Bazar ertəsi günü, 30 noyabr 2026
     

İraqın Azərbaycandakı səfiri Azərbaycandan nə gözlədiyini açıq dilə gətirdi

Image



İraqın Azərbaycandakı səfiri Heydər Əl Barakın APA-ya müsahibəsi
- "İraq Şam İslam Dövləti" (İŞİD) silahlılarının İraqdakı fəaliyyəti hazırda dünyanın diqqət mərkəzində olan mövzulardan biridir. Yayılan xəbərlərə görə, ölkənin şimalında İraq ordusu İŞİD-ə heç bir müqavimət göstərmədən şəhər və qəsəbələri tərk edib. Bu məlumat dəqiqdirmi?
- Bu doğru xəbərdir, ona görə ki, Mosul şəhərində yerləşən İraq Silahlı Qüvvələrinin bölmələri aldadılmışdılar. Orada bəziləri var ki, yuxarı rəhbərliyə yalan məlumatlar vermişdi, nəticədə onlar qərara gəlmişdilər ki, geriyə çəkilsinlər. Təəssüf ki, yüksək rütbəli zabitlərin bu işdə əlləri var idi, buna görə onların bir çoxu məhkəməyə verilib və təqaüdə göndərilib. Bu səbəbdən İŞİD Mosula müqavimətsiz daxil olub.
- Ölkədə hazırda yaranmış vəziyyət baş nazir Nuri əl-Malikinin şiə təəssübkeşliyinə üstünlük verməsi və sünniləri sıxışdırması ilə əlaqədar ola bilərmi?
- Təəssüf ki, mətbuat yaranmış vəziyyəti məzhəblər və qəbilələrarası qarşıdurma kimi təqdim edir. Mətbuat bu məlumatı elə formada yayır ki, sanki İŞİD-in döyüşçüləri xalqın içərisində olan və hökumətə qarşı çıxan qüvvələrdir və orada çeçen, əfqan və ya başqa millətdən olan döyüşçülər yoxdur. Həqiqət budur ki, terrorizmə qarşı mübarizə gedir. Onu da bildirim ki, hazırda İŞİD-in qüvvələri Mosul şəhərini ələ keçirib və şəhər əhalisinin çoxunu sünnilər təşkil edir. Sizinlə razılaşsam və desəm ki, bu, məzhəblərarası davadır, sünni-şiə davasıdır, onda siz Suriyada, Liviyada olanları, Yəməndə baş verən hadisələri necə əsaslandıra bilərsiniz? Artıq düşmən bəllidir, döyüşlər üçüncü dünya müharibəsi formasında gedir. Təəssüf ki, bəzi qərəzli media orqanları çalışır bu hərəkət sadəcə qəbilələrin və əşirətlərin hakimiyyətə qarşı mübarizəsi kimi qələmə verilsin. İki gün bundan əvvəl parlament seçkiləri oldu, parlament sədri seçildi və o, sünni məzhəbinə mənsub olan bir şəxsdir. Parlamentin sədri İraq Respublikasında üçüncü şəxsdir - prezident və baş nazirdən sonra.
- İraq prezidenti Cəlal Tələbaninin səhhətindəki problemlərə görə ölkədə olmaması baş verən hadisələrə təsir edibmi?
- Bəli, hazırda prezident Almaniyada müalicə alır. Düşünürəm ki, gələcəkdə belə bir problem olmayacaq. Ona görə ki, prezident ardıcıl yalnız iki dəfə seçilə bilər və artıq Cəlal Tələbani iki dəfə seçilib. Biz yeni prezident seçkiləri keçirəcəyik.
- Prezidentin ölkəyə qayıtmasından sonra proseslərdə hansı dəyişikliklər baş tuta bilər, sizin gözləntiləriniz nədir?
- Prezidentin İraqa dönməsi çox sevindirici bir xəbərdir, amma İraq Respublikasının Konstitusiyasına görə, Cəlal Tələbaninin prezident səlahiyyətləri artıq bitib. İraqda prezident ancaq iki müddətə seçilə bilər. Hazırda biz yeni prezident seçkisi prosesindəyik. Lakin keçmiş prezident Cəlal Tələbani öz xarizması və siyasi ağırlığı hesabına mütləq proseslərdə böyük rol oynayacaq.
- Bu hadisələrin Amerika ordusunun İraqdan çıxması ilə nə dərəcədə əlaqəsi var?
- Heç bir əlaqəsi yoxdur. Amerika qoşunları İraqdan 2011-ci ildə çıxıb və İraqda baş verən son hadisələr 2013-cü ildən başlayıb. 2011-2013 illərdə İraqda vəziyyət normal, stabil kimi qiymətləndirilib. Amerika qüvvələri İraqda olanda həmin terrorçuların bir şüarı var idi ki, "biz Amerikaya qarşı cihad edirik". ABŞ qüvvələri ölkədən çıxandan sonra onların şüarı bu oldu ki, "biz xainlərə qarşı cihad edirik". Bildiyiniz kimi, bəhanə hər zaman hazırdır.
- ABŞ və beynəlxalq ictimaiyyət İraqda baş verən hadisələrə qarışmır. İraqın bununla bağlı mövqeyi nədir?
- Amerika bizim üçün strateji dost və əhəmiyyət daşıyan bir ölkədir. Təbii ki, İraqda baş verən hadisələrdən onlar da məmnun olmadıqlarını ifadə ediblər. İqtisadi və təhlükəsizlik sahəsində bizim aramızda anlaşmalar var. Hətta silah alqı-satqısına dair layihələr də var idi, sadəcə, Amerikada bəzi protokol qaydalarının gecikməsi bu layihələrin baş tutmamasına gətirib çıxardı. Təkcə Amerikadan deyil, bütün dünya ölkələrindən məlum hadisələri pisləyən bəyanatlar gəldi. Dünya İraqın tərəfində durdu. Biz Azərbaycan hökumətindən də dəstək və İraqda baş verən hadisənin pislənməsini gözləyirik.
- Türkiyənin mövqeyi necədir?
- İraqda baş verən hadisələr hamı tərəfindən bilinir. Üç ölkə var ki, ad çəkilmədən bilinir onlar kimdir. İkisi cənub tərəfdədir, biri şimal tərəfdə. Suriyada, İraqda terrorun baş verməsi birbaşa bu üç ölkənin məsuliyyətidir. Bu terrorist təşkilatı maliyyələşdirən, silahlandıran, ölkəni tərk edib qaçmalarına imkan yaradan bu üç ölkədir. Əslində bizim düşmənimiz İŞİD təşkilatı deyil, İŞİD ilanın quyruğudur, amma ilanın başı artıq bilinir kimdir, onun başını kəsməklə bu hadisələrə son qoyulacaq. İŞİD təşkilatında olan silahlar bu üç ölkəyə aid olan silah nömrələrinə müvafiq olan nömrələrdir.
2003-cü ildən sonra biz xarici siyasətimizi "açıq qapı" formatında qururuq, bütün dövlətlərə, bütün qonşularımıza, bütün dostlarımıza qapılarımız açmışıq. Bizim Türkiyə ilə yüksək səviyyədə əlaqələrimiz var və Türkiyə regionda, beynəlxalq səviyyədə əhəmiyyəti olan bir ölkədir. Qeyd etmək istəyirəm ki, İraqla Türkiyə arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edir, amma bu milyardlar qana bulaşacaqsa, biz bunu istəmirik.
- İraqda türkmənlərin hüquqlarının ciddi şəkildə pozulduğu haqda məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə obyektivdir?
- 2003-cü ildən sonra İraq dövləti bərabərlik prinsipi üzərində qurulub və İraq ərazisində yerləşən tayfalar, millətlər parlamentdə, nazirliklərdə yer tutur. Məsələn, 2003-cü ildən əvvəl heç bir türkmən nazir olmayıb, lakin 2003-cü ildən artıq 4 türkmən nazirimiz var, nazir müavinləri, səfirlər var. Hesab edirəm ki, bu qeyri-dəqiq məlumatdır. İraqda türkmənlər sayca üçüncü millətdir.
- Hazırda baş verən hadisələr İraqın parçalanmasına gətirib çıxara bilərmi?
- Biz bundan qorxmuruq, amma belə bir ehtimal var. Bu, beynəlxalq ictimaiyyətin laqeyd yanaşmasından irəli gələ bilər. Bayaq qeyd etdiyim kimi, İraqda yaşayan üç millətin hamısı cəmiyyətdə yer tutur və onlar nə vaxtsa qalxıb ayrıca dövlət yaratmaq istəyə bilər. Hazırda Mosulda bərbərxanalar qadağan olunub, televizor qadağan olunub, xanımların yaxınları yanında olmadan çölə çıxması qadağandır, çıxdısa, üzü görünməmək şərtilə çıxmalıdır. Təbii ki, Mosulda yaşayan insanlar belə bir dövləti istəmir.
- İraq özünü müdafiə etmək üçün hansı addımları atacaq?
- Hazırda biz xüsusi silahlar əldə etmək ərəfəsindəyik. Biz yüksək texnologiyalı təyyarələri, qırıcıları, radar sistemlərini, raketləri nəzərdə tuturuq. Artıq dörd ildir Amerika ilə danışıqlar aparırıq ki, bizə "F-16" qırıcıları satsınlar, bu çətinlik onlarda mövcud olan protokol prosedurundan irəli gəlir. Hətta İsrail dövləti tərəfindən veto qoyulub ki, bu tipli silahlar İraqa və İraqın qonşuluğunda olan ölkələrə satılmasın. İlk olaraq biz Rusiyaya müraciət etdik, onlar bir həftənin içində qırıcıları bizə təqdim etdilər. Bu tipli təyyarələr İraq pilotları tərəfindən təcrübədən keçmiş qırıcılar idi. Bu qırıcılar sayəsində çox böyük nəticələr eldə etdik. Artıq biz Mosul şəhərinin qaytarılması ərəfəsindəyik. Siz deyə bilərsiniz ki, biz nəyi gözləyirik. Bu terrorçular Mosul şəhərinin sakinlərini girov kimi saxlayıblar, hətta biz qırıcılarla bombardman zamanı və xüsusi əməliyyatlar zamanı çalışırıq ki, dinc əhali bu hadisələrdən uzaq olsun. Terrorçu təşkilatların bir taktikası var, hər hansı yeri zəbt edirlərsə, oranı tam olaraq minalayırlar, həmin şəhərin giriş yolları, binaları, hamısı minalanıb. Bu da İraq ordusunun ora girməsini daha da çətinləşdirir. Təbii ki, say baxımından biz onlardan irəliyik, xüsusi silahlarımız var. Bildiyiniz kimi, Mosul İraqın ikinci ən böyük şəhəridir - 3,5 milyon əhalisi var. Üstəlik, Mosul şəhərinin coğrafi mövqeyi terrorçuların qaçmasına imkan yaradır. Qərb tərəfdən Suriya ilə həmsərhəddir. Təzyiq olduğu zaman terrorçular Suriya tərəfində gizlənir, biz isə ora keçə bilmirik.
- İŞİD-in döyüşçüləri əsasən hansı ölkələrdəndir?
- Dünyanın hər bir ölkəsindən var: Afrikanın ən qaranlıq yerlərindən, Avropanın bir çox ölkəsindən müsəlman əsillilər, Amerika, Kanada, Avstraliya, Cənubi Amerika, Cənub-Şərqi Asiya ölkələrindən... Təkcə şimaldakı eskimoslar yoxdur bizdə... Mən anlaya bilmirəm, belə çıxır ki, bütün dünyanın problemləri həll olunub, indi sadəcə İraqda İslam dövlətinin yaranması problemi qalıb?.. İŞİD-in xəritəsinə baxanda görmək olur ki, İraqı dörd yerə bölüblər, İraqı, Fələstini, Livanı bir ölkə kimi təqdim ediblər, Səudiyyə Ərəbistanını 3-4 ölkəyə bölüblər. Terrorçuların məqsədi odur ki, bu böyük ölkələri parçalayıb, bir neçə balaca ölkə yaratsınlar, hansı ki, nə gücü olsun, nə də nüfuzu. Nəyə görə? Səbəb odur ki, indi və ya yaxın gələcəkdə İsrail dövlətinin qarşısında dura biləcək güclü ölkə olmasın. Bu hadisələrdən istifadə edən yeganə ölkə İsraildir. Təbii ki, nə İranın, nə də Türkiyənin, Səudiyyə Ərəbistanının - heç bir ölkənin marağında deyil İraq Respublikası kiçik dövlətlərə bölünsün. Biz buna əminik ki, Suriyada baş verənlər İraqda baş verməyəcək. Suriyadakı vəziyyət İraqdakı vəziyyətdən fərqlidir.
- Azərbaycan və İraq arasında mövcud olan əlaqələri necə dəyərləndirirsiniz?
- Təbii ki, biz Azərbaycanla əlaqələrimizdən məmnunluq duyuruq. Dörd il əvvəlki və indiki əlaqələrimiz istər iqtisadi, istər siyasi baxımdan dəfələrlə güclənib. Ötən il biz 20 nümayəndə heyəti qarşıladıq, bu, ikitərəfli münasibətlərdə yüksək nəticədir, 350 milyon dollara yaxın ticarət dövriyyəmiz var. İlk dəfə olaraq nazirliklərarası komitə yaratmışıq və düşünürük ki, ilin sonunda biz Bağdadda komitənin ikinci görüşünü təşkil edək. Bizim təhsil, turizm, dini turizm sahələrində çox yüksək əlaqələrimiz var, iki ölkə arasında çoxlu sayda anlaşma memorandumları imzalanıb. Ümid edirik ki, yaxın illərdə əlaqələrimiz daha da inkişaf edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ