Gürcüstan Prokurorluğu yaxın vaxtlarda ölkənin keçmiş prezidenti Mixail Saakaşvili əleyhinə bir və ya bir neçə iddia qaldırmağı planlaşdırır. Baki-xeber.com «Kommersant» qəzetinə istinadən bildirir ki, bu məqsədlə Tiflisə Amerika, İngiltərə və İsraildə yüksək post tutan şəxslərə qarşı davalarda iştirak etmiş hüquq mütəxəssisləri çağırılıb.
«Kommersant» bildirir ki, Gürcüstan Prokurorluğu yaxın vaxtlarda Mixail Saakaşvili əleyhinə onun şahid kimi görüldüyü doqquz fərqli iddiadan bir və ya iki işlə bağlı ittiham elan edə bilər.
Bir neçə işlə əlaqədar günahlandırılan Saakaşvili, milyarder Bidzina İvanişviliyə aid olan «Cartu Bank»a basqılar və süni şəkildə iflas etdirilməyə çəhddə də günahlandırılır. Saakaşvilinin adıkeçən davalar arasında keçmiş baş nazir Zurab Jvaniyanın ölümü ilə bağlı işdə saxtakarlıq ittihamları da var.