Bazar ertəsi günü, 30 noyabr 2026
     

Prezident ancaq öz "mədəsini" düşünən banklara xalqın gözlədiyi sözləri dedi

Image


Banklar ictimai və dövlət maraqlarının, bir azərbaycanlı politoloqun sözləri ilə desək, "periferiyasında" yox, tən mərkəzində olan qurumlardır. Yox ki, onlar pulla oynayır və hamının onlara işi düşür. Həm də ona görə ki, bu gün dövlətin, şəxsən prezident cənablarının apardığı və həyata keçirmək istədiyi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-nefat sektorunun inkişaf etdirilməsi siyasətinin açar mövqelərindən biri məhz və məhz bankların əlindədir.
Həm də ona görə ki, bu dövlət özəl bankların bəzi məqamlarda ağır məsuliyyəti altına o bankın arxasında duran kəsin qara qaş-gözünə vurulduğu üçün girmir, ona görə girir ki, banklar onun yükünə çiyin verən dövlətin siyasətinin həyata keçirilməsində öz işini görsün, nəinki öz qarnını, mədəsini düşünmək. Dövlətin isə bankların yükü altına girməsinin nə demək olduğuna az sonra izah verəcəyəm.
İndi isə qayıdaq mədəsini düşünən bankları gözləyən yaxın və çox ağır perspektiv məsələyə.
Bu günlərdə hökumətin altı aylıq yekunlar iclasına sədrlik edən Prezident İlham Əliyevin nitqinin diqqət çəkən bəzi məqamları içərisində banklara aid hissənin üzərində dayanmaq istəyirəm. Qısa desək, cənab Prezident dedi ki, başqa yolumuz yoxdur və Azəbaycanın neftdən gələn böyük vəsaitini yönəltməyin yeganə yolu iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Prezident "bunun üçün nə etmək lazımdır" sualına da təkrar-təkrar izah verdi. Çox maddələr göstərirdi. Biri və əsaslardan biri də bu oldu ki, bölgələrdə sənaye zonaları yaradılmalı, bu işdə bütün strukturlar, xüsusilə də banklar xüsusilə fəallıq göstərməlidir. Prezident bu yerdə beynəlxalq təcrübəyə də istinad etdi və əslində iqtisadiyyatı dirçətməyin bu formuluna az-çox şübhə edənlərə əldə konkret və uğurlu təcrübənin olduğunu göstərdi. Bu təcrübə isə ondan ibarətdir ki, banklar iqtisadiyyatın ən səmərəli faizlərlə, hətta islam bankları kimi faizsiz maliyyələşdirilməsinə özlərinin, belə deyək ki, "vətəndaşlıq borcu" kimi baxır və baxmalıdır. Bəs Azərbaycanda necədir? Təəssüf ki, öz qarnını güdən banklar sayca getdikcə çoxalır.
Prezident dedi ki, bölgələrdə sənaye zonalarının yaradılması üçün banklar real sahələri kreditləşdirməlidir, ancaq görünən odur ki, banklar başqa yolla gedir. İlham Əliyevin sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən banklara güzəştli şərtlərlə real sahələrə kredit vermək üçün 300 milyon manat ayrılsa da, banklar bunu ancaq istehlak kreditinə yönəldiblər. Prezident daha sonra tapşırıq verdi ki, hansı bankın real sektora nə qədər kredit ayırdığı və kredit potfelinin nə qədər olduğu barədə məlumat hazırlanıb ona təqdim olunsun.
Göründüyü kimi, Prezident çox ciddi mətləblərə toxunub. Dövlətin güzəştli şərtlərlə, çox aşağı faizlə banklara ayırdığı vəsait niyə fantastik faizlərlə maşın və sair kimi istehlak kreditlərinə yönəldilməli, nə üçün dövlətin pulu ilə hansısa "qarınqulu bankir" xalqı soyub-talamaqla məşğul olmalıdır? Hər hansı bankın kredit portfelinin məbləğini biləndən sonra Prezidentə dəqiq bəlli olacaq ki, onun mütləq əksəriyyəti məhz istehlak kreditlərinə yönəldilib və real sektora hətta dövlətin öz pulunu belə qoymaq, istəyən bank isə, demək olar ki, yoxdur.
Artıq bu başdan bəllidir ki, ölkə rəhbəri həmin banklara çox sərt şəkildə və həm də ciddi əsaslarla bu sualı verəcək ki, niyə dövlətin ucuz kredit vəsaitini real sektora yox, çox bahalı istehlak kreditlərinə yönəltmisən və bununla da dövlətin pulu ilə özünə qazanc əldə etmisən, üstəlik xalqı da çapıb-talamısan?!
Əlbəttə, müzakirələr belə sərt həddə gəlib çatanda banklar "bunlar mənim öz vəsaitlərimdir" deyə bilməyəcək. Çünki onların "öz kredit vəsaitimdir" deyə biləcəkləri vəsait də əslində Azərbaycan dövlətinindir və məhz Azərbaycan dövlətinin zəmanəti ilə hansısa xarici ölkədən alınıb. Bu o deməkdir ki, nə vaxtsa həmin bank müflis olsa, onun xarici banklardan götürdüyü kreditləri zəmanətçi tərəf kimi Azərbaycan dövləti ödəməli olacaq. Burada daha maraqlı bir məqam da ortaya çıxır. Heç şübhəsiz son hökumət müşavirəsində hələlik bankların istehlak kreditinə və real sektora nə qədər vəsait yönəltdikləri barədə dəqiq hesabat istəyən Prezident bu səviyyə ilə kifayətlənməyəcək və yəqin ki, növbəti mərhələdə Azərbaycan hökumətinin zəmanəti ilə hansı bankın hansı xarici ölkənin nə qədər kredit vəsaiti gətirərək onu fantastik faizlərlə Azərbaycan xalqına sırıdıqları barədə yeni hesabat istəyəcək. Həm də bunun qarşıdakı 6 ayda baş verəcəyi göstərilir və yəqin ki, belə də olacaq. Çünki 2015-cu il yanvarın 1-dən banklar nizamnamə kapitalının minimum 50 milyon manatlıq həddi barədə qanuni normativlə işləməyə məcbur olacaqlar və bu həddə uyğunlaşa bilməyən bankların lisenziyasının ləğv ediləcəyi göstərilir. Ancaq indiki vəziyyət göstərir ki, bir sıra banklar tək nizamnamə kapitalına qoyulmuş minimum həddə görə yox, istehlak kreditləri ilə xalqı talan etdiklərinə və dövlətin vəsaitlərini tək istehlak kreditlərinə yönəltdiklərinə görə də cəzalandırılacaqlar. Digər tərəfdən, hansı bankın xaricdən Azərbaycan dövlətinin zəmanəti ilə nə qədər kredit fondu aldığı, niyə qaytarmadığı da növbəti 6 ayda araşdırıla bilər. Beləliklə, bankların dövrü bitir, "banklarla iş gövrü" isə başlayır.
Onu da deyək ki, Mərkəzi Bank bir neçə dəfə mərkəzləşdirilmiş kredit faizlərini dəyişsə də, 5,75 faizdən 4, 4 faizdən 2 faizə endirsə də, kommersiya bankları özlərinin verdiyi istehlak kreditlərinin faizini nəinki endirməyib, əksinə, günbəgün qaldırarıq bugünkü 28 faizə çatdırıblar. Təhlillər göstərir ki, Prezidentin dəqiq analizindən sonra banklar kredit faizlərini endirməyə də məcbur olacaqlar. Beləliklə, İlham Əliyevin hökumət müşavirəsində bankların istehlak kreditləri siyasətinə qarşı çıxışının sadə cəmiyyət kəsiminin maraqlarına uyğun olması çox yaxınlarda öz təsirini göstərəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ