Terrorçular sərnişin təyyarəsini vurduqları üçün cəzalanmalıdırlar. ABŞ-ın respublikaçı senatoru Con Makkeyn əmindir ki, Ukraynanın Donbass şəhəri üzərində "Boinq" təyyarəsi Moskva tərəfindən dəstəklənən terrorçular tərəfindən vurulub. Milli.Az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
O qeyd edib ki, faktlar araşdırma zamanı ortaya çıxacaq.
"Əgər ortaya çıxsa ki, sərnişin təyyarəsini hərbi təyyarə ilə səhv salıb vuran separatçıların və ya Rusiyanın özünün əməlidir, onlar üçün cəza cəhənnəmi başlayacaq", - senator MSNBC telekanalının efirində deyib.
Con Makkeynin rəsmi səhifəsində qeyd olunub ki, ABŞ Ukraynaya təcili silah verməlidir. Senator hesab edir ki, hava hücumundan müdafiə və tank əleyhinə silahlar verilməlidir.