Ərdoğanın İŞİD məsələsində sərgilədiyi təmkinli siyasət iki amillə bağlıdır
.jpg?v=1520254601)
Son günlər İsrailin Qəzzanı intensiv bombardman etməsi ən çox müzakirə olunan məsələlərdən biridir. Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Fələstinə görə İsraili tənqid edib və birmənalı ismarış göndərib:
"Ey İsrail, Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsənsə, Fələstində - Qəzzada hərbi əməliyyatları dayandırmalısan". Bununla yanaşı, baş nazir Ərdoğan İsrailin son günlər bombardmana məruz qoyduğu Qəzza şəhərinə humanitar yardımla bağlı təlimat verib.Belə ki, Ərdoğan təcili olaraq Qəzza şəhərinə qida məhsulları, geyim və dərman preparatları göndərilməsi barədə əmr verib.
O da məlumdur ki, artıq neçə aydır İŞİD silahlı qüvvələri İraqda olmazın müsibətlər törədir. Dinc insanları vəhşicəsinə öldürür, müqəddəs ziyaratgahları dağıtmaqla hədələyir və s. Ancaq çox maraqlıdır ki, Ərdoğan baş verənlərə hansısa formada kəskin münasibət bildirmədi. Ən yaxşı halda müəyyən diplomatik sözlərlə, necə deyərlər, məsələnin üzərindən səthi keçdi.
Ümumilikdə, Ərdoğanın bu siyasəti nə deməkdir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu müəyyən səbəblərlə əlaqələndirdi: "Ərdoğan kifayət qədər səriştəli və xarizmatik siyasətçidir. Onun İŞİD məsələsində sərgilədiyi təmkinli siyasət iki amillə bağlıdır. Bunlardan biri din, digəri isə Türkiyə vətəndaşlarının həyatı ilə əlaqədardır. Məsələ ondadır ki, Türkiyə mühəndislərinin İŞİD silahlıları əlində girov olması onu bu cür təmkinli davranmağa sövq etdi. Onun bu məqamda hansısa kəskin ifadələr səsləndirməsi onların həyatı üçün təhlükə yarada bilərdi. Burada digər səbəblər də ola bilər. çünki Ərdoğan yetərincə təcrübəli siyasətçi olaraq, görünür, bu məsələnin arxasında böyük maraqların olduğunun fərqindədir. Ona görə də prosesləri qabaqlamaq istəmir".