlarının ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez timsalında bəzi senatorlar, eləcə də bir çox başqa qanunvericilər məhz külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycan və Türkiyəyə qarşı hər bir qərəzli sifarişi canla-başla yerinə yetirmişlər. Eləcə də, müəllif Kaliforniya Senatında və Assambleyasındakı ermənipərəst qanunvericilərin təxribatçı əməllərindən bəhs edir.

Misal üçün, diqqətli oxucular yaxşı xatırlayır ki, hələ 2010-cu ildə amerikalı diplomat Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi məsələsi gündəliyə gəldikdə, erməni lobbi təşkilatları dəridən-qabıqdan çıxaraq onun təyinatına mane olmağa çalışırdılar. ABŞ Senatında bu hay-küyçü qrupun əsas havadarlarından biri də senator Bob Menendez idi. Müəllif R.L.Kontrerarsın kitabda göstərdiyi əsaslı faktlardan aydın olur ki, bu, heç də təsadüfi deyildi. Yüksək peşəkarlıqla aparılmış tədqiqatın nəticəsi olaraq kitabda qeyd olunur ki, senator B. Menendez 2005-2006-cı illərdən başlayaraq müxtəlif vaxtlarda erməni lobbisi ilə yaxın təmasa keçərək bu müddət ərzində sözügedən lobbi təşkilatlarından və ayrı-ayrı erməni donorlardan 250 min ABŞ dolları məbləğində maliyyə vəsaiti almışdır. Həmçinin, senator B.Menendezin Kaliforniyadan olan həmkarı, öz ermənipərəstliyi ilə  B.Menendezdən heç də geri qalmayan senator Barbara Bokser də M.Brayzaya qarşı ən sərt mövqe nümayiş etdirənlərdən idi. R.L.Kontreras göstərir ki, müxtəlif vaxtlarda erməni donorlardan 115 min ABŞ dolları məbləğində vəsait alan senator B.Bokser, M.Brayzanın namizədliyinin irəli sürüldüyü təkcə 2010-cu ildə ermənilərdən 75 min ABŞ dolları almağa nail olmuşdu. Müəllif qeyd edir ki, bu səbəbdən də, M.Brayzanın bu vəzifəyə təyin edilməsi ABŞ-ın mənafeyi baxımından doğru seçim olsa da, şəxsi maraqlarını güdən və erməni donorlar qarşısında gözükölgəli olan senatorlar B.Menendez və B.Bokserin  xüsusi “fəallığı” nəticəsində ABŞ Senatı onun namizədliyini rədd etmişdi.

Kitabda qeyd olunan digər nümunə isə daha dəhşətli faktın üstünü açır. Məlum olur ki, 2014-cü ildə Kaliforniya Ştat Assambleyasının spikeri Con Perezin bilavasitə canfəşanlığı ilə sözügedən qurumda qəbul olunmuş anti-Azərbaycan məzmunlu AJR 32 saylı qətnamədə də ermənilərin böyük məbləğlərdəki maliyyə vəsaitləri və C.Perezin pula hərisliyi birinci dərəcəli rol oynamışdı. Belə ki, R.L.Kontreras kitabda dəqiq faktlarla göstərir ki, qondarma “DQR” rejiminin dəstəklənməsini nəzərdə tutan bu qətnamənin 8 may 2014-cü il tarixində Ştat Assambleyasında qəbulundan düz 11 gün öncə – 27 aprel tarixində erməni lobbisi Los Ancelesdə C.Perez üçün geniş ziyafət təşkil edərək, bu ziyafətdə zəngin erməni donorlardan külli miqdarda vəsait yığmış, bu vəsaiti “seçki kampaniyasına dəstək” adı altında C.Perezin hesabına köçürmüşlər.   

Bundan başqa, kitabda uzun illərdir Azərbaycana və Türkiyəyə qarşı kəskin düşmənçilik və qərəzli fəaliyyətləri ilə tanınan konqresmenlər F.Pallone, A.Şif və B.Şermana erməni lobbiçiləri tərəfindən böyük səxavətlə (!) ödənilmiş maliyyə vəsaitlərindən bəhs edilir. Müəllif dəqiq mənbələrə istinadən sübuta yetirir ki, indiyədək erməni lobbi təşkilatlarından seçki kampaniyalarına dəstək adı altında F.Pallone 600 min, A.Şif 365 min, B.Şerman isə 80 min ABŞ dolları məbləğində pul almışlar. 

Kitabda buna bənzər onlarla ifşaedici faktlar yer alır. R.L.Kontreras həmçinin, Ermənistanın apardığı xarici siyasətin də ABŞ maraqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini bildirir. Bu səpkidə ABŞ-dakı erməni lobbisinin təsir, təzyiq və təhriki ilə bir sıra ABŞ siyasətçilərinin və qanunvericilərinin hazırkı Ermənistan kimi ABŞ maraqlarına zidd hərəkət edən ölkəyə dəstək verməsinin anlaşılmaz, hətta qəbuledilməz olduğunu yazır. Eyni zamanda müəllif, Ermənistanda sadə vətəndaşların demək olar ki, hər gün hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, korrupsioner Ermənistan hakimiyyətinin bütün demokratik dəyərləri tapdaladığını vurğulayır və bununla bağlı geniş faktları oxucuların diqqətinə təqdim edir.

Kitabın etibarlılığını gücləndirən amillərdən biri də odur ki, yuxarıda sözügedən bir sıra ermənipərəst konqresmen və senatorun müxtəlif illərdə erməni lobbi təşkilatlarından, eləcə də fərdi erməni donorlardan aldıqları dəqiq maliyyə vəsaitləri barədə hesabat kitaba əlavə şəklində nəşriyyat tərəfindən ayrıca linkdə yerləşdirilmişdir. Həmin link belədir: https://issuu.com/berkeleypress/docs/armenian_lobbycontributionspdf <https://issuu.com/berkeleypress/docs/armenian_lobbycontributionspdf>   

APA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ