Bazar ertəsi günü, 30 noyabr 2026
     

Abbas Abbasov SSRİ-nin bərpasının əsas təbliğatçılarından birinə çevrilir

Image


Azərbaycanda tutduğu yüksək postu tərk etdikdən sonra Rusiyaya sığınan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun ölkəmizə qarşı sərgilədiyi münasibət heç də birmənalı olmadı. Daha çox Moskvada müəyyən dairələrin məqsədləri üçün istifadə etdikləri bu şəxs hələ də Rusiyada belə dairələrin əlində demək olar ki, bir alət olaraq qalmaqdadır.
Hər halda "Milyarderlər İttifaqı"nın yaradıcısı, ilhamvericisi olan Abbas Abbasov bu qurumun fəaliyyəti müddətində Azərbaycana qarşı heç də xoş münasibət sərgiləmədi. Eyni zamanda məhz burada Abbas Abbasovun əsl siması və məkrli niyyətləri meydana çıxdı.
Xatırladaq ki, "Milyarderlər İttifaqı" yaradılarkən Rusiyadakı Azərbaycan diaspora təşkilatlarında da bir parçalanma ovqatı yaşandı ki, bu da rəsmi Bakının haqlı etirazları ilə müşaiyət olundu. Ardından isə tanınmış milyonçuların da qatıldığı bu ittifaq prezident seçkiləri ərəfəsində siyasi gedişləri ilə diqqət mərkəzinə gəldilər. Məlum oldu ki, qurum sırf Azərbaycan dövlətçiliyinə qarşı yönəlib. Lakin hadisələrin sonrakı gedişi "Milyarderlər İttifaqı"nın Azərbaycana qarşı planlarının həyata keçməsinə imkan vermədi. Əksinə, qurum Kreml rəhbərliyinin də qəzəbinə tuş gələrək fəaliyyətini dayandırmalı oldu.
Lakin Rusiya Abbas Abbasovu birdəfəlik silmədi. Onu lazım olanda yenə alət kimi istifadə məqsədilə ehtiyat variant kimi saxlamaqdadır. İndi isə Rusiyanın yeni SSRİ qismində yaratmaq istədiyi Avrasiya İttifaqı fonunda Abbas Abbasov kartı yenidən işə salınır. Hər halda Abbas Abbasovun açıqlamaları bu məsələdə ondan Kremlin bəzi dairələrinin yararlanmaq istədiyini göstərir. Abbas Abbasovun açıqlamaları isə onu göstərir ki, sabiq baş nazirin müavini SSRİ-nin xiffətini çəkir. Belə ki, Abbas Abbasov Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı bildirib ki, SSRİ-nin dağılması heç də xoş hal olmayıb: "Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək".
A.Abbasov bir qədər də irəli gedərək qeyd edib ki, "indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir". Sabiq baş nazir müavini onu da əlavə edib ki, bu məqsədlə Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir: "AzerRos" və azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar".
Maraqlıdır ki, Rusiyaya bu qədər məhəbbətlə bağlanan Abbas Abbasov şimal qonşumuz barədə səsləndirdiyi fikirləri heç də doğma vətəni olan Azərbaycan barədə səsləndirmir. Əksinə, Rusiyanın hegemon olduğu SSRİ-nin süqutundan açıq təəssüf hissi keçirir. Belə görünür ki, SSRİ-nin xiffətini çəkən Abbas Abbasov indi Avrasiya İttifaqının yaranması istiqamətində Rusiyanın əlində əsas vasitə olacaq. Moskvaya isə belə vasitə lazımdır. Çünki Azərbaycan Avrasiya İttifaqına daxil olmaq istəmir. Belə vəziyyətdə Moskva Azərbaycana təzyiq üçün ən müxtəlif vasitələrdən istifadə etməyə çalışır ki, bu sırada Abbas Abbasov da var. Belə görünür ki, bu şəxs Azərbaycanın müstəqilliyini də qurban verməyə hazırdır. Bunun nəticəsidir ki, A.Abbasovun qeyd olunan çıxışından sonra Rusiya Xalqları Assambleyasının sədri Svetlana Smirnova onu "Fəxri Fərman"la təltif edib.
Maraqlıdır ki, tədbir zamanı A.Abbasovun Rusiya Prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib. Axı Abbas Abbasov Kreml tərəfindən yeni missiya üçün hazırlanır. Onun ölkəmiz barədə indiyə qədər dedikləri isə səmimi deyil, demək niyyət başqadır. Gerçək niyyəti təxmin etmək çətin deyil. Bu niyyət Moskvanın Azərbaycanı Gömrük Birliyinə qoşmaq niyyəti ilə üst-üstə düşür. Başqa sözlə, Abbas Abbasov kimlərinsə əlində alətdir və onun söylədiyi fikirlər də alət olduğunu gizlətmir.
Özü də yeni SSRİ-nin bərpası üçün miqrant kartı vasitəsilə Abbas Abbasovun Bakıya təzyiq məsələsində yenə ön planda yer alması da tamam gözləniləndir. Məsələn, o bildirir ki, hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkədən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır. Yəni, Abbas Abbasov Rusiyada bu gün azərbaycanlı miqrantlara qarşı təzyiqlərin davam edəcəyi təqdirdə, məsuliyyəti öz iqtisadi və siyasi müstəqilliyini Kremlə güzəştə getmək istəməyən rəsmi Bakının üzərinə atır.
Abbasov buna da eyham vurur ki, Azərbaycan Ukrayna kimi Rusiyanın təsir dairəsindən çıxmağa cəsarət etməməlidir. "Milyarderlər İttifaqı"nın rəhbəri həmçinin, keçmiş SSRİ-nin dağılmasından məyusluğunu da gizlətmir və keçmiş sovet respublikalarını yenidən Rusiyanın ətrafında birləşməyə çağırır. Beləliklə, Rusiyanın Azərbaycana dair planlarının ötən il baş tutmamasından sonra fəallığını kəskin azaldan keçmiş vitse-premyerin yenidən fəallaşmasının arxasında yenə məkrli niyyətlər durur. Bu niyyətlər isə Azərbaycanın müstəqilliyinin qəsdinə yönəlib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ