Bazar ertəsi günü, 30 noyabr 2026
     

Rusiya Ukraynaya açıq hücuma keçdi

Image


Şimal qonşumuzla Ukrayna arasında münasibətlər getdikcə daha gərgin xarakter almaqdadır. Son məlumatlara görə, Rusiya artıq separatçılara kömək məqsədilə Ukrayna ordusuna zərbələr endirməyə başlayıb. Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb ki, Rusiya aviasiyası Donetsk vilayətinin şərqindəki Snejnom şəhərinə zərbələr endirib.
Ən son məlumata görə, 4 dinc sakin ölüb, bir o qədəri yaralanıb. Hərbi ekspertin sözlərinə görə, aviasiya zərbələri nəticəsində mülki obyektlər dağıdılıb.
Qeyd edək ki, rəsmi Kiyev "Tornado-Q" reaktiv atəş sistemlərinin Ukraynaya Rusiya ərazisindən atəş açdığını bildirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval isə qeyd edib: "Ukraynanın hərbi ekspertləri aydın görür ki, "Qrad" yaylım atəş sistemindən atəş açılmayıb. Bu, 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin silah arsenalına daxil edilən "Tornado-Q" reaktiv atəş sistemidir. Antiterror güclərinin mövqelərinə atılanlar məhz "Tornado-Q"nin reaktiv raketləridir".
Bundan əlavə, Ukrayna "Antonov-26" təyyarəsinin də Rusiya hərbçiləri tərəfindən vurulduğunu bildirir. Hazırda Ukrayna qüvvələri səmada vurulmuş hərbi yük təyyarəsinin ekipajını axtarır. İnsident hökumət qüvvələri ilə separatçıların toqquşduğu Ukrayna-Rusiya sərhədində baş verib. "İnterfaks" agentliyi isə bildirir ki, separatçılar Karsnodonda "Antonov-26" təyyarəsinin uçuş heyətini dindirir. Rusiyapərəst separatçılar təyyarəni vurduqlarını deyir, amma Ukrayna rəsmiləri təyyarənin çox yüksəkdən uçduğunu və separatçıların onu vurmaq iqtidarında olmadığını deyərək raket hücumunun Rusiyadan qaynaqlandığını bildirir. Moskva hadisə ilə bağlı reaksiya verməyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sözçüsü Andrey Lısenko son günlər Rusiyanı regionda vəziyyətin eskalasiyasında günahlandırıb: "Gün ərzində dəfələrlə rusiyalı döyüşçülər və zirehli texnika sərhədi keçməyə cəhd göstərir. Bu cəhdlərin hamısına Rusiya sərhəd qüvvələri yardımçı olur. Hökumət qüvvələrinin mövqeləri Rusiyadan atəşə məruz qalır".
Onu da xatırladaq ki, Ukraynada separatçılarla ordu arasında gedən döyüşlər zamanı mərmilərdən birinin Rusiya ərazisinə düşərək bir mülki şəxsin ölümünə səbəb olması Kiyevlə Moskva arasında onsuz da gərgin olan münasibətləri pik həddinə gətirib. Kreml Rusiya ərazisinin atəşə tutulmasına və bir mülki şəxsin ölümünə cavab olaraq Ukrayna ərazisinə dəqiq zərbələr endirmək barədə düşündüklərini açıqlayıb.
Xatırladaq ki, üç gün əvvəl Ukrayna ordusu ilə separatçılar arasında "İzvarino" sərhəd-keçid məntəqəsi uğrunda gedən döyüşlərdə Rusiyanın sərhədə yaxın Donetsk qəsəbəsinə top mərmisi düşüb və bir nəfər sakin həlak olub. Mərminin hansı tərəfə aid olduğu şübhəli olsa da, Rusiya tərəfi Ukrayna ordusunu günahlandırır. Ukrayna tərəfi isə Rusiya ərazisinə düşən mərmiyə heç bir aidiyyəti olmadığını, separatçıların Rusiyanı qızışdırmaq üçün qəsdən bu təxribatı törətdiyini bildirir.
Belə bir vaxtda isə məlum olub ki, Rusiya Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırır. "Röyter" agentliyi NATO-nun adının çəkilməsini istəməyən yüksək rütbəli zabitinə istinadən bildirir ki, Rusiyanın Luqansk ilə sərhəddə qoşunlarının sayı 12 min nəfərə qədər artırılıb. O, həmçinin, Rostov əyalətinə xeyli miqdarda BTR və tankların gətirildiyini bildirib. Qeyd edək ki, bir müddət öncə Rusiya Qərbin təzyiqləri sayəsində Ukrayna ilə sərhəddə olan qoşunlarının miqdarını 40000-dən 1000-ə endirmişdi.
Bu arada ABŞ Dövlət Departamenti yenidən Rusiyanı Ukraynanın cənub-şərqindəki separatçıları silahla təmin etməkdə ittiham edib: "Biz hesab edirik ki, Rusiya separatçıları silah, hərbi avadanlıqlarla təchiz edir, maliyyələşdirir, həmçinin silahlı şəxslərin Ukrayna ərazisinə keçməsinə imkan yaradır". ABŞ Müdafiə Nazirliyi isə hesab edir ki, son günlər Rusiya Ukrayna sərhədi boyunca qoşunlarının sayını artırır. Bu isə münaqişənin getdikcə daha da geniş miqyas alacağından xəbər verir. Yaranmış durumda Ukrayna prezidenti Pyotr Poroşenko həm rusiyalı zabitlərin ölkənin şərqində separatçılara kömək etməsinə, həm də müasir tipli raket qurğularını terrorçulara verdiyinə görə Rusiyanı tənqid atəşinə tutub. Onun sözlərinə görə, terrorçular Rusiyadan ağır silahlar təhvil alıb. Poroşenko əlavə edib ki, məhz bu cür təchizatdan sonra separatçı dəstələr ciddi müqavimət göstərməyə başlayıb. Prezident son günlər Rusiya televiziyalarının Ukrayna milli ordusunun atdığı mərmi nəticəsində sərhəddəki rus kəndlərinin ciddi dağıntılara məruz qalması barədə xəbərlərinə də münasibət bildirib. Qeyd edib ki, əslində bu top atəşini Ukrayna ərazisindəki terrorçular qarşı tərəfə açır. Bununla da təxribat törədir, yanlış informasiya yayırlar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ