Bazar ertəsi günü, 30 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər beynəlxalq münaqişələrdən fərqli və oxşar cəhətləri
Tarix: 07.07.2014 / 12:13
Bölmə: Siyasət
XX əsrin elan olunmamış müharibələri və onun törətdiyi ağlasığmaz faciələr bəşər tarixində silinməz izlər qoydu. Bu qırğınların, qətliamların qurbanları isə əsasən qocalar, əlillər, xəstələr, qadınlar və körpə uşaqlar oldular. Əsrin müharibə faciəsi doğma yurdumuzdan, Azərbaycandan da yan keçmədi.
Mənfur ermənilərin yurdumuzda, o cümlədən Dağlıq Qarabağda törətmiş olduğu faciələr minlərlə insanın, günahsız körpənin ölümünə səbəb oldu.
Tarix kitablarımızın və ulu keçmişdən xəbər verən daş kitabələrin səhifələrinə yazılmış minlərlə acılı-şirinli xatirələrə nəzər saldıqda görürük ki, bu hadisələrin hər biri zaman-zaman ermənilər tərəfindən törədilib və ya bütün bunların başında erməni lobbisi dayanıb. Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırım siyasətinin dərin tarixi kökləri var. Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım və təcavüz siyasəti iki yüz ildən artıq bir dövrü əhatə edir.
«Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Ermənilərin Bakıdan başlayan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistanın ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Quduzlaşmış ermənilər kəndlərə od vurub yandırır, dinc əhalini qılıncdan keçirir, güllələyir və onlara ağlasığmaz işgəncələr verirdilər. İrəvanda yaşayan yerli azərbaycanlılar öz dədə-baba torpaqlarından çıxmaq məcburiyyətində qaldılar.
1988-ci ilin yanvar ayından başlayaraq isə SSRİ-nin Ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR də yaşayan azərbaycanlılara ağır və dözülməz işgəncələr verərək tarixi torpaqlarından deportasiya etdilər. Dördüncü dəfə idi ki, onlar öz ata-baba torpaqlarından didərgin düşürdülər. Həmin vaxt Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub çıxarıldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi bu dəhşətli hadisə. XX əsrin sonlarında baş vermiş bu faciə Azərbaycan xalqına deyil, eləcə də bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi.
Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
O gecə Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir düşüb. Onların bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleləri barədə hər hansı məlumat yoxdur.
Bunun ardınca ermənilər Dağlıq Qarabağda öz havadarlarının köməyi ilə genişmiqyaslı hücuma başladılar.
Bu ixtilafın nəticəsində 30 minə yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi.
Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafda yerləşən 7 inzibati rayonu Ermənistan Silahlı qüvvələrinin işğalına məruz qaldı. 1992-ci il mayın 8-də Şuşa rayonu, həmin ayın 18-də Laçın rayonu, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu, iyul ayının 23-də Ağdam rayonu, avqustun 23-26 Füzuli və Cəbrayıl rayonları, həmin ayın 31-də Qubadlı rayonu, oktyabrın 28-i noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan rayonu tamamilə işğal edildi. Ümumilikdə Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana 400 milyard dollardan çox ziyan vurulub.
Təəssüf ki, tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib, yandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıb. Zəbt edilmiş torpaqlarımızın hər qarışının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başladı. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.
Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.
Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməyib.
Hazırda dünyada oxşar münaqişə ocaqları da mövcuddur. Həmin münaqişələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə hansı oxşar və fəqli cəhətləri varğ
Bu gün Azərbaycan mətbuatında «Krım Qarabağ üçün presedent ola biləcəkmi» sualı daha çox verilir. Amma bu sual qətiyyən aktual deyil. Ona görə yox ki, onlar arasında nə zahiri, nə də mahiyyətcə eynilik var, əksinə, bu problemlər arasında daha çox oxşarlıq var, nəinki fərqlilik. Artıq əks proses baş verib.
Yəni «Qarabağ Krım üçün presedent olub». Krımda baş verən bütün hadisələri xronoloji olaraq Qarabağ hadisələri ilə müqayisə etsək, onlar arasındakı oxşarlığı aydın görmək olar. 1992-ci il Azərbaycan hakimiyyəti və 2014-cü ilin Ukrayna hakimiyyəti mahiyyətcə bir-birinə çox yaxındır. Hər ikisi çevriliş yolu ilə hakimiyyətə gəldi və hər ikisi Qərbyönlü siyasət aparacaqlarını əvvəlcədən elan edərək, Rusiya ilə əlaqələrin zəifləyəcəyi anonsunu verdi. Hər ikisi NATO-ya ümid edərək, Rusiya ilə münasibətləri kəskinləşdirdi. Nəticədə Krım da Dağlıq Qarabağ kimi öz «müstəqilliyini» elan etdi və Ukrayna qanunları artıq Krımda işləmir. Krım bankları artıq Ukrayna Mərkəzi Bankı ilə əlaqəsini üzdü.
Çox qısa və aydın dillə desək, Kosovonu Qərbin, Krımı isə Rusiyanın müdafiə etməsinə baxmayaraq, hər ikisi separatizmin qurbanıdır. Dağlıq Qarabağda, Cənubi Osetiyada və Abxaziyada, həmçinin Dnestryanı bölgədə də Qərblə Rusiya arasındakı ziddiyyətlərdə Rusiya separatizm ocaqlarını əlində vasitə kimi saxlayır.
Eyni sual Kosovo hadisələrində də gündəmdə idi. Amma bir qədər fərqlə. Fərq də ondan ibarət idi ki, Kosovo Qərb tərəfindən Serbiyadan qoparılmışdı və tez bir zamanda müstəqilliyi tanınmışdı. Odur ki, cəmiyyətdə bir qorxu hissi var idi ki, «Kosovo Qərb tərəfindən tanındığı kimi, Qarabağ da Rusiya tərəfindən tanına bilər». 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində Cənubi Osetiyanın Rusiya qoşunları tərəfindən zəbt edilməsi də eyni məntiqi ortaya qoymuşdu.
Deməli, çox cüzi fərqlərlə Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, həmçinin Kosovo və Krım problemləri bir-biri ilə sıx bağlıdır. Bu siyahıya Moldova Respublikasının qarşılaşdığı «Dnestryanı problemi»ni də əlavə etmək vacibdir. Çünki regionda baş verən hadisələr yaxın zamanlarda bu problemin də yenidən gündəmə gələcəyindən xəbər verir.
Ancaq maraqlıdır ki, Rusiyanın rəsmi dairələri və müstəqil politoloqları bu problemlər arasında heç bir oxşarlığın olmadığını vurğulayır. Məqsəd nədirğ
Bu barədə söhbət etdiyimiz politoloq Zərdüşt Əlizadə hesab edir ki, problemlərin mahiyyəti doğrudan da eynidir: «Rusiya kəşfiyyat orqanları, siyasi mərkəzləri müəyyən bir fənd edir. Əvvəlcə bunu Azərbaycanda Dağlıq Qarabağın timsalında, daha sonra Osetiyada, Abxaziyada, Dnestryanıda tətbiq edib.
Bu fənd vasitəsilə ölkələri özündən asılı vəziyyətə salıblar. Separatçıları, qanunsuz müstəqillik elan edənləri dəstəkləyiblər. İndi isə bunu Ukraynada tətbiq edirlər ki, o da Rusiyadan asılı vəziyyətə düşsün.
O zamanlar Dağlıq Qarabağ münaqişəsi gündəmə gələndə Azərbaycan hakimiyyətinin müstəqilliyindən danışmaq mümkün deyildi. Eyni sözü Gürcüstan, Moldova, Ermənistan haqqında da demək olar. Rusiya çaşdırıcı mövqe tutur. Separatizm ocaqlarının spesifikasını fərqləndirməyə çalışır. Çünki hamısını özü yaradıb və istədiyi formada idarə edir. Həqiqəti danmaqla Rusiya problemlərdəki marağını ört-basdır edir. Krım, Dnestryanı və Dağlıq Qarabağ problemi mahiyyət etibarilə eynidir».
Söhbət etdiyimiz digər politoloq Qabil Hüseynli isə hesab edir ki, bu münaqişələr Rusiyanın region üzrə Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağda apardığı siyasətin davamı sayıla bilər: «Ukrayna-Krım hadisələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yarana biləcək situasiyalarla əlaqələndirilməsi doğru deyil. Tarixi reallıqlar Krımda və regionun digər ölkələrindəki vəziyyətin Azərbaycanla müqayisəsini aparmağa imkan vermir».
Qabil Hüseynli Krım əhalisinin 60 faizinin ruslardan təşkil olunduğunu və burada məqsədyönlü şəkildə ruslaşdırma siyasətinin aparldığını önə çəkdi. O bildirdi ki, Krım əhalisi zaman-zaman öz tarixi torpaqlarından uzaqlaşdırılaraq keçmiş sovet ərazisinin müxtəlif ərazilərinə göndərilib:
«Krım Dağlıq Qarabağ, Şimali Osetiya və Abxaziya kimi Rusiyanın regionda öz geosiyasi maraqlarını qoruması üçün vasitədir. Abxaziyaya qaldıqda isə, bu ölkə Gürcüstanın daxilinə müstəqil dövlət kimi daxil olub. Şimali Osetiya da alınaraq Gürcüstana birləşdirilib. Bütün dövlətlərin sərhədlərinin qorunması birmənalı şəkildə vacib də labüddür. Dağlıq Qarabağ hər zaman Azərbycanın torpağı olub. Bu bölgənin adından başlamış mədəniyyətinə, tarixi ənənələrinə qədər bütövlükdə hər şey Azərbaycan türkləri ilə bağlıdır.
Saakaşvilinin dövründə Rusiya Abxaziya və Osetiyanın müstəqilliyini tanıyıb. Dağlıq Qarabağda yaranmış separatizm isə Azərbaycan ərazisinin işğalı nəticəsində baş verib. Təkcə Dağlıq Qarabağ bölgəsi deyil, Azərbaycanın 7 rayonu da Ermənistan tərəfindən işğal olunub. Bunlar tamamilə fərqli faktlardır. Digər tərəfdən, Krım ərazisində yaşayan ruslar sovet dövründə ora köçürülsələr də, həmin respublikanın vətəndaşlarıdır. Əhalinin qovulması faktı baş verməyib. Amma Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhali məcburən öz yerlərindən çıxarılıb və hazırda orada bir nəfər də olsun azərbaycanlı yaşamır. Bu baxımdan Krımla bağlı hadisələrin Azərbaycanla əlaqələndirilməsini düzgün saymıram».
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
Tarix: 29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
Tarix: 29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
Tarix: 29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
Tarix: 29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
Tarix: 29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ