Rusiya Şimali Afrikada ilk hərbi bazasını qurmağa hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə xəbərlər Liviya milli ordusunun komandiri general Halife Hafterin Moskvaya səfər etməsindən sonra yayılıb.
Moskvanın dəvəti reallaşan səfər çərçivəsində general Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdə Liviyadakı son vəziyyət və Rusiya ilə Liviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
General Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb. “Moskva Liviyada siyasi prosesin uğurlu bir şəkildə davam etməsi üçün ölkədəki müxtəlif siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır” – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin görüş barədə yaydığı məlumatda bildirilir.
Rusiya ilə Liviya arasında keçirilən son danışıqlar Moskvanın Şimali Afrikada ilk hərbi bazasını qurmaq planının bir parçası kimi dəyərləndirilir.
Hərbi mənbələr Putinin, Suriyanın Lazkiye şəhərindəki Hmeymim bazasından sonra Aralıq dənizində ikinci hərbi baza qurmaq planlarını işə saldığını deyir. Yeni hədəf isə Liviyanın Binqazi şəhəridir. Binqazidə qurulması planlaşdırılan bu hərbi baza ilə Rusiya həm dəniz, həm də hava qüvvələri ilə Avropaya 700 km yaxınlaşmış olacaq.
O da bildirlir ki, Liviyanın neft qaynaqları da Putinin hədəfindədir. Qeyd edilir ki, ölkədəki siyasi qarışıqlıqdan faydalanan Rusiya general Hafterə, rəqibləri qarşısında əlini gücləndirmək üçün verəcəyi dəstək qarşılığında Liviya neft bazarına girməyə çalışacaq.
TAHİR