Bazar ertəsi günü, 30 noyabr 2026
     

Rusiya Azərbaycanın Avropaya qaz satışı siyasətini yeni şəraitlə üzləşdirir

Image


Avropanın qaz bazarında mövqelərini itirməkdən ehtiyat edən Rusiya buna yol verməmək üçün fəal hərəkətə keçib. Moskvanın əsas qorxusu isə Azərbaycanın Avropanın təbii qaz bazarında Rusiyanın mövqelərinə sahiblənə biləcəyidir. Avropanın özünün də bu məsələdə maraqlı olması Kremli daha çox narahat edir. Vəziyyətdən çıxış yolu kimi Rusiya yeni qiymət siyasətinə başlamağı düşünür ki, bu, Azərbaycanın da zərərinə ola bilər.
Söhbət Azərbaycan qazının Avropada daha aşağı qiymətlə satılmasından gedir.
Məsələ burasındadır ki, Rusiyanın İqtisadiyyat Nazirliyi Avropaya ixrac olunan neft və qaz qiymətlərinin 17 faiz aşağı salınacağını bildirib. 2014-cü ildə 104 dollara satılan Ural nefti gələn ildən 100 dollara satılacaq. "Vedomosti" qəzetinin verdiyi məlumata görə, nazirlik neftlə bərabər, qazın da qiymətlərində 17 faizlik endirim olacağını bildirib. Verilən məlumata görə, bundan sonra ixrac olunan hər min kubmetr qaz 17 faiz aşağı, yəni 320 dollara düşəcək. Qeyd edək ki, nazirlik rəsmiləri neft və qaz ixracında qiymətlərin əhəmiyyətli dərəcədə aşağı salınmasına səbəb kimi Avropa bazarında rəqabətin gücləndiyini göstərir. Bu endirimlər, Avropa ilə yanaşı, Türkiyəyə də şamil olunacaq. Belə olarsa, Azərbaycan da qazını aşağı qiymtə satmalı olacaq və bu da sərfəli sayılmır.
Rusiya təkcə Ukraynaya satdığı qazın qiymətini qaldırır. "Qazprom" rəhbəri Aleksey Miller Ukraynaya verilən qazın min kubmetrinin qiymətinin aprelin 385,5 dollar səviyyəsinə qalxdığını bəyan edib. Bu, 43,5 faiz artım deməkdir. Onun sözlərinə görə, Ukrayna 2013-cü ildə və bu ilin əvvəlindən Rusiyadan aldığı qaza görə borcunu hələ də ödəməyib. 2013-cü il dekabrın 17-də Rusiya və Ukrayna arasında bağlanmış qaz kontraktına qiymət endiriminə dair razılıq əlavə edilib. Həmin əlavəyə uyğun olaraq, Ukrayna bu ilin əvvəlindən Rusiyadan qazın kubmetrini 268,5 dollar qiymətilə alıb. Buna qədər isə Ukraynaya verilən Rusiya qazının qiyməti bir kub metr üçün 400 dollar təşkil edib. Məlum hadisələrdən sonra Rusiya Ukraynaya güzəştlə qaz satışını dayandırıb.
İndilikdə isə Avropa və Türkiyəyə qaz satışının ucuzlaşdırılması enerji bazarında yeni vəziyyət yaradır.
Hazırda Azərbaycanın zəngin enerji resursları Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktora çevrildiyindən, Avropa şirkətləri Bakı ilə əməkdaşlığı prioritetə çeviriblər. Proseslər isə Avropada Azərbaycan qazına bundan sonra daha böyük ehtiyac yarandığını göstərir. Lakin Moskva qiymət siyasəti ilə durumu dəyişmək istəyir. İstisna olunmur ki, qaz satışında Kreml həm də Bakı ilə eyni mövqedən çıxış etməyə çalışsın. Əslində, Moskva çoxdandır qaz məsələsində Azərbaycanla birgə hərəkət etmək istəyir. Hələ bir müddət əvvəl Rusiya baş naziri Dmitri Medvedyev Azərbaycanla bağlı növbəti dəfə açıqlamalar verərək Bakı ilə Moskvanın, enerji sektoru da daxil olmaqla, iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalı olduğunu deyib. Medvedyevin sözlərinə görə, ölkələr arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var. Baş nazir tərəflərin razılığa gələ biləcəyini də dilə gətirib. Bu, rəsmilərin ilk belə açıqlaması deyil. Bundan əvvəl də Kreml nümayəndələri Azərbaycanın enerji məsələlərində, xüsusilə Avropaya qaz satışında Rusiya ilə razılaşdırılmış mövqe ortalığa qoymasını istəyiblər. Lakin Avropa ilə münasibətlərini pozmaq istəməyən Bakı Moskvanın dedikləri ilə razılaşmaq niyyətində deyil. Bu səbəbdən Kreml üçün əsas çıxış yolu qazın qiymətini aşağı salmaqdır. Belə vəziyyət Azərbaycanın da qiymət siyasətinə yenidən baxmasına gətirib çıxaracaq.
Kreml həm də "Cənub axını" layihəsinin tikintisini reallaşdırmaqda israrlı mövqe nümayiş etdirir. Xarici işlər naziri Sergey Lavrov bununla bağlı bildirib: "Biz əminik ki, Rusiya və Avropa komissiyası arasında gedən dialoq milli iqtisadiyyat əhəmiyyətli enerji təhlükəsizliyinin artırılması yolunda Avropa İttifaqına üzv ölkələrin bu layihəyə cəlb olunmasında faydalı rol oynayacaq". Lavrovun sözlərinə görə, "Cənub axını" layihəsinin tikintisindən, Rusiya və Bolqarıstan da daxil olmaqla, bütün Avropa istehlakçıları fayda görəcək: "Dərindən düşünsək, bu layihə yaxşı mənada Avropanı bölüşdürüb. Biz bilirik ki, Aİ kontekstində tikiləcək və "Üçüncü enerji paketi"nə daxil olacaq gələcək qaz kəmərinin istismarı yönündə Avropa Komissiyasının öz baxış meyarı olacaq. "Cənub axını"na qoşulacaq ölkələrlə Rusiya arasında bağlanacaq ikitərəfli saziş bizim üçün əsas hüquqi sənəddir. Əvvəllər əldə olunan razılaşmanın yerinə yetirilməsinə sonradan Avropa İttifaqı tərəfindən maneə törədəcək hər hansı bir qanunvericilik tətbiq edilə bilməz. Rusiya tərəfi bu layihəni ardıcıl olaraq inkişaf etdirmək niyyətindədir. Biz yol verməməliyik ki, Avropadan kiminsə maraqları çərçivəsində istifadə etsinlər və kontinentimiz dardüşüncəli ideologiyaların əsirinə çevrilsin".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ