Bazar ertəsi günü, 30 noyabr 2026
     

ABŞ-ın Azərbaycanda 2,4 milyonluq qalmaqallı qrant layihəsi uğursuzluğa düçar oldu

Image


USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub. APA-nın məlumatına görə, bununla bağlı mətbuatda yayılan məlumatda elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin edilməməsi xüsusi vurğulanır.
"Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yaza bilməz. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz "Azərbaycan mediasının inkişafı üçün" qrant elan edib", - deyə bildirilir.
Məlumatda qeyd olunur ki, USAİD-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərbyönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub.
"Beləliklə də, elanda şəffaflıq prinsipi pozulub, elan gizlin və xəlvəti şəkildə verilib. Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib. Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə, onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır. Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır", - məlumatda deyilir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da "Azərbaycan mediaya dəstək fəaliyyəti" layihəsində USAİD qrant proqramında iştirak edənlərin arasında sağlam rəqabəti və şəffaflığı dəstəkləyir.
"ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. Sözügedən layihə barədə məlumatı USAİD öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAİD normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli mediaya daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb", - deyə səfirlikdən bildirilib.
"Bu günlərdə xəbər tutdum ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD Azərbaycanda media sahəsinin inkişafı üçün qrant elanı veribmiş. Özü də nə az, nə çox - düz 2,4 milyon dollarlıq! Maraqlıdır ki, USAİD bu elanı əvvəllər olduğu kimi geniş təbliğ etmək gərəyi duymayıb. Halbuki illər öncəsində bu agentlik öz qrant elanlarını gen-bol reklam edərdi". Bunu isə APA-ya açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət yaranmış vəziyyəti şərh edərkən deyib.
A.Həsrətin sözlərinə görə, belə imkanlar haqqında aylar öncəsindən elanlar verilər, QHT-lərə e-poçt və başqa vasitələrlə xəbər göndərilərdi ki, müsabiqədə iştirak edə bilsinlər: "Amma indi bu elan xəsisliklə, gizli şəkildə və özü də gecikmə ilə açıqlanıb. İyunun 30-da dərc edilmiş elanda deyilir ki, müraciət müddəti iyulun 7-dək, yəni cəmi 1 həftədir. Bu 1 həftə ərzində isə heç bir QHT 2,4 milyon dollarlıq layihə təklifini işləyib hazırlaya bilməz. Ən güclü beynəlxalq QHT-lər belə bundan da az məbləğ tələb olunan layihələri hazırlamaq üçün aylarla vaxt sərf edir. Demək istədiyim odur ki, USAİD-in belə yanaşması hansısa qaranlıq məqamlardan xəbər verir. Görünür, burada ya korrupsiya elementləri var, ya da sadəcə USAİD-in özünə bəlli olan və öncədən müəyyən edilmiş təşkilatlar üçün imkanlar yaradılır. Bütün bunları ona görə deyirəm ki, bir QHT rəhbəri olaraq, üstəlik də jurnalist təşkilatının sədri kimi mən də bu qrant imkanından yararlanmaq istərdim. Təbii ki, vaxtında xəbərimiz olsaydı və layihə hazırlamaq üçün zaman qıtlığı yaşanmasaydı. Amma baxıram ki, USAİD bu elanı az qala gizli tutmaqla bizim kimi təşkilatları ədalətli müsabiqə imkanından məhrum edib. Bu isə sual doğurmaya bilməz. Burada istər-istəməz ötən ilki prezident seçkisi öncəsi ABŞ Milli Demokratiya İnstitutu Bakı ofisinin təmsilçisi Aleks Qriqorevsin qısa müddət ərzində bank hesabından çıxardığı 2 milyon dollardan artıq maliyyə məsələsi yada düşür. Bu şübhəli maliyyə əməliyyatının altında yatan əsas məqsədin seçki öncəsi ölkədə qarışıqlıq yaratmaq olduğu haqqında müzakirələr də yaddan çıxmayıb. İndi də görünür, USAİD özünə məlum olan təşkilatlara - Azərbaycandakı "5-ci kolon" təmsilçilərinə gizli şəkildə lazımi şəraiti yaradıb, elan gözə kül üfürmək üçün diqqət cəlb edilməyəcək bir şəkildə, özü də çox gec dərc edilib, bununla da guya potensial iddiaçılara bərabər şərait yaradıldığı görüntüsü yaradılıb. Bir maraqlı məqam da ondan ibarətdir ki, USAİD heç bir mənbədə bu qranta iddia edən təşkilatlar haqqında məlumat dərc etməyib. Belə gizliliyin daha birinə biz yenə də ABŞ-ın NED kimi tanınan Milli Demokratiya Fondunun saytında rast gəlirik. Təşkilatın saytında Güney Qafqaz ölkələrindən Ermənistan və Gürcüstan QHT-lərinə ayrılan maliyyəni alan təşkilatların adları göstərilsə də, Azərbaycanla bağlı yalnız layihələrin adları göstərilir. Həmin layihələri icra edən təşkilatların adları isə gizli tutulur. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, bu ABŞ təşkilatları ya birlikdə, ya da ayrı-ayrılıqda çirkli pulların yuyulması ilə məşğuldur, yaxud da onların hər ikisi 2015-ci il parlament seçkiləri öncəsi üçün Azərbaycanı qarışdırmağa xidmət edən planlar cızmaqdadır. Belə olmasaydı, Azərbaycan üçün böyük məbləğ sayılan qrant elanı bu qədər gizli tutulmaz, qrant almış təşkilatların adları açıqlanardı. Deməli, burada məsələ heç də təmiz deyil. Bu baxımdan Azərbaycan dövlətinin, müvafiq dövlət qurumlarının məsələni diqqətdə saxlaması yerinə düşərdi. Çünki bu qədər gizli və şübhəli vəsaitlər haqqında bizim belə məlumatımız varsa, mümkündür ki, daha böyük və şübhəli vəsaitlər də hardasa dövr edir. Üstəlik nəzərə alsaq ki, Yaxın Şərq ölkələrində "demokratiya" yelləri də bu cür vəsaitlər hesabına əsməyə başlayıb, deməli, məsələyə diqqət yetirməyə dəyər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ