Üç ildən çoxdur vətəndaş müharibəsinin davam etdiyi Suriya ilə bağlı sensasiyalı məlumat yayılıb. İddialara görə, ordudakı bəzi generallarla üz-üzə gələn dövlət başçısı Bəşər Əsəd ölkədən qaçıb. Belə ki, ordudakı bəzi generalların Əsədi devirməyə cəhd etməsi barədə xəbərlər yayılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Xalq Sarayı ətrafında Əsəd tərəfdarları ilə çevrilişə cəhd edən hərbçilər arasında qarşıdurmalar davam edir.
Livanda nəşr edən «Al-khabar Press» xəbər saytının Fransanın «TV France» kanalına istinadən yaydığı xəbərdə, Suriyada bəzi zabitlərin hərbi çevrilişə cəhd etdiklərini bildirilir. Xəbərdə çevrilişə cəhd edən zabitlərin Müdafiə Nazirliyini ələ keçirdiyi və Əsədin Xalq Sarayını mühasirəyə aldığı qeyd edilir. Xəbərdə həmçinin Əsədin ölkəni tərk etdiyi də iddia edilir.
Hələlik məlumat rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib.