Bazar günü günü, 14 dekabr 2025
     

Ukrayna separatçılarının əlində SA-11 raketinin olduğunu göstərən ilk açıq dəlil tapıldı

Image

Ukrayna hava sahəsində düşmüş Malayziyaya məxsus "Boing-777" tipli sərnişin təyyarəsinin kimlər tərəfindən vurulması ətrafında Ukrayna ilə Rusiya arasında qarşılıqlı ittihamların artdığı bir vaxtda ABŞ kəşfiyyatı da əldə etdiyi məlumatları açıqlayıb. ABŞ kəşfiyyatı Malayziya hava yollarına aid sərnişin təyyarəsilə bağlı olayla Rusiya hökumətinin birbaşa əlaqəsi olmadığını, ancaq ölkənin şərqindəki Rusiya tərəfdarı separatçıları silahla təmin edərək hadisənin baş verməsinə "şərait yaratdığı"nı deyir.
Amerika kəşfiyyatının rəsmiləri deyir ki, Rusiyayönlü separatçıların Malayziya təyyarəsini "səhvən" vurduğuna inanırlar. Olayda Rusiya ilə birbaşa əlaqə isə aşkar edilməyib. Kəşfiyyat rəsmiləri bildirib ki, sərnişin təyyarəsinin SA-11 yer-hava raketi ilə vurulduğunu düşünürlər.
SA-11 yalnız qanuni hökumətlərin ixtiyarında ola bilər. Belə silahlar partizan hərəkatı ilə məşğul separatçı qiyamçılara xas deyil.
Kremllə təyyarənin vurulması arasında birbaşa əlaqə tapılmadığı deyilsə də, Rusiyanın bu hadisəyə "şərait yaratdığı" vurğulanır. Bununla belə, atəşi kimin açdığı və Rusiya zabitlərinin hadisədə iştirak edib-etmədiyi məlum deyil. Araşdırmalarda ehtiyatlı davranan kəşfiyatçılar təyyarəni salan raketin Rusiyadan verildiyinə dair də hər hansı dəlilə sahib olmadıqlarını qeyd ediblər
ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisi olayla bağlı şəkillər də yayıb. "Washington Post" qəzeti yazır ki, şəkillərdə "yer-hava" növlü raketi buraxan qurğunun yerdəyişmələri və Rusiyanın Ukraynadakı hərbi fəallığı əks olunub. ABŞ kəşfiyyatının Kosmosdan çəkdiyi şəkillər Rusiyanın Rostov şəhəri yaxınlığındakı hərbi bazasına aiddir və burda iyun ayından bəri artan fəallığı göstərir.
Qəzet yazır ki, iyulun 22-də ABŞ kəşfiyyat rəsmiləri Kosmosdan çəkilmiş bu şəkilləri nümayiş etdirəndə bildirdilər ki, bunlar Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasını göstərən dəlillərdir və Moskva təyyarəni vuran yaraqlılara təlim keçib. Dəlill və sübutlar haqda kəşfiyyat rəsmiləri bildirir ki, sensorlar raketin izlərini müəyyən edib, vurulmuş təyyarənin üzərində qəlpə izləri var.
Kəşfiyyat rəsmiləri ilk dəfə olaraq Rostov yaxınlığındakı hərbi bazanı yaraqlıların əsas təchizat mənbəyi kimi qeyd ediblər. Kəşfiyyat rəsmilərinin Rusiyanın təyyarənin vurulmasında əli olması barədə gətirdiyi digər dəlillər sosial mediada gedən videolar, audiolar və yazışmalardır. ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələri təyyarəni Ukrayna qüvvələrinin vurması ehtimalını rədd edib. Onların sözlərinə görə, təyyarə qəzaya uğrayanda həmin rayonda, raketin vura biləcəyi məsafədə Ukraynanın raket sistemləri olmayıb.
Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən 3 kəşfiyyat rəsmisindən biri adının çəkilməməsi şərtilə deyib ki, Rusiya hökuməti öz versiyasını mediada yaymaq üçün təzyiq edir və ya özünə yaxın elementlərlə manipulyasiya edir. Rəsmi deyib ki, "bu, klas"ik nümunədir- günahkar qurbanını günahlandırır".
Bundan başqa, 295 adamın həyatını itirdiyi Malayziya təyyarəsi faciəsinə yol açan Rusiya istehsalı SA-11 raketinin ukraynalı separatçıların da əlində olduğunu göstərən ilk açıq dəlil tapılıb. Belə ki, Rusiya tərəfdarı separatçılardan biri üsyançıların əlində olan SA-11 raket kompleksi qarşısında çəkdirdiyi və internetdə paylaşdığı fotoşəkil ortaya çıxıb. Sergey Pasçenko adlı separatçının şəkillərini yayan obozrevatel.com adlı Ukrayna saytı şəklin altında "Sən real bir qəhrəmansan. Sən Ukraynaya xəyanət etmədin. Əksinə, SA-11-in buradakı varlığını sübut etdin. Afərin" ifadələrinə yer verib.
Ukrayna tərəfdarı xəbər saytları, ayrıca, təyyarənin vurulmasından dərhal sonra Ukrayna torpaqlarındakı iki raket kompleksinin tırlarla Rusiya torpaqlarına aparıldığını göstərən görüntülər yayıb.
Qeyd edək ki, Amsterdam - Kuala-Lumpur marşrutu ilə hərəkət edən, "Malayziya Hava Yolları"na məxsus "Boing-777" iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 298 sərnişinin hamısı həlak olub.
Dünən Rusiyameylli yaraqlılar Donbasda daha 2 Ukrayna hərbi təyyarəsini vurublar. Ukrayna təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, Donetsk vilayətinin Dmitrovka kəndi yaxınlığında ordunun hücumlarına havadan dəstək verən Ukrayna hərbi hava qüvvələrinə məxsus 2 Su-25 qırıcısı vurulub. Təyyarəçilər paraşütlə tullanıblar. Ukrayna Təhlükəsizlik və müdafiə şurasından Andrey Lısenko da bu məlumatı təsdiq edib.
Iyulun 23-də sosial mediada separatçıların hərbi lideri İqor Strelkova istinadən Ukrayna hərbi təyyarəsinin vurulması haqda xəbərlər paylaşılırdı. O, Saur-Mogila yüksəkliyində 1 təyyarənin vurulduğunu yazır, daha birinin vurulmasına əmin olmadığını bildirirdi.
Saur-Mogila təpəsi və Dmitrovka kəndi Donetsk vilayətinin Şaxtyorsk rayonunda yerləşir. İyulun 17-də Malaysia Airlines təyyarəsi də bu ərazidə yerə düşmüşdü.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

SON XƏBƏRLƏR

13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...

13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj – o sənədlər bizi məmnun etməyə bilər…

13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi - saxlananlar var... -VİDEO

13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…

13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə - Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...

13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...

13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu

13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya - onlara zərər vurar…

13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...

13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...

13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...

13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...

13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı - təsadüf, ya....

13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı

13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi

13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...

13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub" - rəqəmlər dəhşətdir...

13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı – “Lukoil”un iki neft platforması vuruldu...

13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu - Qara dəniz müharibə meydanına çevrilir...

12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…

12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb... Overçuk yenə danışdı...

12.12.2025 / 21:19
Venesuela neft blokadasında - Maduro Belarusdan sığınacaq istədi...

12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...

12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib - cinayətə batmamış PKK-çı necə təyin ediləcək...

12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...

12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə - 23 qadın xəstəxanaya yerləşdirildi

12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?

12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...

12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...

12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...

12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə - Ərdoğanla Putin nəyi müzakirə etdi...

12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu - Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...

12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır - rəqabət gözləntisi doğrulacaqmı?...

12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri - İzmir

12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...

12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir

12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...

12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..

12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...

12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...

12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...

12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq - Gizli plan sızdırıldı…

12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…

12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır

12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır - Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…

12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili

12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı - silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...

12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...

12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu - işi aparan və ifadə verənlər ermənilərdir...

12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir

12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...

12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…

12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı

12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı

12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır

12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq - Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər

12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir

12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”

12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib

12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi - FOTO

12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir

12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"

12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır" – Baş nazir

12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama - referendum keçirilə bilər...

12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...

12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi

12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da" - məktəbdə uşağa verilən suala baxın...

12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu - 20-dən çox quyuda əməliyyatlar dayandı…

12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır

XƏBƏR ARXİVİ