Bazar ertəsi günü, 30 noyabr 2026
     

Ukraynada Qarabağ ssenarisi işə salınır

Image


Şimal qonşumuzun Ukraynada məlum fəaliyyəti burada daha bir münaqişə ocağının əsasının qoyulacağını deməyə əsas verir. Proseslərin gedişi göstərir ki, Rusiyanın əsas məqsədi burada uzunmüddətli münaqişə ocağının formalaşmasına nail olmaqdır. Başqa sözlə, Ukrayna ərazisində də Dnestryanı, Qarabağ, Abxaziya, Cənubi Osetiya tipli münaqişənin yaradılması Rusiyanın xüsusi maraq dairəsindədir.
Çünki məhz bu, Rusiyaya istənilən vaxt Kiyevə təzyiq göstərmək imkanı verəcək. Eyni zamanda, Rusiya bununla Ukraynanın NATO-ya daxil olmasının qarşısını ala biləcək. Məhz bu səbəbdən Rusiya Ukrayna separatçılarının məğlub olmasına imkan vermək istəmir. Bu məqsədlə də Rusiya Ukrayna sərhədinə qoşun yığır.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Stiv Varren bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində təxminən 12 min nəfərlik hərbi heyəti var. O, son günlər Rusiyanın Ukrayna sərhədinə qoşun yığdığını deyib. Aralarında hücuma hazır olan qoşun birləşmələrinin olduğunu deyən Pentaqon təmsilçisi rəsmi Moskvanın hər an Ukraynaya hərbi müdaxilə edə biləcəyini istisna etməyib. ABŞ rəsmiləri bu ilin may ayında Rusiyanın Ukrayna sərhədində 40 min hərbi personalı olduğunu, ancaq Qərbdən gələn təzyiqlərlə bu sayın minə qədər aşağı salındığını təxmin edir.
İndilikdə isə Ukraynanın şərq bölgəsində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında döyüşlərin ara vermədiyi bir vaxt Moskva ilə Kiyev ərazilərinə hücuma görə bir-birini günahlandırır. NATO Rusiyanın sərhədyanı bölgələrə 12 min nəfərlik əsgəri qüvvə yerləşdirməsini Rusiyanın Ukraynanı işğal edəcəyinə dair qorxuları bir daha artırdığını bildirir.
Təhlilçilərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin niyyəti Ukraynanın işğalı deyil, o ölkədə dondurulmuş münaqişələrin kök salmasına yol açmaqdır. Bu fonda Ukrayna qüvvələrinin separatçıların əlində olan əraziləri geri aldığı bir vaxt Rusiya mülki vətəndaşının öldürülməsinin qısasını alacağı ilə hədələyir. Xatırladaq ki, Moskva sərhəd bölgələrindəki atışma zamanı bir rus vətəndaşının öldürüldüyünü, digərinin isə yaralandığını iddia edir. Kiyev isə Rusiya ərazisinə atəş açıldığını inkar edərək, üsyançıların Rusiyanı təhrik etdiyini bildirir. Ukrayna prezidenti Petro Poroşenko isə üsyançıların sıralarında rusların da iştirak etdiyini bildirir.
Rusiyanın "Novaya Qazeta" qəzetinin köşə yazarı, müdafiə məsələləri üzrə təhlilçi Pavel Felgenhaurun fikrincə, prezident Putin Donbasda separatçıların məğlubiyyətini qəbul edə bilmədiyinə görə hərbi təzyiqlərin artırılması yolunu seçib. Rusiya, eyni zamanda, Ukraynada atəşkəsi dəstəkləyir. Pavel Felgenhaurun dediyinə görə, Rusiyanın atəşkəsi dəstəklədiyi halda üsyançılara hərbi təchizatı davam etdirməsi münaqişənin davam etdirilməsinə yardım etməsi deməkdir: "Bu kimi separatist anklavının yaradılması Donbasın təhlükəsizliyini təmin edir. Bu isə Dneystryanı münaqişəsi kimi 20 illik müzakirələr və münaqişənin dondurulması deməkdir. Bu, Rusiyanın qarşısına qoyduğu məqsəddir."
Moskvanın Karnegi mərkəzinin direktoru Dmitri Treninin dediyinə görə, Putin Ukraynanın rusların əksəriyyət təşkil etdiyi şərq bölgələrində muxtariyyət yaradılması səyləri ilə o ölkənin NATO-ya üzvlüyünə mane olmağa çalışır. NATO təhlükəsizlik problemləri yaşanan ölkələri üzvlüyə qəbul etməyə həvəs göstərmir. Belə ki, bu, NATO-nu hərbi münaqişəyə sürükləyə bilər.
Dmitri Trenin Rusiya prezidentinin sabiq Sovet respublikalarında münaqişələri dəstəkləmək strategiyasını uğurlu adlandırır: "Putinin NATO strategiyası uğurludur. Nə Gürcüstan, nə Ukrayna, nə də Moldova NATO-ya üzvlük yolunda irəliləyir".
Ekspert deyir ki, Putinin Ukraynada sülh razılığı əldə edilməsi istəyi Avropa İttifaqı və ABŞ-ın sanksiyalarından yaxa qurtarmaq mahiyyəti daşıyır: "Putinə Krımın ilhaqı kimi əməllərinə görə qiymət verilməyəcək. Əsas iqtisadi göstəricilərdir. Putini, Ukraynadan çox, ölkədaxili iqtisadi durum narahat edir".
Bəzi təhlilçilər isə Putinin istədiyi vaxt Ukrayna münaqişəsinə son qoya biləcəyini, lakin eyni zamanda Qərbin ona ehtiramla yanaşmasını istədiyini deyir. Putin Ukraynaya hərbi müdaxilənin hazırda qeyri-mümkün olduğunu, lakin bunun istisna edilmədiyini göstərmək istəyir. Hər halda, baş verənlər Ukrayna üçün əlavə problemlər deməkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ